- 134 -
НАХЧЫВАН ДЮВЛЯТ УНИВЕРСИТ ЕТ И. ЕЛМИ ЯСЯРЛЯР, 2015, № 3 (68)
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
С ЖЫЕНТЫФЫЖ WО РКС , 2015, № 3 (68)
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТ ВЕННЫЙ УНИВЕРСИТ ЕТ . НАУЧНЫЕ ТРУДЫ, 2015, № 3 (68)
MÜNƏVVƏR ƏLƏSGƏRLİ
Naxçıvan Dövlət Universiteti
Dr.Elesgerli@mail.ru
UOT: 614
TOKSOPLAZMOZUN DİAQNOSTİKA ÜSULLARI
Açar sözlər:Toxoplasma gondii, diaqnostika, toksoplazmoz, seroloji
Key words :Toxoplasma gondii, diagnosis, toxoplasmos, serology
Ключевые слова:
Токсоплазма,
диагностика,
токсоплазмo
з,
серология
Toksoplazmoz xəstəliyini Apicomplexa tipinin Sporozoa sinfinin Eucoccodida sırasına daxil
olan Toxoplasma gondii törədir. Toxoplasma gondii 1908-ildə Ş.Nikol və L.Manso tərəfindən
Tunisdə Gtenodactylus gondii gəmiricilərində aşkar edilmişdir(3).
Toxoplazmoz xəstəliyi dünyada Afrika, Cənubi və Latın Amerikası ölkələrində çox geniş
yayılmış bir xəstəlikdir. Adə çəkilən ölkələrdə əhalinin yoluxma faizi 30 %-dir. Avropa və Şimali
Amerikada yoluxmuş əhalinin həcmi 25-50 % təşkil edir.
Toxoplasma gondii-obliqat hüceyrədaxili parazitdir. Törədicinin həyat tsikli cinsi və qeyri-
cinsi yolla çoxalmaqla və aralıq sahiblərini dəyişməsi ilə baş verir. Cinsi çoxalma əsas sahib olan
pişikkimilər ailəsindən olan heyvanların bağırsaqlarında gedir. Qeyri-cinsi çoxalma isə aralıq
sahiblərin-bəzi quşların , gəmiricilərin və digər məməlilərin, insanların orqanizmində gedir. Parazit
əsasən sahib orqanizmdə aşağıdakı formalarda olur:
1. Oosista-bu forma bağırsaq epitelində törədicinin sistalarının bradizoitlərinin cinsi yolla
çoxalaraq birləşməsi nəticəsində əmələ gəlir. Oosistalar ətraf mühitə pişiyin fekalisiylə xaric olur və
2 gündən sora yetkinləşir. Yetkin oosista daxilində 4 sporozoit olan 2 sporosistaya malikdir.
2. Trofozoit-bu forma isə oosistaların aralıq sahiblərin orqanizminə daxil olduqdan sonra
əmələ gəlir. Belə ki, orqanizmə daxil olan oosistalardan sporozoitlər azad olur. Onlar isə qana
keçərək dövr edir və toxumalara xüsusən makrofaqlara daxil olaraq qeyri-cinsi yolla çoxalıb
trofozoitlərə çevrilirlər. Trofozoitlər limfa düyünləri və digər orqanlara yayılırlar. Bu hal
infeksiyanın kəskin dövründə baş verir. Sonralar isə sinir toxumasına, xüsusən beyinə və gözlərə
daxil olaraq bradizoitlər əmələ gətirməklə tədricən çoxalır və toxuma sistaları əmələ gətirirlər. Bu
hal isə xəstəliyin xroniki dövrünə təsadüf edir.
3. Həqiqi sista-bu forma toxuma sistaların əsas sahiblərin orqanizminə daxil olduqdan sonra
əmələ gəlir. Həqiqi sistalar möhkəm qişaya malik olaraq daxilində minlərlə sporayabənzər
bradizoitlər saxlayır.
Toksoplazmoza yoluxma əsasən toxuma və həqiqi sistaları olan kifayət qədər bişirilməmiş
heyvandarlıq məhsullarının istifadəsi nəticəsində baş verir. Bu zaman toksoplamoz qazanılmış
toksoplazmoz adlanır. İnsan və heyvanlar pişiklərin ifraz etdikləri oosistalarlada yoluxa bilər. Nadir
hallarda törədici hava-toz, təmas yolu ilə yayıla bilir. Anadangəlmə toksoplazmoz isə törədicinin
anadan plasenta vasitəsilə dölə daxil olması nəticəsində baş verir(1).
Qazanılmış toksoplazmozun klinik təzahürü əsasən 3 formada olur:
1. Kəskin toksoplazmoz-xəstəliyin ən ağır formasıdır. Kəskin başlanğıc, yüksək qızdırma,
intoksikasiya, qaraciyər və dalağın böyüməsi, mərkəzi sinir sisteminin ağır zədələnməsi ilə özünü
- 135 -
göstərir. Kəskin toksoplazmozun proqnozu olduqca ciddidir və belə ki, ən ağır gedişə malik
olmaqla çox hallarda ölümlə nəticələnir.
2. Xroniki toksoplazmoz-çox vaxt kəskin toksoplazmoz əlamətləri baş vermədən birincili
olaraq inkişaf edir, bəzən isə kəskin formadan sonra ikincili olaraq əmələ gəlir. Toksoplazmozun
birincili və ikincili xroniki formaları klinik təzahürlərə görə oxşardır. Xroniki forma xəstəliyin uzun
sürən subfebril qızdırma, xroniki intoksikasiya əlamətləri, sinir sistemi, göz və digər daxili
orqanların zədələnməsi ilə xarakterizə olunur. Xəstələrdə artan zəiflik, tez yorulma, iştaha
azalması, yuxusuzluq, əsəbilik, baş ağrısı, yaddaş zəifləməsi müşahidə edilir. Hərarət(37,3-37,9)
uzun müddət davam edir. Xroniki formanın əsas əlamətlərindən biri limfoadenopatiyadır. Xəstəliyin
erkən dövrlərində limfa vəziləri iri, yumşaq və çox ağrılı olur. Qaraciyər böyüyərək çox ağrılı olur,
dalaq isə öz ölçülərini cüzi dəyişir. Toksoplazmoz əzələ toxumasına tropizm xüsusiyyətinə
malikdir. Xəstələrin 90%-də miozit və ürək əzələsinin zədələnməsi olur. Mialgiyalar əsasən bud,
baldır və bel əzələsində olur. Ürək-damar sistemində əsasən ürək döyünmə, ürək hüdudlarının sola
böyüməsi, ürək tonlarının karlaşması baş verir. Toksoplazmozun xroniki formasında həzm
sisteminin epiqastral nahiyısində küt ağrı, mədə bulanması, iştaha azalması müşahidə edilir. Mədə
turşuluğu və sekresiyası azalır. Toksoplazmozlu xəstələrin sinir sistemindədə bir sıra pozğunluqlar
əmələ gəlir. Toksoplazmozların sinir toxumasına tropizmi, sistaların baş beyinə yerləşməsi, onların
toksiki təsiri nəticəsində xəstələrdə nevroloji pozğunluqlar yaranır. Periferik sinir sistemi nisbətən
az zədələnir.(2)
3. Latent toksoplazmoz:
a) Birincili latent toksoplazmoz- bu formada heç bir klinik əlamət olmur və adir hallarda
kəskinləşmə olur.
b) İkincili latent toksoplazmoz-qalıq təzahürlər (kalsifikatlar, xorioretinit ocaqları, görmə
pozğunluqları) baş verir və kəskinləşmə ilə keçir. Bu formada diaqnoz seroloji və immunoloji
reaksiyalarla qoyulur.
Anadangəlmə toksoplazmoz da 3 formaya ayrılır: kəskin, xroniki, rezidual forma. Latent və xroniki
toksoplazmozu olan qadınlar xəstəliyi dölə keçirmirlər. Buna görə bu formalarda anadangəlmə
toksoplazmoz inkişaf etmir.
Kəskin forma generalizisasiya edən edən xəstəlik kimi yüksək qızdırma, ekzentema, kəskin
intoksiya əlamətləri, qaraciyər
, dalaq və limfa düyünlərinin böyüməsi, sarılıq və s. dəyişikliklərlə
özünü göstərir. tədricən uşaqlarda ensefalit, meninqoensefalit və gözlərin xorioretinit şəklində
zədələnməsi baş verir. Kəskin forma xroniki formaya keçərsə, hidrosefaliya, oliqofreniya,
epilepsiyayabənzər əlamətlər, üveit, mikro və anoftalm inkişaf edir. Bu dəyişikliklər subfebril qızdırma,
intoksiya, limfadentilə eyni vaxtda baş verir.
Toksoplasma gondii-nin əsasən aşağıdakı diaqnostika üsulları vardır:
1.
Birbaşa diaqnostikası:
a) T.gondii izolyasiyası-bunun üçün xəstədən alınan material siçanın intraperitoneal nahiyəsinə
inokulyasiya edilir. İnokulyasiyadan 6-7 gün sonra siçanın periton mayesində taxizoidlər görülə bilər.
Əgər görülməzsə, 6-8 həftə sonra beyin kimi orqanlarda hüceyrə kistaları axtarılır və ya serolijik olaraq
siçanda infeksiya axtarılır.
b) histolojik üsul- daha az nəticə verməsinə baxmayaraq, izolyasiya üçün hüceyrə kulturasından da
istifadə oluna bilər. Histolojik diaqnostikasında isə hematoksilin eozin və ya PAS yöntəmi ilə boyanan
preparatda çox incə divarı olan kistlər içində bradizoit formaları PAS pozitiv olaraq görsənir. əgər
hüceyrə kistlərində çoxlu sayıda bradizoit olarsa bunlar vergül şəklində deyil nöqtə şəklində də görünə
bilər. Yayılmış infeksionlarda isə periferik qandan hazırlanmış preparatda taxizoidlər tapıla bilər, dəri
formasında isə dəridən götürülən biopsiyanı immunoperoksidaz boyama ilə diaqnoz qoyula bilər.
c) Zəncirvari Polimeraza Reaksiyası üsulu- bu üsulda T.gondii DNT-sinin bədən mayelərindən
hüceyrə nümunələrindən təmizlənmə vaxtı tam olaraq bilinmədiyindən PZR –in infeksiyanın vaxtı
barəsində məlumat verməsi gözlənilməməlidir. Bu səbəblə serolojik üsullardan daha çox istifadə
olunmalıdır. Buna baxmayaraq mikrob hüceyrələrinin tapılması kəskin xəstələnməyi göstərə bilər.
Bunlar beyin onurğa mayesi, bronxoalveol mayesində, amniyon mayedə taxizoidlərin görülməsi ilə
sıralana bilər.
Kataloq: files -> uploader -> elmieserlerelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)elmieserler -> Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)elmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №7 (88)elmieserler -> Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransıelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)elmieserler -> The series of the humanitarian
Dostları ilə paylaş: |