TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   47   48   49   50   51   52   53   54   ...   86

- 104 - 
Распределение  термальных  вод  на  территории  Средне  Куринская  впадина 
определяется региональными, геотермическими и гидрогеологическими особенностями. 
В  работе  были  исследованы  геохимические  особенности  мезо-кайнозойских 
отложений  Средне  Куринская  впадина.  По  данным  о  распространении  термальных  вод, их 
температуре,  дебите  и  составе  следует,  что  в  ряде  районов  Средне  Куринская впадина, эти 
воды  могут  быть  использованы  комплексно.  Так,  промышленные  подземные  воды  могут 
использоваться не только в теплоэнергетике, но и в бальнеологии. 
В  составе  термальных  вод  мезозойских  отложений  основными  микрокомпонентами 
являются  йод,  бром,  бор  очень  высокой  концентрации,  что  позволяет  использовать  в 
промышленных  целях.  Потребность  современной  промышленности  в  йоде  и  броме  велика. 
Они  используются  в  медицине,  химическом  производстве.  В  настоящее  время  в  Средне 
Куринская впадина,уже получают йод и бром в большом объёме из подземных вод. 
Отметим,  что  термальные  воды  в  Средне  Куринская  впадина  обладают 
бальнеологическими свойствами, например, при лечении больных с заболеваниями опорно-
двигательной системы, обмена веществ, кожных покровов и другими болезнями. 
На  основе  проведённых  исследований  можно  сделать  вывод  о  необходимости 
перехода  к  использованию  термальных  вод  сегодня.  Ведь,  с  освоением  геотермальных 
ресурсов  связано  развитие  таких  ведущих  отраслей  народного  хозяйства  республики  как 
теплоэнергоснабжение,  агропромышленного  комплекса,  жилищно-коммунальное  хозяйство, 
горячее водоснабжение, строительство санаторно-курортного комплекса.  
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N.Bababəyli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


- 105 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
                           
 
                                                  ELNARƏ SEYİDOVA 
Naxçıvan Dövlət Universiteti 
                                                                             TURANƏ SEYİDOVA 
UOT:  911.2       
S.Y. BABAYEVİN  COĞRAFİYA  ELMİNİN İNKİŞAFINDA  ROLU 
 
 
Açar  sözlər: coğrafiyaçı,elm, toponim, landşaft .  
 
Key words:  geographer, science, toponymies, landscape. 
 
Ключевые слова: географ, наука, топоним, пейзаж.  
 
          Azərbaycan  elmi  ictimaiyyətin  görkəmli  üzvlərindən  biri,  Azərbaycan  Milli  Elmlər 
Akademiyasının  müxbir  üzvü,  əməkdar  elm  xadimi,  coğrafiya  elmləri  doktoru,  professor  Səfərəli 
Yaqub  oğlu  Babayev  coğrafiya  tarixində  izi  və  sözü  qalan  ziyalılardandır.  Səfərəli  Yaqub  oğlu 
Babayev  15  mart  1923-cü  ildə  indiki  Kəngərli  rayonunun  Təzəkənd  kəndində  anadan  olmuşdur. 
İxtisasca  coğrafiyaçı  olan  Səfərəli  müəllim  Naxçıvan  Pedaqoji  Texnikumunu,  daha  sonra  isə 
Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun  Coğrafiya  fakültəsini  və  Bakı  Ali  Partiya  məktəbini 
fərqlənmə  diplomları  ilə  bitirmişdir. 
 
Azərbaycan  coğrafiya  elmində  böyük  xidmətləri  olan  professor  Səfərəli  Babayevin  coğrafi 
tədqiqatlarında  Naxçıvanla  bağlı  mövzular  xüsusi  əhəmiyyət  kəsb  edir.  Onun  elmi  yaradıcılığının 
mühüm  cəhətləri  -landşaft,  kənd  təsərrüfatı  və  iqtisadiyyat  istiqamətli  əsərlərinin  təhlili  ilk  dəfə 
qarşıya  qoyulan  və onun  aktuallığını  əsaslandıran   məsələlərdəndir. 
 
Səfərəli  Babayevin  toponim  tədqiqatları  onun  yaradıcılığının  əsas  hissələrindən  birini  təşkil 
edir.   
 
S.Y.Babayevin  Naxçıvan  təbiətinin  tədqiqinə  dair  yazdığı  əsərlər  dörd istiqamətdə  qruplaşır. 
 
1. landşaft  istiqamətində 
 
2. kənd təsərrüfatı  istiqamətində 
 
3. iqtisadiyyat  istiqamətində 
 
4. toponim  tədqiqatları  istiqamətində 
 
İlk  elmi  fəaliyyətinə  müəllimliklə  başlayan  S.  Babayev  həmişə  elmi  araşdırmaları  və 
mülahizələri  ilə  diqqəti  cəlb  etmiş  və  coğrafiya  elminə  bir  sıra  yeniliklər  gətirmişdir.  1966-cı  ildə  
“Kənd  həyatı  ”  jurnalının  4-cü  nömrəsində  S.  Babayev  Naxçıvan    MSSR  Nazirlər  Soveti  Sədrinin 
müavini  kimi  “Naxçıvan  MSSR-in  su  təsərrüfatı  beşillikdə”  adlı  məqaləsi  ilə  çıxış  etmişdir.  Həmin 
əsərdə  torpaq  və  suların  milliləşdirilməsi  nəticəsində  süni  suvarma  işlərinin  surətli  inkişafından, 
səksənə  yaxın  kəhrizin  bərpası,  10  kəndi  suvarma  suyu  ilə  təmin  edən  Fərhad  arxın  çəkilib 
istifadəyə  verilməsi,  Arazboyu  düzənliyin  bir  sıra  sahələrini  suvarmaq  üçün  Saraclı,  Qorçulu, 
Diyadin,  Qaraçuq  və  Böyükdüz  kəndlərində  su  nasoslarının  işə  salınması,  bir  sıra  göllərin  tikilib 
istifadəyə  verilməsi  və  s.  məsələlərdən  bəhs  edilir:  “Qaraçuq  gölü,  Qanlı  göl,  Qahab  gölü  əsaslı 
surətdə  təmir  edildi  və  onların  ümumi  su  tutumu  1,2  milyon  kub  m-dən,  3,9  milyon  kub  m-ə  qədər 
qaldırıldı.  Batabat  yaylağındakı  3 göl  bərpa edilib  genişləndirildi  ”.   
 
S.Y.  Babayev  1966-cı  ildə  gənc  alimlərin  V  elmi  konfransında    “Naxçıvan  MSSR-in 
landşaft  qurşaqları  və  onların  əhəmiyyətinə  dair”  mövzusunda  çıxış  etmişdir.  Məqalədə  adı  çəkilən 
ərazinin  relyef  və  iqliminin  təsiri  nəticəsində  yarımsəhra,  çöl,  subalp  və  alp  çəmənlikləri  və  qayalıq 
qurşaqlarının  mövcudluğundan  danışılır.  Əsərdə  yarımsəhra  qurşağı,  çöllük  qurşaq,  subalp  və  alp 
çəmənlikləri  qurşağı  və  qayalıq  zona  tədqiqata  cəlb  edilmişdir.  Qeyd  olunan  sahələrin  iqlimi, 
tərkibi,  bitkiləri,  əhatə  dairəsi,  torpaq tipləri,  təsərrüfat  əhəmiyyəti  maraqlı  faktorlarla  təhlil  edilir.   
 
1967-ci  ildə  S.Y.  Babayev  digər  bir  elmi  konfransda  -Azərbaycan  SSR  Elmlər  Akademiyası 
Coğrafiya  İnstitutu  gənc  alimlərinin  VI  elmi  konfransında    “Naxçıvan  MSSR-in  əsas  landşaft 
tipləri”  mövzusu  ilə  çıxış  etmişdir.  Konfransın  materialları  1967-ci  ildə  Azərbaycan  SSR  Elmlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə