TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə77/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   73   74   75   76   77   78   79   80   ...   86

- 156 - 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
BAYTARLIQ
 
     ETİBAR  MƏMMƏDOV 
                                                                                                  Naxçıvan Dövlət Universiteti 
UOT  576.121 
 
ŞƏRUR RAYONUNUN ƏT-KƏSİM MƏNTƏQƏLƏRİNDƏ KƏSİLMİŞ QOYUNLARDA   
ANOPLOSEFALYAT  NÖVLƏRİNİN YAYILMASI 
 
 
Açar  sözlər: sestod, anoplosefalyatlar, qoyun, bağırsaq, yayılma, Şərur 
 
Key words

cestod, Anoplocephalidae,   sheep, intestines, prevalance, Sharur 
 
Ключевые слова:  цестод, аноплоцефалят, овец, кишечник, распространение, 
Шарур  
 
 Kənd  təsərrüfatının  çox  gəlirli  sahələrindən  biri  heyvandarlıqdır.  Əhalinin    zəruri  qida 
maddələri  olan  ət,    süd  və  süd  məhsulları,  eləcə  də  sənayeni  qiymətli  xammal  ilə  təhcizatında  
heyvandarlığın  rolu  əvəzsizdir.  Lakin,  parazitar  xəstəliklər,  xüsusilə  də  müxtəlif    helmintoz  
törədiciləri  heyvandarlığa  ciddi  zərər  vurmaqla  məhsuldarlığın  aşağı  düşməsinə,  bəzən  isə    körpə 
heyvanlarda  tələfata  səbəb olur.   
Naxçıvan  Muxtar  Respublikasındakı    heyvandarlıq  təsərrüfatlarında  intensiv  müşahidə 
edilən  helmintozlardan  biri  anoplosefalyatozlardır.  Bunun  əsas  səbəbi  bölgənin  əsas  coğrafi 
rayonlarının  -  aran,  dağətəyi  və  qismən  də  dağlıq    ərazilərdəki  otlaqlarda  bu  helmintlərin  aralıq 
sahiblərinin  inkişafı  üçün  əlverişli  şəraitin  olmasıdır.  Ona  görə  də    anoplosefalyatlar    əksər 
gövşəyən  heyvanlarda, 
xüsusilə  də  xırdabuynuzlu  heyvanlarda  geniş  yaylmaqla  müxtəlif  invaziyaların 
inkişafına  səbəb  olurlar.  Bunları  nəzərə  alaraq  muxtar  respublikanın  müxtəlif  ərazilərində  kənd 
təsərrüfatı  heyvanları  arasında  yayılmış  anoplosefalyatozların  və  onların  törədicilərinin  aralıq 
sahiblərinin  öyrənilməsi  istiqamətində  tərəfimizdən   bir  sıra  tədqiqat  işləri  aparılmışdır   [1,2,3]. 
Şərur  rayonu  muxtar  respublikanın  ən  böyük  rayonlarından  biri  olmaqla,  burada  heyvandarlıq  
yaxşı  inkişaf  etmişdir.  Yay  və  qış  otlaqlarının  genişliyi  və    ərazidən  keçən  çayların  sahili  boyunca 
yerləşən    otlaqlar  heyvanların  istifadə  etməsinə  imkan  yaradır.  Bu  baxımdan    qeyd  edilən  ərazilərdəki 
otlaqlardan  istifadə  edən  xırdabuynuzlu  heyvanlarda  parazitlik  edən  anoplosefalyat  növlərinin  müəyyən 
edilməsi  və  onların  növ  tərkibinin  araşdırılması  istiqamətində    tədqiqatların  aparılması  aktual 
məsələlərdəndir. 
Material və metodika 
 Tədqiqatların  gedişində  yəni,  2012-2014-cü  illərdə  Şərur  rayonundakı  ət-kəsim  məntəqələrində, 
eləcə  də  fərdi  təsərrüfatlarda    kəsilmiş  126  baş  qoyunun  nazik  bağırsaq  nümunələri  götürülərək 
anopolsefalyat  növlərinə  görə  müayinələr  aparılmışdır.  Müayinə  edilən  nazik  bağırsaqların  başlanğıcına 
qıf  keçirilərək,  daxilinə  su  yeridildi.  Bağırsağın  digər  ucu  isə  üzərinə  kiçik  məsaməli  (1mm)    metal  tor 
qoyulmuş  qablara  yönəldilərək,  daxili  möhtəviyyatı  su  şırnağı  altında    yuyuldu.  Torun  üzərində 
toplanmış  sestodlar  hər  bir  nümunədən  ayrıca  götürülərək,  skolekslərə  görə    sayı,  ölçüləri 
müəyyənləşdirildi.   
Sestodların  növ  tərkibini  müəyyənləşdirmək  üçün  əvvəlcə,  xüsusi  işləmələr  aparılaraq, 
Q.A.Kotelnikovun  təklif  etdiyi  helmintlərin  şəffaflandırılması  metodundan  istifadə  edildi.  Sestodların  
skoleksi  və  müxtəlif  seqmentlərindən  (boyuncuq,  yetkin  buğum,  hermofrodit  buğum)  3-5  sm 
uzunluğunda  götürülərək,  əşya  şüşəsi  üzərinə  qoyuldu  və  filtr  kağızı  ilə  quruduldu.  Sonra    preparatın 
üzərinə  başqa  bir  əşya  şüşəsi  qoyularaq,  möhkəm  sıxmadan  hər  iki    əşya  şüşəsinin  kənarları  sapla 
bağlandı.  Hazırlanmış  preparat  otaq  temperaturunda  olan  5%-li  etil  spirti  məhlulunda  2  saat  saxlanıldı. 
Sonra  çıxarılaraq  24  saat  müddətində  30%-li  süd  turşusu  məhluluna  salındı.  Bu  müddət  ərzində  sestod 
seqmentləri  tam  şəffaflaşaraq,  bütün  səthi  aydın  seçildi.  Sonda  hazırlanmış  preparat    MBS-9 


- 157 - 
mikroskopunda  baxılaraq,  helmintlərin  fərqlilik  əlamətləri  aşkar  edildi.  Sestodların  növ  tərkibi,  yuxarıda 
qeyd  edilən,   müvafiq  helmint  təyinedicilərdən  istifadə  edilməklə  müəyyənləşdirildi  [4,5]. 
Eksperimental hissə 
Müayinə  edilən    128  nazik  bağırsaq  nümunəsindən  57-də    (44,5%)  anoplosefalyat  növlərinə  rast 
gəlinmişdir.  Tədqiqatın  gedişində  toplanılmış  sestod  nümunələrinin  ölçüləri,  yetkinlik  xüsusiyyətləri 
(imaginal,  preimaginal)  və  növ  tərkibi  araşdırıldı.  Sestodların  yetkinlik  xüsusiyyətləri  strobilada  son, 
hermofrodit  buğumların  olmasına  əsasən müəyyənləşdirildi. 
Helmintlərin  növ  mənsubiyyəti  isə  skoleks,  yetkin  və  hermofrodit  buğumların  müvafiq 
metodikalarla  preparatlar  hazırlandıqdan  sonra  mikroskop  altında  baxılaraq,  təyinedicilərdən  istifadə 
edilməklə  müəyyən  edildi.    Qoyunların  nazik    bağırsaqlardan  götürülmüş  sestodların  uzunluğu  9,0  sm-
dən 4,95  m-dək  olmuşdur.   
Heyvanların  yaş  xüsusiyyətlərindən  asılı  olaraq,  aşkar  edilən  sestodların  yetkinlik  formaları  da 
fərqli  olmuşdur.  Tam  yetkin,  imaginal  mərhələyə  çatmış  sestodlarla  yanaşı,  preimaginal,  yəni  yetkinlik 
fazasını  tamamlamamış,  eləcə  də  yenicə  inkişafa  başlamış    helmintlərə  də  rast  gəlinmişdir.  Yeni  inkişafa 
başlamış  sestodlarda    skoleks,  boyuncuq,  və  strobiladakı  buğumlarda    xarakterik  əlamətlər 
formalaşmadığından  onları  növlərə  görə  təyin  etmək  mümkün  deyildi.    Ona  görə  də    heyvanların 
bağırsaqlardan  tapılmış  belə  sestodların  sayı,  ölçüləri  və yetkinlik  səviyyəsi  müəyyənləşdirildi. 
Tədqiqatların  gedişində  aparılmış  helmintoloji  müayinələrdə  müxtəlif  yaş  qruplu  qoyunların  nazik 
bağırsaqlarında  aşkar  edilən  anoplosefalyatların  növ  mənsubiyyəti  və  yayılma  səviyyəsi      cədvəldə 
verilmişdir.                                                                                                                
                                                                                                                                          Cədvəl 
Şərur rayonunda   qoyunlarda   parazitlik  edən  anoplosefalyatların  növ  təkibi   
(helmintoloji  yarma müayinələrinə  görə)  
 
Müayin
ə edilən   
bağırsaq 
sayı 
Aşkar 
edilən   
sestod 
sayı    
Moniez
ia 
expansa 
Moniezi

beneden

Moni- 
ezia   
alba 
Avitellin

centri- 
punctata 
Thysa- 
niezia 
giardi 
Stilesi

globu- 
punctata 
Təyin 
edil- 
məyə

128 
57 
26 


11 




44,5 
45,6 
5,2 
12,4 
19,3 
8,8 
5,2 
3,5 
 
Şərur  rayonunun  müxtəlif  ət-kəsim  məntəqələrində,  eləcə  də  fərdi  təsərrüfatlarda  kəsilmiş  128  baş 
qoyunun  nazik  bağırsaqlarında  aparılmış  helmintoloji  yarma  müayinələrində  57  bağırsaq  nümunəsindən 
(44,5%)    57  sestod  tapılmışdır  ki,  bunların  minimal  uzunluğu  12,3  sm,  maksimal  uzunluğu  isə  3,45  m 
olmuşdur.  Müaynələrin  gedişində  bağırsaqlarda    6  anoplosefalyat  növü  aşkar  edilmişdir.  Bunlardan  26 
nüsxə  M.expansa  (45,5%),  3  nüsxə  M.benedeni  (5,2%),        7  nüsxə    M.alba  (12,4%),  11  nüsxə 
A.centripunctata  (19,3%),  5  nüsxə  Th.giardi  (8,8%)    və  3  nüsxə  St.globipunctata  (5,2%)  olmuşdur.  
Xarakterik  əlamətləri  olmadığına  görə  iki  sestod  nümunəsinin  növ  mənsubiyyəti  təyin  edilmədi. 
Nəticə 
Aparılmış 
helmintoloji 
tədqiqatlar 
nəticəsində 
Şərur 
rayonundakı 
fərdi 
və 
fermer 
təsərrüfatlarındakı  qoyunlarda  anoplosefalyatların  6  növünün  parazitlik  etdiyi  müəyyən  edilmişdir. 
Ümumiyyətlə,  gövşəyən  heyvanlarda  anoplosefalyatların    10  növünün  parazitlik  etdiyi  haqqında 
məlumatlar  mövcuddur   [6].  
Helmintoloji 
araşdırmaların  nəticələri 
göstərmişdir  ki,  Şərur  rayonundakı  heyvandarlıq 
təsərrüfatlarında  anoplosefalyatoz  invaziyalarının  səviyyəsi  yüksəkdir.    Beləki,  128  baş  qoyunun  nazik 
bağırsaqlarında  aparılmış  helmintoloji  yarma  müayinələrinin  nəticələrinə  görə    57  bağırsaq 
nümunəsində  (44,5%)    anoplosefalyatlar  aşkar  edilmişdir.  Heyvanların  bağırsaqlarında    müxtəlif  inkişaf 
mərhələlərində  olan      6  anoplosefalyat
  növü  aşkar  edilmişdir.    Müayinə  edilən  bağırsaq 
nümunələrinin  26-da    (45,5%  ) 
anoplosefalyatların    M.expansa  növünə  rast  gəlinmişdir.      Bu  da 
xırdabuynuzlu  heyvanlarda  daha  çox  anoplosefalyatların  bu  növünün  parazitlik  etdiyinə  dəlalət  edir.  
Müayinələrin  gedişində    11  nüsxə  A.centripunctata  (19,3%),  7  nüsxə    M.alba  (12,4%),  5  nüsxə  Th.giardi 
(8,8%)    3  nüsxə  M.benedeni  (5,2%),və  3  nüsxə    isə  St.globipunctata  (5,2%)  sestodları  müşahidə 
edilmişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə