TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə62/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   58   59   60   61   62   63   64   65   ...   86

- 126 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
         
 
GÜLTƏKİN  ƏLİYEVA   
Nax çıv an  MR  doğum  mərk əzi   
UOT:613 
 
İM UNOLOJİ  SƏBƏBLƏRDƏN  HAM İLƏLİ YİN  POZULM AS I  ZAM ANI   HLA 
TOXUMA  UYĞUNLUĞU  İLƏ ABO  QAN QRUPU  SİSTEMİ ÜZRƏ UYĞUNSUZLUQ 
ARASINDAKI ƏLAQƏ 
 
Təkrarlanan  hamiləlik  pozulması  adətən,  2  və  ya  3  hamiləlik  pozulduqdan  sonra  diqqətə 
alınır.  Qadının  yaşı  30-dan  aşağıdırsa  –  3,  yuxarıdırsa  –  2  hamiləlik  pozulubsa,  daha  dərin 
araşdırmalar  aparılmalıdır. 
Dölitirmə  sindromu–hamiləliyin  müxtəlif  zamanında  öz-özünə  pozulmasıdır.  Bu,  müxtəlif 
səbəblərdən  baş  verir.  Məsələn:  88%  halda  reproduktiv  sistemdə  baş  verən  bu  və  ya  digər  struktur 
dəyişikliyi   dölitirmənin   səbəblərindən   biridir. 
Təxmini  də  olsa,  təklif  olunmuş  təcrübi  qruplaşmada  bu  səbəblər  belə  göstərilmişdir: 
hamiləliyin    5-6-cı    həftəsində  pozulması  genetik  və  immunoloji    səbəblərdən  olur;  7-9  həftədə 
əsasən  normal  səbəblər;  9-10-cu  həftəlikdə    autoimmun  proseslər  AFS.;  16  həftədən  sonra  uşaqlıq 
boynu  yetərsizliyi,  infeksion   – TORCH  səbəblər   və  trombositopeniya. 
Çox  vaxt  hamiləliklərin  təkrari  pozulmasını  genetik  determinə  olunmuş  polietioloji 
simptomo-kompleksin  səbəb  olduğu  patoloji  sindrom  hesab  edirlər.  Təkrari  hamiləlik  pozulması 
bütün  hamiləliklərin  16-20%-ni  təşkil  edir.  Е.М. Демидова, 2003.  
Tədqiqatın  məqsədi-  HLA  histoloji  uyğunluq  zamanı  (3-4  lokusda)  döl  itirmə  sindromunun 
müalicəsində  ABO  qan  sistemi  üzrə  uyğunsuzluq  və  gizli  sensibilizasiya  arasındakı  əlaqəni 
öyrənmək.   
Tədqiqatın  obyekti-    Naxçıvan  Doğum  mərkəzinə  müraciət  etmiş  dölitirmə  sindromlu  
HLA  tipləməsində   əri  ilə  3-4 lokusda  uyğunluğu  olan  2 qadın. 
Tədqiqatın  aparıldığı  yer- Naxçıvan  Doğum  mərkəzi,  Naxçıvan  Dövlət  Universititeti.   
Təkrari  düşüklərin  genezini  anlamaq  üçün  hamiləlik  öncəsi,  mayalanma  və  mayalanmış 
yumurta  hüceyrəsinin-  blastositin  5-6-cı  gündən  nidasiyasına  və    nidasiyadan  sonrakı  zamanda 
qadının  orqanizmindəki  dəyişikliklərə  nəzər  yetirməliyik. 
Hamiləlikdən  öncə  endometrial  dəyişikliklər  blastositin  implantasiyası  üçün  endometriyanı 
hazırlayır.  Bu  hazırlıq  struktur  və  funksional  olaraq  baş  verir.  Mayalanmanın  4-5-ci  günündən 
blastositin  nidasiyasına  qədərki  zamanda  isə    endometriyanın    immunoloji  olaraq    hazırlanması    baş  
verir. 
Nidasiyadan  sonra  isə  endometriyada  humoral  səviyyədə  baş  vermiş  hamiləliyə    immun  
cavab  reaksiyası   başlayır. 
Yəni,  öyrəndiyimiz    bu    mexanizmlərdən    hər    hansı    birində  –  istər    hamiləlik  öncəsi  
hazırlıq,  istər    mayalanmadan    nidasiyaya    qədərki,  istərsə  də    nidasiyadan    sonrakı  dövrdə  – 
pozğunluq    baş    verərsə,  bu    erkən    düşüklərə    bilavasitə,  gecikmiş    düşüklərə    isə    dolayısı    ilə  
bazis   yaradaraq   səbəb  olduğunu   görərik. 
Beləliklə,  hamiləlik    öncəsi    endometriyadakı    funksional    və    orqanik    dəyişikliklərin  
normal    getmədiyi    zaman    fizioloji    proses    pozulur.  İlk    növbədə,  buna    səbəb    kəskin    və    xronik  
iltihabi   prosesləri   misal   göstərə   bilərik. 
İmmunoloji   səbəblərdən   hamiləliyin   pozulması   2 qrupa  bölünür: 
1.  Autoimmun    proseslər-    bu    zaman    qadının    immun    sistemi    öz    toxumalarına    reaksiya  
verir. 
2.  Alloimmun    proseslər  –  bu    zaman    isə    immun    sistem    yad    toxumalara    qarşı    reaksiya  
verir. 


- 127 - 
Autoimmun   proseslər   zamanı   hamiləliyin   pozulması   10%  təşkil   edir. 
1985-ci    ildə    Dr.Graham    Hunges    qandakı    antifosfolipid    antitellər    ilə    laxtalanmanın  
pozulması    arasında    əlaqənin    olduğunu    göstərdi.  1985-ci    ildə    bu    problem    Rusiyada    da  
öyrənilməyə    başlandı.  Orqanizmdə    virus    və    bakterial    xəstəliklərin    təsirindən    əmələ    gələn    yad  
maddələrə    qarşı    yaranan    antigenlərin    təsirindən    orqanizmin    öz    zülalı    yadlıq    kimi    qəbul    edilir. 
Nəticədə,  orqanizm   onu   zərərsizləşdirməyə   çalışır.  Bu   proses  autoimmun   proses  adlanır. 
AFS  –  autoimmun    proses    olub,  arterial    və    venoz,  tromboz,  dölitirmə,  immunositopeniya, 
nevroloji   və  digər   pozğunluqlar   Laborator   əlamətlərin   təzahür   etdiyi   simptomokompleksdir. 
AFS  –  mənşəli    6  adda    xəstəliklər    qrupuna    5-ci    sırada    öyrəncəkli    düşüklər    dayanır. 
Antifosfolipid    antitellər    hüceyrə    səthindəki  (–)    yüklü    fosfolipidlərə    qarşı    yaranan    müxtəlif  
immunoqlobulinlərdən   əmələ   gəlir. 
AFS  –  diaqnostikasında    aparılan    testlər    laxtalanma    prosesini    əsas    götürən    və  
antitellərin   varlığını   göstərən   testlər   olmaqla   2 qrupa  bölünür: 
1.  Fosfolipidlərə    bağlı    laxtalanma    testləri.  aPTT  –  aktiv    parsiyel    tromboblastin    zərdab  
laxtalanma    zamanıdır.  Bu    testlər    əsasən    laxtalanma    prosesinin    əsasını    təşkil    edən    protrombini  
aktivləşdirmə    kompleksini    ölçməyə    əsaslanır.  Bu    aktivləşməni    ləngidən    antifosfolipid  
antitellərin    varlığıdır.  Yəni,  hamiləlik    pozulmalarının    hamısında    AFS  –  nəzərə    alınmalıdır.  AFS-
in    klassik    triadası    mamalıq    nöqteyi-nəzərincə    təkrarlanan    hamiləlik    pozulması,  tromboz    və  
trombositopeniyadır.  AFS  –  diaqnostikası    üçün    6    həftə    ara    ilə    aparılan    testlər    2  dəfə    pozitiv  
cavab  verməlidir. 
Ata    ilə    ana    arasındakı    alloimmun    proses    zamanı    xromosomlardakı    HLA    tipləmələri  
arasındakı    bənzərliyin    olması    təbii    supressor    hüceyrələrin    sayının    azalması    və  s.    ola    bilər. 
Alloimmun   termini   eyni   növ   varlıqlar   arasındakı   fərqliliyi   göstərir.     
 
6-

   
insan  xromosomu
 
 Orqanizmin    bütün  hüceyrələrinin  histoloji  uyğunluğunun  əsas  kompleksinin  xüsusi 
reseptorları-  zülali  antigenlər  saxlayır.    Bu  reseptorların  strukturu  hər  bir  insan  üçun  unikal  
özünəməxsusdur.  Bu    unikallığın    nəticəsində    özünün  və  yad  olanın  seçilməsi  ücün  orqanizmin 
immun  sisteminin  etibarlı  işi  təmin  olunur.   
 HLA-  Human    Leykosite    Antigen  -toxuma  uyğunluğu  antigeni    və  ya    MCH  major 
istocompatibility  complex-  histoloji    uyğunluğun  əsas  kompleksi  olub,  zülal  mənşəlidir.  Demək  olar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə