- 128 -
ki, orqanizmin bütün hüceyrələrinin ən çox isə leykositlərin səthində yerləşir. 6-cı xromosomun qısa
çiynində yerləşən genlərdə HLA zülalları sintez olunur. Bunlara
1-ci sinif gen lokusları A,B,C,
2-ci sinif gen lokusuna 3 sublokusu( DR,DP,DQ) olan D gen lokusu aiddir.
HLA –– insanlarda toxuma və orqan köçürülməsi zamanı bu toxuma və orqanların
qəbul edilməsi və ya rədd edilməsində xüsusi rol oynayır. Bu zaman donor və resipientin
toxuma uyğunluğu nə qədər yüksəkdirsə orqan köçürmə əməliyyatı da o qədər müvəffəqiyyətlə
başa çatacaq.
Digər tərəfdən, əgər dölə allogenetik informasiyanın 50% atadan almış dölün ana
bətnində inkişaf etməsi də bu problemdən asılı olduğu aydın olar. Döl ana üçün yadlıqdır.
Qadın orqanizminin bu yadlığa uyğunlaşıb hamiləliyi başa çatdırması üçün müəyyən immunoloji
reaksiyaları işə salmalıdır. Yəni, orqan köçürmədən fərqli olaraq burada ana ilə döl arasındakı
histoloji cəhətdən HLA antigenlərinin zülal strukturlarındakı müxtəlifliyin çox, oxşarlığın isə az
olması hamiləliyin normal inkişafı və başa çatması üçün əsas kriteriyadır. Normada hamiləliyin ilk
həftəsindən ananın orqanizmi dölün toxuma antigeninə qarşı antitellər ifraz edir. Əksər halda
bunlar 2 –ci sinif antigenlərinə qarşı yaranır. Yəni ata ilə ananın 2-ci sinif antigeni oxşar olduqda
dölün anaya oxşarlığı kimi qəbul edilir və hamiləliyi qoruyucu, blokəedici immun hüceyrələrin
klonları yaranmır. Yəni antitel-antigen stimulyasiyası yetərsiz
olduğundan ya hamiləlik pozulur, ya da ağır toksikozlar baş verir. HLA sistemi üzrə 2 antigen
uyğun olarsa, dölitirmə riski 100%-dir (Болтавская).
HLA uyğunluq zamanı qadın orqanizmində blokada rolu oynayan faktorlar sintez
olunmadığından həm də ciftin hüceyrələrinin bölünməsi, böyüməsi və inkişafı dayanır. Yəni cift
hüceyrələri ölür.
Diaqnozu dəqiqləşdirmək üçün HLA tipləməsi aparmaq vacibdir. Bunun üçün
valideynlərin hər ikisinin dirsək venasından alınan qanda immunoloji funksiyanı yerinə yetirən qan
hüceyrələri- leykositlər ayrılır PZR - polimeraz zəncirvari reaksiya ilə HLA tipləmə aparılır.
Ancaq, alloimmun proseslər nəticəsində pozulan hamiləliklərin diaqnostikası bahalı və
hər yerdə deyil, iri şəhərlərdə genişləndirilmiş müasir tələblərə cavab verən laboratoriyası
olan klinikalarda aparılır. Əgər ərlə-arvadın 2 və daha artıq gen lokusu uyğun gələrsə hamiləliyin
başa çatmama ehtimalı 100% olacaqdır.
Müalicə aktiv və passiv immunizasiya ilə aparılır. Aktiv immunizasiya ata və ya donorun
konsantrə olunmuş limfosit kütləsi ilə, immunizə olunmuş leykositar məhlullarla aparılır. LİT-
limfositoimmunoterapiya üsulunda isə ərin və ya donorun konsatrə olunmuş limfosit kütləsi
qadına peyvənd olunur. LİT-n üsulunda qadının immun cavabı 10000 dəfə artır.
Limfositoimmunoterapiya tsiklin 6-8-ci günü və hamiləlik boyu bir neçə dəfə təkrarlanır. Bu
metodla qadın bir növ ərinin hüceyrələrini tanımağa öyrədilir.
Ancaq hələ də alimlər xüsusilə də immunoloqlar arasında LİT metodu haqda ikili fikirlər
qalmaqdadır. Bir qrup alimlər limfositoimmunoterapiyanın yüksək effektindən danışırlarsa, digər
qrup isə bu metodun tətbiqi o qədər də vacib deyil, onsuz da passiv immunizasiya ilə hamiləliyi
başa çatdırmaq mümkün olduğunu iddea edirlər .
Passiv immunizasiya zamanı isə ovulyasiya günündə, hamiləlik boyunca 3-4 dəfə vena
daxilinə köçürülən insan immunoqlobulini qadının immun cavabını stimulə edir. HLA uyğunluq
zamanı 50 ml x 3 Human normal immunoqlobulin günaşırı hər ay vurulması məsləhət görülür.
Geotar, 2007.
Aşağıda iki hamiləliyi erkən həftələrdə pozulan 2 qadının müayinə və müalicələrinin
nəticələri verilmişdir.
Xəstə Q.S. – 30 yaş, Nigah yaşı – 5 ildir. 3 hamiləliyi 6-7 həftəlikdə inkişafdan qalıb,
uşaqlıq boşluğu kuretaj olunmuşdur.
Ər-arvadın hər ikisininin qan qrupu O(I) Rh
+
mənsubdur. HLA 2- ci sinif
tipləməsində
HLA-A
+
HLA- B
++
HLA-C
+
HLA - DR
+