TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   2   3   4   5   6   7   8   9   ...   86

- 14 - 
arasında  dəyişir.  Qozun  ləpəsi  üstdən  bozumtul-qəhvəyi,  içəridən  sarımtıl  ağ  rəngli  nazik  qabıqla 
örtülmüşdür.  Aprel  ayında  çiçəkləyir,    meyvələri  oktyabr  ayında  yetişir.  AMEA  –nın  Naxçıvan 
Bölməsinin   Bioresuslar  İnstitutunda  becərilir. 
Boz  qoz  -  J.  sericea  L.  Şimali  Amerikanın  şərq  hissəsinin  meşələrində  təbii  halda  bitir.  Hündürlüyü 
30  m-ə,  diametri  100-160  sm-ə  çatır.  Uzun  ömürlüdür,  350  ilə  qədər  yaşayır.  Şaxtaya  və  havanın  
əlverişsiz   şəraitinə   davamlı,  torpaq münbitliyinə  tələbkardır.   
 
 
Boz  qoz ağacının  meyvələrinin  görünüşü 
 
Yarpaqları  11-19  yarpaqcıqdan  ibarətdir.  Yarpaqların  uzunluğu  30-40  sm,  bəzi  hallarda  70 
sm-ə  çatır.  Erkəkcikləri  keçənilki  zoğların  yuxarı  hissəsində  inkişaf  edərək  5-12  sm  uzunluğunda 
olan  sırğalarda  toplanmışdır.  Dişicikləri  5-10  ədədi  bir  salxımda,  cari  ilin  zoğlarının  yuxarı 
hissəsində  yerləşir.  Adətən  may  ayında  yarpaqlarla  birlikdə  çiçəkləri  açır.  Meyvələri  salxımda  2-5, 
bəzən  8-10  ədəd  bir  yerdə  olub,  uzunsov,  yumurtavari,  yuxarısı  sivriuclu,  əsası  yumrusov,  üzəri 
yapışqanlı,  qəhvəyi  tükcüklərlə  sıx  örtülmüş  olur.  Onların  uzunluğu  4,-6,5  sm,  diametri  3-4  sm-ə 
çatır.  Oktyabr  ayında  yetişir.  Bu  növ  açıq-boz,  qaraya  çalan  rəngdə,  erkən  yaşlarında  şırımlı  və 
böyük  düz  gövdəyə  malik  olması  ilə  digərlərindən  fərqlənir.  Tək,  sərbəst  bitkidə  enli  çətir,  sıx 
əkildikdə  yuxarı  hissəsində  budaqlar  əmələ  gətirir.Oduncağına  görə  qiymətli  bitkilərdəndir. 
Meyvələri  yeyinti  sənayesində  istifadə  olunur.  Boz  qozun  nazik  qabıq  sortları  3-4  yaşında  məhsul 
verir.  10  illik  ağacdan  orta  hesabla  30-50  kq  meyvə  götürmək  olur.  AMEA  Naxçıvan  Bölməsinin  
Bioresuslar  İnstitutunun  Nəbatət  bağında  becərilir.Yaşıllaşdırma  üçün  istifadə  edilməsi  və  Naxçıvan 
Muxtar  Respublikasının  muxtəlif  yerlərində  meyvəçilik  məqsədi  ilə  geniş  şəkildə  əkilib  becərilməsi 
tövsiyə  olunur,  çünki,    yunan  qozu    aprel  ayında  ilk  çiçək  açan  vaxt,  əksər  hallarda  respublika 
ərazisində    qısa  müddətli  şaxtalar  olur  ki,  bu  da  qozun  məhsuldarlığına  güclü  təsir  göstərir.  Boz 
qozun  isə  çiçəkləməsi  may  ayında,  yarpaqlama  ilə  eyni  vaxda  olduğundan,  şaxta  vurma  halına  rast 
gəlinmir. 
         Aparılmış  tədqiqatların    yekunu  olaraq  deyə  bilərik  ki,  qoz  bitkisinin  Naxçıvan  Muxtar 
Respublikasının  ərazisinin  yaşıllaşdırılmasında    çox  böyk  əhəmiyyəti  vardır.  Boş  sahələrdə  qoz 
meşəliyinin  salınması  mebel  sənayesinin  inkişafına  kömək  edər. 
 
ƏDƏBİYYAT 
1.
 
Azərbaycanın  ağac  və  kolları.  Redaksiya  heyəti,  Ağəmirov  Ü.M.,Axundov  Q.F.,Əliyev 
A.R.Bakı,Az.  SSR EA nəşriyyatı,  cilid  2, 1964, 221 s. 
2.
 
Talıbov  T.H.,  İbrahimov  Ə.Ş.  Naxçıvan  Muxtar  Respublikası  florasının  taksonomik  spektri  (Ali 
sporlu,  çılpaqtoxumlu  və örtülütoxumlu  bitkilər).  Naxçıvan,  Əcəmi,  2008, 364 s. 


- 15 - 
3.
 
Piriyev  M.Z.  Nax.  MR-də  meyvəçiliyin  inkişafı  üzrə  dövlət  proqramının  və  yaşıllaşdırma 
işlərinin 
yerinə 
yetirilməsində 
yerli 
sortların 
istifadə 
perespektivləri. 
Naxçıvan 
Dövlət  
Universitetinin   Elmi  əsərləri,   Naxçıvan,     Qeyrət, 2012, № 1 
4.
 
 Qulamov  Ə.Ə. Naxçıvan  MSSR-in  kağızı  qoz sortları,  Naxçıvan  sahələrarası   ETİM,  1989  N 2. 
5.
 
Ибрагимов  З.  А.  Оптимальные  сроки  окулировки  ореха  грецкого  //Лесное  хозяйство  и 
лесная промышленность. Киев, 1990, № 4 – с. 20-21.      
 
 
  ABSTRACT 
 
Species composition  kind  of nut  spread in  the Nakhichevan  Autonomous  Republic,  household 
characteristics  and their      use in landscaping. 
   
 In Nakhichevan  Autonomous  Republic  3 common  species  of the genus  nuts.  Of these, 
types:  regia  L, nigra  L. sericea  L.. Regia  L is  very  prevalent  throughout  the  country.  This  species 
has about  1,000 species  and varieties  of  the variety  of forms.  400 of them  have  high  quality 
indicators. 
 
РЕЗЮМЕ 
 
Видовой состав Рода ореховых Распространенные в Нахичеванской Автономной 
Республике, хозяйственные особенности и использования их в озеленении. 
 
B  Нахичеванской Автономной Республике распространено 3 вида рода орехов. Из них, 
виды: regia  L, nigra  L. sericea  L. . Regia  L очень широко  распространен по всей стране. У 
этого вида около 1000 разновидностей сортов и разнообразие форм.  400 из них обладают 
высокими качественными показателями.  
 
 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Biologiya  üzrə elmlər doktoru E.Məmmədov
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


- 16 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
HƏBİB HÜSEYNOV                                                               
hebib.huseynov.1972@mail.ru  
SƏXAVƏT  BAYRAMOV 
LEYLABƏYİM  SEYİDOVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:  596.7 
 
NAXÇIVAN  MUXTAR RESPUBLİKASI  ŞƏRAİTİNDƏ MÜXTƏLİF  BİTKİLƏRƏ ZƏRƏR 
VERƏN ŞIQQILDAQ  BÖCƏKLƏR FƏSİLƏSİNİN (COLEOPTERA, ELATERİDE) BƏZİ 
NÖVLƏRİNİN BİOEKOLOJİ   XÜSUSİYYƏTLƏRİ 
 
Açar  sözlər: Şıqqıldaq böcək, yumurta, sürfə, məftil qurd, Naxçıvan 
Key words:  Click beetle, egg, larva, wireworms, Nakhchivan 
Ключевые слова: Жук-щелкун, яйцо, личинка, проволочник, Нахчыван 
 
Naxçıvan  Muxtar  Respublikasına  Azərbaycanın  fərqli  ekoloji  xüsusiyyətlərə  malik  olan 
ərazisi  kimi  baxmaq  olar.  Muxtar  respublikanın  fiziki-coğrafi  şəraiti,  flora  zənginliyi,    uzun  müddət 
ərzində  ərazidə  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinin  geniş  becərilməsi  və  təbii  biosenozlar  zəngin 
həşərat  kompleksinin  formalaşmasına  səbəb olmuşdur. 
Naxçıvan  Muxtar  Respublikasında  dənli,  paxlalı,  texniki,  bağçılıq,  bostan  və  yem  bitkiləri 
üzrə  geniş  əkin  sahələri  mövcuddur.  Eyni  zamanda  alp  və  subalp  çəmənlikləri,  düzənlik,  çöl  və 
meşə  qurşaqları  xeyli  dərəcədə  yer  tutur.  Belə  ki,  Arazboyu  düzənlik,  dağətəyi,  dağlıq  təbii 
landşaftların  və  mədəni  bitki  aqrosenozlarının  zənginliyi  həşərat  aləminin,  əsasən  sərtqanadlı 
böcəklərin  müxtəlif   və zəngin  kompleksini  yaratmışdır. 
Şıqqıldaq  (Elateridae)  böcəklər  fəsiləsi,  sərtqanadlılar  (Coleoptera)  dəstəsinə  aid  olub, 
Azərbaycanda  və eyni  zamanda  Naxçıvan  MR ərazisində  geniş  yayılmışdır. 
Elateride  fəsiləsinin  10  000-dən  çox  növü  məlumdur  və  hər  il  yeni  növlər  aşkar  edilir. 
Onlardan  MDB-də  500,  Qafqazda  170  növü  yaşayır  [1].  Aparılmış  tədqiqatlar  nəticəsində 
Azərbaycan  faunasında  142  növ  şıqqıldaq  böcək  qeyd  edilmişdir  [3].  Bunlardan  isə  Naxçıvan  MR-
də 28 növün  yayıldığı  müəyyən  edilmişdir  [2].  
Bunu  nəzərə  alaraq  muxtar  respublika  ərazisində  kənd  təsərrüfatı  bitkilərinə  zərər  verən 
şıqqıldaq  böcəkləri  aşkar  etmək,  onların  bioloji  və  ekoloji  xüsusiyyətlərini  öyrənmək  və  onlara  qarşı 
mübarizə  tədbirlərini  tətbiq  etmək  mühüm  məsələlərdən  biri  hesab olunur. 
  Zərərvericilərdən: 
Selatosomus  latus  sağinatus  Men,  Elathous  buyssoni  Reitt, 
Cardiophorus  ordubadensis  Ağayev,  Drasterius  bimaculatus  Rossi,  Oophorus    grisescens  Germ 
daha  qorxulu  növlər  olmaqla  bir  sıra  kənd  təsərrüfatı  bitkilərinin  daimi  və  dövri  zərərvericiləri 
hesab  olunurlar.  Həmin  növlərin  bioloji  və  ekoloji  xüsusiyyətlərinin,  onların  inkişaf  dinamikasının 
iqlim  şəraitindən  asılılığının  öyrənilməsi  qarşımızda  əsas məqsəd  kimi  durur.   
Enli  şıqqıldaq  - Selatosomus latus sağinatus Men 
Azərbaycanın  dağətəyi  və  dağlıq  ərazilərində  yayılmışdır.  Meşə  ətrafı  əkin  sahələrində  daha 
çox  rast  gəlinir,  dəniz  səviyyəsindən  1900  metr  yüksəkliyədək  müşahidə  olunur.  Yetkin  böcəklərin 
qışlamadan  çıxması  və  sahələrdə  müşahidə  olunması  aprel  ayının  axırlarına    təsadüf  edir.  Əsasən 
bunlara  mayın  axırları  və  iyunun  əvvəllərində  rastlanır.  Ən  çox  müşahidə  olduğu  əkin  sahələri, 
taxıllar,  qarğıdalı,  tütün,  günəbaxan  və  tərəvəz  bitkiləridir.  Qışlamadan  çıxan  böcəklərin  ömrü  20-
25  gündür.  Yetkin  fərdlər  qışlamadan  çıxdıqdan  az  sonra  yumurta  qoyurlar.  Böcəklər  yumurtalarını 
may  ayının  III  və  iyun  ayının  I  ongünlüyündən  qoymağa  başlayırlar.  Onlar  yumurtalarını  torpağın 
nəmli-rütubətli  5-7  sm  dərinliyinə  qoyurlar.  A.İ.Cerepanovun  (1957)  məlumatına  görə  bir  dişi  fərd 
175-200-dək  yumurta  qoya  bilir  [4].  Yumurtaların  inkişafı  iqlim  şəraitindən  asılı  olaraq  2-3  həftə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə