TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   40   41   42   43   44   45   46   47   ...   86

- 89 - 
da bu fikrin  inkişafına  təkan vermişdir  . 
1926-cı  ildən  başlayaraq  müasir  və  qədim  çöküntü  süxurlarında  olan  üzvi  maddələrin  tədqiqinə 
başlandı.  İ.Qubkin  aparılan  tədqiqatların  istiqamətinə  xeyli  təsir  göstərmişdir.  Onun  fikrincə  neftin 
mənbəyi  yalnız  çöküntü  süxurlarında  səpələnmiş  şəkildə  geniş  yayılmış  bitki-heyvan  mənşəli  üzvi 
maddələrin  qarışığı  ola bilər. 
Müəyyən  edilmişdir  ki,  humus  üzvi  maddələrin  (yerüstü  bitkilərdən  əmələ  gəlmiş)  yayıldığı 
yerlərdə  neft  yataqlarına  yox,  əsasən  qaz  yataqlarına  rast  gəlinir.  Bu,  humus  üzvi  maddələrin  tərkibində 
lipidlərin  miqdarının  az  olması  ilə  izah  olunur.  Buna  görə  də  temperatur  artdıqca  humusun  termiki 
parçalanmasından  yalnız  quru  metan qazı  alınır. 
Canlı  mənşəli  maddələrdə  və  neftdə  bir  çox  maddələrin  molekulyar  quruluşları  arasında 
oxşarlığın  olması  neftin  üzvi  mənşəli  olmasının  etibarlı  göstəricilərindən  hesab olunur. 
İrsi  biogen  sturukturlara  normal  parafinlər  də  aiddir.  Onların  neftdə  miqdarı  10-15%,  bəzi 
hallarda  isə  30%-ə  çatır.  Neftin  tərkibində  onların  əmələgəlməsi  canlı  orqanizmlərdə  olan  biogen  yağ 
turşularının  çevrilmələri  ilə  əlaqədardır.  Belə  ki,  canlı  orqanizmlərin  biogen  üzvi  turşulardan  əmələ 
gələn  “tək  saylı”  normal  karbohidrogenlər    “cüt  saylı”lara  nisbətən  üstünlük  təşkil  edir.  Canlı 
orqanizmlər  üçün  cüt  karbonlu  yağ  turşuları  xarakterikdir.  Cüt  karbonlu  yağ  turşularının 
dekarboksilsizləşməsindən  isə  tək  karbonlu  karbohidrogenlər  alınır.  Məsələn,  polmitin  turşusunun 
dekarboksilsizləşməsi: 
 
CH
3
(CH
2
)
13
 – CH
2
 – COOH 

 CH
3
(CH
2
)
13
 – CH
3
 + CO
2
 
 
Beləliklə,  bütün  kimyəvi,  geokimyəvi  və  geoloji  nəticələr  neftin  üzvi  mənşəli  olmasını  təsdiq 
edir. 
 
Neftin  üzvi  mənşəli  olduğunu  sübut  edən müddəalar  aşağıdakılardır  : 
1)  neft  çox  nadir  hallarda  yerdə  həyatın  əmələ  gəlməsindən  əvvəl  formalaşmış  süxurlarda  aşkar 
olunur; 
2)  neftin  tərkibinə  daxil  olan  birləşmələr  -  metalporfirinlər  orqanizmlərin  canlı  piqmentləri  ilə 
əlaqədardır;    
3)  neft  bütün  üzvi  birləşmələr  kimi,  qeyri-üzvi  maddələrdən  fərqli  olaraq,  C
13
  izotopuna  nisbətən 
C
12
 izotopu  ilə  zənginləşmişdir. 
4)  neft  karbohidrogenləri  bioloji  yolla  alınan  digər  karbohidrogenlər  kimi  optik  aktivliyə 
malikdir; 
5)  bir  çox  neft  birləşmələrinin  sturukturları  lipidlərə  və  canlı  orqanizmlərə  xas  olan  maddələrə 
oxşayır  və onlardan  əmələ gələ  bilər. 
Neft  və  qazın  əmələ  gəlməsi  haqqında  müasir  təsəvvürləri  aydınlaşdırmaq  məqsədi  ilə  müəllim 
qeyd  edir  ki,  sopropel  slanslarını  150-170
0
C  temperatura  qədər  qızdırdıqda,  üzvi  maddələrin  zəif  termiki 
parçalanması  baş  verir.  Nəticədə  ekstraktiv  maddələrin  miqdarı  artır.  200
0
C-də  bu  artım  kifayət  qədər 
olur.  370-400
0
C  temperatura  qədər  (1  saat  müddətində  )  qızdırıldıqda  isə  slans  maddələrin  60-80%-i  həll 
olmuş  şəklə  düşür.  Bu  zaman  tərkibində  neft  karbohidrogenlərinin  bütün  siniflərini  saxlayan  çoxlu 
miqdarda  asfalt-qatran  birləşmələr,  qazlar  (CH
4
, H
2
S,  CO
2
) və pirogenetik  su alınır. 
Əslində,  təbiətdə  də  neftin  əmələ  gəlməsi  zamanı  sopropel  üzvi  birləşmələrin  termiki 
parçalanması  yuxarıda  göstərildiyi  kimi  aşağı sürətlə  gedir. 
Ətraflı  geoloji-geokimyəvi  tədqiqatlar  dərinlik  yükünün  və  temperaturun  artması  ilə  çöküntü 
süxurlarında  üzvi  maddələrin  çevrilmələri,  neft  və  qazın  əmələgəlməsi  proseslərinin  mərhələlərlə 
gedişini  ardıcıl  izləməyə  imkan  verir. 
Dərinləşmənin  ilkin  mərhələsində  (1,5-2  km-ə  qədər,  temperaturun  isə  50-70
0
C)  kerogendə 
karbonun  və  hidrogenin  miqdarı  artır.  Bu  əsasən  üzvi  maddələrin  molekulyar  quruluşunun  kənarlarında 
olan  oksigen  saxlayan  funksional  qrupların  qopması  ilə  əlaqədardır.  Yüksək  molekullu  neft 
karbohidrogenlərinin  qatılığı  demək  olar  ki,  artmır;  üzvi  maddələrdə  aşağı  temperaturda  qaynayan 
karbohidrogenlər  isə  bu  zaman  olmur.  Bu  mərhələdə  üzvi  maddələrin  qaz  fazasında  əmələ  gələn  CO
2
 
miqdarı  metan  və  onun  homoloqlarına  nisbətən  üstünlük  təşkil  edir.  Üzvi  maddənin  molekulyar 
quruluşu  bu mərhələdə  hələlik  destruksiyaya  uğramır. 
Daha  dərin  qatlarda  (2,5-3  km)  100-150
0
C  temperaturlarda  sopropel  üzvi  maddələrin  termiki 
çevrilmə  prosesinin  istiqaməti  əsaslı  olaraq  dəyişilir.  Kerogendə  karbonun  miqdarının  çox  cüzi 


- 90 - 
dəyişməsi,  hidrogenin  miqdarının  hiss  olunacaq  dərəcədə  aşağı  düşməsinə  səbəb  olur;  bütövlükdə 
yüksəkmolekullu  neft  karbohidrogenlərinin  (C
15
-C
45
)  qatılığı  sürətlə  artaraq  maksimuma  çatır;  benzin 
fraksiyası  karbohidrogenləri  (C
6
-C
14
)  əmələ  gəlir  və  onların  da  qatılığı  maksimuma  çatır.  Üzvi 
maddənin  qaz  fazasında  C
2
-C
5
-in  qatılığı  maksimuma  çatsa  da  bu  mərhələdə  metanın  qatılığı  az  olur. 
Neft  karbohidrogenlərinin  sürətlə  əmələgəlmə  mərhələsi  geoloji  mənada  N.Vasseyeviç  tərəfındən 
neftəmələgəlmənin  baş fazası (NBF) adlandırılmışdır. 
  
Neftin  mənşəyi  haqqında  işlənən  hipotez  aşağıdakı  faktları  izah  etməlidir: 
1)  neftə  həmişə  dəniz  mənşəli  çöküntü  süxurlarında  və  ya  onlara  yaxın  süxurlarda  təsadüf 
olunur; 
2)  neftin  tərkibi  vaxt  çərçivəsində  bir  qədər  dəyişsə  də,  onların  müxtəlif  nümunələri  eyni 
karbohidrogen  saxlayır  ; 
3) olefin  karbohidrogenləri  orqanizmdə  geniş  yayıldığı  halda,  neftdə onların  miqdarı  çox azdır; 
4)  süxur  və  onunla  əlaqədar  olan  neftlərdə  karbohidrogen  qruplarının  nisbi  miqdarları 
müxtəlifdir; 
5)  kaynozoy  və  daha  qədim  süxurlar,  müasir  süxurlara  nisbətən  yüksək  qatılıqlı 
karbohidrogenlərlə  zəngindir  ; 
6)  neft  kiçik  molekul  kütləsinə  malik  çoxlu  karbohidrogenlər  saxladığı  halda,  canlı  orqanizmdə 
və müasir  çöküntülərdə  bu tip  karbohidrogenlərin  miqdarı  azdır; 
7)  müasir  çöküntülərdə  bu  tip  karbohidrogenlər  başlıca  olaraq  tək  saylı  karbon  atomları  ilə 
xarakterizə  olunduğu  halda,  neft  parafinləri  eyni  miqdarda  həm  tək,  həm  də  cüt  karbon  atomları 
saxlayır; 
8)  məlumdur,  neftdə  500-ə  yaxın  müxtəlif  birləşmələrə  rast  gəlmək  olur  və  onların  təxminən 
üçdə birini  qeyri-üzvi  maddələr  təşkil  edir; 
9)  neftin  əksər  birləşmələri  300
0
C-dən  yüksək  temperaturda  davamsızdır,  odur  ki,  neftin 
formalaşma  tarixinin  başlıca  hissəsi  aşağı  temperaturlarla  əlaqədardır. 
Nəzərdən  keçirilən  ədəbiyyat  materiallarından  məlum  olur  ki,  təbii  neftin  bütün  sinif 
karbohidrogenlərinin  qismən  əmələ  gəlməsi  canlı  mənşəli  maddələrdə  karbohidrogenlərin  biosintez 
prosesləri,  ən  başlıcası  isə  NBF  zamanı  katogenez  qatında  çöküntü  süxurlarının  sopropel  üzvi 
maddələrinin  lipid  materiallarının  termiki  və termokatalitik  çevrilmələri  ilə  əlaqədardır. 
 
ƏDƏBİYYAT 
1.
 
Məhərrəmov  A.M., Bayramov  M.R. Neft kimyası  və neft-kimyəvi  sintez.  Bakı,  2006,  602 s. 
2.
 
Məhərrəmov  A.M., Allahverdiyev  M.Ə., Əliyeva  R.Ə. Azərbaycan  kimyaçıları.  Bakı,  1998,  592 s. 
3.
 
Səfərov  Q.Y., Məmmədov  A.S. Neft və qaz emalının  texnologiyası.  Bakı,  2000,  464  s. 
4.
 
Şıxəlizadə  B.C., Səfərov Q.İ., Azəri  R.M. Neft və qaz kimyası.  Bakı,  1978,  334  s. 
5.
 
Seyidov  M.A.  «Neft  və  onun  emalının  əsas  məhsulları»  mövzusunun  tədrisi  metodikası.  Pedaqoji 
universitetin  xəbərləri.  2001,  №5,  4 s. 
6.
 
Seyidov  M.A.,  Əliyev  A.S.  Neftin  istifadə  olunması  və  emalının  inkişaf  tarixinin  tədrisinə  dair. 
Naxçıvan  Müəllimlər  İnstitutunun  Xəbərləri.  2004,  №1  (10),  s.78-84 
ABSTRACT 
Mirnazim  Seyidov, Akif Aliyev 
Teaching the origin of oil 
 
The article  deals with  modern  thaeghts  on the formation  of oil  and various  features of the classic 
ideas. It also  investigates  the teaching  methods  of the gist  of these ideas in  high  schools. 
РЕЗЮМЕ  
Мирназим Сеидов, Акиф Алиев  
 
В  статье  рассмотрены  основные  аспекты  современных  и  классических  представлений  о 
нефтеобразовании  и методики  преподавания  темы в ВУЗ – ах. 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Kimya üzrə elmlər doktoru, professor 
Y.Babayev
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə