TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   64   65   66   67   68   69   70   71   ...   86

- 138 - 
vermişdir.  Amerikada  aparılan  bu  təcrübələrə  görə  orada  istehsal  olunan  dərmanların  dəqiqliyi  və 
həssaslığının  77%-99%  arasında  dəyişdiyi  məlum  olmuşdur  .  Bu  səbəblə  FDA    İg  M  müsbət  olan 
nəticələrin  referans  laborotoriyalarda  da  təsdiqlənməsini  istəyir.  Toksoplazmozla  əlaqəli  səhv 
müalicələrin    qarşısını  almaq  üçün  labarant  həkimlər  ticari  dərmanlarla  əlaqəli  problemləri  bilməli 
və  nəticə  gözləyən  klinisist  həkimə  xəstənin    antitel  titrinin  müəyyən  olunmasında  testin  yararı  ilə 
bağlı  bütün    məlumatları  verməlidir.  Klinist  həkimdə  İg  M  müsbət  olan  xəstəyə  müalicə  təyin 
etməzdən  əvvəl  testlərlə  əlaqəli  problemləri  və  müalicə  üsulları  haqqında  məlumat  əldə  etməlidir. 
İndiki  dövrdə  daha  həssas,  dəqiq  və  kəskin  infeksiyanı  ayırd  edə  biləcəy  testlər  üstündə  təcrübələr 
aparılır.  2004-  cü  ildə  otpmatik  bir  sistemlə  kəskin  infeksiyaya  məxsus  İg  M  antitellərini  aşkarlayan 
bir  üsul  tapılmışdır. 
Amerika  və  Avropadakı  bir  çox  laborotoriyalarda  kəskin  infeksiyanı  aşkarlamaq  üçün  bir  neçə 
seroljik    testdən  kombinə  edilmiş  formada  istifadə  olunur.  Sabin-Feldman  testi,  İg  G  ELİSA, 
ayıredici  aqlutinasiya  testi,  İg  G  avidlik  testi,  İg  A-E  ELİSA,  İg  M-A  İSAGA  bunlardan  bəziləridir. 
Klinik  vəziyyətə  görə  bu  testlərdən  lazım  olanlardan  istifadə  olunaraq  kəskin  toksoplazmozun 
diaqnozunu  qoymaq,  toksoplazmik  limfodenit,  polimiyozit,  miyokardit,  korioretinit  və  hamiləlik 
vaxtı  klinik  fayda  verir.  Beləliklə  müxtəlif  testlərin  birgə  istifadəsi  xəstəliyə  məxsus  İg  G  və  İg  M 
pozitivliyin  hsal hazırki  xəstəliyə  məxsus  olduğunu  tək bir  testə görə daha yaxşı  müəyyən  edir. 
ƏDƏBİYYAT 
1.
 
Ağayev  İ.Ə.,  Xələfli  X.N.,  TağıyevaF.Ş.    Epidemiologiya(dərslik).  Bakı,  2011,   351s. 
2.
 
Əliyev    N.N.,Tağızadə   F.C.    İnfektologiya(dərslik).   Bakı,  2007,  529s. 
3.
 
Qarayev  Z.Ö.,  Qurbanov  A.İ.  Tibbi  Mikrobiologiya  və  İmmunologiya(dərslik).  Bakı,  2010,  
859s. 
4.
 
Altıntaş  N.,  Yolasığmaz  A.,  Yazar  S.  T  İnsanlarda  Toxoplasma  antikorlarının  araştırılması. 
Türkiye  Parazitol  Derg 1998;21:245-247. 
5.
 
Bahar  İH,  Kırdar  S,  Celiloğlu  M,  Karaman  M,  Yılmaz  Ö,  2003.  Toxoplasmosis  tanısında  özgül 
IgA antikorlarının  tanısal  değeri.  T Parazitol  Derg,  27(3):165-169. 
6.
 
Poyraz  Ö,  Özçelik  S,  Gökoğlu  M,  1993.  Toxoplasmosis  öntanılı  hastalarda  bir  yıllık 
Toxoplasma  gondii  IgG ve IgM bulguları.  T Parazitol  Derg,17(1):24-27. 
7.
 
http://tahlil.com/toxoplasma-ve-toxoplasma-enfeksiyonu-avidite-testi-nedir 
8.
 
https://tr.wikipedia.org/wiki/Toksoplazma_gondii 
9.
 
https://ru.wikipedia.org/wiki/
Токсоплазма
 
ABSTRACT 
Munavvar   Alasgarli 
Dıagnostıc methods of  toxoplasmosis 
 
Toxoplasmosis  is  a  parasitic  disease  caused  by  the  Apicomplexan  protozoan  Toxoplasma 
gondii.  As  histological  diagnosis  and  isolation  from  tissues  is  labor-intensive,  time-consuming  and  less 
sensitive  than  indirect  diagnostic  methods,  serology  became  the  main  diagnostic  choice  in 
toxoplasmosis.  Several  serological  diagnosis  is  more  important  than  the  method  of  conducting  joint 
Toxoplasmosis. 
РЕЗЮМЕ 
Мунаввар  Алесгерли 
Основной методы диагностики toxoplasmosis 
 
Токсоплазмоз  это  паразитическе  болезни  и 
Toxoplasma 
gondii принадлежит 
к 
типу 
Apicomplexa.  Так  как  токсоплазма  гитологический  диагноз  и  изучение  изоляции  организма 
трудно  и  отнимают  много  времени  поэтому  в  диагностике  исполъзуют  серологические  методы. 
На  основании  проведенных    опытов  установлено  что  серологические  методы  имеют  очень 
важное  значение. 
 
NDU-nun  Elmi  Şurasının  28  aprel  2015-ci  il  tarixli  qərarı  ilə  çapa  tövsiyə 
olunmuşdur  (protokol  № 09) 
         Məqaləni  çapa təqdim  etdi:  Tibb üzrə fəlsəfə doktoru, dosent M.İbrahimov
   
 
 
 


- 139 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
ARZU  AĞAYEVA 
Naxçıvan Dövlət Universiteti 
arzu.914@mail.ru  
UOT:  614 
 
HELİCOBACTER PYLORİ-NIN İNSAN ORQANİZMİNƏ PATOGEN TƏSİRİ 
 
Açar  sözlər: patogenez, immunitet, xronik qastrit, peptik xora, mədə xərçəngi 
Key words: 
 pathogen city, immunity, chronic gastritis, peptic ulcer, gastric cancer 
Ключевые слова: 
патогенность, иммунитет, хронический гастрит, язвенная   
болезнь, аденокарцинома желудка
 
 
  
Helikobakteriyalar  1983-cü  ildə  Avstraliya  mikrobioloqları  B.Marshall  və  R.Warren 
tərəfindən  mədənin  pilorik  hissəsinin  endoskopik  bioptatında  aşkar  edilmişdir.  Helikobakter  cinsinə 
8  növ  daxildir:  H.pylori,  H.cinaedi,  H.fenneliae,  H.mustelae,  H.felis,  H.muridarum,  H.acinomix, 
H.heilmanii.  İnsan  patologiyasında  əsas  rol  oynayan  H.pylori  növüdür.  Helikobakter  pylori  ( 
latınca,  helix-spiral,  pyloris-mədənin  çıxacaq  hissəsi)  əyilmiş  yaxud  qıvrım,  xırda,  spora  əmələ 
gətirməyən  qram  mənfi  bakteriyadır.  Patoloji  materialdan  hazırlanmış  yaxmada  “uçan  qağayı” 
formasında  görünür.  Hərəkətlidir,  polyar  yerləşmiş  flagellalara  malikdir.  H.pylori-nin  hüceyrə 
divarı  hamardır  və  xaricdən  qlikokalikslə  əhatə  olunmuşdur.  Qlikokaliksin  daxili  daha  qalındır  və 
H.pylori-nin  epiteliositlərin  səthinə  adgeziyasını  təmin  edir.  Bakteriya  hüceyrəsinin  mərkəzində 
nazik  fibrilyar  DNT sapı  və uclara  doğru  hüceyrə  divarı  boyu  ribosomlar  yerləşir. 
H.pylori  turş  mühitdə  yaşamaq  qabiliyyəti  və  mədənin  selikli  qişasında  kolonizasiyasını 
təmin  edən  patogenlik  amillərinə  malikdir.  H.pylori-nin  sintez  etdiyi  ureaza  fermenti  mədə 
turşuluğunun  neytrallaşmasını  təmin  edir.  Ureaza  sidik  cövhərini  ammonium  ionlarına  və  karbon 
qazına  qədər  parçalayır.  Əmələ  gələn  ammonium  ionları  bakteriyaların  ətrafında  qələvi  sahə 
yaradır,  bu  da  selikli  qişanı  zədələyən  əlavə  amil  rolu  oynayır.  Çünki  o,  mutsin  qatının 
nazikləşməsinə  səbəb  olur.  Bundan  başqa  o,  mitoxondrial  oksidləşməni  zəiflədərək  hüceyrə 
reproduksiyasının  gedişini  pozur  və  birbaşa  sitotoksik  təsir  göstərir.  Deməli,  H.pylori-nin  ureaza 
fermenti  sidik  cövhərini  parçalayaraq  epitel  qatını  zədələyən  ammoniak  əmələ  gətirdiyi  üçün  toksiki 
təsirə  malikdir.  Əmələ  gələn  ammoniak  xlorid  turşusu  ilə  reaksiyaya  girib  hidoksamin  və 
monoxloramin  əmələ  gətirir  ki,  bunlar  da  yüksək  dərəcədə  sitotoksik  xassəyə  malikdirlər.  Ureaza 
monositləri  və  neytrofilləri  fəallaşdırmaqla,  sitokinlərin  sintezini  stimullaşdırmaqla,  O

və  NO

radikalları  əmələ  gətirməklə,  leykositlərə  attraktant  kimi  təsir  etməklə  iltihabi  reaksiyaların 
şiddətlənməsinə  səbəb olur. 
Mədə  seliyinin  özüllüyünün  pozulmasında  ureazadan  başqa  H.pylori-nin  əmələ  gətirdiyi 
qlükosulfataza,  proteaza  və  fosfolipazalar  da  iştirak  edirlər.  Proteazalar  mədə  seliyini  deqradasiyaya 
uğradır,  nəticədə  turş  mühitin  mədə  seliyinə  diffuziyasını  azaldır  (2) . 
Bundan  başqa,  H.pylori  makroorqanizmin  hüceyrə  məhsullarını  fəallaşdırır  və  induksiya 
edir,  xüsusilə  trombositlərin,  leykotrienlərin  fəallaşmasına  ,inteleykinlərin  və  nekroz  amilinin  sintez 
olunmasına,  autoimmun  reaksiyaların  induksiyasına  səbəb olur. 
Mədə  və  onikibarmaq  bağırsağın  təbii  baryerlərini  dəf  etdikdən  sonra  H.pylori  epitel 
hüceyrələrin  membranına  çatır  və  onların  üzərinə  möhkəm  yapışır,  yəni  adgeziya  olunur.  Adgeziya 
xüsusi  zülal-adgezinlər  vasitəsilə  həyata  keçir. 
H.pylori  hüceyrəsinin  sahib  toxuması  ilə  ilkin  kontaktından  sonra,  o  cümlədən,  antimikrob 
müdafiə  sisteminə  adaptasiya  olunur  və  nəticədə  mədə  və  onikibarmaq  bağırsağın  selikli  qişasında 
onların  uzunmüddətli  kolonizasiyalaşması  baş verir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə