TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   52   53   54   55   56   57   58   59   ...   86

- 114 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
İSA ABDULLAYEV 
Naxçıvan Dövlət Universiteti 
 Naxçıvan Diaqnostika Müalicə Mərkəzi 
aisa55@mail.ru 
UOT:616/618 
 
YAYILMIŞ  PERİTONİTLƏRİN  MÜALİCƏSİNİN NƏTİCƏLƏRİNİN 
YAXŞILAŞDIRILMASINDA   CƏRRAHİ MANİPULYASİYALARIN 
TƏKMİLLƏŞDİRİLMƏSİ İLƏ YANAŞI,  İMMUN STATUS VƏ SİTOKİN  PROFİLİ   
GÖSTƏRİCİLƏRİNİN  KORREKSİYASININ  ƏHƏMİYYƏTİ 
 
 
Key words:  Diffuse Peritonitis, ozonized perftoran, glutoxim.  
   Ключевые  слова:  Распространенный  перитонит,  озонированный  перфторан, 
глутоксим.   
 
           Giriş.  Yayılmış  peritonitlərin  (YP)  cərrahi  müalicəsinin  qeyri-qənaətbəxş  nəticələrinin 
yüksək  hədlərdə  qalması,  abdominal  cərrahlığın  ən  qədim  və  ən  aktual  problemlərindən  biri  olan 
peritonitlərin  müalicəsində  cərrahi  texnikanı  daim    təkmilləşdirməyi,  homeostazın,  metabolizmin  və 
immun  statusun  korreksiyasını  tələb  edir  (4, 9, 10, 23, 29, 33).  
          YP  zamanı  cərrahi  müdaxilə  dövründə  aparılan  ənənəvi  manipulyasiya  və    sanasiya  üsulları 
ilə  periton  qişasının  dərinliklərinə  nüfuz  etmiş  mikrofloranı  radikal  olaraq  təmizləmək  mümkün 
deyildir.  Məhz  bu  fonda  get-gedə  inkişaf  edən        infeksiya,  toksemiya,  metabolizm  proseslərindəki 
dəyişikliklər,  faqositozda,  immunitetin  hüceyrə,  humoral  və  sitokin  həlqələrindəki  pozğunluqlar  bir 
sıra,  öz-özünə  idarə  olunan  zəncirvari  patoloji  reaksiyaların,  o  cümlədən  sistemin  iltihaba  reaksiyası 
sindromunun  (SİRS)  meydana  çıxmasına  gətirib  çıxarır  (4, 9, 10, 23, 24, 29, 33).  
Bu    isə  YP  zamanı  əməliyyat  dövrdə  patoloji  ocağın  daha  radikal  olaraq  aradan  qaldırılmasını, 
əməliyyatdansonrakı 
dövrdə 
isə 
endogen 
intoksikasiyanın 
(Eİ) 
və 
immunsupressiyanın 
formalaşmasının  universal  mexanizmlərini  nəzərə  almaqla,  infeksiya  mənbəyinə,  Eİ  mənbələrinə  və 
prosesin  sonrakı  inkişafının  bütün  mərhələlərinə,  immun  və  antioksidant  status  pozğunluqlarına 
qarşı  daha  səmərəli  müalicə  tədbirlərinin  işləyib  hazırlamasını  və  klinik  tətbiqini  tələb  edir.  Buna 
nail  olmaq  üçün,  əməliyyatdansonrakı  dövrdə,  toxumaların  hipoksiyasının  azaldılmasına,  metabolik 
və  immunoloji  pozğunluqların  yerli  və  sistem  səviyyəsində  tənzimlənməsinə,  yalnız  patogenetik 
cəhətdən  əsaslandırılmış  farmakoloji  və efferent  terapevtik  vasitələrdən  istifadə  edilməsi  vacibdir. 
Tədqiqatın  məqsədi.  YP  zamanı  cərrahi  müdaxilə  dövründə  aparılan  ənənəvi  manipulyasiya 
və    sanasiya  üsullarının  təkmilləşdirilməsinin,  antihipoksant  ozonlaşmış  perftoranın  (OP)  və 
metabolik  immunomodulyator  qlutoksimin  (Qt)  birgə  tətbiqinin  xəstəliyin  kompleks  müalicəsinin 
nəticələrinə  təsirinin  öyrənilməsidir. 
Tədqiqatın  material  və  metodları.  Bu  məqsədlə  aparılmış  tədqiqatlar  YP  diaqnozu  ilə 
cərrahi  müdaxilə  keçirmiş  348  xəstəni  əhatə  edir.  348  xəstədən  202-i  kişi  (58,0±2,6%)  və  146-ı 
qadın  (42,0±2,6%)  olmuşdur.  YP-yə  daha  çox  16-40  yaşlı  şəxslərdə  rast  gəlinmişdir.  Peritonitin 
nozoloji  səbəbləri  içərisində  ən  çox  destruktiv  appendisitə  (69  xəstədə),  perforativ  qastroduodenal 
xoraya  (62  nəfərdə),  kəskin  destruktiv  xolesistitə  (56  şəxsdə)  və  qeyri-onkoloji  mənşəli  kəskin 
bağırsaq  keçməzliyinə  (52  xəstədə)  təsadüf  edilmişdir.  Xəstələrin  35,3±2,6%-i  xəstəliyin 
başlanmasından  24  saatdan  çox  keçən  bir  müddətdə  əməliyyat  olunmuşdur.  Xəstələrin  ağırlıq 
dərəcəsi  Manheymin  peritoneal  indeksinə  (MPİ)  əsasən  qiymətləndirilmişdir:  141  xəstədə  MPİ-I 
(40,5±2,6%),  119-da  MPİ-II  (34,2±2,5%)  və  88-də  MPİ-III  (25,3±2,3%).  Həmçinin,  xəstələr  SİRS 
nöqteyi-nəzərindən  də  qiymətləndirilmişdir  və  348  xəstədən  122-də  (35,1±2,0%)  SİRS  əlamətləri 
aşkarlanmamışdır.  SİRS-in  aşkarlandığı  226  xəstədən  isə  SİRS-in  bir  meyarı  54,  2  meyarı  56,  3 


- 115 - 
meyarı  60  və  4  meyarı  56  xəstədə  olmuşdur.  YP  fonunda  SİRS-in  2  və  daha  çox  meyarı  olan  172 
xəstədə  abdominal  sepsisin  (AS) olması  müəyyən  edilmişdir.   
Bu  xəstələrdə  appendektomiya  zamanı  soxulcanabənzər  çıxıntı  güdülünün  işlənməsi  bizim 
təklif  etdiyimiz  üsulla  aparılmış  (2,  5),  patoloji  ocaq  aradan  qaldırıldıqdan  sonra,  qarın  boşluğunun 
sanasiyası,  fokuslaşdırılmış  hipertenzion  hidropressiv  peritoneal  lavaj  üsulu  ilə,  antiseptik 
məhlullarının  təzyiq  altında  vurulması  ilə  həyata  keçirilmiş  (1,  4),  qarın  boşluğunun  drenajlanması, 
drenajlama  sahəsini  artırmaq  və  drenajlama  müddətini  uzatmaq  məqsədi  ilə,    novşəkilli  və      
saçaqlı  drenaj  boruları  ilə  aparılmış  (4,  8,  18,  19),  əməliyyatdan  sonrakı      dövrdə        aparılacaq 
peritoneal  lavajın  effektini  maksimuma  çatdırmaq  üçün  bizim  təklif  etdiyimiz  drenajlama  üsulundan 
istifadə  edilmiş  (17),  intraabdominal  endolimfatik  ozonoterapiya  (4,  20,  21)  və  idarəolunan  davamlı 
lokal  hipotermiya  üsullarından  (4, 11) 
 
istifadə  edilmişdir.
 
Aparılan  ümumi  müalicənin  və  peritoneal  sanasiyanın  xarakterindən  asılı  olaraq  xəstələr  iki 
klinik  qrupa  bölünmüşdür. 
Müqayisə  qrupuna  (birinci  qrupa)  234  xəstə  daxil  edilmişdir.  Bu  xəstələrdə 
immuntənzimlənməsiz  ümumən  qəbul  edilmiş  bazis  konservativ  terapiya  və  peritoneal  sanasiya 
aparılmışdır.    
Əsas  qrupa  (ikinci  qrupa)  daxil  olan  xəstələr  ümumən  qəbuledilmiş  bazis  konservativ 
terapiya  fonunda  aparılan  ümumi  müalicənin  və  peritoneal  sanasiyanın  növündən  asılı  olaraq  iki 
yarımqrupa  bölünmüşdür.  Birinci  yarımqrupa  daxil  olan  53  xəstədə,  xəstənin  ağırlıq  vəziyyəti,  MPİ 
üzrə  ağırlıq  dərəcəsi  və  Eİ-nin  dərinliyi  nəzərə  alınmaqla  ümumi-venadaxili  və  yerli  –  peritondaxili 
olmaqla   (OP) istifadə  edilmişdir. 
Bu  xəstələrdə  ümumən  qəbuledilmiş  kompleks  bazis  terapiya  tədbirlərilə  yanaşı 
əməliyyatönü  dövrdən  olmaqla  venadaxilinə  1  ml/kq  dozada  5  mq/l  konsentrasiyada  OP 
yeridilmişdir.  Cərrahi  əməliyyatın  gedişində  peritoneal  sanasiyasının  sonunda  qarın  boşluğuna  1 
ml/kq  dozada  2,5  mq/l  konsentrasiyada  OP  vurularaq  drenaj  boruları  2  saatlığa  bağlanmışdır. 
Əməliyyatdansonrakı  dövrdə  MPİ  I  ağırlıq  dərəcəsində  olan  xəstələrə  venadaxilinə  OP 
köçürülməmişdir.  MPİ  II  ağırlıq  dərəcəsində  olan  xəstələrə  əməliyyatdan  sonrakı  dövrün  ikinci 
sutkasında  venadaxilinə  və  qarın  boşluğuna  1  ml/kq  dozada  2,5  mq/l  konsentrasiyada  OP 
vurulmuşdur.  MPİ  III  ağırlıq  dərəcəsində  venaya  günaşırı  cəmi  iki  dəfə  və  qarın  boşluğuna  isə  cəmi 
bir  dəfə  əməliyyatdansonrakı  dövrün  ikinci  sutkasında  1  ml/kq  dozada  2,5  mq/l  konsentrasiyada  OP 
köçürülmüşdür. 
Əsas  qrupun  ikinci  yarımqrupunda  61  xəstədə  YP-nin  bazis  müalicə  tədbirləri  kompleksinə 
OP  və  Qt  müştərək  ümumi  və  yerli  ozono-  və  immunoterapiya  əlavə  edilmişdir.  Tərəfimizdən  ilk 
dəfə  işlənib  hazırlanaraq  klinik  praktikaya  tətbiq  edilən  bu  üsulda  OP  və  Qt  peritonitin  ağırlıq 
dərəcəsi,  endogen  intoksikasiyanın  dərinliyi  və  immunoqrammanın  göstəriciləri  nəzərə  alınmaqla 
hər  bir  xəstə  üçün  ciddi  fərqli  və  fərdi  dozalanmış  rejimdə  və  variantlarda  işlədilmişdir.  II 
yarımqrupun  bütün  xəstələrinə  əməliyyatönü  dövrdə  venadaxilinə  1  ml/kq  dozada  5  mq/l 
konsentrasiyada  OP  köçürülmüş,  2  ml  1%-li  Qt    vurulmuş  və  cərrahi  müdaxilə  zamanı  peritoneal 
sanasiyanın  sonunda  periton  boşluğuna  1  ml/kq  dozada  5  mq/l  konsentrasiyada  OP  çilənərək  drenaj 
boruları  2  saat  bağlanılmışdır.  Drenaj  boruları  açıldıqdan  sonra  qarın  boşluğuna  2,0  ml  3%-li  Qt 
yeridilmişdir.  Əməliyyatdansonrakı  dövrdə  MPİ-I  ağırlıq  dərəcəsində  I
0
-li  endogen  intoksikasiya, 
hüceyrə  immunitetinin  supressiyası  və  humoral  immunitet  aktivliyinin  artması  fonunda  ilk  üç  gün 
ərzində  hər  gün  venadaxilinə  2,0  ml  1%-li,  periton  boşluğuna  isə  2,0  ml  3%-li  Qt  vurulmuşdur. 
MPİ-II  ağırlıq  dərəcəsində  dərin  endogen  intoksikasiyası  və  immunosupressiyası  olan  xəstələrə  
əməliyyatdansonrakı  2-ci  sutkada  venadaxilinə  və  periton  boşluğuna  bir  dəfə  1  ml/kq  dozada  2,5 
mq/l  konsentrasiyada  OP  vurulmaqla  yanaşı  5  gün  venaya  2,0  ml  1%-li  və  5  gün  isə  intraperitoneal 
2,0  ml  3%-li  Qt  yeridilməsi  davam  etdirilmişdir.  MPİ-III  ağırlıq  dərəcəsində  III
0
-li  endotoksikozu 
və  immunparaliçi  olan  xəstələrdə  isə  əməliyyatdansonrakı  dövrdə  OP  1  ml/kq  dozada  2,5  mq/l 
konsentrasiyada  günaşırı  olmaqla  cəmi  2  dəfə  venaya,  həmən  doza  və  konsentrasiyada 
əməliyyatdansonrakı 
dövrün 
2-ci 
sutkasında 
bir 
dəfə 
qarın 
boşluğuna 
yeridilmişdir. 
Əməliyyatdansonrakı  dövrdə  1%-li  Qt  2,0  ml  olmaqla  7-10  gün  müddətində  hər  gün  venaya  və  2,0 
ml  3%-li  dozada  isə  5-7 gün  periton  boşluğuna  vurulmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə