TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   44   45   46   47   48   49   50   51   ...   86

- 98 - 
Düzənliyin  oturaq-düzənlik  hissələrində  taxıl  əkilir.  Üzümlüklər  nisbətən  az  sahə  tutur.  Çökəkliyin 
qalan  hissələrindən  otlaq  kimi  istifadə  edilir.  Su  təminatını  yaxşılaşdırmaqla  əkin  sahələrini 
artırmaq  olar  (4 səh.  33). 
Əbrəqunis  çökəkliyi.  Çökəkliyin  mərkəzindən  Əlincəçay  keçir.  Ərazi  allüvial  və  qismən  də 
sel  çöküntüləri  ilə  örtülüdür.  Çay  sahillərində  subasarlar  inkişaf  edibdir.  Çay  boyunca  allüvial 
torpaqlar,  qalan  sahələrdə  isə  şabalıdı  torpaqlar  yayılıbdır.  Ərazinin  maillik  dərcəsi  az  olduğundan 
əkinçilikdə  istifadə  edilir  (1 səh.  123). 
Əlinjəçay  boyunca  tuqay  meşələri  subasarlarda  söyüd,  yulğun,  xatınbarmağı  kolluqları  yayılıbdır. 
Söyüd  kolluqları  Ləkətağ  kəndinə  qədər  uzanrı.  Haliyədə  taxıl,  tütün  əkini  öz  yerini  yem  bitkiləri 
əkininə  verir.   
Ərəzin  çökəkliyi.  Çökəkliyin  torpaq-bitki  örtüyü  qonşu  Əbrəqunis  çökəkliyi  ilə  eynidir.  Bu 
çökəklikdə  üzümçülük  inkişaf  etdirilir.  Qonşu  çökəklikdən  fərqli  olaraq  bu  çökəkliyin  su  təminatı 
pisdir.  Ərazinin  su  təminatını  yaxşılaşdırmaq  üçün  Əlinjəçay  üzərində  hidrotexniki  qurğu 
yaradılmalıdır.  Belə  bir  tədbir  həyata  keçirilərsə  5000  ha  torpaq  sahəsinin  su  təminatı  yaxşılaşar, 
1500 ha torpaq sahəsi  isə  əkinçiliyin  ixtiyarına  verilmiş  olar.   
Ərazinin  təbii  bitkiləri  hündür  sahələrdə  və  quru  dərələrin  yamajlarında  qalmışdır.  Təbii  yem  bazası 
və əkinçilik  əsasında  heyvandarlığın  sürətli  inkişafı  üçün  təbii  şərait  mövcuddur.   
 
Nəticə 
 
Naxçıvan  MR  ərazisi  nəinki  su  qıtlığı,  hətta  torpaq  qıtlığı  regionunda  yerləşir.  Əhalinin  təbii 
artımının  cox  olması  adambaşına  düşən  topraq  sahələrinin  ilbə-il  azalmasına  səbəb  olur.  Torpaq 
islahatının  həyata  keçirldiyi  bir  neçə  il  ərzində  ərazisidə  kənd  təsərrüfatı  sürətlə  inkişaf  etmiş, 
məhsil  bolluğu,  xüsusən  taxıl  bolluğu  yarandı.  Həmin  dövrdə  k\t-nın  sürətli  imkişafının  bir  sıra 
obyektiv  və  subyektiv  səbəbləri  var  idi.  Bu  səbəblərdən  biri  iş  yerləri  olmadığından  ,  hətta  şəhər 
əhalisi  kənd  yerlərindən  torpaqları  icarəyə  götürüb  məhsul  istehsalına  qoşuldular.  Respublikamızda 
sosial-iqtisadi  inkişafın  sürətlənməsi  yeni-yeni  iş  yerlərinin  açılması  məhsuldar  qüvvələrin  şəhər 
məskənlərinə  miqrasiyasına  səbəb  oldu.  Çünki,  sənaye  müəssisələrindən  gələn  gəlir  k\t-dan  gələn 
gəlirdən  bir  neçə  dəfə  coxluq  təşkil  edirdi.  Bu  prosesin  sürətlənməsi  torpaqların  istehsal 
dövrüyyəsindən  çıxmasına,  örüş  –otlaq  sahələrinə  çevrilməsinə  səbəb olmuşdur. 
Bu  gün  icra  mülkiyyətinə  verilmiş  torpaqların  birləşdirilməs,  onların  iri  təsərrüfatlar  halında 
birləşdirilməsi  zərurəti  yaranmışdır.  Belə  təsərrüfatlar  dövlət  nəzarətində  olarsa  yeni  aqrotexniki 
qaydalar-  yaşıl  inqilab  tətbiq  etməklə  neftdən  asılı  olmayan  təsərrüfat  sistemi  yaratmaq  olar. 
Naxçıvan  MR  ərazisində  torpaqlardan  istifadənin  yaxşılaşdırılması  üçün  ilk  növbədə  su  problem 
həll  edilməlidir. 
                                                   
ƏDƏBİYYAT 
 
1. Babayev  S. Y. Naxçıvan  Muxtar  Respublikasının  fiziki  coğrafiyası.  Bakı-  1999 
2.Алиев Г.А., Зейналов А.К. Почвы Нахичеванской АССР. Баку  - 1988 
3.  N.Q.Aslanov  “Torpaqların  meliorasiyası”   Bakı.  2004 
4 .  Ə.M. Həsənov.   Naxçıvan  MR-in  təbii  sərvətləri  və onlardan  istifadə  yolları 
Bakı-2001 
5.  Quliyev    Ə.,    Həsənov  Ə.M.,(2012),  Bazar    iqtisadiyyati    şəraitində    Naxçivan    MR-də    torpaq 
ehtiyatlarindan    səmərəli    istifadə.  Azərbaycan  torpaqşünaslıq  elminin  görkəmli  nümayəndəsi,  kənd 
təsərrüfatı  elmləri  doktoru,    prof.  M.  R.  Abduyevin  (www.abduyev.info)  85  illik  yubileyinə  həsr 
olunmuş      “Azərbaycan  torpaqları:  genezis,  coğrafiya,  meliorasiya,  səmərəli  istifadə  və  ekologiya”    
mövzusunda  beynəlxalq  konfrans  materialları  . Bakı,  2012.s.445-448.  
6.Quliyev    Ə.,    Həsənov  Ə.M.,  (2012),  Arazboyu  və  dağətəyi  torpaqlarinin  еkomеliorativ 
qiymətləndirilməsinin  əsas  prinsipləri.  Azərbaycan  torpaqşünaslıq  elminin  görkəmli  nümayəndəsi, 
kənd  təsərrüfatı  elmləri  doktoru,    professor  M.R.  Abduyevin  (www.  abduyev.info)  85  illik 
yubileyinə  həsr  olunmuş      “Azərbaycan  torpaqları:  genezis,  coğrafiya,  meliorasiya,  səmərəli  istifadə 
və ekologiya”     mövzusunda  beynəlxalq  konfrans  materialları  . Bakı,  2012. S.453-455. 


- 99 - 
7.Quliyev  Ə.G.,  Naxçıvn  MR  Arazboyu  və  dağətəyi  torpaqlarının  ekoetik  problemləri  və  onlardan 
səmərəli  istifadə  yolları.  Torpaqşünaslıq  və  Aqrokimya  institutu  əsərlər  toplusu,  XVII  cild,    Bakı, 
2007 səh.203-205. 
8.  Quliyev  Ə.  G.,  Həsənov  Ə.M.,(2011).  Naxçıvan  MR-in  torpaq  ehtiyyatlarından  səmərəli  istifadə 
yolları.Torpaqşünaslıq  vəAqrokimya  institunun  əsərləri.  XX cild,  2011, səh.301-305. 
 
 
ABSTRACT 
                                                                                                             A.Guliyev,   A. Hasanov 
Economic  and geographical  assessment of using  intermountain  depressions  
               in the agriculture  in  Nakhchivan  Autonomic  Republic 
 
In the  article  it  is noted  that  ecomeliorativ  and ecogeography  evaluation  have  been 
conducted  for using 
the  land.  But  the  positive  factors  that  leat  to use of land  and the  negative  factors  that  impeding 
haven  t been assessed. 
 
In the  article  it  is noted  the  theoretical  bases of the  evaluation  of  these  factors.  Intermountain 
depressions  land  and their  economic  and geographical  evaluation  have  been conducted. 
 
РЕЗЮМЕ 
А. Кулиев, А.Гасанов 
Экономико-географическая оценка использования межгорных впадин 
Нахчыванской АР  в сельском хозяйстве                                                                                                            
В статье говорится о том, что для пользования этими землями производят их 
экомелиоративную, экогеографическую  и другие оценки. Но не оцениваются  создающие для 
использования землями положительные и создающие  трудности отрицательные факторы. 
В статье эти факторы  опубликованы, проведена  економико-географическая  оценка 
использования земель межгорных впадин. 
 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N.Bababəyli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə