TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   49   50   51   52   53   54   55   56   ...   86

- 108 - 
ƏDƏBİYYAT 
 
1.Babayev  S.Y.  “Naxçıvan  MSSR-in  əsas  landşaft  tipləri”,  Azərbaycan  SSR  Elmlər 
Akademiyası  Coğrafiya  İnstitutu  gənc  alimlərinin  VI  elmi  konfransının  materialları,  Bakı 
Azərbaycan  SSR Elmlər  Akademiyası  nəşriyyatı,  1967. 
 
2. Babayev  S.Y. “Qədim  diyarın  təbiəti”,  Bakı,  Azərbaycan  Dövlət  Nəşriyyatı,  1970. 
 
3.  Babayev  S.Y.  “Naxçıvanda  Kitabi-Dədə  Qorqud  toponimləri”,  Bakı,  “Yeni  nəşrlər  evi” 
1999.  
 
4. Babayev  S.Y. “Naxçıvan  Muxtar  Respublikasının  coğrafiyası”  , Bakı,  “Elm”,1999. 
 
5.  Babayev  S.Y.  “Naxçıvan  MSSR-in  düzənlik  landşaft  kompleksi”,  “Coğrafiya 
cəmiyyətinin  əsərləri”,  Bakı,  Azərbaycan  SSR Elmlər  Akademiyası  Nəşriyyatı,  1968. 
 
6.  Babayev  S.Y.  “Naxçıvan  MSSR-in  su  təsərrüfatı  və  ekoloji  problemlər”,  “Elm  və  həyat”, 
Bakı,  “Kommunist”,  1989, N-11. 
 
7.  Babayev  S.Y.  “Naxçıvan  MSSR-in  kənd  təsərrüfatı  ehtiyatları  və  onlardan  istifadə 
edilməsi  perspektivlərinə  dair”,  Naxçıvan  Kompleks  Zonal  Təcrübə  Stansiyasının  “Elmi  əsərlər” 
seriyası,  V buraxılış,  Bakı,  “Kommunist”,  1968. 
 
8. Babayev  S.Y. “Naxçıvanda  bəzi  yer adları”  “Türk  dünyası”,  Ankara,  1996. 
 
9.  Babayev  S.Y.  “Ermənilərin  Zaqafqaziyaya  gəlişi  və  demoqrafik  proseslər”,    Prometey,    Bakı, 
2000.  
 
 
 
 
 
 
 
 
 
 
                                               
ABSTRACT
 
                                                                                                     Elnara  Seyidova 
                                                                              Turana  Seyidova 
S.Y Babayev’s role of the developing  of the geoqraphy  science 
 
        In  this  article  has  discussed  S.Y.Babayev’s  scientific  activity,  at  the  same  time  in  the 
developing  of  the  Azerbaijan  geography  science  has  discussed  his  information  of  Nakhchivan 
geography  and this  information  has  reached geography  information  of  Nakhchivan  territory. 
 
PЕЗЮМЕ 
                                                                                                Эльнара Сеидова                                                    
                                                                                           Турана   Сеидова 
                        Роль С.Я.Бабаева в развитий  географической науки 
 
         В  статье  исследуется  научная  деятельность  профессора  С.Я.Бабаева  ,  одновременно 
говорится  о  его  физико  –  географических  исследованиях  на  территории  Нахичевани  иего 
роли в обогащении географической  информации в связи с разватием географической  науки.   
                                                       
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Coğrafiya üzrə fəlsəfə doktoru, dosent 
N.Bababəyli 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


- 109 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
TİBB ELMLƏRİ 
MALİKƏJDƏR İBRAHİMOV 
Naxçıvan Dövlət Universiteti 
UOT:613 
 
İNFARKTDAN  SONRAKI STENOKARDİYALARIN  DİAQNOSTİKA  VƏ 
MÜALİCƏSİNİN  MÜASİR PRİNSİPLƏRİ 
 
 
Postinfark 
əlaməti  stenokardiya  tutmalarının  infarkt  baş  verdikdən  24  saatdan  8  həftəyə  qədər 
müddətdə  təkrarı  olaraq  təzahür  etməsi  və  tezləşməsi  nəzərdə  tutulur  (9).  Bir  qayda  olaraq  PSS  erkən  və 
ləngimiş  olmaqla  iki  yerə  bölünür.  Birinci  halda  onun  baş  vermə  vaxtı  şərti  olaraq  infarkt  baş  verdikdən 
sonrakı  iki  həftə  həddində  məhdudlandırılır  (1-2),  ikinci  halda  isə  xəstəliyin  sonrakı  dövrlərinə  aid 
edilir. 
 
PSS müxtəlif  modelərdə  baş verir: 
-
 
Bu  qalıq  stenozu  ilə  əlaqədar  olub  infarkt  ocağında  bütün  hüceyrələrin  nekroza  məruz  qalması 
ilə  bağlıdır.  Həyat  fəaliyyətinin  saxlamış  hüceyrələr  oksigen  aclığına  məruz  qalmaqda  davam  edir  və 
stenokarddiya  tutmalarına  ağrı  reaksiyası  ilə  cavab  verir.  Belə  halda  postinfarkt  stenokardiya  sakitlik 
stenokardiyasına  aid  edilir. 
-
 
PSS  miokardın  remodelləşməsi  ilə  bağlı  olur.  Bu  zaman  miokardın  geniş  bir  hissəsinin  məhvi 
nəticəsində  həyat  fəaliyyətini  saxlamış  qalan  hissələr  daha  intensiv  işləməli  olurlar.  Bunun  nəticəsində 
onlar  oksigen  aclığına  məruz  qalır  və  ağrı  ilə  reaksiya  verir.  Bu  əsasən  başqa  bir  aterosklerotik  koronar 
damarın  qidalandığı  “intakt”  ürək əzələsinin  kompensator  yüklənməsi  nəticəsində  meydana  çıxır.    
-
 
Kilinik  müşahidələr  göstərir  ki,  erkən  PSS  spontan  tipli  gedişə  malik  olur,  ləngimiş  PSS  isə 
adətən  xəstənin  aktivləşdirilməsindən  sonra  müşahidə  edilir.  Mİ-ı  keçirmiş  xəstələrdə  erkən  PSS  baş 
verərsə  xəstəliyin  ölüm  faizi  bir  il  ərzində  17-50%-ə  qədər  yüksələ  bilər.  Belə  xəstələrin  20-40  %  də 
infarkt  ocağının  genişlənməsi  ilə  bilavasitə  əlaqədar  olan  əsas  ağırlaşma  kimi  qiymətləndirilir.  Bir  qayda 
olaraq  infarkt  ocağının  genişlənməsi  infarkta  səbəb  olan  koronar  arteriyanın  qidalandığı  nahiyədə 
müşahidə  edilir  (yəni  eyni  bir  damar  həm  infarkta  həmdə  infarkt  ocağının  genişlənməsinə  səbəb  olur). 
İnfarkt  ocağının  genişlənməsi  sol  mədəciyin  funksiyasının  dahada  pozulması,  yaxın  və  gələcək 
proqnozun   pisləşməsinə  gətirib  çıxarır. 
 
 
Kəskin  Mİ-dan  sonra  proqnostik  prediktor  kimi  qiymətləndirilən  tranzitor    işemiyaya  tez-tez  rast 
gəlinir.  O,  kilinik  əlamətlərin  meydana  çıxması  ilə  müşayiət  oluna  bilər.  Freminq  araşdırmalarının 
nəticələrinə  görə 
belə  gedişli  miokard  infaktlı  xəstələrin  33%-də  müşahidə  edilir.  Başqa  müəlliflər  nəticələrinin  daha 
yüksək 58%  olduğunu qeyd edirlər (10). 
 
Qeyri  stabil  stenokardiyaların  diğər  formalarından  (İlk  dəfə  yaranan  gərginlik  stenokardiyası,  Progressivləşən 
stabil  stenokardiya,  Spontan  stenokardiya)  fərqli  olaraq  PSS  Mİ-nın  gedişi  dövründə  və  onun  ağırlaşması  kimi 
medikomentoz
  müalicənin  fonunda  meydana  çıxır.  Bu  baxımdan  onu  düzgün  qiymətləndirmək  üçün  Mİ-
nın  özünün  diaqnostik  kriteriyaları  vacib  rol  oynayır. 
 
Miokardın  zədələnməsinin  həssas  və  spesifik  markerlərindən  biri  tropoinindir.    Hasday  KKS-ə 
görə  Avropo  və  Aralıq  dənizi  sahillərinin  25  ölkəsinin  103  xəstəxanasında  müalicə  olunan  10484 
xəstəsinin  nəticələrini  təhlil  edərək  aşağıdakı  nəticəyə  gəlmişdir.  QSS  diaqnozu  qoyulmuş  4398  xəstənin 
28,1%  də  troponin 
səviyyəsinin,  23,4%  də  KFK  səviyyəsinin  qalxması  qeyd  edilmişdir  ki, bu da xəstələrin bəzilərinə 
yanlış  diaqnozun  qoyulduğunu  irəli  sürür.  Mİ-tı  diaqnozu  qoyulmuş  6086  xəstənin  təxminən  ¼  i  troponin  və  KFK 
səviyyəsinin  yaxud  hər  ikisinin  normal  qiymətinə  malik  olmuşdur  (4,5).Bu  Mİ-da  kifayət  qədər  geniş  araşdırmadır  ki, 
burada  müalicə  strategiyasının  seçimində  və  xəstələrə  proqnostik  məs ləhətlərin
  verilməsində  dəqiq  diaqnostikanın 
vacibliyi  ələlxüsus  nəzərə alınmalıdır. 
 
Kardial  biomarkerlər  QSS  (qeyri  stabil  stenokardiya)  STQOMİ  (st  seqmentinin  qalxması 
olmayan  miokard  infarktı)  qiymətləndirilməsində  və  müalicə  taktikasının  seçilməsində  müstəsna  rol 
oynayır.  Araşdırmalar  göstərir  ki,  Troponin  səviyyəsi  qalxmış  xəstələr  yüksək  riskli  hesab  edilməlidir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə