TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə80/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   76   77   78   79   80   81   82   83   ...   86

- 162 - 
 
НАХЧЫВАН  ДЮВЛЯТ   УНИВЕРСИТ ЕТ И.  ЕЛМИ  ЯСЯРЛЯР,  2015,  № 3 (68) 
 
NAKHCHIVAN ST AT E UNIVERSIT Y
.
  С ЖЫЕНТЫФЫЖ  WО РКС ,  2015,  № 3 (68) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТ ВЕННЫЙ  УНИВЕРСИТ ЕТ .  НАУЧНЫЕ  ТРУДЫ,  2015,  № 3 (68) 
 
                               FEZİ   İBADOV                                                                                        
feziibadov@mail.ru  
MİRMAHMUD SEYİDLİ 
seyidli-69@mail.ru 
Naxçıvan  Dövlət  Universiteti             
UOT:  619 
 
BAYTARLIQ   TƏBABƏTİNDƏ  HƏZM  SİSTEMİ   XƏSTƏLİKLƏRİNDƏ    İŞLƏDİLƏN  
DƏRMAN  BİTKİLƏRİ 
 
 
Açar   sözlər: dərman bitkiləri, qlikozidlər,tanidlər,  efir yağları, karotin. 
Key  words:  medicinal herbs,glucosides,tanidy,essential  volatile oil, carotene
Kлючевые  слова:    лекарственные    растения,  глюкозиды,  таниды, эфирные  масла,           
каротин                                       
                                                                                                                                                                                                  
 
Əhalinin    davamlı    artması  və    qidalanma    tələbatı,  heyvandarlıq  məhsullarının  istehsalının 
daimi  artmasını  tələb  edir.  Bu  inkişafın  əsas  şərtlərindən  biri  baytarlıq  elminin  nailiyyətlərinin 
istehsalata    yeridilməsidir.  Heyvandarlığın  və    baytarlığın  əsas  məsələlərindən  biri  –  sağlam    nəslin       
böyüdülməsi,  onun  xəstəlik  və  tələfatdan   qorunmasıdır. 
Kənd    təsərrüfatı    heyvanlarının  daxili  yoluxmayan  xəstəliklərindən  tələfatı    iqtisadi  ziyan     
vurur.  Cavan  heyvanların  ölüm  nisbəti  75  –  80  %    yaşlı  heyvanlardan  çox  olur,  bu  isə 
diaqnostikanın,  müalicənin  və bu  xəstəliklərin  profilaktikasının  böyük   əhəmiyyətindən  xəbər  verir.   
Hələ    qədim    zamanlardan  bitkiləri  heyvanların  əksər    xəstəliklərin  müalicəsində    istifadə      
edirdilər.  Dərman  bitkiləri  digər    maddələrdən    sərfəli  dərəcədə    fərqlənirlər  və    həmçinin  əks  təsir    
göstərmirlər.  Belə  təsirə    malik  olan  dərman    bitkilərindən  xalq  təbabətində    və    baytarlıqda    həzm      
sisteminin  orqanlarının  müalicəsində  istifadə    edilir.  Zədələnmiş  orqan  və  toxumalarda  özünübər-    
pa    proseslərində  farmakoloji  tənzimləmə  zamanı  təbii  preparatlara  olan  maraq,  onların  lazımi  də-    
rəcədə  effektivliyi  və  orqanizmə  kompleks  təsir  ilə  izah  olunur.  Bitki  vasitələri  orqanizmin  özünü   
bərpa    proseslərinə  stimuledici  təsir  göstərərək    xəstə    heyvanların  orqanlarındakı    pozğunluqları        
normaya  gətirir  [3, s. 168 – 169].  
Dərman  bitkilərinin  müalicəvi  təsiri  haqqında  qədim  yunan  filosoflarının,  ərəb  mənbələri  -  
nin,  eləcə  də    Çin  və  Misirdə    tapılmış  əlyazmaların  nüsxələrində  rast  gəlinir.  Qalen  400  -  ə    yaxın   
bitkinin    xüsusiyyətlərini  öyrənərək  onun    tərkibindəki  bioaktiv  maddələri  almışdır.  Bitki  mənşəli    
bioaktiv    maddələrin  orqanizmə  təsir    xüsusiyyəti  kimyəvi  mənşəlilərdən  fərqli  olur.  Ona  görə  də     
bitki    hüceyrələri  insan  və    heyvan  hüceyrələrinə  daha    uyğun  olduğundan    orqanizm    tərəfindən       
asan    mənimsənilir,  tez  təsir    göstərir  və  az    kumulyativ  təsirə  malik  olur.  Bitkiləri  müxtəlif    xəstə-         
liklərin  müalicəsində  xüsusi  dərman  formaları  şəklində  istifadə    edirlər.  Bitkinin  tərkibindəki  alka   
loidlər    hüceyrə    daxilinə  nüfuz    etməklə  hüceyrə  qılafını  asanlıqla  keçməklə    tez    müalicəvi  təsir       
göstərir.                                                                                                                                                         
 
Qədim    Azərbaycanda    ev  heyvanlarının  otlarla  müalicəsi  özünəməxsusluğu  ilə  fərqlənir-  
di.  Azərbaycan    otlaqları    müəyyən  xüsusiyyətlərə    malik  dərman  bitkiləri  ilə  fərqlənir.  Qeyd  edək    
ölkəmizin  florasında  300  –  dən    çox    dərman    bitkisi  məlumdur.  Ərazidə  bitən  bir  sıra  bitkilər  mədə 
-  bağırsaq  sisteminin  xəstəliklərinin  əksəriyyətinə  müalicəvi  təsir  göstərir.  Bu    bitkilərin  yığımları 
və  spirtdə  olan  cövhərləri,  həmçinin  dəmləmələri  büzüşdürücü,  ishal  əleyhinə  təsirə  malikdirlər, 
yeni  doğulmuş  və  yaşlı  iri  və    xırda  buynuzlu  kənd    təsərrüfatı    heyvanlarının  müalicəsində       
istifadə    olunurlar.  Dərman  bitkiləri  bağırsağın  təbii  mikroflorasına  təsir    göstərmirlər,  əksinə  fay  -     


- 163 - 
dalı    süd  –  turşusu   
bakteriyalarının  artmasına  səbəb  olurlar.  Bu  zaman  bağırsaqda    həzm  prosesi  və  
qida   maddələrinin   mənimsənilməsi  artır [3,  s 172  – 173]. 
Həzmi    tənzimləyən  bitkilər.  Həzmi  yaxşılaşdırmaq  üçün    ilk    növbədə    acı    dada    malik    
dərman    bitkilərindən  istifadə    edilir.  Bu  bitkilərin  tərkibində    acı  dada    malik    azotsuz    zəhərli  ol-   
mayan  qlikozidlər  vardır.  Acı    maddələr    dad  sinirlərinin  uclarını  qıcıqlandırır,  mədə  şirəsinin  ifra-    zının 
və    iştahanın  artmasına  səbəb  olur.  Qidanın    mədədə    həzmini  yaxşılaşdırır,  bağırsaqda  baş              verən 
çürümə  proseslərini  zəiflədirlər. 
Gicitkan  yarpağı  –  Herba    Urtica.  Tərkibində  Rutisin  qlikozidi,  K  vitamini,  karotin  və  
riboflavin,  askorbin,  pentoten,  foli  turşusu,  tanidlər,  nişasta,  xlorofil  vardır.  Gicitkan    polivitamin 
maddəsi    kimi  donuz    və    quşların    yemləndirilməsi  üçün    qiymətli  qidadır.  Mədə  -  bağırsaqların  motor  
və    sekresiyasını  oyadır,  iştaha  və    həzmi  yaxşılaşdırır,  donuz  və    quşların  boy    inkişafını  və    diri  
çəkisini  artırır.  Bu  heyvanlarda    avitaminozlar  zamanı  həzmi  yaxşılaşdırmaq,  boy  inkişafını  və  çəkini 
artırmaq  üçün  verilir.  Eləcə  də    başqa    heyvanlarda  həzmi  və    iştahanı  artırmaq  üçün    işlədilə    bilər. 
Gicitkən  bitkisi  yaşıl  halda    doğranılaraq  yemə  qarışdırılır,  cücə  və  donuzlara    yedirdilir.  Qurudulmuş  
gicitkan  yemlə   qarışdırılaraq  istifadə   edilə   bilər. 
Boymadərən  (  qanotu  )  –  Herba    Millefoli.  Boymadərən  (  min  yarpaqlı  )  otunun  tərkibin  də  
axillein  qlikoalkoloidi,  efir  yağları,  aşılayıcı  maddələri,  C  və  K  vitaminləri,  karotin,  fitonsidlər       
vardır.Bitkidə    olan  efir  yağları  mürəkkəb  tərkiblidir.Mədə    motorikasını  və  sekresiyasını  güclən    dirir, 
mədə  -  bağırsaq  əzələlərinin  tonusunu  qaldırır,  qanı  bərpa  edir,  iltihablar  və  sıxılmalar  əleyhinə    işlədilir. 
Həzmi  yaxşılaşdırır,  mədə  -  bağırsaq  əzələlərinin  tonusunu    artırır,  mədə  -  bağırsaq  xəstəliklərində  
işlədilir.  Bağırsaq  və    balalıqda  qanaxmalar  olduqda    tətbiq    edilir.  Bitki    quru  halda    və    ya    dəmləmələr 
şəklində   yemə  qatılaraq   verilir  [2,  s. 286  – 287].   
İşlədici    təsirə    malik    bitkilər.  Bu  bitkilərdən  hazırlanmış  dəmləmələr,  cövhərlər  və ekstraktlar  
bağırsaq  əzələlərinin  tonusunu    artırır,  onun  hərəki  qüvvəsini  qaldırır  ki,  bu  da    eyni    zamanda    işlədici 
təsir  göstərir. 
Əzvay  –  Aloe.  Əzvay    bitkisinin  şirəsini  qurudaraq    əldə    edilir.  Tərkibində  antraqlikozidlər 
vardır  ki,  bağırsaqlarda  parçalanaraq  emodin  və    aloinə  çevrilir  ki,  bunlar  da    reseptorları  qıcıqlandıraraq 
işlədici  təsir    göstərir.  İşlədici  təsiri  12  -16    saatdan    sonra  başlayır,  preparatın  təsiri  yoğun    bağırsaqlara 
daha    güclü  olur.  Az    dozalarda    iştahanı    artırır,  həzmi  yaxşılaşdırır.  Ən  çox    at      lara  qəbizlikdə, 
bağırsaqların  tutulmalarında,  qaz  toplanması    zamanı    işlədilir.  Qaramalın  timpani-        yalı    atoniyasında  
ruminator    maddə    kimi  təyin    edilir.  Əzvayın  spirtdə    məhlulu  antiseptik    mad-    də    kimi  yaraları 
qurudaraq    sağalmanı  tezləşdirir.  Eləcə  də    yanmalarda,  yataq    yaralarında,  sulu  ekzemalarda    müalicə 
məqsədilə   təyin   edilir  [3]. 
Rəvənd    kökü  –  Radix  Rhei.  Bitkinin  kökü  və  gövdəsində    antraqlikozidlər,  tanoqlikozid-      lər  
və  s    maddələr    vardır.  Az    dozalarda    ağız  və    mədənin  selikli  qişalarının  reseptorlarını  qıcıq-   
landıraraq  iştaha  əmələ  gətirir  və    həzmi  yaxşılaşdırır.  Bitkidə    olan  tanoqlikozidlər    parçalanaraq    
rəvənd    aşlayıcı  maddələr    və    turşular  əmələ  gəlir  ki,  bunlar  da    öz    növbəsində,  büzüşdürücü    tə  -     sir  
göstərir.  Yoluxucu    xəstəliklərdə,  ishallar  zamanı  şirə  ifrazını  və    peristaltikanı    azaltmaq  məq-          sədilə  
işlədilir.  Rəvəndin  yüksək  dozalarından    antraqlikozidlər    pa
rçalanaraq  emodin  və  xrizofon    
turşularını  əmələ  gətirir  ki,bunlar  da  bağırsaqları  qıcıqlandıraraq  işlədici  təsir  göstərir.  Təsiri  7-10         
saatdan    sonra    başlayır  və    uzun    müddət    davam    edir.  Bundan    başqa,  rəvənd    yoluxucu  olmayan      
ishallar   zamanı,  qəbizlikdə  dəmləmələr  şəklində   işlədici  kimi  tətbiq   edilir   [4]. 
Səna    yarpağı  –  Folium  Sennae.  Tərkibində  rein  antraqlikozidləri,aloye  –  emodin  və  üzvi 
turşular  vardır.Bitkinin  yarpaqları  bağırsaqlarda  aqlikonlara  parçalanaraq  selikli  qişaları  qıcıqlan-     
dırır    ki,bu  da    zəif    işlədici  təsir    göstərir.Dəmləmələri  və    hazırlanmış    aşları  zəif    işlədici    kimi        
qəbizlikdə   və  bağırsaqların  tutulması   zamanı   istifadə   olunur  [2, s 290 – 292]. 
Büzüşdürücü    təsirə  malik  bitkilər.  Büzüşdürücülərin    tərkibində    olan    tanidlər    zülal        
hüceyrəsilə  birləşərək  albuminatlar  əmələ  gətirir,  selik  qişaları  və    yaralar    üzərində    nazik  pərdə-   
nin    əmələ  gəlməsinə  səbəb    olur  ki,  bunun    nəticəsində    reseptorların  qıcıqlanmasını  azaldır.               
Bitki  tərkibli  büzüşdürücü    vasitələr  açıq  yaraların  sağalma  prosesini  sürətləndirir,  iltihabi  proses-     
lərin  qarşısını  alır,  yaralardan  mayenin  sızmasını  tezləşdirir. 
Palıd    qabığı  –  Cortex  Quercus.  Palıd  ağacının  cavan  zoğlarının  və  budaqlarının  qabığın-    
dan    hazırlanır.  Tərkibində  15  –  20  %    tanin,hallov  turşusu  və  nişasta  vardır.  Palıd  qabığı  büzüşdü-   
rücü,  qan  dayandırıcı    və    iltihablar  əleyhinə  təsirə    malikdir.  Antibiotik  və  sulfanilamid    preparat-    


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə