TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   2   3   4   5   6   7   8   9   10   ...   86

- 17 - 
davam  edir  və  torpaqda  ilk  sürfələr  iyun  ayında  müşahidə  olunur.  Sürfələrin  inkişafı  4-5  il 
müddətinə  başa  çatır  və  bir  neçə  dəfə  qabıq  dəyişmə  prosesi  baş  verir.  Sürfələrin  inkişafı  başa 
çatdıqdan  sonra    iyun-iyul  aylarında  torpaqda  puplaşma  baş  verir.  Pup  dövrü  üç  həftə  davam  edir  və 
puplardan  yeni  nəsil  yetkin  fərdlər  əmələ  gəlir.  Yetkin  fərdlər  qidalanaraq  payızda  qışlama  dövrünə 
gedir.    Qışlama  prosesi  torpaqda,  xəzəllərin  altında  keçirilir.  Növbəti  ildə  aprelin  sonları  və  may 
ayının  əvvəllərində  həmin  yetkin  fərdlər  qışlamadan  çıxaraq  nəsil  vermiş  olurlar. 
N.Səmədovun  (1963)  məlumatına  görə  enli  şıqqıldaq  böcəyin  sürfələri  dənli  bitkilərin  əkin 
sahələrində  geniş  müşahidə  olunur.  Müəllifin  tədqiqatına  görə  həmin  sahələrdə  məftil  qurdlarının 
sıxlığı  65%-ə çatır  [5]. Böcəyin  inkişaf  dinamikası  aşağıdakı  cədvəldə  göstərilmişdir. 
                                                                                                 Cədvəl   
                 Enli  şıqqıldaq  böcəyinin  inkişaf  dinamikası 
    İnkişaf 
mərhələləri   
Müşahidə 
dövrləri   
Yaşama 
müddəti   
       Ekoloji  mühit   
Yetkin  fərd 
Aprel-may 
20-25 gün 
Dağətəyi-dağlıq 
   Yumurta   
May-iyun 
2-3 həftə 
5-7 sm dərinlikdə  torpaq 
     Sürfə   
İyun-iyul 
   4-5 il 
10-25 sm dərinlikdə  torpaq 
      Pup  
İyul-avqust 
15-24 gün 
5-8 sm torpaq  
 
 Cədvəldən  göründüyü  kimi,  enli  şıqqıldaq  böcəyin  bütün  inkişaf  mərhələlərində  torpaq 
faktoru  ilə  bağlılıq  vardır.  Yetkin  fərdlər  torpaqda  qışlayır,  yumurtalar  torpağın  5-7  sm 
dərinliklərində  və  normal  rütubətdə  yəni  23-25%  nisbi  nəmlikdə  inkişaf  edir,  sürfələr  bütün  ömrünü 
iqlim  şəraitindən  asılı  olaraq  4-5  il  torpağın  müxtəlif  dərinliklərində  5-30  sm  miqrasiya  etməklə 
yaşayır,  qidalanır,  qabıq  dəyişir  və  böyüyür.  Sürfə  öz  inkişaf  mərhələsini  başa  çatdırdıqdan  sonra 
torpaqda  puplaşır.  Puplaşma  dövründə  qidalanma  olmur,  yetkin  böcəyə  oxşar  orqanlar  sistemi 
formalaşır  və  yetkin  böcək  əmələ  gəlir.  İlk  dövrlərdə  yetkin  böcəklər  zəif  olur,  3-5  gündən  sonra 
onlar  torpağın  üzərinə  çıxır,  qidalanır  və  aktiv  həyat  tərzi  keçirirlər.  Cinsi  yetişkənlik  20-30 
günədək  davam  edir,  lakin  onların  əksəriyyəti  həmin  il  qışlayaraq  yazda  qışlamadan  çıxdıqdan 
sonra  nəsil  verməyə  başlayırlar.  Yetkin  fərdlərə  nisbətən  sürfələrin  zərər  vermə  dərəcəsi  daha 
yüksəkdir.  Azərbaycanın  əksər  ərazilərində  və  Naxçıvan  MR-in  bütün  rayonlarında  yayılması  qeydə 
alınmışdır. 
 Elathous buyssoni Reitt 
Azərbaycanda  nisbətən  az  yayılan  növdür.  Naxçıvan  MR-in  əsasən  dağətəyi  və  dağlıq 
ərazilərində  yayılmışdır.  Bitki  örtüyü  zəngin  olan  yerlərdə,  əkin  sahələrində,  meşə  zolaqlarında, 
meyvə  bağlarında  rast gəlinir. 
Ərazidə  yetkin  böcəklərə  aprel  ayının  ikinci  yarısında  rast  gəlmək  olur,  aprelin  sonu  və 
mayın  əvvəllərində  kütləvi  sürətdə  müşahidə  olunur.  Qışlamadan  çıxan  böcəklərə  dənli  bitkilərin 
əkin  sahələrində  və  müxtəlif  yabanı  ot bitkiləri  üzərində  çox təsadüf  etmək  olur. 
Ədəbiyyat  məlumatlarına  görə  böcək  polifaq  olmaqla  bir  çox  çiçəkli  bitkilərlə  qidalanmaqla 
meyvə  bağlarında  və  palıd  ağacının  düyməçələrinin  üzərində  də  rast  gəlinir,  yumurtalarını  may 
ayının  ikinci  yarısında  tökməyə  başlayır  [4].  Böcəyin  yumurta  tökmə  məhsuldarlığı  bir  o  qədər  də 
çox  olmur.  Bir  dişi  fərd  orta  hesabla  mövsüm  ərzində  55-100  ədəd  yumurta  qoya  bilir.  Yumurtaların 
inkişafı  havanın  temperaturu  və  torpağın  nəmliyindən  asılı  olaraq  20-36  gün  davam  edir.  Ədəbiyyat 
məlumatlarına  əsasən  torpaqda  nəmlik  15%-dən  az  olarsa  yumurtalar  embirional  inkişafını  davam 
etdirə  bilmir.  Torpağın  nəmliyi  75%-dən artıq  olduqda  yumurtalar  məhv  olurlar  [6]. 
Yumurtalardan  sürfələrin  çıxması  iyul  ayına  təsadüf  edir.  Sürfələr  torpaq  mikroflorası  ilə 
qidalanaraq  4-5  il  torpaqda  inkişaf  edərək  bir  neçə  yaş  dövrü  keçirirlər.  İki-üç  illik  böyük  yaş 
sürfələri  isə  bir  sıra  kənd  təsərrüfatı  bitkilərinin  kök  sisteminə  ciddi  zərər  vurmaqla  onları  zədələyir 
və  məhv  edirlər.  Onlar  dənli  bitkilərin,  tütünün,  kartofun  və  digər  bağ-bostan  bitkilərinin  kök  və 
kök  boğazını  gəmirirlər.  N.Səmədovun  (1963)  məlumatına  görə  Şamaxı-Qobustan  ərazisində  əkin 
sahələrinin  hər  1m
2
-dən  2-4  ədəd  sürfə  qeydə  alınmışdır  [5].    Bütün  bu  məlumatlarına  baxmayaraq, 
növün  biologiyası  və ekologiyası  əsaslı  şəkildə  öyrənilməmişdir.   
Ordubad  şaqqıldağı  - Cardiophorus ordubadensis Ağayev 


- 18 - 
Növ    Naxçıvan  MR-də  düzənlik,  dağətəyi  ərazilərdə  yayılmışdır.  Dağlıq-meşə  zonalarında 
da  təsadüf  olunur.  Açıq  ərazilərdə,  bitki  ilə  zəngin  yerlərdə  və  paxlalı  bitkilərin  üzərində  daha  çox 
müşahidə  olunurlar.  Quru  iqlim  şəraitini  sevir.   
Naxçıvan  MR ərazisində  hər  iki  qurşaqda  yayılmaqla,  yüksək  dinamik  sıxlığa  malikdir. 
Böcək  dənli,  yem  bitkilərinin  üzərində,  texniki  bitkilər,  üzüm,  bağ  və  bostan  bitkiləri 
sahələrində  yayılmaqla  onlara  ciddi  zərər  vurur.  Sürfələri  bitkilərin  kök  sisteminə  zərər  vurur,  bəzi 
hallarda  bitkilərin  kök çürüntüləri  ilə  qidalanır  və yaşayırlar.   
Naxçıvan  MR  ərazisində  yetkin  fərdlərə  aprel  ayının  birinci  yarısında  təsadüf  olunur  və 
avqust    ayınadək  sahələrdə  müşahidə  olunurlar.  Ordubad  şıqqıldağının  daha  çox  müşahidə  olunduğu 
dövr iyun-iyul  aylarıdır.  Yetkin  fərdlər  bir  çox (polifaq)  bitkilərin  yarpaqları  ilə  qidalanırlar.   
Ədəbiyyat  məlumatlarına  əsasən  yetkin  fərdlər  cinsi  orqanlar  yetişdikdən  sonra  cütləşib 
yumurta  tökməyə  başlayırlar  [7].  Dişi  fərdlərin  yumurtaları  4-10  ədəd  olmaqla  topa  şəkilində  
torpağın  2  sm  dərinliyinə  qoyulur.  Orta  hesabla  bir  dişi  fərd  100  ədədədək  yumurta  qoya  bilir. 
Yumurtalar  bir  neçə  təkrarda  tökülür.  Yumurta  tökmədən  sonra  yetkin  fərdlər  zəifləyib  ölürlər. 
Yumurtaların  inkişafı  18
0
C  temperaturda  normal  gedir  və  25-30  günə  başa  çatır.  İlk  sürfələr  iyul 
ayının  sonları  və  avqustun  əvvəllərində  müşahidə  olunurlar.  Sürfələrin  inkişaf  tsikli  2-4  ilə  qədər 
davam  edir.  Sürfələrin  inkişafı  iqlim  şəraitindən  asılı  olaraq  uzana  bilir.    Naxçıvan  şəraitində  inkişaf 
2  ilə  başa  çatır.  Naxçıvan  ərazisində  iqlimin  kontinental  olması  sürfənin  inkişafına  təsir  etməklə, 
həmin  müddəti  2-3  ilə  çatdırır.  Çünki  sürfələr  muxtar  respublika  ərazisidə  həm  qış,  həm  də  yay 
dövründə  diapauza  dövri  keçirdiyindən,  sürfələrin  inkişaf  dinamikası  uzanır.  Sürfələrdən  pupların 
əmələ  gəlməsi  iyul  ayına  təsadüf  edir.  Puplaşma  16
0
C-də  20  gün  davam  edir.  Puplardan  çıxan 
yetkin  fərdlər  gələn  ilin  yazınadək  torpaqda qışlayır. 
B.Ağayev  böcəyin  Naxçıvan  MR-in  Ordubad  ərazisindəki  əkin  sahələri  üçün  daha 
xarakterik  olduğunu  və  müxtəlif  bitkilərlə  qidalandıqlarından  zərərvermə  dərəcəsinin  daha  geniş 
olduğunu  qeyd  edir [3]. 
Drasterius bimaculatus Rossi 
Azərbaycan  ərazisində  geniş  yayılmışdır.  Əsasən  düzənlik  sahələrdə  Naxçıvan  MR-in 
Arazboyu  düzənlik  və  dağətəyi  ərazilərində  daha  çox  təsadüf  olunur.  Kserofit  bitki  örtüyü  olan 
yerlərdə,  bağ-bağçalarda,  bostan-tərəvəz    əkin  sahələrində,  ot  və  kolluqlarda  rast  gəlinməklə 
müxtəlif  bitkilərlə  qidalanırlar. 
Növün  bioloji  və  ekoloji  xüsusiyyətləri  Naxçıvan  MR  ərazisində  ilk  dəfə  tədqiq  olunmuşdur. 
N.H.Səmədov  (1963)  növə  Azərbaycanın  bütün  rayonlarında  rast  gəlindiyini  bildirir.  Müəllifin 
məlumatına  görə  pambıq,  tütün,  günəbaxan,  dənli-paxlalı  bitkilər,  bağ-bostan  və  əkin  yerlərində 
yayılırlar  [5].  Sahələr  suvarıldıqda  əkin  yerlərinin  kənarlarına  çıxırlar.  Böcəklər  may  ayının  sonları 
və  iyunun  əvvəllərində  cütləşmə  və  yumurta    qoymağa  başlayırlar.  Növ  Naxçıvan  MR  ərazisində 
qarğıdalıya  da ciddi  zərər  vurur.    
Oophorus  grisescens  Germ   
Naxçıvan  MR  ərazisində  geniş  yayılmışdır.  Ədəbiyyat  məlumatları  və  aparılan  tədqiqatlara 
əsasən  bu  növün  yetkin  fərdləri  aprel  ayının  sonları  və  mayın  əvvəllərində  sahələrdə  müşahidə 
olunur  [8].  Onlar  qidalandıqdan  sonra  mayın  üçüncü  öngünlüyündə  yumurta  tökmə  prosesi  başlayır. 
Yumurtaların  inkişafı  18-26  gün  davam  edir.  Bunun  üçün  havanın  orta  temperaturu  18-20
0

olduqda  yumurtaların  inkişafı  normal  gedir.  Rütubət  və  temperaturun  kəskin  dəyişməsi 
yumurtaların  inkişafının  uzanmasına  və  ya  məhv  olmalarına  səbəb  olur.  Yumurtalar  torpağın  2-3  sm 
dərinliyinə  qoyulur,  torpaq  nəmliyi  16%-dən  çox  olmalıdır.  Yumurtadan  çıxan  ilkin  sürfələrə  iyun 
ayının  sonları  və  iyulun  əvvəllərində  təsadüf  edilir.  Sürfələrin  torpaqda  şaquli  miqrasiyası  iqlim 
şəraitindən  və    yaşından  asılı  olaraq  dəyişir.  Sürfələr  5-30  sm  dərinliklərə,  hətta  qış  dövrlərində  40-
60  sm-dək  şaquli  istiqamətdə  dərinliklərə  gedə  bilirlər.  Sürfələrin  inkişafı  2-3  ilə  başa  çatır, 
Naxçıvan  MR  ərazisində  isə  3  il  davam  edir.  Bu  dövrdə  onlar  bir  neçə  dəfə  qabıq  dəyişirlər. 
Sürfələrin  puplaşması  iyul-avqust  aylarında  baş  verir.  Puplaşma  3-4  həftə  davam  edir.  Puplardan 
çıxan  yeni  yetkin  böcəklər  torpaqda,  xəzəllərin,  ot  və  kolların  altında  qışlayırlar,  gələn  ilin  aprel-
may  aylarında  qışlamadan  çıxaraq  nəsil  verirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə