TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   68   69   70   71   72   73   74   75   ...   86

- 146 - 
çıxışın  əldə  edilməsi  ilə  bağlı  çətinliklərin  olmasından 
asılıdır.  Cərrahi  müalicənin  əsas  məqsədi  qaraciyərdən 
qanaxmanın  dayandırılması  hesab  edilir.  Buna  nail  olmaq 
üçün  qaraciyərin  zədələnməsi  dərəcəsindən  asılı  olaraq  sadə 
və  ya  daha  mürəkkəb  cərrahi  texnika  istifadə  edilə  bilər. 
Qaraciyərin  iki  əl  arasında  sıxılması  ilə  qaraciyərin  səthi 
yaralarında  qanaxmanın  dayandırılmasına  nail  olmaq  olar 
(şəkil-1).  Əgər  manual  kompressiya  ilə  qanaxmanın 
dayandırılması  mümkün  olmursa,  xüsusi  damar  sıxıcı  ilə 
porta hepatis   
 (Prinql  manevri)  sıxılır  və  bununla  da  qaraciyər  arteriyası 
və  portal  vena  ilə  qaraciyərə  gedən  qan  axını  dayandırılır 
(şəkil-2).   
 
     Qaraciyər  travması  səbəbindən  yüngül  və  orta  dərəcəli 
qanaxmanın  kontrolu  üçün  perihepatik  tamponada  hazırda 
ən 
geniş 
tətbiq 
edilən 
metoddur  (şəkil-3).  Bəzi 
mütəxəssislər  onun  effektivliyini  şübhə  altına  alsa  da, 
perihepatik  tamponada  təkrar  qanaxma  hallarını  azaltmış 
olur.  Perihepatik  tamponada  qaraciyərdə  baş  verən  qanaxmanı müvəqqəti  olaraq kontrol  etmək  və 
bu  zaman  qanaxmanın  yekun  kontrolu  üçün  müvafiq  tədbirlər  görməyə  və  yanaşı  abdominal 
travmalarda  qarın  boşluğuna  baş vermiş  kontaminasiyanın  aradan  qaldırılmasına  imkan  verir. 
 
1şəkil-3 
  
Yekun  hemostaza  və  xolestaza  nail  olmaq  üçün  hepatizasiyadan  istifadə  olunur.  Hemostatik 
tikişlərin  qoyulması,  yaxud  qanayan  damara  liqaturanın  qoyulması  yekun  hemostazın  əsas 
komponentidir.   
Qaraciyər  zədələnmələrində  cərrahi  müdaxilə,  əsasən,  aşağıdakı  iki  halda  baş  verir.  Əksər  hallarda 
qaraciyərin  zədələnməsi  diaqnozu  ya  laparotomiyadan  öncə  qoyulur,  yaxud  şok,  peritonit  və  ya 
nüfuz  edən  travmalarda  aparılan  təxirəsalınmaz  laparotomiya  zamanı  cərrah  tərəfindən  müəyyən 
edilir.  İlk  növbədə  zədələnmənin  həcminin  təyin  edilməsi  üçün  qaraciyər  ətrafı  sahə  tamponada 
olunaraq  müvəqqəti  hemostaza  nail  olmaq  lazımdır.  Sonrakı  etapda  boşluqlu  orqanların 
zədələnməsi  olduqda  kontaminasiya  aradan  qaldırılır.  Yaralının  vəziyyəti  imkan  vermirsə,  operativ 
müdaxilə  müvəqqəti  dayandırılır  və  zərərçəkmişdə  reanimasion  tədbirlər  aparılır:  hemodinamika 
bərpa  edilir,  maye-duz  balansı  korreksiya  olunur.  Əməliyyatın  ikinci  etapı  24-48  saatdan  sonra 
davam  etdirilir.  Bu  cərrahi  taktika  “Demage  control”  adlanır.  Hemodinamikası  stabil  olan 
yaralılarda  qaraciyər  zədələnməsinin  yekun  cərrahi  müalicəsi  dərhal  aparıla  bilər.  Bəzi  hallarda 
preoperativ  və  ya  postoperativ  dövrdə  qanaxmanın  dayandırılması  üçün  embolizasiya  məqsədi  ilə 
arterioqrafiya  həyata  keçirilir.  Qaraciyərin  səthi  yaralanmaları  (parenximanın  səthi  cırılması) 
səbəbindən  baş  verən  qanaxma  çox  vaxt  kompressiya,  lokal  hemostatik  preparatların  tətbiqi, 
 
                                     şəkil-2
 
                           şəkil-1
 


- 147 - 
elektrokoaqulyasiya  və  ya  tamponlarla  tamponadası  ilə  dayandırıla  bilər.  Daha  dərin  yaralarda, 
qaraciyər  parenximasının  böyük  hissəsinin  qopması  hallarında  isə,  adətən,  qanayan  damarlara 
klipslərin  qoyulması  və  ya  onların  bağlanması  tələb  oluna  bilər.  Buna  əlavə  olaraq  isə  qaraciyərin 
tamponadası  (tamponlarla)  və  qoyulmuş  tikişlərin  qaraciyər  parenximasını  cırmaması  üçün  xüsusi 
plikasiyalardan  istifadə  edilir.  Əgər  qanaxma  qaraciyərin  dərin  qatından  baş  verirsə  (bıçaq  və  ya 
odlu  silah  yaralanmalarında  qaraciyər  parenximasının 
dərin  qatlarına  nüfuz  edən  yaralar)  və  yanaşı  qaraciyər 
toxuması  sağlamdırsa,  qanaxmanın  dayandırılması  üçün 
“balon  tamponadası”  texnikasının  tətbiq  edilməsi  nəzərdən 
keçirilə  bilər  (şəkil-4).   
Ağır 
dərəcəli 
zədələnmələrdə 
qanaxmanın 
kontrol 
edilməsi  üçün  daha  aqressiv  tədbirlərin  görülməsi,  o 
cümlədən 
qaraciyər 
arteriyasının 
bağlanması 
və 
zədələnmiş 
qaraciyər 
toxumasının 
rezeksiyası, 
rezeksiyadan  sonra  yara  kənarlarının  yaxınlaşdırılması  və 
tikişlərin  qoyulması  və  ya  qaraciyərin  tamponlarla 
tamponadası  aparıla  bilər.  Qaraciyərin  zədələnməsi  və 
digər  qarındaxili  zədələnmələr  kontrol  edildikdən  sonra 
qarın  boşluğuna  drenajlar  qoyulur  və  qarın  boşluğu  ya  bağlanır,  ya  da  abdominal  komportment 
sindromunun  inkişafı  riski  yüksək  olan  və  ya  yaxın  zamanda  qarında  əlavə  cərrahi  müdaxilələrin 
aparılması  tələb  olunan  xəstələrdə  açıq  saxlana  bilər.   
Klinik  müşahidə 
N-saylı  hərbi  hissənin  əsgəri  Qurbanov  Rəcəb  Abbasqulu  oğlu  11.10.2005-ci  il  tarixində,  saat 
18
00
radələrində  şəxsi  ehtiyatsızlıq  nəticəsində  yaralanmışdır  (DŞK  patronu  ilə  ehtiyatsız 
davrandıqda  partlayış  baş  vermiş  və  nəticədə  zədə  almışdır).  11.10.2005-ci  il,  saat  21
05
-də  yaralı 
hərbi  hospitala  çatdırılmışdır.  Təcili  qaydada  cərrahiyyə  əməliyyatı  aparılmışdır.  Orta  laparotom 
kəsiklə  qarın  boşluğu  açılmış,  təftiş  zamanı  qaraciyərin  sol  payının,  mədənin  kiçik  əyriliyinin, 
köndələn  çənbər  bağırsağın  müsariqəsinin  zədələnməsi  aşkar  edilmişdir.Qaraciyərin,  mədənin, 
köndələn  çənbər  bağırsağın  müsariqəsinin  yaraları  tikilmiş,  qəlpə  (ölçüləri  1,0x  1,5  sm)  xaric 
edilmişdir.  Qarın  boşluğu  sanasiya  olunmuş  və  drenajlanmışdır  İkinci  cərrah  briqadası  tərəfindən 
sol  əlin  mil-bilək  oynağı  nahiyəsindən  amputasiyası  aparılmışdır.  Səthi  qəlpə  yaraları  birincili 
cərrahi  işlənmişdir.  Yekun  diaqnoz:  Kombinəolunmuş  OSY-sı.  DŞK  mərmisinin  partlayışı 
nəticəsində  sol  əlin  mil-bilək  oynağı  səviyyəsindən  travmatik  amputasiyası..  Qarının  kor, 
boşluğa  işləyən,  qaraciyərin  sol  payının  ,  mədənin  kiçik  əyriliyinin,  köndələn  çənbər 
bağırsağın  müsariqəsinin  zədələnməsi  ilə  fəsadlaşan  qəlpə  yarası.  Sağ  əlin  II  barmağının 
distal  falanqasının  yerdəyişməyən  qapalı  sınığı.  Döş  qəfəsinin  ön  divarının,  üzün,  alt  və  üst 
dodağın  çox  saylı  səthi  qəlpə  yaraları.  Döş  qəfəsinin ön divarının II-III dərəcəli termiki yanığı. 
Travmatik  şok  III  dərəcəli.  Aparılan  medikamentoz  və  yerli  müalicə  nəticəsində  yaralının 
vəziyyəti  sabitləşmiş  və o, hərbi  xidmətə  yararsız  bilinərək  tərxis  olunmuşdur. 
    Qaraciyərin  müştərək  yaralanmaları  ilə  əlaqədar  tətbiq  olunan  cərrahiyyə  taktikası  son  illər  bir 
qədər  də  təkmilləşib.  Tətbiq  olunan  yeniliklər  müasir  texnologiyalara  əsaslanır.  Bunlar 
aşağıdakılardır:  1).  qaraciyərin  zədələnən  seqmentlərinin  qan  dövranından  müvəqqəti  çıxarılması; 
2).  pnevmotermokoaqulyator  vasitəsilə  zədə  nahiyəsinə  yönəldilən  isti  hava  axını  ilə  parenximatoz 
hemostazın  aparılması;  3).  qaraciyər  parenximasının  qansız  işlənməsi  üçün  xüsusi  alətin  –  aspirator-
dissektorun  tətbiq  edilməsi;  4).  qaraciyərin  ağır  yaralanmalarında  hemostaz  və  xolestaza  nail  olmaq 
üçün  “dura  mater”-in  liofilizə  olunmuş  kütləsindən  istifadə  edilməsi.  5).  qarının  təftişi  prosesinin 
asanlaşdırılması,  cərrahın  yorulması  dərəcəsinin  azaldılması  və  cərrahın  assistentlərinin  sayının 
minimuma  endirilməsi  üçün  Tomson  və Omni  retraktorların  istifadə  edilməsi. 
Yekun. 
Daxili  üzvlər  sırasında  qaraciyər  ən  çox  zədəyə  məruz  qalan  hesab  edilir.  Əksər  hallarda  qaraciyərin 
zədələnmələri  yüngül  olur  və  konservativ  müalicə  ilə  sağalır.  Yalnız  14%  halda  cərrahiyyə 
müdaxiləsinə  zərurət  yaranır.  Müasir  dövrdə  qaraciyərin  təcrid  olunmuş  zədələnmələrinə  təsadüf 
                              şəkil-4
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə