- 170 -
Sümük sistemi.
Kəllə iki şöbəyə ayrılır: beyin qutusu və sifət hissəsi. Yaşla əlaqədar olaraq, xüsusən də 13-
14 yaşdan başlayaraq sifət hissəsi bütün istiqamətlərdə daha sürətli şəkildə inkişaf edir və beyin
hissəsi üzərində üstünlük əldə etməyə başlayır. Başın ölçülərinin böyüməsi bütün yaş dövrlərində
müşahidə edilir. Onun diametrinin artımı nisbətən zəif sürətlə getməklə il ərzində təxminən 0,1 sm
təşkil edir. Lakin cinsi yetişkənlik dövründə başın inkişaf sürəti kəskin artır ki, bu təqribən iki dəfə
çox olmaqla 0,2 sm-ə bərabər olur.
Onurğa sütunu boyun, döş, bel və oma şöbələrinə ayrılmaqla fəqərələrdən və fəqərələrarası
qığırdaq lövhəciklərindən (disk) ibarətdir. Onurğanın sümükləşməsi prosesi bətndaxili inkişafdan
başlamaqla, 14-15 yaşlı yeniyetmə boksçularda cinsi yetişkənlik dövründə gözəçarpan
dəyişikliklərə məruz qalır. Onurğanın ayrı-ayrı şöbələrindəki fəqərələrin və onların çıxıntılarının
sümükləşmə prosesi müxtəlif müddətlərdə baş verir. Yeniyetmə boksçularda onurğanın hərəkətliliyi
və çevikliyi uzun illər ərzində qorunub saxlanılır. Lakin artıq qeyd olunduğu kimi, onurğanın
sümük hissəsinin inkişafının gözəçarpan şəkildə şiddətlənməsi adətən 14 yaşındakı dövrdən 17-20
yaşına kimi davam edir. Bu cəhət yeniyetməlik yaşında qamətin pozuntularının profilaktikası
zamanı xüsusi nəzərə alınmalıdır.
Döş qəfəsi 12 cüt qabırğadan ibarətdir ki, onlar arxadan döş fəqərələrinə, ön tərəfdən isə döş
sümüyünə birləşmiş vəziyyətdə olur. Döş qəfəsinin ölçüləri yetkin yaşa kimi, tədricən artmaqda
davam edir. Lakin cinsi yetkinlik dövründə o daha energetik şəkildə böyüyür. Qabırğaların
sümükləşməsi körpənin 2 ayından başlayır ki, bu halda ilk sümükləşmə nöqtələri 6-cı və 7-ci
qabırğalarda müşahidə olunur və bu proses 20 yaşadək davam edir. Döş sümüyünün sümükləşmə
prosesi 25 yaşda tamamlanır, baxmayaraq ki, artıq 12-13 yaşda ölçuləri istisna olmaqla, o öz
quruluşuna görə yaşlıların döş qəfəsindən demək olar ki, fərqlənmir.
Çoxsaylı tədqiqatların nəticələrindən məlum olduğu kimi, döş qəfəsinin inkişafına əmək
fəaliyyəti, açıq havada uzun müddət qalmaq və əlbəttə ki, idmanla məşğuliyyət, xüsusən də boksda
çiyin əzələləri üçün spesifik hərəkətlər faydalı təsir göstərə bilər. Skletin yuxarı ətraf şöbəsinin üst
hissəsi iki cüt kürək və körpücük sümüklərindən ibarətdir ki, bunların da inkişafı 20 yaşadək
tamamlanır. Aşağı ətrafların yuxarı hissəsi olan çanaq sümüyü iki çanaq sümüyünün üst hissəsi, iki
qasıq, iki oturaq və sarğı sümüklərinin birləşməsindən ibarətdir ki, bu da özündə uzun bir proses əks
etdirməklə 7 yaşından 16 yaşadək daha intensiv və 18-21 yaşlar arasında isə inkişafın yekunlaşma
mərhələsi ilə təzahür olunur.
Yuxarı və aşağı ətraflar boru formalı sümüklərdir ki, bunların da orta hissəsi diafiz,
sonluqları isə epifiz adlanır. Sümükləşmə eləcə də epifizlə diafizin birləşməsi erkən uşaqlıq
dövründən başlayır və 18-20 yaşadək sona çatır, müstəsna hallarda bu proses 25 yaşa kimi uzana
bilər.
Boksda əl sümüklərinin sümükləşməsi prosesi özündə çox böyük bir maraq doğuran haldır.
Bu barədə məlumatlı olmaq yeniyetmə boksçularda tədris profilaktik prosesin səmərəli təşkili üçün
kifayət qədər əhəmiyyətlidir. Əli təşkil edən üç qrup sümükləri göstərmək olar: 1)Bilək sümükləri –
epifizdə bazuönü (mil və dirsək sümükləri) nahiyədə iki sırada yerləşmiş səkkiz xırda sümüklər.
2)Əl sümükləri – ovuciçi 5 uzun sümükdən ibarətdir. 3)Barmaq falanqaları. Belə ki, barmaq
falanqalarının sümükləşməsi 11 yaşadək, bilək sümükləri isə 12-13 yaşadək tamamlanır. Sümük-
ləşmə nöqteyi nəzərindən tam şəkildə formalaşmamış əl nisbətən tez yorulur, lakin bununla bərabər
yüngül və münasib olan hərəkətlər onun inkişafına şərait yaratmış olur. Bu, boks məşqlərində 12
yaşdan qəbul edilən uşaqlarla təşkil olunmuş məşq prosesində ciddi diqqət mərkəzində olmalıdır.
Müqayisələr göstərir ki, qeyri idmançılarla eyni çəkiyə malik olan boksçular onlara bəzi
gostəricilərdə üstün gəlirlər. Yeniyetmə boksçularda sinənin çevrəsi, bədən, qol, ayağın göstəriciləri
çox olur. Göründüyü kimi bu boksda mühüm bir faktordur. Belə ki, uzun qol və ayaqlara malik olan
boksçu səmərəli mövqe tuta bilməklə, rəqibin fəaliyyətinin asanlıqla nəzarət altında saxlayır, ona
yaxınlaşmağa imkan vermir, uzaq məsafədən zərbələr endirir və s.
Beləliklə, uşaqların inkişaf prosesində skeletin sümükləşməsi, yəni qığırdaq toxumasının
sümük toxuması ilə əvəzlənməsi baş verir ki, bu da orqanizmin müxtəlif hissələrində fərqli
müddətlərdə təzahür olunur. Bu inkişaf sümüklərin uzununa və eninə böyüməsi, onun kimyəvi
- 171 -
tərkibinin dəyişməsi, kalsium, fosfor, maqnezium duzlarının artımı ilə xarakterizə olunur. Belə ki,
ayrı-ayrı sümüklərin formalaşma müddəti nisbi sabitdir və uşaqların inkişafının müəyyən
mərhələləri ilə sıx şəkildə əlaqədardır. Onu da vurğulamaq lazımdır ki, “sümük yaşı” həqiqi
(bioloji) yaşın müəyyən olunması üçün istifadə olunur.
Əzələ sistemi.
Sümük toxumasının əhəmiyyətli dərəcədə inkişafı boy ölçülərindən və çoxlu miqdarda
liflərindən təşkil olunmuş əzələ toxumasının inkişafından bilavasitə asılıdır. Əzələ liflərinin
üzərində olan örtüyün daxilində nüvəli sitoplazma yerləşir ki, onun enerji ehtiyatları məhz buradan
qaynaqlanır. Sitoplazmanın içərisində əzələnin bir ucundan digər tərəfinədək təqqəllüs lifləri –
miofibrillər uzanır.
Yaşla əlaqədar olaraq əzələlərin uzununa böyüməsi skeletin böyüməsinə müvafiq olaraq baş
verir. Əzələ kütləsi qeyri-bərabər sürətlə artır. İlk 15 il ərzində əzələlərin kütləsi 9%-ə kimi artır.
Lakin növbəti 2-3 il ərzində isə bu artım 12% təşkil edir. Belə ki, bu yaşdan sonra əzələ kütləsi
artmaqla bədən çəkisinin 23,3%-nə kimi çatır. 12 yaşda bu göstərici təxminən 29,8%, 15 yaşda
32,6%-ə qədər yüksəlir, lakin 16 yaşda cəmi 44,2%-dən ibarət olur. Beləliklə əzələnin intensiv
artımının 15-17 yaş arasında olmasını qeyd etmək lazımdır. Yaşlılarda bu göstərici 40%-ə enir,
yüksək dərəcəli idmançılarda 50% və daha artıq olur.
Əzələnin böyüməsi ilə yanaşı onun eninə boyüməsi də baş verir ki, bu da əsas etibarı ilə
(90%) əzələ liflərinin diametrinin artımı hesabına, kifayət qədər az miqdarda isə (10%) yeni əzələ
liflərinin yaranması hesabına təzahür olunur. Əzələnin diametrinin böyüməsi, onun artım tempi
kiçik məktəbli yaşından başlayaraq, bir çoxlarında hərəki fəallıqla təyin olunur. Belə ki, çiyinin
ikibaşlı və baldırın dördbaşlı təqqəllüs əzələlərinin eninə olan ölçüləri 12 yaşa kimi 6 dəfə, 17 yaşa
kimi isə 8 dəfə böyüyür. 12-15 yaşlı yeniyetmələrdə yaşlılarla müqayisədə əzələlərin böyük ək-
səriyyətinin bir növ birləşdirici toxuma strukturları ilə bərkidilməsi, daha az dərəcədə müşahidə
olunur.
Ayaq əzələləri əl əzələlərinə nisbətən daha yüklü templi inkişaf göstəricilərinə malikdir.
Açıcı əzələlərin böyümə tempi bükücü əzələlərin böyümə tempindən üstün olur. Digər əzələlərdən
öncə fəaliyyəti ilə seçilən və daha çox yüklənmələrə məruz qalan əzələlərin artımı müqayisədə daha
tez artıma məruz qalır.
7-14 yaş dövründəki əzələ toxumasının artım prosesləri fibrilizasiyadan əvvəl, eləcə də
birləşdirici toxumanın təşkili hesabına kəskin sürətdə şiddətlənir. Məhz bu zaman əzələnin bir orqan
və onun quruluş elementinin inkişafı kimi mühüm fərqlənmə xüsusiyyəti təzahür olunur. Əzələnin
Vətər komponenti, əzələ toxuması ilə nisbətdə üstünlük əldə etməyə başlayır. Damar sisteminin
inkişafı əzələlərin qanla zəngin təchizini təmin edir. Bu dövrdə əsas etibarı ilə sinirləşmənin
formalaşması yekunlaşır. Hərəki fəaliyyət quruluşunun formalaşmasına təsir edir ki, bu da təxminən
yaşlılarda olan göstəriciləri özündə təcəssüm etdirir. Əzələlərin onların damar sisteminin və
sinirləşmənin inkişafı 25-30 yaşa kimi davam edir.
Mərkəzi sinir sisteminin fizioloji təzahürləri.
Yeniyetməlik dövründə sinir sisteminin xüsusiyyətləri – Sinir sisteminin inkişaf xarakteri
uşaq anadan olan zaman onun beyninin hələ yekun şəkildə tam formalaşmamasından xəbər verir,
baxmayaraq ki, o quruluşuna və anatomik formasına görə yaşlı beyindən çox az şəkildə fərqlənir.
Beynin çəkisi həyatın ilk doqquz ilində kəskin şəkildə artaraq təxminən 1300qr səviyyəsinə çatır ki,
bu da yaşlı beynin kütləsindən təqribən 100qr azdır. Bütün orqanizmdə gözəçarpan dəyişikliklərlə
təzahür olunan cinsi yetişkənlik dövründə beyin maddələrinin çəkisinin demək olar ki, dəyişməməsi
halı özündə böyük maraq doğurur. Lakin bu dövrdə beyində hər hansı istənilən dəyişikliyin
olmaması barədə fikir söyləmək, təbii ki, yanlış olar. Orqanizmin bütün inkişaf dövrlərində, o
cümlədən də yeniyetməlik yaşında beyində həssas histoloji və funksional dəyişikliklərin
mövcudluğunu subuta yetirə biləcək kifayət qədər göstəricilər mövcuddur. Uşaq həyatının
uzunmüddətli dövrü ərzində baş beyin qabığının şırım və qırışlarının yaranması baş verir ki,
bununla da təxminən 7-14 yaş civarında quruluş etibarı ilə yaşlı beyin formasına uyğun olur.
Uzunsov beyin funksionallıq baxımından müəyyən dərəcədə əhəmiyyətli hesab edilməklə,
orada tənəffüs, ürək damar sistemi, həzm orqanlarının mərkəzləri yerləşir və bundan sonra isə orta
Kataloq: files -> uploader -> elmieserlerelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №3 (84) nakhchivan state university. Scientific works, 2017, №3 (84)elmieserler -> Elmi ƏSƏRLƏR, 2016, №5(79) nakhchivan state university. Scientific works, 2016, №5 (79)elmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №7 (88)elmieserler -> Naxçıvan Dövlət Universiteti. III naxçıvan Beynəlxalq arıçılıq konfransıelmieserler -> Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)elmieserler -> The series of the humanitarian
Dostları ilə paylaş: |