TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   53   54   55   56   57   58   59   60   ...   86

- 116 - 
Periferik  qanda  dinamikada  əməliyyata  qədər  və  əməliyyatdansonrakı  1-3,  5-7  və  10-14 
sutkada  limfositlərin  fenotip  tərkibi  (CD3+  -  T-ümumi  limfositlər,  CD4+  -  T-helperlər,  CD8+  -  T-
supressorlar,  CD19+  -  B-limfositlər)  monoklonal  antitellərdən  istifadə  etməklə  qeyri-düzünə 
immunoflüoressensiya  metodu  ilə  və  zərdab  immunoqlobulinləri  (Jg  A,  M,  G)  “Pars  Azmun”  (İran) 
firmasının  reaktiv  dəstilə  immunoturbidometrik  üsulla  təyin  edilmişdir.  Xəstələrdə  həmçinin, 
faqositar  indeksi  (Fİ) və dövran  edən immunokompleks  (DİK) də öyrənilmişdir. 
Sitokin  profilinin  vəziyyəti  əməliyyata  qədər,  əməliyyatdansonrakı  3  və  7-ci  sutkalarda  qanda 
TNFα, İL-4 və İL-8 konsentrasiyasının  İFA üsulu  ilə  təyininə  əsasən  qiymətləndirilmişdir. 
Xəstələrdə  lipidlərin  peroksidləşməsi  (LPO)  –  antioksidant  müdafiə  (AOM)  sistemi 
göstəricilərindən  olan  dien  konyuqatları  (DK),  malon  dialdehidi  (MDA)  və  katalaza  aktivliyi  (KAT) 
eritrositlərdə  dinamikada  əməliyyata  qədər  və  əməliyyatdan  sonra  dövrün  1-3,  5-7,  10-14-cü 
sutkalarında  öyrənilmişdir  (26). 
        Endogen  intoksikasiya  markerlərindən  olan  orta  molekullu  peptidlər  (OMP)  qanda  və  sidikdə 
В.В.  Николайчук  с  соавт.  (32)  üsulu  ilə  təyin  edilərək,  plazmadakı  OMP  miqdarının  sidikdə  olan 
OMP 
miqdarına 
nisbəti  olan  ifrazetmə  indeksi  (İİ)  hesablanmışdır.  Dinamikada  qanda 
intoksikasiyanın  leykositar  indeksi  (İLİ),  qanda  qalıq  azot,  sidik  cövhəri,  kreatinin,  ümumi  zülal  və 
albumin  səviyyəsi  də öyrənilmişdir.   
Həmçinin,  xəsətlərdə  qaraciyərin  bir  sıra  funksional  göstəriciləri  (ümumi  bilirubin,  qələvi 
fosfotaza  –  QF,  Alanin  Aminotransaminaza  –  ALT,  Aspartat  Aminotransaminaza  –  AST)  və  bir  sıra 
elektrolitlərin  (K
+
, Na
+
 və Ca
2+
) miqdarı  da təyin  edilmişdir.   
12 praktik  sağlam  şəxsin  analoji  göstəriciləri  norma  kimi  götürülmüşdür. 
Alınan  nəticələr  variasion  statistika  və  Uilkokson-Manna-Uitni  meyarından  istifadə  etməklə 
qeyri-parametrik  üsulla  işlənilmişdir.  Alınmış  göstəricilərin  müqayisəsi  və  qiymətləndirilməsi  üçün 
müqayisə  qruplarında  “Şanslar  nisbəti”  (ŞN)  və  bu  göstəricinin  95%-li  “etibarlılıq  intervalı”  (Eİ) 
hesablanmışdır. 
Nəticələr  və  onların  müzakirəsi.  Aparılmış  tədqiqatlar  YP  diaqnozu  ilə  daxil  olan  xəstələrdə 
qanda  DK,  MDA,  OMP,  İLİ,  qalıq  azot,  sidik  cövhəri,  kreatinin,  sidikdə  OMP  miqdarının, 
həmçinin,  plazmadakı  OMP  miqdarının  sidikdəki  OMP  miqdarına  nisbəti  olan  İİ  səviyyəsinin 
artması,  qaraciyərin  bir  sıra  funksional  göstəricilərinin  (ümumi  bilirubin,  ALT,  AST,  QF) 
yüksəlməsi  fonunda  qanda  KAT  aktivliyinin,  ümumi  zülal  və  albumin  konsentrasiyasının,  K
+
,  Na
+
 
və  Ca
2+
 
kimi  elektrolitlərin  miqdarının  azalması  müəyyən  edilmişdir.  Lipoperoksidləşmə 
proseslərinin  intensivləşməsi  fonunda  antioksidant  sistemdəki  supressiya  halının  və  Eİ-nin  dərinliyi, 
eləcə  də  qaraciyərin  funksional  göstəricilərində  və  elektrolit  balansındakı  dəyişikliklər  də  YP-nin 
MPİ üzrə  ağırlıq  dərəcəsindən  birbaşa  asılı  olmuşdur  (7, 14). 
Hər  iki  qrupun  xəstələrində  MPİ-I  ağırlıq  dərəcəsində  qanda  DK,  MDA,  OMP,  İLİ,  kreatinin, 
qalıq  azot,  sidik  cövhəri,  ümumi  bilirubin,  ALT,  AST,  QF,  KAT  aktivliyi  kimi  göstəricilərin 
mülayim  artımı  fonunda  ümumi  zülalın,  İİ-nin,  albumin  və  elektrolitlərin  (K
+
,  Na
+
  və  Ca
2+

miqdarının  azalması  hüceyrə  (CD3+,  CD4+,  CD8+  -  limfositlərin,  Fİ  və  CD4+/CD8+  nisbətinin 
azalması)  və  humoral  immunitetdə  (CD19+  -  limfositlərin,  Ig  A,  M,  G  konsentrasiyasının  və  DİK 
səviyyəsinin),  həmçinin,  sitokin  balansında  olan  pozğunluqlarla  (normaya  nisbətən  qan  zərdabında 
statistik  dürüst  TNFα  konsentrasiyasının  2,9  dəfə,  İL-8  və  İL-4  səviyyəsinin  isə  müvafiq  olaraq  3,3 
və 6,0 dəfə  artması)  müşayiət  olunmuşdur  (7, 27,  28) 
 Əməliyyatdansonrakı 
dövrdə  müqayisə  qrupunda  MPİ-I  ağırlıq  dərəcəsində  ənənəvi 
kompleks  bazis  terapiya  tədbirləri  fonunda  qanda    lipoperoksidləşmə  məhsullarının  və  Eİ 
markerlərinin  tədricən  azalması,  ümumi  zülalın,  albuminin  və  elektrolitlərin  miqdarının  artması, 
qaraciyərin  funksional  göstəricilərinin  və  İİ-nin  normallaşmağa  doğru  istiqamətlənməsi  qeyd  edilir, 
lakin  tam  normallaşma  baş  vermir.  Əməliyyatdansonrakı  dövrün  10-14-cü  sutkasında  normadan 
statistik  dürüst  olaraq  qanda  CD3+  -  limfositlərin  miqdarı  11,6%,  CD4+  –  16,3%,  CD8+  –  3,2%,  Fİ 
–  4,7%  aşağı,  əksinə  CD19+  –  limfositlərin  səviyyəsi  19,2%,  Ig  A  –  25,2%,  Ig  M  –  14,5%,  Ig  G  – 
8,1%  və  DİK  –  31,4%  yüksək  olaraq  qalır.  Əməliyyatdansonrakı  dövrün  7-ci  sutkasında  xəstələrdə 
TNFα və İL-8 konsentrasiyasının  bir  qədər azalsa  da, İL-4 səviyyəsi  daha da artır.   


- 117 - 
Əsas  qrupun  1-ci  yarımqrupunda  bazis  müalicə  tədbirləri  kompleksinə  OP  ilə  yerli  və  ümumi 
OT-nin  daxil  edilməsi  LPO  prosesləri  intensivliyini  daha  erkən  dövrdə  azaltmağa,  Eİ-nin  aradan 
qaldırılmasına, 
qaraciyərin 
fermentativ 
funksiyasının, 
elektrolit 
və 
zülal 
mübadiləsinin 
normallaşmasına  müsbət  təsir  göstərir.  OP  ilə  yerli  və  ümumi  OT  tədqiqatın  sonuna  bu  xəstələrdə 
T-  və  B-immuniteti  göstəricilərinin  normallaşmağa  doğru  sürətini  əhəmiyyətli  dərəcədə  artırmaqla 
yanaşı,  sitokin  disbalansının  aradan  qalxmasına  da pozitiv  təsir  göstərir. 
Əsas  qrupun  2-ci  yarımqrupunda  ənənəvi  bazis  terapiya  fonunda  OP  və  qlutoksimlə  müştərək 
yerli  və  ümumi  OT  və  immuntənzimləmə  müşahidənin  sonuna  öyrənilən  bütün  göstəricilərin 
normallaşmasına,  o  cümlədən  sitokin  profilindəki  disbalansı  əhəmiyyətli  dərəcədə  aradan 
qaldırmağa  imkan  verir. 
MPİ-II  ağırlıq  dərəcəsində  müqayisə  qrupunun  xəstələrində  əməliyyatönü  dövrdə  qanda 
normadan  statistik  dürüst  DK  miqdarı  2,5  dəfə,  MDA  –  2,3  dəfə,  OMP  –  72,0%,  sidik  cövhəri  – 
70,2%,  qalıq  azot  –  94,9%,  kreatinin  –  90,6%,  ümumi  bilirubin  –  2,2  dəfə,  İLİ  – 6,1 dəfə, ALT – 3,1 
dəfə,  AST  –  3,4  dəfə,  QF  –  2,1  dəfə  çox  artsa  da,  ümumi  zülal  18,2%  (p<0,001),  albumin  –  18,9%, 
İİ  –  25,6%,  KAT  aktivliyi  –  32,7%  (p<0,001),  K
+
  –  27,6%  (p<0,001),  Na
+
  –  6,7%  (p<0,001)  və 
Ca
2+
  –  27,2%  (p<0,001)  azalır.  Həmçinin,  bu  xəstələrdə  normaya  nisbətən  qanda  CD3+  - 
limfositlərin  miqdarı  26,4%  (p<0,001),  CD4+  -  32,0%  (p<0,001),  CD8+  -  16,4%  (p<0,01), 
CD4+/CD8+  -  18,6%  (p<0,001),  Fİ  –  15,1%  (p<0,05),  Ig  A  –  30,5  (p<0,01)  aşağı,  lakin  CD19+  - 
miqdarı  normadan  78,0%  (p<0,001),  Ig  M  –  22,4%  (p<0,05),  Ig  G  –  23,5%  (p<0,001),  DİK  –  2,4 
dəfə  yüksək  hədlərdə  olur.  Eyni  zamanda  sağlam  şəxslərin  göstəricilərindən  statistik  dürüst  qanda 
TNFα konsentrasiyası  3,1 dəfə,  İL-8 – 3,2 dəfə  və İL-4 – 3,8 dəfə  yüksək  olur. 
Əsas  qrupun  1-ci  yarımqrupunda  OP  ilə  yerli  və  ümumi  OT-nin  aparılması  LPO  proseslərinə,  Eİ-ya, 
qaraciyərin  funksiyasına,  zülal  və  elektrolit  mübadiləsinə,  immunitetə  və  sitokin  profili 
göstəricilərinə  daha səmərəli  təsir  göstərir  (16). 
 
Əsas  qrupun  2-ci  yarımqrupunda  cərrahi  müdaxilə  və  ənənəvi  bazis  müalicə  fonunda  OP  və 
Qt  müştərək  yerli  və  ümumi  olmaqla  tətbiqi  öyrənilən  göstəricilərdə  daha  erkən  pozitiv 
normallaşdırıcı  dinamikaya  səbəb  olur.  Belə  ki,    tədqiqatın  sonuna  ilkin  göstəriciyə  nisbətən 
statistik  dürüst  DK  səviyyəsi  50,8%,  MDA  –  51,5%,  OMP  –  31,0%,  İLİ  –  78,5%, CD19+ - 33,8%, 
Ig  M  –  12,1%,  Ig  G  –  22,9%,  DİK  –  38,8%,  ALT  –  63,5%,  AST  –  70,4%,  QF  – 42,5%, TNFα – 
44,9%,  İL-8  –  54,7%  azalır,  lakin  CD3+  miqdarı  isə  33,5%,  CD4+  -  45,0%,  CD8+  -  17,6%, 
CD4+/CD8+  -  27,3%,  Ig  A  –  44,9%  artır.  Lakin  İL-4  konsentrasiyası  ilkin  göstəriciyə  nisbətən  artsa 
da, müqayisə  qrupundakı  analoji  göstəricidən  44,5% az olur. 
MPİ-III  ağırlıq  dərəcəsində  əməliyyatönü  dövrdə  xəstələrdə  olan  ağır  endotoksikoz  halına 
(qanda  normadan  statistik  dürüst  DK  miqdarı  3,0  dəfə,  MDA  –  3,1  dəfə,  OMP  –  2,3  dəfə, qalıq azot 
–  2,3dəfə,  sidik  cövhəri  –  2,1  dəfə,  kreatinin  –  2,5  dəfə,  ümumi  bilirubin  –  2,3  dəfə,  İLİ  –  8,0  dəfə, 
sidikdə  isə  OMP  –  3,2  dəfə  çox  olur,  əksinə  statistik  dürüst  KAT  aktivliyi  42,5%,  ümumi  zülal  – 
22,0%,  albumin  –  29,6%,  ),  K
+
  –  32,6%,  Na
+
  –  11,0%  və  Ca
2+
  –  35,9%  azalır.  ALT,  AST  və  QF 
səviyyəsi  normal  göstəricidən  4,7;  3,9  və  2,7  dəfə  yüksək  olur)  və  immunosupressiyaya  (normadan 
statistik  dürüst  CD3+  miqdarı  39,6%,  CD4+  -  51,7%,  CD8+  -  18,2%,  Ig  A  –  4,2%,  Ig M – 40,5%, 
Ig  G  –  38,0%,  Fİ  –  19,5%,  TNFα  –  47,2%  az,  əksinə  CD19+  - 82,0%, DİK – 3,8 dəfə, İL-8 – 4,1 
dəfə  və  İL-4  –  5,3  dəfə  çox  olur),  fərdi  differensə  olunmuş  dozada  OP  ilə  sistem  və  yerli  OT  ilə 
yanaşı  Qt  lokal  və  sistem  immuntənzimləmə  istər  müqayisə,  istərsə  də  əsas  qrupun  1-ci 
yarımqrupuna  nisbətən  daha  səmərəli  təsir  göstərir.  Müşahidənin  sonuna  Eİ-nin  ağırlığının 
azalması,  immunsupressiyanın  və  sitokin  disbalansının  aradan  qalxması,  zülal  və  elektrolit 
mübadiləsinin,  qaraciyərin  funksional  göstəricilərinin  daha  çox  normaya  yaxınlaşması  qeyd  edilir 
(28).  
Həmçinin,  OP  ilə  intraperitoneal  sanasiya  tibbi  ozonun  bakterisid  təsiri  hesabına 
əməliyyatdansonrakı 
dövrün 
3-cü 
sutkasından 
etibarən 
periton 
boşluğunun 
tam 
dekontaminasiyasına  nail  olmağa  və qarın  boşluğundakı  iltihabi  prosesi  ləğv  etməyə  imkan  verir. 
Özündə  perftoranın  və  tibbi  ozonun  xüsusiyyətlərini  birləşdirən  OP-nin  yerli  və  ümumi  tətbiqi 
LPO  proseslərinin  intensivliyini  azaldaraq  KAT  aktivliyini  artırmağa  imkan  verməklə  yanaşı 
bakterisid, 
detoksəedici, 
iltihab 
əleyhinə,  mikrosirkulyasiyanı  yaxşılaşdırıcı  təsir  göstərir, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə