TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   2   3   4   5   6   7   8   9   ...   86

- 12 - 
hamısı  yunan  qozunun  muxtəlif  sort  və  formalarıdır.  Yunan  qozu  -  J.  regia  L.  30  metrə  qədər 
hündürlüyündə  ağacdır.    Aprel-sentyabr  aylarında  çiçəkləyir  və  toxum  verir.      Respublikanın  bütün 
ərazilərində  mədəni  halda  becərilir.  Bəzən  nadir  hallarda  yabanılaşmış  halda  rast  gəlinir.  Ordubad 
rayonunun    Ləkətağ,  Bəyəhməd,  Teyvaz,  Unus  kənd  ərazilərində  yabanılaşmış  formalara  rast 
gəlmək  olur.  Mezofitdir.  Böyük  qida  əhəmiyyəti  vardır.  Dərman  və  bəzək  bitkisidir.  Coğrafi  tipi: 
Qədim-Şərqi-Aralıq  dənizidir.  Muxtar  respublikamızın  təbii  coğrafi  şəraiti  bir  çox  ərazilərdə 
qozçuluğun  inkişaf  etdirilməsi  üçün  əlverişlidir.  Bu  həm  də  bölgənin  yaşıllaşdırma  işinə  birbaşa 
xidmət  edir.    Qozun  sort  və  formaları  hündürlüklərinə,  çətirlərinin  və  meyvələrinin  formalarına  görə 
bir-birindən  fərqlənir.  Bunları  aşağıdakı  kimi  qruplaşdırmaq  olar:  qabıqsız,  kağızı,  nazikqabıq, 
qalınqabıq  və  çətənə  qoz  sort  formaları.  Mövcud  olan  sort-  formalardan  400-ə  qədəri  kağızı  qoz  
formalarıdır.  Xüsusilə,  yaşı  200-250  il  olan  ağacların  hamısı  bu  növ  müxtəlifliyinə  aiddir.  Hər  il  bar 
verir.  İri  meyvəlidir,  ləpələri  qabıqdan  asan  çıxır  və  çıxım  faizi  yüksəkdir.  “Kağızı”  qozlar 
qrupunda  salxımmeyvə  qoz  sort  formaları  da  vardır  ki,  hər  salxımda  12-14  qozmeyvə  olur.  Belə  sort 
formalara  daxil  olan  50-60  yaşda  bir  ağacdan  200-250  kq  yaş  məhsul  toplamaq  olur.  Salxımlı  qoz 
Azərbaycan  alimlərinin  diqqətini  çəkmiş,  1930-cu  ildə  meşə  mütəxəssisi  A.İ.  Mileskin 
Naxçıvandan  alınmış    salxımlı  qoz  toxumunu    Quba  rayonunun    dağ  ətəklərində  şitillikdə  
yetişdirmiş,  25  yaşında    ağaclar  10-11  m  hündürlükdə  olmuşdur.Bu  sort-formanın  meyvə  qabığı 
0,5-0,8  mm  olub,  hamardır.  Qabığı  açıq-sarımtıl,  boz,  noxudu,  açıq  qəhvəyi  və  s.  rəngdə  olur. 
Meyvələrin  forması  əksər  hallarda  dairəvi,  oval,  yumurtavari  və  bəzi  hallarda  uzunsov  olur.  Ləpə 
çıxımı    50-62%  olmaqla  aromatik  iyə  malikdir.  Digər  qrup  sort  formalara  görə    10-15  gün    tez 
yetişir.  Nazik  qabıqlı  qoz  sort  formaları    ümumi  ağacların  25-30  faizini  təşkil  edir.  Qabıqlarının 
qalınlığı  1,0-1,5  mm-dir.  Bu  qrupda  təsərrüfat  əhəmiyyətli  formalar  daha  çoxdur.  İlk  növbədə 
bunlar  yüksək  məsuldar  olmaqla  yanaşı,  həm  də  xəstəliyə    davamlıdırlar  və  hər  il  bar  verirlər. 
Meyvələrinin  qabığı  hamardır  və  qabırğalar  aydın  seçilir.  Ləpələr  qabığı  tam  doldurur,  qabıqdan 
asanlıqla  ayrılır.  Ləpə çıxımı  45-55%, yağlılıq   orta hesabla  60-70%,   bir  qozun  quru  çəkisi    
10-20  qr  arasında  dəyişir.  Nazikqabıq  qoz  qrupunda  da  salxımmeyvə    formalar  vardır.  Hər  salxımda 
8-12  qozmeyvə  olur.  Hər  meyvənin  çəkisi  orta  hesabla  10-20  qr-dır.  Ağaclar    hündürboylu  olub, 
çətirləri  piramida    şəkillidir.  Ağacların  forması  və  hündürlüyü  mühit  şəraiti  ilə  dəyişilir.  Aran 
zonada  və  dəniz  səviyyəsindən  2000-2500  m  yüksəklikdə  bitən  ağaclar  alçaq,  çətirləri  dairəvi  olub, 
budaqlanma  əsas  gövdədən  60-80
0
-lik  bucaq  altında  boy  atır.  Dağətəyi  zonalarda  isə  ağaclar 
hündür,  budaqlanma  45
0
-lik  bucaq  altında  boy  atır.  Qalınqabıq  qoz  sortları  isə  ümumi  ağacların  15-
20%-ni  təşkil  edir.  Qabığın  qalınlığı  1,5-2  mm-dir.  Keyfiyyətli  sort-formaları  çoxdur.  Bir  meyvənin 
çəkisi  orta  hesabla  12-20  qr,  çıxımı  35-45%,  yağlılığı  65-70%  olur.  Meyvələrin  əksəriyyəti 
uzunsov,  tərs  yumurtavari,  ellipsvari  və  bəzi  hallarda  dairəvi  olur.  Qabırğalar  xeyli  qalın,  2-3  mm 
qalınlığındadır.  Meyvə  qurtaracağında  qabırğalar  xeyli  qalınlaşmış  olur.  Əl  ilə  çox  çətinliklə  qırılır. 
Bu  sort  formalar  xəsətliklərə  və  xüsusi  ilə  qurdlara  qarşı  çox  davamlıdır.  Ağaclar  hər  il  məhsul 
verir.  Ləpələr  yüksəklikdən  asılı  olmayaraq  həmişə  ağ  və  ya  açıq  -  sarımtıl  rənglı,  parlaq  və  hamar 
olur.  Meyvə  qabığı  əksər  hallarda  girintili  -  çıxıntılı  olur.  Bu  sortları  toxum  vasitəsi  ilə  çoxaltdıqda 
ya  payızda,  ya  da  strafikasiya  edildikdən  sonra  yazda  əkmək  olar.  Baharda  əkilən  toxumların  çoxu 
gec  cücərdiyindən    yayın  qızmar  şüaları  onları  məhv  edir.  Çətənə  qoz  sort  formaları      ərazisində  tək-
tək  ağaclar  şəklində  təsadüf  edilir.  Meyvə  qabığının  qalınlığı  3-4  mm,  üzəri  girintili  -  çıxıntılıdır. 
Ləpələr  arası  boşluqlar  qabığın  daxili  çıxıntıları  ilə  möhkəm  dolduğundan  onları  çıxarmaq  mümkün 
olmur.  Ağaclar  xəsətliyə,    şaxtaya  və  susuzluğa  davamlıdır.  Calaqaltı  material  kimi  istifadə  etmək 
olar  və  ya  sıx  əkməklə  oduncağından  mebel  sənayesində  istifadə  etmək  olar.  Meyvəçiliyin  inkişafı 
üçün  yararsızdır.  Qabıqsız  qoz  sort  formaları  isə  Ordubad  rayonu  ərazisində  seyrək  halda  yayılmış 
və  az  öyrənilmişdir.  Bu  sortlarda  perikarp  yaşıl  qərzək  eyni  ilə  digər  sortlarda  olduğu  kimidir. 
Meyvə  yetişən  zaman  perikarp  bir  neçə  yerdən  çatlayır,  qozmeyvədən  ayrılır  və  endokarp  həqiqi 
qozmeyvə  xaric  olur.  Bu  sort  formalarda  endokarp  çox  zəif  inkişaf  edir.  Saplaq  tərəfinin  qabığının 
qalınlığı  0,3-0,4  mm  olur.  Meyvənin  qurtaracağına  getdikcə  qabıq  tədricən  nazikləşir,  qabığın 
üzərində  ləpələr  görünə  biləcək  ölçüdə    çoxlu  məsamələr  olur.  Əksər  meyvələrdə    sərt  qabıq 
meyvənin  yarısna  çatmamış  dəri  örtüklə  əvəz  olunur  ki,  bu  örtük    də  tədricən  itir  və  ləpələrin 
qurtaracağı  aydın  görünür.  Bir  qozmeyvənin  çəkisi  orta  hesabla  6-8  qr,  yağlılığı  65-68%-dir. 


- 13 - 
Meyvələr  ilk  yetişmədə  yığılmalıdır.  Əks  halda  quşlar  tərəfindən    məhv  edilir.  Çox  da  məhsuldar 
deyil.  Meyvəçilikdə  istifadə  edilməsi  tövsiyə  edilmir,  lakin  genefondun  qorunması  məqsədi  ilə 
müəyyən  yerlərdə  yaşıllıqların  salınmasında  istifadə  edilə  bilər.   
 
Yunan  qozu  ağacın  ümumi  görünüşü 
 
Naxçıvan    Muxtar  Respublikasının  kəndlərində  qoz  yetişdirən  adamlarla  aparılan 
söhbətlərdə  bəzi  ağacların  bir  il  bol  məhsul,  2-ci  il  az  məsul  verməsini,  ləpələrin  rənginin  qonur 
olmasını,  xəstəliyə  tutulmasını  bildirir  və  qozçuluğun  rentabelli    olmadığını  göstərirlər.  Bu  onu 
göstərir  ki,  təsərrüfatla  məşğul  olanların  maariflənmələrinə  ciddi  ehtiyac  vardır.    Müşahidələrimizə 
əsasən,  sort  və  onun  tozlayıcısı  seçilən  zaman  bölgənin  təbii  şəraiti  düzgün  qiymətləndirilərsə  və 
normal  tökülərsə  hər  il  məhsul  almaq  olar.  Hazırda  məhsulun  toplanması  zamanı  payalar  vasitəsi  ilə 
qoz  tökülür.  Qoz  meyvələri  budaqların  uclarında  əmələ  gəlir.  Meyvələrədən  1-4  sm  gövdəyə  doğru 
növbəti  il  məhsul  əmələ  gətirəcək  tumurcuqlar  yerləşir.  Paya  ilə  meyvəni  vurduqda  növbəti  il 
meyvə  verəcək  tumurcuqlar  ya  tökülür  və  ya  zədələnir  ki,  bu  da  ağacın  növbəti  il  məhsuldarlığının 
aşağı  olmasına  səbəb olur.   
 
Dünyanın  inkişaf  etmiş  ölkələrinin  təsərrüfatlarında  qoz  maşınla  yığılır.  Maşın  getməyən 
yerlərdə  paya  kimi  düzəldilmiş  xüsusi  alətdən  istifadə  edilir.  Meyvə  toplayan  həmin  aləti  budaqlara 
toxundurduqda  yatmış  tumurcuqlar  zədələnmədən  meyvələr  yerə  tökülr  və  nəticədə  ağac  hər  il 
məhsul  verir.  Yaxşı  olardı  ki,  həmin  alətlərdən  respublikamıza  gətirilməsi  və satışı  təşkil  edilsin.   
Toplanmış  qozun  ləpələrinin  rənginin  ağ  və  şəffaf  olması  da  önəmlidir.  Ləpələrin  rənginin 
qonurlaşması  qabığın  üzərini  örtən  yaşıl  qabıqla  (qərzəklə)  birbaşa  bağlıdır.  Meyvələrin 
formalaşması  və  əmələ  gəlməsi  üçün  yaşıl  qabıq  qıda  mənbəyi  olduğu  üçün  zəruridir,  lakin  yetişən 
zaman  meyvənin  toplanması  gecikdirildikdə  qərzək  ləpələrin  tündləşməsinə  səbəb  olur.  Məhsulun 
rənginin  ağ olması  üçün  qərzəklər  çatlamamış  toplanmalı  və qərzəkdən  ayrılmalıdır. 
 
Xalq  arasında  elə  fikir  formalaşmışdır  ki,  qoz  bitkisi  torpağa  və  rütubətə  tələbkar  deyil. 
Buna  görə  də  ağaclara  göstərilən  aqrotexniki  qulluq  demək  olar  ki,  unudulub.  Əksinə  makro  və 
mikroelementlərlə  normal  təmin  edilsə,  suvarma  və  dərmanlanma  işləri  vaxtında  aparılsa,  ağacların 
müqaviməti  yüksək,  sağlam  və  bol  məhsul  verən  olar  ki,  bu  da  qozçuluğun  rentabelliyini  artırar.  
Qara  qoz  -  J.  nigra  L.  Şimali  Amerikanın  şərq  meşələrində  yabanı  halda  bitir.  Hündürlüyü  45-50 
m,  diametri  120-180  sm-ə  çatır.  Yarpaqları  növbəli,  tək  lələkli,  30-60  sm  uzunluğunda  15-23 
yarpaqcıqdan  ibarətdir.  Axırıncı  yarpaqcıq  digərlərindən  kiçik  və  yaşlı  ağaclarda  isə  adətən  inkişaf 
etməmiş  olur.  Yarpaqcıqların  kənarları  bərabər  olmayan  dişcikli,  yuxarıdan  çılpaq,  aşağıdan  azacıq 
tüklüdür.    Erkəkcikləri  keçənilki  zoğların  yuxarı  hissəsində  inkişaf  edərək  5-14  sm  uzunluğunda 
sırğalarda  toplanmışdır.  Meyvəsi  şar  və  ya  armud  formasındadır.  1-3,  bəzi  hallarda  4  meyvəsi  bir 
yerdə  olur.  Qozası  tünd  qəhvəyi  rəngdə,  2,2-4,6  sm  diametrində,  hər  qozun  çəkisi  4-24  qram 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə