TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   45   46   47   48   49   50   51   52   ...   86

- 100 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
SƏXAVƏT  SALAHOV 
thermalwater_63@mail.ru 
Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Milli  Geoloji Kəşfiyyat Xidməti 
Kompleks Hidrogeologiya  və Mühəndis Geologiyası Ekspedisiyası 
UOT:911.2 
 
ORTA KÜR ÇÖKƏKLİYİNDƏ  TERMAL SULARIN  PERSPEKTİVLİYİ 
 
 
Açar  sözlər:  Çökəklik, yod, balneoloji, tərkib, perspektiv , termal, kompleks, struktur, 
göstərici, ehtiyat. 
 
 
Termal  sular  respublikamızda  bu  3  kriteriya  əsasında  istifadəyə  yararlı  hesab  oluna  bilər. 
Əlbəttə ki, burada digər amillər  də (relyef, ekzogen, texnogen və s.) nəzərə alınmalıdır. 
Respublikamızda  regionların  iqtisadi  inkişaf  proqramı  çərçivəsində  termal  suların 
enerjisindən  istifadə  daha  zəruridir.  Müasir  intrastrukturu  tənzimləyə  biləcək  tükənməz  enerji 
potensialı  resusrları  ekoloji  baxımdan  daha  rentabelli  hesab  olunmalı,  bu  sahəyə  diqqət 
artırılmalıdır.  Bu  baxımdan  alternativ  enerji  potensialı  hesabına  yeni yaradılacaq unikal resurslar 
haqqında  dövlət  proqramına  əsaslanaraq  tədqiqat  rayonunda  termal  suların axtarışı  və kəşfiyyatı 
işlərinin  genişləndirilməsi  vacibdir. 
  Tədqiqat  rayonu  ərazisində  termal  sular  geniş  yayılmışdır.  Yüksək  su  sərfi,  müxtəlif 
kimyəvi  və  qaz  tərkibi,  habelə  əlverişli  coğrafi  mövqeyinə  görə  xalq  təsərrüfatının  müxtəlif 
sahələrində  yararlı  hesab  olunan  termal  sular    həm  də  müalicəvi  məqsədlər  üçün 
əhəmiyyətlidir(1,3). 
 
Orta  Kür  çökəkliyində  termal  sular  müxtəlif  vaxtlarda  Mezokaynozoy  çöküntülərində 
axtarış-kəşfiyyat  və  təcrübi  sınaq  işləri  ilə  öyrənilmişdir.  Bu  baxımdan  alternativ  enerji  mənbələri 
haqqında  Dövlət  proqramına  uyğun  olaraq  hidrotermal  resurslardan  səmərəli  istifadə  edərək  xalq 
təsərrüfatının  inkişafını  bu istiqamətə  yönəltmək  vacibdir. 
  
 Termal  suların  perspektivliyinin  qiymətləndirilməsi  zamanı  ilkin  parametr  kimi  temperatur 
göstəricisi  əsas götürülür. 
  Digər  bölgələrdə  də  termal  suların  əsas  göstəriciləri  nəzərə  alınmış,  müvəqqəti  və  daimi 
kondisiya  əsaslandırmaları  tərtib  olunmuşdur.  Texniki  iqtisadi  əsaslandırmalar  zamanı  termal 
suların  keyfiyyəti  və  kəmiyyəti  nəzərə  alınmış,  proqnoz  və  istismar  ehtiyatların  hesablanması  üçün 
ayrı-ayrı  su yığıcılarda  təbii  iqlim  şəraiti  seçilmişdir.      
 
Tədqiqat  rayonu  ərazisində  inkişaf  tapmış  termal  sular  dağətəyi  və  dağarası  artezian 
hövzələrində,  həmçinin  dağqırışıq  zonalarında  çat-damar  tipli  yataqlar  şəklindədir.  Küryanı  bölgədə 
termal  su  yataqları  geoloji  quruluşuna  görə  bir  sıra  pozulmalarla  səciyyələnir  və  müxtəlif  tektonik 
bloklara  bölünürlər.  Bu  blokların  hidrogeoloji  xüsusiyyətləri  ayrı-ayrı  sahələr  üzrə  öyrənilmişdir(2).         
Tədqiqat  sahəsində  ayrı-ayrı  strukturlarda  termal  sular  perspektivlidir  və  yer  səthində  yüksək 
temperatur  göstəriciləri  ilə  xarakterizə  olunur.  Yüksək  termik  kriteriyalara  təsir  göstərən  əsas 
parametrlər  sırasına  dərinlik  qırılmaları  da  daxildir.  Kür  bölgəsində  termal  suların  əmələ  gəlməsi  və 
formalaşması  əsasən  məsaməli-çat  tipli  hesab  olunur  və  litoloji  tərkibinə  görə  müxtəlif  fasial 
xarakterlidir.  Ona  görə  termal  suların  perspektivliyini  qiymətləndirərkən  mürəkkəb  şəraitə  malik  bu 
bölgədə  bütün  faktiki  materialların  korrelyasiyası  aparılmış,  lokal  və  regional  strukturlarda 
perspektivlik  qiymətləndirilmişdir.   
Termal  suların  perspektivliyini  qiymətləndirərkən  2  cür  ehtiyyatlar  :ekzogen  və  endogen 
suların  müxtəlif  horizontların  məsamələrində  və  çatlarında  yığılan,  bir-birilə  hidravliki  əlaqədə  olan 
termal 
sular 
nəzərə 
alınmışdır. 
Belə 
ehtiyyatlar 
respublikamızın 
müxtəlif 
regionlarında 
Mezokaynozoy  çöküntülərində   qiymətləndirilmişdir.                                                                                                                                            


- 101 - 
Təbii  ehtiyyatlar  laylara  vurulan  və  ya  ayrı-ayrı  laylardan  süzülən  sular  hesabına  əmələ  gəlir 
ki, bunlar  da tarazlaşmış  və  tarazlaşmamış  hidravlik  şəraitlə  xarakterizə  olunurlar. 
İrimiqyaslı  kompleks  geoloji-hidrogeoloji  tədqiqatların  aparılması  nəticəsində  termal  su 
yataqlarının 
genezisi 
məsələlərinə 
baxılmış, 
müxtəlif  hidrotermal  hövzələrin  perspektivliyi 
qiymətləndirilmişdir(4). 
Əsasən  xloridli-natriumlu  tərkibə  malik  termal  sular  müalicəvi  əhəmiyyətə  malik  olub, 
mərkəzi  əsəb  sisteminə,  ürək-qan-damar  sisteminə,  habelə  dəri  və  s.  xəstəliklərin  müalicəsində 
əhəmiyyətlidir.  Bununla  yanaşı,  mədə-bağırsaq,  maddələr  mübadiləsinin  fəallaşmasında  və  başqa 
sahələrdə  bu suların  rolu  böyükdür. 
Sənaye-termal  suların  tərkibində  kükürd  komponenti  aktiv  kimyəvi  təsirə  malikdir  və  termal 
sulardan  istifadə  zamanı  daha təsirlidir. 
Termal  suların  qaz  tərkibində  radonlu  sular  müalicəvi  əhəmiyyət  kəsb  edir.  Bu  sular  ürək-qan-
damar  sistemi,  maddələr  mübadiləsi,  əsəb  sistemi  və  digər  xəstəliklərin  müalicəsində  fizioloji  təsirə 
malikdir.    
Termal  suların  elmi-nəzəri,  habelə  praktiki  əhəmiyyətini  nəzərə  alaraq  onun  aşağıdakı  istifadə 
sahələrini  göstərmək  olar:   
1. Sanatoriya-kurort  komplekslərində. 
2. Kimyəvi  sənayedə. 
3. İstilik  enerji  mənbəyi  kimi  ayrı-ayrı  sahələrdə. 
Tərkibində  yod  və  brom  komponenetinin  çox  olması  bu  sulardan  müdafiə  sənayesində,  atom 
energetikasında,  radioaktiv  izotop  sənayesində,  kənd  təsərrüfatının  müxtəlif  sahələrində  və  digər 
məqsədlər  üçün  istifadə  etməyə  imkan  verir. 
Yüksək  metan  komponeneti  ilə  səciyyələnən  termal  suların    sənayedə  əhəmiyyəti  böyükdür. 
Respublikamızın  müxtəlif  sahələrində  yayılmış  termal-sənaye  suların  tərkibində  olan  metan 
qazından  yanacaq-enerji  mənbəyi  kimi  istifadə  etmək  mümkündür(4,5). 
Hal-hazırda  isti  suların  enerjisindən  xalq  təsərrüfatının  müxtəlif  sahələrində  geniş  istifadə 
etmək  mümkündür.    Respublikamızda,  Bərdə  ,  Tərtər,  Ağcabədi  ,  və  başqa  ərazilərdə  yüksək  həcmli 
termal  su  resursları  mövcuddur.  Tədqiqat  rayonunda  termal  suların  potensial  ehtiyatları  böyükdür. 
Bu  sulAdan  sanatoriya-kurort  müəssisələrinin    istilik  sistemlərində,  müalicə-sağlamlıq  və  idman 
obyektlərində,  kommunal  müəssisələrdə,  parniklərdə,  habelə  tərəvəz  və  digər  kənd  təsərrüfatı 
məhsullarının  yetişdirilməsində  istifadə  etmək  olar. 
          Respublika  ərazisinin  xarakterik  xüsusiyyətlərindən  biri  də  yer  təkinin  yüksək  temperatura 
malik  olması  və  bununla  əlaqədar  olaraq  termal  suların  qeyri-bərabər  paylanmasıdır.  Əksər 
bölgələrdə  termal  sular  yer səthinə  öz axını  ilə  çıxır,  yəni  təzyiqli  sulardır(6).   
       Lazımi  tədbirlərin  həyata  keçirilməsi  nəticəsində  bu  bölgələrdə  yaşıllıq  zolağının  qorunması, 
əlverişli  şəraitin  yaradılması  və  yeraltı  sulardan  məqsədyönlü  istifadə  olunmasına  imkan 
yaranacaqdır.  Aparılmış  texniki-iqtisadi  hesablamalar  göstərir  ki,  termal  sulardan  istifadə  olunması 
təbii  qaza,  elektrik  enerjisinə,  neft  məhsullarına  qənaət  edilməsinə  imkan  verəcəkdir. 
     
Termal  sulardan  neft  quyularının  təkrar  işlədilməsində  də  (quyuların  parafindən  təmizlənməsi, 
neft  çıxarılan  laylarda  təzyiqin  yaradılması)  istifadə  etmək  mümkündür. 
Tədqiqat  rayonu  ərazisində  yayılmış  termal  sulardan  xalq  təsərrüfatının  müxtəlif  sahələrində 
istifadə  edilməsi  respublika  iqtisadiyyatına  çox  böyük  səmərə  gətirə  bilər.  Onu  da  qeyd  etmək 
vacibdir  ki,    yeraltı  termal  sular  yüksək  minerallaşmaya  malik  olduqda  bu  suların  yüksək  geotermik 
xüsusiyyətlərinə  baxmayaraq  onlar  perspektivlik  baxımından  bir  o  qədər  də  əhəmiyyət  kəsb  etmir. 
Bunun  üçün  texniki  iqtisadi  hesablamalar  aparmaqla  perspektivli  sahələr  ayrılmalıdır. 
Yüksək  perspektivli  sahələr:  Küryanı  bölgəsində  termomineral  sular  yüksək  perspektivlidir. 
Yüksək  perspektivli  sahələrdə  termal  suların  temperaturu  quyu  ağzında  70-94
0
C  təşkil  edir.  Burada 
suyun  sərfi  576-15000 m
3
/gün-dür(7).   
      
Qeyd  etmək  lazımdır  ki,  təsvir  olunan  sulu  komplekslərin  arasında  ən  perspektivli  Üst 
Təbaşir  və  Üst  Məhsuldar  qat  sulu  kompleksləri  hesab  olunur.  Suların  kimyəvi  tərkibinə, 
hidrodinamik,  geotermik  xüsusiyyətlərinə,  yatma  dərinliklərinə  və  texniki-iqtisadi  göstəricilərinə 
görə Üst  Məhsuldar  qat sulu  kompleksi  əsas istismar  obyekti  kimi  hesab olunur.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə