TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə75/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   71   72   73   74   75   76   77   78   ...   86

- 152 - 
böyrəklər  vasitəsi  ilə  xaric  olunur.  Ondan  hipertoniya  xəstəliyinin  müxtəlif    formalarında  və 
hipertonik  krizi  aradan  qaldırmaq  üçün  istifadə  olunur.  Klondinin  qəbulu  orqanizmdə  natriumun  və 
suyun  ləngiməsinə  səbəb  olur.  Odur  ki,  onu  sidikqovucu  dərmanla  birlikdə  təyin  edirlər.  Yadda 
saxlamaq  lazımdır  ki,  klonidinin  müalicə  kursu  müddətində  dozasını  azaltmaqla    kəsilir.  Preparatın 
mühüm  praktik  əhmiyyət  kəsb  edən  xüsusiyyətlərindən  biri  də    ondan  ibarətdir  ki,  o,  alkohol 
abstinensiyası  və  tiryək  alkoloidlərinin  törətdiyi  somato-vegetativ  pozğunluqları  aradan  qaldıra 
bilir.  Çox  güman  ki,  bunada  səbəb  MSS-də  tormozlayıcı  presinaptik  α
2
  adrenoreseptorların 
oyanması  və  mərkəzi  adrenergik  proseslərin  fizioloji  fəallığının  zəifləməsidir.  Hipertenziv  təsir 
effekti  bilavasitə  vazomotor  mərkəzlərin  blokadası  ilə  əlaqədər  olan  digər  preparat  Metildofadır.  O, 
L-dofanın  alfametil  törəməsidir.  Daxilə  təyin  olunur.  Absorbsiya  prosesinə  məruz  qaldıqdan  sonra 
periferiyada  və  MSS  da  noradrenergik  sinir  uclarına  girərək  əvvəlcə  α  metildofamin  sonra  isə 
alfametilnorepinefrinə  çevrilir.  Simpatik  sinir  uclarından  norepinefrinlə  xaric  olur.  Preparatın  təsiri 
fonunda  baş  verən  hipetenziya  halı  ürək  yığılmaları  sayının  periferiyaya  qovulan  qanın  azalması  ilə 
müşahidə 
olunur. 
Metildofadan 
hiperitoniya 
xəstəliyinin 
müxtəlif 
formalarından 
istifadə 
olunur(gündə  2-3  dəfə,hər  dəfə  250  mq  dozada  təyin  edilir;  müalicənin  gedişində  gündəlik  doza  3 
qrama  qaldırıla  bilər.  Preparatla  müalicə  kursu  dövründə    qaraciyərin  fəaliyyəti  və  periferik  qan 
tərkibinə  dövrü  nəzarət  edilməlidir.  Rilmenidin  və  moksonidin  mərkəzi  təsirli  hipertenziv  təsirli 
maddələrin  ikinci  nəsil  nümayəndələridir.  Rilmenidin  farmakoloji  xüsusiyyətlərinə  görə  klonidinə 
oxşar  dərman  maddəsi  olub,daha  uzun  müddətli  hipotenziv  effekt  törədir.  Klonidinlə  müqayisədə  az 
hallarda  ağızda  quruluq  törədir.  Zəif  və  orta  dərəcəli  essensial  hipertoniyalar  zamanı  gündə  bir  dəfə 
daxilə  1  mq  miqdarda  təyin  olunur.  Bir  aydan  sonra  istifadə  dozasının  2  mq-a  qaldırmaq  olar. 
Moksonidin  gündə  bir  dəfə  olmaqla  0.2  mq  dozada  daxilə  təyin  olunur.  Müalicə  dövründə  gündəlik 
doza  0.6  mq-a  qədər  qaldırıla  bilər.  Moksonidin  karbohidrat  və  lipidlərin  metobolizminə  təsir 
göstərmir.  Trimetafan  tamsilat  qısa  təsirli  qanqlioblakator  və  qan  təziyiqini  aşağı  salır.  Odur  ki, 
əsasən  hipertonik  krizlər  zamanı(  venadaxili  infuziya  yolu  ilə)  təyin  olunur. 
 
                                            Miotrop  təsirlə hipertenziv  maddələr 
 
      Hidralazin-Apressin 
periferik  vazodilatatorların  tipik  nümayəndəsidir.  Preparatın  damar 
genişləndirici  təsiri  bilavasiitə  arteriaların  miofibrillərinə  spazmolitik  təsiri  və  az  da  olda  adrenergik 
prosesləri  blokada  etməsilə  əlaqədardır.  Preparatın  fərqli  xüsusiyyəti  onunla  əlaqədardır  ki,  o, 
reflektoru  olaraq    simpatik  sinir  tənzimini  qüvvətləndirə  bilir.  Bu  isə  ürək  fəaliyyətini  artması  və 
taxikardiyaya  səbəb  olmaqla,  ürək  çatışmazlığı  olan  xəstələrdə,  hətta,  mikard  infarktına  səbəb  ola 
bilər.  Eyni  mexanizmdə  böyrəklərdən  reninin  ifrazınıda  kəskin  şəkildə  stitumulə  edir.  Odur  ki, 
preparatla  aparılan  müalicə  orqanizmdə  su  və  duzun  ləngiməsinə  səbəb  ola  bilir.  Onu  daha  çox 
hallarda  β-adrenoblokatorlarla  və  diuretiklərlə  birlikdə,  bu  iki  dərman  maddələrinin  birgə 
istifadəsinə  dözümlülük  gostərən  orta  və  ya  ağır  hipertenziya  halında  təyin  edirlər(başlanğıcda 
gündə    də  3  dəfə  25  mq  dozada;  alınan  effektə  uyğun  olaraq  istifadə  dozası  gündə  3  dəfə  olmaqla, 
100mq-a  qədər  qaldırıla  bilər).  Hipertonik  krizdə  və  böyrək  mənşəli  kəskin  hipertenziya  halında  isə 
qısa  kursla  5-10 mq dozada vena  daxili  təyin  edilr. 
      Periferik  vazodilatatorların  digər  populyar  nümayəndəsi  natrium  nitroprussid  hesab  olunur. 
Molekulunda  bir  nitroza  və  beş  sianid  qrupu  saxlayan  birləşmədir.  Orqanizmdə  nitroza  və  sianid 
ionuna  çevrilir.  Hidralazindən  fərqli  olaraq  vena  damarlarında  genişləndirir.  Preparatın  hipotenziv 
təsiri  bir  qayda  olaraq  vena  daxili  təyinat  zamanı  meydana  çıxır.  Venaya  infuziya  yolu  ilə  yerilir. 
Bunun  üçün  100  mq  preparat  1l  5%-li  steril  qlükoza  məhlulunda  həll  edilir.  Başlanğıcda  0,5 
mkq/kq/dəq  sürəti  ilə  təyin  edilir  və  alınan  effektə  müvafiq  olaraq  istifadə  dozası    10  dəq-dən  bir 
artırılaraq  10mkq/kq/dəq  çatdırıla  bilər.  Təsiri  tez  başlayır  və  qısa  müddətli  müzakirə  kursunda  5-15 
dəq  qədər  davam  edir.  Ondan  hipotenziv  maddə  kimi  əsasın  AT-in  təcili  endirilməsi  tələb  olunan 
hallarda  istifadə  olunur.   
       Kalium  kanalı  aktivatorları  qrupundan  olan  hipertoniya  xəstəliyinin  müalicəsində  minoksidil  və 
diazoksid  preparatlarından  istifadə  olunur.  Minoksidilin  hipertenziv  təsiri  arterial  damarların 
genişlənməsi  və  ümumi  periferik  müqavimətinin  aşağı  düşməsi  hesabına  baş  verir.  O,  vena 


- 153 - 
damarlarına  nəzər  çarpacaq  dərəcədə  təsir  göstərir.  Onun  təsiri  yalnız  in  vivo  ,  yəni  orqanizmə 
yeridildikdən  sonra  meydana  çıxır.  Digər  damardaraldıcı  dərman  maddələrinə  qarşı  rezistentlik 
göstərən  arterial  hipertoniyanın  ağır  formalarında  gündə  5  -50  mlq  olmaqla  daxilə  təyin  edilir. 
ondan  ayrıca  monopreparat  kimi  böyrək  xəstəlikləri  ilə  bağlı    ikincili  hipertenziyanın  müalicəsində 
istifadə  edilir.   
      Bu  sıranın  digər  nümayəndəsi  diazoksid  kimyəvi  quruluşuna  görə    diazid  qrupundan  olan 
diuretiklərə  oxşayan  birləşmədir.  Lakin,  diuretik  təsiri  yoxdur.  Düz  təsir  fonunda,  əsasən,  dözümlü 
damarların-arteriolaların  relaksasiyasını  törədir.  Hipertenziv  maddə  kimi  orqanizmə  enteral  yolla  və 
parenteral  yolla  daxil  edilir.  Birinci  halda  preparatın  təsir  effekti  tədricən    meydana  çıxır  və 
uzunmüddətli  olur.   
      Kalsium  kanalı  blokatorları,  əsasən.  damar  saya  əzələləri  və  ürək  hüceyrələri  lokalizasiyalı  
kalsium  kanallarına  təsir  göstərirlər;  nəticədə  arterial  damarlar  genişlənir,  miokard    və  digər  ürək 
hüceyrələrində  boşalma(relaksasiya)  halı  meydana  çıxır.Veramapil  preparatı  istisna  olmaqla  digər 
kalsium  kanalı  antoqanistləri  neyromediator  və  hormon  reseptorlarına  nəzərəçarpacaq  dərəcədə 
blokadaedici   təsir  göstərmirlər. 
     Kalsium  antaqonistlərindən  hipertenziyanın  müxtəlif    formalarında,  ayrıca  monopreparat  kimi 
isə  zəif  və  orta  dərəcəli  essensial  hipertoniyanın  müalicəsində  istifadə  olunur.  Onlar,  xüsusən 
reninin  miqdarı  və  Ca
2+
  ionlarının  plazmadakı  miqdarı  az  olduğu  hallarda,  eleəcə  də  orqanizmdə 
mayenin  ləngiməsi  ilə  müşahidə  olunan  essensial  hipertoniyalar  zamanı  daha güclü  təsir  göstərir. 
     Hipertenziyanın  müalicəsində  kalsium  antoqnistlərinin  ilk  dəfə  istifadə  olunan  nümayəndəsi 
nifedipin  preparatıdır.  O,  qan  təzyiqini  tez  aşağı  salan  və  qısa  müddətə  təsir  göstərən  preparatdır. 
Daxilə  təyin  edildikdə  hətta,  birinci  dozada  ürək  fəaliyyətini  situmulə  edə  bilir.  Nifedipin  mədə  və 
bağırsaq  traktında  sürətlə  və  tamamilə  adsorbsiya  olunur.  Qaraciyərdən  ilk  keçiddən  sürətli 
eliminasiya  prosesinə  məruz  qalmadığından  sistematik  yararlanması  yüksəkdir-təqribən  65%-dir. 
Depo  tabletlər  halında  gündə  1  dəfə  20mq  dozada  və  ya  gündə  2  dəfə  10  mq  dozada  təyin  edilir. 
Lazım  gələrsə  gündəlik  istifadə  dozası  40mq-a qədər qaldırıla  bilər. 
        Qısa  müddətli  təsir  göstərən  kalsium  kanalı  aktivatorlarından  biridə  isradipin  preparatdır. 
Bundan 
ancaq 
hipertoniyanın  müalicəsində  istifadə  edilir.  Digər  dihidropiridin  törəmələri 
nikardipin,  nitrendipin  və  nizoldipindən  həm  hipertoniya  xəstəliyinin,    həm  də  sabit  stenokardiyanın  
müalicəsində  istifadə  edilir. 
 
Renin-angiotenzin  sisteminə təsir göstərən  hipotenziv  maddələr 
 
        Hipertenziv  dərman  maddələri  kimi  prespektivdə  mühum  əhəmiyyət  praktik  əhəmmiyət  kəsb 
edən  dərman  qruplarına  renin-angiotenzin  sisteminə  təsir  göstərən  preparatlar  aiddir.  Məlumdur  ki, 
vazopressor  təsir  effektinə  malik  aktiv  endogen  maddələtdən  biri  angiotenzin  II  hesab  olunur.  O, 
orqanizmdə    plazma  zülalı  angiotenzinin  ardıcıl  fermentativ  çevrilmə  prosesinə  məruz  qalması 
nəticəsində  əmələ  gəlir.  Birinci  mərhələdə,  damar  divarında,  ferment  təbiətli  maddələrin  təsirindən, 
polipeptid  qrruluşa  malik  angiotenzindən  digər  inaktiv  prekursor-dekapeptid  qruluşlu  angiontenzin- 
1  əmələ  gəlir.  O,  damar  endotelindəki  və  damar  divarının  toxumalarında  olan  angiotenzin-çevirici  
fermentin  təsiri  nəticəsində  pressor  aktivliyə  malik  angeotenzin  II-yə  çevrilir.  Angeotenzin  II 
pressor  təsiri  bilavasitə  xüsusi  angeotenzin  reseptorları  ilə  qarşılıqlı  əlaqəsinin  nəticəsi  kimi 
meydana  çıxsa  da,  bu  prosesdə  onun  mineralokotrikoid  aldesteronun  sekresiyasını  stimulə  etmək, 
antidiuretik  hormonun  irazını  artırmaq,  NE-nin  mərkəzi  və  periferik  sinir  sistemində  müvafiq  sinir 
vezikullarından  azad olunması  prosesini  sürətləndirmək  kimi  xüsusiyyəti  də var. 
       Hazırda  angeotenzinçevrici  fermentin  inhibitorları  qrupundan  olan  xeyli  sintetik  dərman 
maddələri  (kaptopril,  lizinopril,  enalapril,  fozinopril,  benazepril,  spirapril  və    trandolapril)  alınaraq, 
klinik  istifadəyə  tövsiyə  edilir. 
       Kaptopril 
bu  sıranın  ilk  istifadə  olunan  sintetik  nümayəndəsidir.  Kimyəvi  quruluşca 
peptidəbənzər  maddədir.  Ondan  arterial  hipertenziyanın  müxtəlif  formalarında,  eləcədə  digər 
dərman  maddələrinə  qarşı  rezidentlik  göstərən  hipertoniya  halında  istifadə  olunur.  Hipertenziv 
maddə  kimi  oral  yolla  təyin  olunur.  Mədə-bağırsaq  traktında  yaxşı  sorulur.  Böyüklər  üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə