TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   48   49   50   51   52   53   54   55   ...   86

- 106 - 
Akademiyası  redaksiya  nəşriyyat  şurasının  qərarı  ilə  Azərbaycan  SSR  Elmlər  Akademiyası 
Nəşriyyatı  tərəfindən  çap  olunmuşdur.  Əsərdə  irimiqyaslı  landşaft  xəritəsində  Naxçıvan  MSSR  -in 
ərazisi  üçün  xarakterik  olan  altı  landşaft  tipi  və onların  xüsusiyyətləri  tədqiqata  cəlb  olunur.   
 
Kənd  təsərrüfatı  S.Y.Babayevin  elmi  yaradıcılığında  aparıcı  mövzulardan  biridir.  Bu 
baxımdan  “Naxçıvan  MSSR-in  kənd  təsərrüfatı  ehtiyatları  və  onlardan  istifadə  edilməsi 
perspektivlərinə  dair”  adlı  məqaləsi  diqqəti  cəlb  edir.  Əsərdə  başlıca  olaraq,  su  və  energetika, 
mineral  xammal  və  kənd  təsərrüfatı  ehtiyatlarından  ibarət  olan  zəngin  təbii  ehtiyatlar  və  mürəkkəb 
coğrafi  şərait  məsələləri  və  onların  izahı  ön  plana  çəkilmişdir.  “Naxçıvan  MSSR    kənd  təsərrüfatı 
ehtiyatları  və  onlardan  istifadə  edilməsi  perspektivlərinə  dair”  adlı  məqalədə  respublikanın  digər 
təbii  sərvətlərindən  -faydalı  bitkilərdən,  arıçılıq  təsərrüfatından,  kənd  təsərrüfatına  ciddi  zərər  vuran 
hadisələrdən  də danışılır.   
 
S.Y.  Babayev  coğrafiya  elmi  ilə  bağlı  bütün  sahələrdə  qələmini  sınamış,  müxtəlif 
mövzularda  elmi  əsərlər  yazmış,  məsələlərə  elmi  münasibət  göstərmiş  və  öz  təklif  və  mülahizələrini 
qətiyyətlə  irəli  sürmüşdür. 
 
1970-ci  ildə  S.Y.  Babayevin  “Qədim  diyarın  təbiəti”  adlı  kitabı  çap  olunur.  Kitabın 
əvvəlində  “Tarixi  vərəqlərkən”  başlığı  altında  yazılan  hissədə  nəinki  Azərbaycan  və  Qafqazın, 
həmçinin  dünyanın  ən  qədim  şəhərlərindən  biri  olan  Naxçıvanın  tarixi,  coğrafiyası,  iqtisadiyyatı, 
mədəni-maarif  istiqamətində  vəziyyəti  və  s.  haqda  məlumat  verilir.  Kitabda  “Naxçıvan  MSSR-in 
coğrafi  mövqeyi,  sərhədləri  və  ərazisi”    başlığı  altında  maraqlı  məlumatlar  verilmişdir.  Həmin 
hissədə  Muxtar  Respublikanın  sərhəd  xəttinin  ümumi  uzunluğu,  sərhədlərin  harada  başlayıb  harada 
qurtarması,  ölkənin  ərazisi  və s. haqqında  danışılır. 
 
S.Y.  Babayev  qeyd  edir  ki,  Naxçıvan  ərazisindəki  fiziki-coğrafi  amillər  uzun  müddət 
öyrənilməmişdir.  Belə  ki,  Muxtar  Respublikanın  ərazisindən  keçən  bəzi  tədqiqatçı  və  səyyahlar 
orada tədqiqat  işi  aparmağı  qarşılarına  məqsəd  kimi  qoymamışdır” 
 
Hazırda  dünyanın    ən  qlobal  problemlərindən  biri  olan  ekologiya  məsələləri  S.Y.  Babayevin 
elmi  yaradıcılığında  müəyyən  yer  tutmuşdur.  Bu  mövzu  onun  “Naxçıvan  MSSR-in  su  təsərrüfatı  və 
ekoloji  problemlər”  adlı  əsərinin  ana xəttidir.    
 
S.Y.  Babayev  bütün  elmi  yazılarında  qarşıya  qoyduğu  problemə  və  onun    həlli  istiqamətində 
görüləcək  işlərə  münasibət  bildirir.  Bu  məqalədə  də  S.  Babayev  qeyd  edir  ki,  nəinki  Muxtar 
Respublikamızın,  həmçinin  Azərbaycanın    incilərindən  sayılan  Batabat  göllərini  qorumaq,  bizcə, 
hamının  və  hər  kəsin  vətəndaşlıq  borcudur.  Bunun  üçün  vaxtında  düşünmək  və  əməli  tədbirlər 
görmək  lazımdır.   
 
1999-cu  ildə  “Elm”  nəşriyyatı  tərəfindən  S.  Babayevin  “Naxçıvan  Muxtar  Respublikasının 
coğrafiyası”  kitabı  nəşr  edilmişdir.  Həmin  kitabda  müxtəlif  başlıqlar  altında  Naxçıvanın  coğrafiyası 
təhlil  olunmuşdur.  Bundan  başqa,  kitabda  Səfərəli  Babayevin  əvvəlki  kitabında  toxunmadığı 
maraqlı  bir  başlıq-“Naxçıvan  MR-də  təbiəti  mühafizənin  vəziyyəti”  adı  altında  beş  maraqlı  məqalə 
verilmişdir.  Bunlardan  “Suların  mühafizəsi  vəziyyəti”  və  “Bitki  örtüyünün  mühafizəsi  vəziyyəti”  
məqalələri  diqqəti  cəlb  edir. 
 
S.Y.  Babayevin  Naxçıvan  MR  təbiətinin  qorunmasına  dair  araşdırmaları  hazırda  dünyanın 
ən  qlobal  məsələlərindən  olan  ekoloji  problemlərin  həll  edilməsi  üçün  atılan  mühüm  addımlardan 
biri  və həmin  elmin  inkişafına  kömək  edən amillərdəndir.   
 
S.Y. 
Babayev 
xalqımızın 
folklor  yaradıcılığına  bələd  olan  alim  idi.  Onun  elmi 
yaradıcılığında  çox  saylı  əfsanə  və  rəvayətlərinin  adı  çəkilir,  onlar  haqqında  maraqlı  fikirlər  irəli 
sürülür.  lakin  alimin  bu  nümunələrində  əsas  məqsəd  və  marağı  toponimlər,  onların  ərazisi,  elmi 
izahı  və  s.  məsələlərdir.  S.Y.  Babayevin  “Ağ  qaya  əfsanəsi”    məqaləsi  də  bu  qəbildəndir.  Əsər 
1984-cü  ildə  “Elm  və  həyat”    jurnalının  11-ci  sayında  çap  edilmişdir.  Əsərdə  Naxçıvan  şəhərindən 
20-22  km  şimal-qərbdə  yerləşən  Çalxanqala  kəndi  və  bu  kənd  ərazisindəki  toponimlər  elmi  təhlilə 
cəlb  edilir.  Oradakı    e.  ə    II  minilliyin  sonu,  I  minilliyin  əvvəllərində  müdafiə  məqsədilə  tikilmiş 
Oğlanqala,  Çalxanqala,  Ağ  qaya,  Bəzəkli,  Qırmızı  daş,  Dar,  Günortadaşı,  Əjdaha  yolu,  Əjdaha 
cəmdəyi  kimi  çoxsaylı  toponimlər  aydınlaşdırılır,  onların  yaranma  izləri  xalq  əfsanələrində  axtarılır. 
 
S.Y.  Babayevim  toponim  araşdırmaları  bir  daha  sübut  edir  ki,  Naxçıvan  bölgəsindəki 
toponimlərin  hamısı  türk  mənşəlidir.  Bu,  təbiidir,  çünki  çox  qədim  dövrlərdən  Naxçıvan  MR 


- 107 - 
ərazisində  türk  mənşəli  etnoslar  yaşamışlar.  Erməni  tarixçiləri  Naxçıvan  bölgəsi  haqqında  cəfəng 
fikirlər,  uydurma  və  yalanlar  söyləyərək  bu  qədim  və  ulu  torpağın  ermənilərə  məxsus  olduğunu 
yazsalar  da,  çox  qiymətli  və  qədim  məxəzlər  bu  bədnam  mülahizələri  rədd  edir,  ermənilərin  heç 
vaxt  bu  ərazidə  aparıcı  rol  oynamadıqlarını  bildirir.  Bu  baxımdan,  S.Y.  Babayevin  “Naxçıvanın  bəzi 
etnotoponimləri”  adlı  məqaləsi  diqqətəlayiqdir.  Əsərdə  Kəngərli,  Qaraxanbəyli,  Əlixanlı,  Muğan, 
Xələc  və s. etnotoponimləri  elmi  tədqiqata  cəlb  edilir.   
 
Coğrafi  adlar  S.Y.  Babayevin  ömrü  boyu  müraciət  etdiyi  mövzulardandır.  Onun  “Türk 
dünyası”  dərgisində  çap  edilən  “Naxçıvanda  bəzi  yer  adları”    məqaləsi  də  həmi  mövzudadır.  Əsərdə 
qədim  və  müxtəlif  yer  adları  ilə  zəngin  olan  Naxçıvan  bölgəsindəki  Biçənək,  Vənənd,  Qazançı, 
Qaraçuq,  Dəmirçi,  Əlincəqala,  Keçili,  Qaraxanbəyli,  Əlixanlı,  Püsyan,  Alışar,  Kərki,  Günnüt, 
Muğan,  Tırkeş,  Tumbul,  Xalxal  və Xələc  kimi  yer  adları  haqqında  mülahizələri  irəli  sürmüşdür. 
 
Oğuz  türklərinin  tarixini  əks  etdirən,  dünyanın  bir  çox  dillərinə  tərcümə  olunan  və  200  ildən 
artıq  bir  dövrdən  başlayaraq  tədqiqat  mövzusuna  çevrilən  “Kitabi  Dədə  Qorqud”  dastanları  ilə  bağlı 
məlumatları  dəqiqləşdirmək  üçün  Qorqudşünaslar  böyük  əmək  sərf  etmiş,  lakin  coğrafi  baxımdan 
onun  tədqiqi  son  dövrlərə  qədər  qənaətbəxş  hesab  edilməmişdir.  Əsərdə  S.Y.  Babayev  diqqətdən 
kənarda  qalmış  30-dan artıq  toponim  olduğunu  qeyd edir.   
 
S.Y.  Babayev  “Dədə  Qorqud-da  Naxçıvan  toponimləri”  adlı  məqaləsində  Şərur,  Əlincə 
qalası,  Göy  göl,  Ağqaya,  Salaxan,  Qara  çoban  düzü  kimi  elmi  aləmdə  müxtəlif  mübahisəli  fikirlərə 
səbəb olan  toponimlərə  aydınlıq  gətirir  və bəzi  adlar  haqqında  maraqlı  mülahizələr  irəli  sürür. 
 
“Kitabi-Dədə  Qorqud”:  Əkrək  və  Səkrəkin  səfər  marşrutu  barədə  qeydlər"  əsərində  alimin 
əldə  etdiyi  nəticələrdən  biri  Şərukun  Şərur  düzü  olduğudur. 
 
S.Babayevin  “Kitabi  Dədə  Qorqud”  un  Naxçıvanda  izləri”  məqaləsi  də  araşdırmalara,  tarixi 
və  coğrafi  dəlillərə  əsaslanır.  Əsərdə  Naxçıvanın  “Dədə  Qorqud”  un  əsas  yaşayış  məskənlərindən 
biri  olması  təsdiq  edilir.  S.  Babayev    “Kitabi  Dədə  Qoqud”  boyları  və  onlardakı  personajlarla 
əlaqədar  50 -dən artıq  toponim  müəyyənləşdirmişdir. 
 
S.  Babayevin  toponim  tədqiqatlarının  sistem  halında  təhlili  göstərir  ki,  o,  coğrafi  adlara 
obyektiv  yanaşmanın  məsuliyyətini  hiss  və  dərk  etdirməklə  yanaşı  mühüm  rol  oynamış  və  bu 
məsələnin  həlli  yollarını  göstərmişdir.   
 
Alim  “Kitabi-  Dədə  Qorqud”  dastanları  ilə  bağlı  yüzdən  çox  toponimi  hadisələrin  ardıcıllığı 
baxımından  sistemləşdirmişdir.  Həmçinin  dastanla  əlaqədar  əlliyə  yaxın  toponimin  Naxçıvan 
ərazisində  olduğunu  elmi  dəlillərlə  sübut  etmişdir. 
 
S.Babayevin  “Naxçıvanın  itirilmiş  torpaqları”  məqaləsi  də  maraqlı  aktual  bir  mövzuda 
yazılmışdır.  Əsər  həm  tarixi,  həm  coğrafi,  həm  də  milli-mənəvi  dəyərlər  baxımından  
əhəmiyyətlidir.  Əsərdə  Naxçıvanın  tarixi  torpaqları,  ərazisi  haqqında  keçmiş  və  indiki  məlumatlar 
müqayisə  edilir,  bu mövzu  ilə  əlaqədar  tarixi  sənədlərdən  bəhs  edilir. 
 
Səfərəli  Babayevin  “Əlincə  qalası  qəhrəmanlıq  rəmzidir”  məqaləsi  tarixi  coğrafi  etimoloji 
baxımdan  diqqəti  cəlb  edir.  Əlincə  qalası  müdafiə  qalası  olub  Culfa  rayonunda  Əlincə  çayın  sağ 
sahilində  Xanağa  kəndi  yanında  monolit  bir  qaya  parçasını  xatırladan,  hündürlüyü    1700  m  olan,  hər 
tərəfdən  sıldırım  yamaclı  Əlincə  dağının  üstündə  yerləşir.  Bu  qala  Azərbaycan  xalqının  yadelli 
işğalçılara  qarşı  apardığı  mübarizə  tarixi  ilə  sıx  əlaqədar  olub,  onun  yenilməzlik,  cəsurluq  və 
qəhrəmanlıq  rəmzidir. 
 
S.  Babayevin  “Naxçıvan  diyarının  təbiət  abidələri”  məqaləsi  daha  maraqlı  bir  mövzuda 
yazımışdır.    Əsər  insanların  maddi  və  mənəvi  tələblərini  ödəyən  canlı  və  cansız  varlıqlar,  tükənməz 
sərvətlərə,  mürəkkəb  relyefə,  müxtəlif  landşafta,  bitki  örtüyünün  təzadlı  çalarlarına,  talalar  şəklində 
sədalı  dağ  meşələrinə,  200-dən  artıq  mineral  su  mənbələrinə,  400-  ə  qədər  çay  və  çay  qollarına, 
özünəməxsus  faunaya  malik  olan  Naxçıvan  MR-in  təbii  abidələrinə  həsr olunub. 
 
Yuxarida  qeyd  olunanlardan  görünür  ki,  prof.S.  Babayev  Azərbaycan  coğrafiyasının 
inkişafında  onun  Naxçıvan  MR  ilə  bağlı  coğrafi  məlumatlarla  zənginləşməsində  xüsusi  rol  oynamış,  
Naxçıvan  ərazisindəki  fiziki-coğrafi  amilləri  ayrıca  öyrənən  elm  xadimi  olmuşdur. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə