TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   54   55   56   57   58   59   60   61   ...   86

- 118 - 
toxumaların 
oksigenlə 
təchizatını 
yaxşılaşdıraraq 
metabolizmi 
aktivləşdirir. 
Metabolik 
immunmodulyator  və  detoksikator  Qt-in  OP  ilə  birgə  ümumi  və  yerli  olmaqla  kompleks  bazis 
terapiya  tədbirləri  kompleksinə  daxil  edilməsi  immunitetin  hüceyrə,  humoral  və  sitokin 
həlqələrindəki  pozğunluqlara  daha  erkən  dövrdə  pozitiv  təsir  göstərməyə,  Eİ-ni  azaltmağa, 
qaraciyərin  funksional  göstəricilərinə,  zülal  mübadiləsinə  və  qanın  elektrolit  tərkibinə  normallaşma 
istiqamətində  daha səmərəli  təsirli  dinamikaya  səbəb olur. 
         Əməliyyatdansonrakı 
dövrdə 
peritoneal 
sanasiya  aparmaq  üçün  qarın  boşluğunun 
drenajlanması  zamanı  drenaj  borularının  öz  funksiyalarını  uzun  müddətə  və  daha  səmərəli  yerinə 
yetirmək  məqsədi  ilə  tərəfimizdən  işlənib  hazırlanmış  novşəkilli  və  müxtəlif  variantlı  saçaqlı  drenaj 
borularından  istifadə  edilməsi  drenajlanan  boşluqdakı  möhtəviyyatın  antiseptik  məhlullarla 
durulaşaraq  asanlıqla  xaric  olmasına  şərait  yaradır,  həmçinin  bağırsaq  keçməzliyinin,  bitişmələrin 
və  digər  qarındaxili  ağırlaşmaların  əmələ  gəlməsinin  qarşısını  alır  (3,  4,  6,  20). 
Əməliyyatdansonrakı  dövrdə  peritoneal  sanasiya  məqsədi  ilə  OP-dən  və  fokuslaşdırılmış 
hipertenzion  hidropressiv  peritoneal  lavajdan  istifadə  edilməsi  periton  boşluğunun  daha  erkən 
sanasiyasına  imkan  verir  (3, 4, 12 ).
   
Əməliyyatdansonrakı  qarındaxili  erkən  ağırlaşmaların  diaqnostikasını  yaxşılaşdırmaq  məqsədi 
ilə  sindromlu  yanaşma  əsasında  qarındaxili  erkən  ağırlaşmaların  diaqnostik  alqoritminin  işlənib 
hazırlanaraq  klinik  praktikaya  tətbiqi  qarındaxili  ağırlaşmaya  vaxtında  dürüst  diaqnoz  qoymağa, 
adekvat  müalicə  taktikası  seçməyə,  təkrari  əməliyyatlara  göstərişlərin  düzgün  təyin  etməyə, 
diaqnostik  relaparotomiyaların  qarşısını  almağa  və  daha səmərəli  nəticələr  əldə  etməyə  imkan  verir. 
Ümumilikdə 
cərrahi 
müdaxilə 
keçirmiş 
348 
xəstədən 
126-da 
(36,2±2,6%) 
əməliyyatdansonrakı  müxtəlif  ağırlaşmalara  təsadüf  edilmişdir:  41,9±3,2%  (98  xəstə)  müqayisə 
qrupunda  və  24,6±4,0%  (28  xəstə)  əsas  qrupda  [ŞN=0,45;  95%  Eİ  (0,27-0,74);  p<0,05].  OP  ilə 
aparılan  ümumi  və  yerli  OT  irinli-iltihabi  ağırlaşmaların  rastgəlmə  tezliyini  müqayisə  qrupunda 
olan  35,0±3,1%-dən  əsas  qrupun  1-ci  yarımqrupunda  24,5±5,9%-ə,  OP  ilə  birgə  yerli  və  ümumi 
olmaqla  Qt  tətbiqi  isə  2-ci  yarımqrupda  14,8±4,5%-ə  endirməyə  imkan  vermişdir  [ŞN=0,32;  95% 
Eİ (0,15-0,68); p<0,05]. 
Əməliyyatdansonrakı  dövrdə  davam  edən  peritonitə  (11  xəstə),  qarın  boşluğunun  absesinə  (11 
xəstə),  erkən  bitişmə  mənşəli  bağırsaq  keçməzliyinə  (17  xəstə)  və  bağırsaq  tikişlərinin  tutarsızlığına 
(4  xəstə)  görə  43  xəstədə  (12,4±1,8%)  relaparotomiya  aparılmışdır:  35  xəstədə  (15,0±2,3%) 
müqayisə  qrupunda  və  8  xəstədə  (7,0±2,4%)  əsas  qrupda  [ŞN=0,43;  95%  Eİ  (0,19-0,96);  p<0,05]. 
Məhz  yerli  və  sistem  OT  və  immuntənzimləməsi  hesabına  əsas  qrupda  relaparotomiyaların  sayı  2,1 
dəfə  azalmışdır. 
Ümimilikdə  348  xəstədən  əməliyyatdansonrakı  dövrdə  81-i  ölmüşdür  (23,3±2,3%):  müqayisə 
qrupunda  62  (26,5±2,9%)  və  əsas  qrupda  19  (16,7±3,5%)  [ŞN=0,55;  95%  Eİ  (0,31-0,98); p<0,05]. 
Əsas  qrupun  1-ci  yarımqrupunda  10  (18,9±5,4%),  2-ci  yarımqrupunda  isə  9  (14,8±4,5%)  ölüm 
hadisəsinə  təsadüf  edilmişdir.  Qeyd  etmək  lazımdır  ki,  MPİ  üzrə  ağırlıq  dərəcəsi  artdıqca  ölüm  faizi 
də  artır:  MPİ-II-də  –  29,4±4,2%  və  MPİ-III-də  –  58,0±5,3%.  Həmçinin  ölüm  faizi  SİRS  meyarları 
sayından  asılı  olmuşdur.  Belə  ki,  YP  SİRS-in  2  meyarı  ilə  müşayiət  olunan  hallarda  ölüm  hadisəsi 
olmamışdır.  Bütün  ölüm  halları  AS  fonunda  baş  vermişdir  və  bu  xəstələrdə  SİRS  meyarlarının  sayı 
3, yaxud  4 olmuşdur. 
Nəticələr: 
1.
 
Yayılmış 
peritonitlər 
zamanı 
immunitetin 
hüceyrə 
və 
humoral 
həlqələrindəki 
immunsupressiyanın  və  sitokin  profilindəki  disbalansın  dərinliyi,  lipoperoksidləşmə  proseslərinin 
intensivliyi,  endogen  intoksikasiyanın,  zülal  və  elektrolit  mübadiləsinin,  qaraciyərin  funksional 
göstəricilərinin  səviyyəsi  peritonitin  MPİ üzrə  ağırlıq  dərəcəsindən  asılı  olur. 
2.
 
 Xəstənin  və  MPİ  üzrə  peritonitin  ağırlıq  dərəcəsi  nəzərə  alınmaqla  yayılmış  peritonitlərin 
kompleks  müalicəsinə  fərdi  və  fərqli  dozada,  rejimdə  və  konsentrasiyada  ozonlaşmış  perftoratanla 
birgə  metabolik  immunomodulyator  qlutoksimin  ümumi  və  yerli  olmaqla  daxil  edilməsi  immun 
homeostazdakı  supressiya  halını  və  sitokin  disbalansını  daha  erkən  dövrdə  tənzimləməyə, 
lipoperoksidləşmə  proseslərinin  intensivliyini  və  endogen  intoksikasiyanın  dərinliyini  azaltmağa, 
zülal 
mübadiləsinin,  qanın  elektrolit  tərkibinin  və  qaraciyərin  funksional  göstəricilərinin 


- 119 - 
normallaşmasını 
tezləşdirməyə, 
peritoneal 
dekontaminasiyanı 
və 
reparativ 
prosesləri 
sürətləndirməklə  periton  boşluğundakı  iltihabi  prosesi  daha  tez  aradan  qaldırmağa  və  beləliklə  də, 
cərrahi  müalicənin  nəticələrini  əhəmiyyətli  dərəcədə yaxşılaşdırmağa  imkan  verir. 
3.
 
Yayılmış 
pritonitlər 
zamanı 
ənənəvi 
manipulyasiya 
və 
 
sanasiya 
üsullarının 
təkmilləşdirilməsi  fonunda  ozonlaşmış  perftoran  və  qlutoksimlə  sanasiya  peritonun  daha  erkən 
dövrdə  dekontaminasiyasına,  iltihabi  prosesin  və  drenajlanmamış  ocaqların  formalaşmasının 
qarşısını  almağa,  beləliklə  də relaparotomiyaların  sayını  azaltmağa  imkan  verir. 
4.
 
Əməliyyatdansonrakı  dövrdə  qarın  daxili  erkən  irinli-iltihabi  ağırlaşmaları  vaxtında 
aşkarlamağa,  düzgün  müalicə  taktikası  seçməyə  və  diaqnostik  relaparotomiyalardan  imtina  etməyə 
imkan  verən  diaqnostik  alqoritmin  klinik  praktikaya  tətbiqi  ölüm  faizini  əhəmiyyətli  dərəcədə 
azaldır. 
ƏDƏBİYYAT 
 
1.
 
Abdullayev  İ.Ə.  Fokuslaşdırılmış  hipertenzion  hidropressiv  lavaj  //  Cərrahiyyə.  –  2009.  –  №  4. 
s. 12 – 14.  
2.
 
Абдуллайев  И.Я.  Аппендектомийадан  сонра  сохулжанабянзяр  чыхынтынын  эцдцлцнцн 
ишлянмясинин йени методу. Саьламлыг, 2009, №7, с.170-172. 
3.
 
Abdullayev  İ.Ə.  Fasiləsiz  saçaqlı  drenajın  hazırlanması  qaydası,  cərrahi  prakrikada  tətbiqi  və 
üstünlükləri  // Sağlamlıq.  – 2009. – №9. – s. 176 – 178. 
4.
 
Abdullayev 
İ.Ə. 
Peritonitlər 
(etiologiyası, 
patogenezi, 
modelləşdirilməsi, 
klinikası, 
diaqnostikası  və  müalicə  taktikası).  Bakı  – 2010. – 487 s. 
5.
 
Abdullayev 
İ.Ə. 
Техники 
чятин 
ижра 
олунан 
аппендектомийалар 
заманы 
аьырлашмаларын  сябябляри,  характери  вя  мцалижя  тактикасы.  Azяrbaycan  Respublikasы 
Tяhsil  Nazirliyi,  Naxчыvan  Dюvlяt  Universiteti.  Elmi  яsяrlяr,  Tяbiяt  elmlяri  vя  tibb  seriyasы, 
2011, № 1 (36)  c.82-87. 
6.
 
Abdullayev  İ.Ə.  Peritonitlər  zamanı  qarın  boşluğunun  adekvat  drenajlanmasında  müxtəlif 
modifikasiyalı  drenaj  borularının  tətbiqi  // Cərrahiyyə.  – 2012. – № 3. – s. 60 – 64. 
7.
 
Abdullayev  İ.Ə.,  Hüseynəliyev  A.H.  Yayılmış  peritonitlərdə  lipidlərin  peroksidləşməsi  prosesi 
pozğunluqları  və endogen  intoksikasiyanın   vəziyyəti.  – Sağlamlıq.  – 2013. – № 4. – s. 47 – 51.  
8.
 
Abdullayev  İ.Ə.,  Мяммядов  А.Г.,  Щцсейнов  Б.Щ.Тякмилляшдирилмиш  дренаъ  вя 
дренаълама цсулларынын клиник еффектлийинин тящлили. Жярращиййя, 2005, №3, с.79-83.  
9.
 
Hacıyev  C.N. Ümumi  cərrahlıq.  II cild.  Bakı,  Turxan  NPB. – 2013. – 640 s. 
10.
 
Qarayev  Q.Ş.,  Əliyev  Ş.X.,  Əliyev  Y.Q.,  Həsənov  M.J.  Peritoneal  intoksikasiya.  –  Bakı.  – 
2008. – 184 s.  
11.
 
Сейидов  М.М.,  Abdullayev  İ.Ə.,  Абдуллаева  М.И.  Идаря  олунан,  харижи,  локал 
щипотермийанын тибби практикада ящямиййяти. Саьламлыг, 2002, №4, с.16-18.  
12.
 
Tağıyev  E.Q.  Peritonitlər  zamanı  paralitik  bağırsaq  keçməzliyinin  məhəlli  intraabdominal 
endolimfatik  müalicəsi:  Tibb  elm.  nam.  ... diss.  avtoreferati.  – Bakı.  – 2007. – 21 s.  
13.
 
Tarverdiyev  M.N.  Peritonitlərin  kompleks  müalicəsi  zamanı  ozonlu  məhlullarla  peritondaxili 
və enteral  sanasiya:  Tibb  elm.  nam.  ... diss.  avtoreferatı.  –Bakı.  – 2009. – 21 s.  
14.
 
Абдуллаев 
И.А. 
Сравнительная 
оценка 
влияния 
сочетанного 
применения 
озонированного  перфторана    и  глутоксима  на  процессы  перекисного  окисления  липидов  и 
эндогенной  интоксикации  при  распространенных  перитонитах  //  Украинский  Журнал 
Хирургии 2013. – №4. – с. 25 – 28.  
15.
 
Абдуллаев  И.А.  Влияние  озонированного  перфторана  на  показатели  цитокинового 
профиля при распространенных перитонитах // Хирургия.  – 2014. – № 9. с. 30 – 33. 
16.
 
Абдуллаев  И.А.  Влияние  озонированного  перфторана  на  показатели  цитокинового 
профиля при распространенных перитонитах // Хирургия.  – 2014. – № 9. с. 30 – 33.  
17.
 
Абдуллаев И.А., Мамедов А.Г., Абдуллаева М.И. Рациональный метод дренирования ран 
и полостей. Здоровье, 2000, №4, с.54-55. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə