TəBİƏt elmləRİ VƏ Tİbb seriyasi series of natural sciences and mediCİNE



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə85/86
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9622
1   ...   78   79   80   81   82   83   84   85   86

- 172 - 
beyin  gəlir.  14-15  yaşlı  yeniyetmənin  onurğa  beyninin  çəkisi    və  ölçüləri  4-5  dəfəyədək  artır. 
Onurğa  beyninin  uzunluğu  boy göstəricilərinə  görə  müxtəlif  olur. 
 
Vegetativ  sinir  sisteminin  iki  -  simpatik  və  parasimpatik  şöbələrinin  ilkin  mərhələdə  olan 
inkişafı  qeyri-bərabər  keçir.  Əksər  tədqiqatçıların  fikrincə  7  yaşına  kimi  simpatik  sinir  sisteminin 
üstünlük  təşkil  edən  təsiri  daha  çox  müşahidə  olunur.  Artıq  14-15  yaşa  kimi  yeniyetmə 
orqanizmində  bu  iki  sistemin  nisbətən  bərabər  təsirinin  şahidi  olmaq  olar  ki,  bu  da  ələxüsus  idmanla 
məşğul  olan  şəxslərdə  təzahür  olunur. 
 
Yeniyetmələrdə  beynin  morfoloji  baxımdan  formalaşması  ilə  yanaşı  ali  sinir  fəaliyyətinin  də 
inkişafı  baş  verir  və  bunlar  baş  beyinin  böyük  yarımkürələri  qabığının  assosiativ  liflərinin  şiddətli 
artımı  ilə  xarakterizə  olunur.  Bu  beynin  ayrı-ayrı  hissələri  və  müxtəlif  şöbələri  arasında  qarşılıqlı 
əlaqəni  daha  da  möhkəmləndirməyi  təmin  etməklə  qavrayış  və  yaddaş  proseslərinin 
təkmilləşməsinə  səbəb  olur.    Bununla  baş  beyinin  morfoloji  yetkinliyi  yaşlı  insan  səviyyəsinə 
çatmış  olur. 
 
Yeniyetmələrdə  oyanma  proseslərinin  ləngiməyə  nisbətən  üstünlük  təşkil  etməsinin  əsas 
səbəbi  kimi  onlarda  psixi  dəyişikliklər,  yəni  sıxıntı  vəziyyətindən  cəld  bir  halda  sevinc  vəziyyətinə 
və  əksinə  keçid  halları  qeyd  oluna  bilər.  Tədricən  fərqləndirilmiş  ləngimə  azalır,  qıcıqlara  qarşı  şərti 
reflektor  reaksiyalar  daha  az  adekvat  olmaqla,  bir  qədər  “coşqun”  xarakterli  əks  olunurlar. 
Yeniyetmənin  hərəki  fəaliyyətinin  çox  tez-tez  lüzumsuz  şəkildə  bir  sıra  lazımsız  əzələ  təqqəllüsü  ilə 
təzahür  olunan  çoxsaylı  əlavə  hərəkətlərlə  xarakterizə  olunması  faktı  qismən  də  olsa  bununla  izah 
olunur.  Şərti  reflekslər  vasitəsiz  siqnallara  qarşı  tez,  lakin  mürəkkəb  siqnallara  qarşı  isə  zəif  şəkildə 
təşkil  olunur.  Yaşlılara  qarşı  kəskin  tənqidi  münasibət  aşkara  çıxarır,  küsəyənlik,  əsəbilik  təzahür 
olunur,  bəzən  də  emosional  pozuntular,  kəskin  yorğunluq  halları  müşahidə  edillir.  Bəzi  vegetativ 
funksiyalarda  da  fərqli  xüsusiyyətlər  aşkara  çıxmaqla,  təngənəfəslik,  ürək  nahiyəsində,    ağrılar  ürək 
döyüntülərinin  güclənməsi  və  s.  olması  qeyd  olunur.  Bununla  əlaqədar  olaraq  məşqçidən 
yeniyetmələrdə  oyanıcılığın  azaldılmasına,  təmkinlik  keyfiyyətinin  və  ləngimə  proseslərinin 
tərbiyəsinə  yönəldilmiş  yüksək  pedaqoji  ustalıq  tələb  olunur.  Məhz  buna  görə  də  yeniyetmə  boks-
çularla  təlim  məşq  prosesinin  düzgün  təşkili  və  keçirilməsi  çox  mürəkkəb  bir  xarakter  daşıyır.  Məşq 
yüklərinin  həcm  və  intensivliyinin  müəyyən  olunması  zamanı  məşqçi  onu  da  unutmamalıdır  ki, 
məşq  zamanı  yeniyetmə  idmançının  emosional  fəal  istirahəti  təmin  olunmalı  və  sinir  sistemi  kəskin 
formada  yüklənməməlidir.  Dolayısı  ilə  fizioloji  yüklərin  artımı  müntəzəmlilik  və  ardıcıllıq 
prinsipinə  istinad  etməlidir.  Beləliklə,  V.İ.  Eqozinan  da  qeyd  etdiyi  kimi,  boksla  məşğul  olmaqdan 
ötrü  daha  perspektivli  uşaqların  seçimi  zamanı  məqsədəuyğun  şəkildə  ali  sinir  fəaliyyətinin  tipoloji 
xüsusiyyətlərinin  müəyyən  olunmasına  xüsusi  diqqət  yetirmək  lazımdır  və  güclü  mütəhərrik 
müqavimətli  müvazinətli  sinir  proseslərinə  malik  olan  yeniyetmələrə  üstünlük  vermək  lazımdır, 
bütün  bunları  da psixoloji  testlərlə  müəyyən  etmək  mümkündür. 
 
 
Şərti reflekslərin boksçu fəaliyyətində rolu. 
 
Baş  beynin  və  onun  qabıq  maddəsinin  fəaliyyəti  şərti  və  şərtsiz  reflekslər  əsasında  gedir. 
Şərti  reflekslər  sərtsiz  refleksdən  yaranır.  Şərtsiz  reflekslər  orqanizmin  xarici  mühitə 
uyğunlaşmasının  əsasında  duran  ilk  reflekslərdir.  Boksçularda  da  məşq  prosesində  yaranan 
vərdişlərin  əsasını  şərti  reflekslər  təşkil  edir.  II  siqnai  sistemi  yalnız  insana  xas  olan  sözlə  yaranan 
şərti  reflekslər  sistemidir  ki,  söz  siqnalizasiya,  nitq  danışıq  vasitəsilə  məşqçi  və  boksçu  arasında 
yaranan  qarşılıqlı  ünsiyyət  daha dəqiq  izlər  buraxır. 
 
Boksçunun  çoxcəhətli  –  mürəkkəb,  çevik  hərəkətləri  mərkəzi  sinir  sistemində  (MSS)  gedən 
proseslərin  intensivliyinə  təsir  edir.  Boksçunun  rəqibinə  vurduğu  zərbənin  dəqiqliyi  və  gücü  onun 
hərəkətlərinin  kordinasiya  sürətindən  asılıdır.  Beyin  qabığında  gedən  sinir  proseslərinin  –  oyanma 
və  ləngimə  prosesinin  sürətlə  bir-birini  əvəz  etməsi  əzələlərin  yığılması  və  boşalması  üçün  optimal 
şərait  yradır,  müxtəlif  zərbələrə  qarşı  vaxtında  və düzgün  reaksiyanın  yaranmasına  imkan  verir. 
 
Rinqdə  boksçunun  düzgün  və  cəld  hərəkətlərindən  ötrü  beyninə  gələn  informasiyanın 
vaxtında  və  dəqiq  analizi  çox  böyük  əhəmiyyətə  malikdir.  Yüksək  dərəcəli  boksçularda  beyinə 
gələn  informasiyalar  çox  tez  təhlil  olunur  və  yaranan  cavab  reaksiyası  işçi  üz  və  fəaliyyət  üçün 
göndərilir.  Bütün  bunlar  boksçunun  intelektual  səviyyəsindən  çox  asılıdır.  Boksçunun  əl 
barmaqlarının  titrəməsi  MSS-nin  fəaliyyətə  hazır  olmasına  bir işarədir. 


- 173 - 
Bununla  belə,  15  yaşından  sonra  ikinci  siqnal  sisteminin  rolunun  getdikcə  artması  faktını  da 
nəzərdən  qaçırmaq  olmaz.  Oyanma  prosesləri  beyin  qabığında  və  qabıqaltı  sahələrdə  zəifləyir. 
Daxili  tormozlanma  şiddətlənir  və  yeniyetmə  iki  siqnal  sisteminin  –  beyin  qabığı,  qabıqaltı  sahələr 
və hissiyat  orqanlarının  spesifik  dəyişikliklərinə  istinadən  gənclik  dövrünə  qədəm  qoyur. 
 
 
Sensor sistemlərin  inkişafı  və boksda rolu. 
 
Uşaq  yaşlarında  sensor  sistemlər  (analizatorlar)  intensiv  şəkildə  inkişaf  edir.  Artıq  10-13 
yaşlarında  görmə,  hərəki,  vestibulyar,  taktil  (toxunma)  və  digər  analizatorlar  yaşlılarla  müqayisədə 
demək  olar  ki,  çox  cüzi  gözəçarpmaz  dərəcədə  fərqlənirlər.  Boksçu  üçün  analizatorların  əhəmiyyəti 
böyükdür,  onların  köməyi  ilə  vuracağı  hədəfi  düzgün  təyin  etmək,  zərbəni  düzgün  atmaq,  rəqiblə  öz 
arasındakı  məsafəni  müəyyən  etmək,  rəqibinin  zərbəsindən  qorunmaq  üçün  ani  vaxtda  reaksiya 
vermək  və  döyüşdə  başqa  mühüm  məsələləri  həll  etməkdə  kömək  edir.  Analizatorlar  orqanizmdə 
yerləşən  ən mükəmməl  cihazdır. 
 
 
 
Görmə  analizatoru. 
 
Bu  insanın  ətraf  mühitlə  qarşılıqlı  əlaqəsini  təmin  edən  çox  mühüm  hissiyat  orqanıdır. 
Görmə  analizatorunun  periferik  hissəsi  göz  hesab  olunur.  Onun  içərisində  göz  alması  vardır  ki,  bu 
da  üç  selikli  qişadan  ibarət  olan  kapsul  ilə  məhdudlaşır.  İşıq  hiss  edən  təbəqə  üçüncü  qat  –  tor  qişa 
sayılır  ki,  o  da  işığa  həssas  hüceyrələrdən  (reseptorlardan)  –  çöpcüklərdən  və  kolbacıqlardan  təşkil 
olunmaqla,  sinir  hüceyrlərinin  köməyi  ilə  alınmış  impulsları  beyinə  ötürür.  İşıq  qıcıqlarının  ali 
səviyyəli  analiz  və sintezi  baş beyin  qabığının  ənsə  nahiyəsində  həyata  keçirilir.   
 
Boksçu  görmə  itiliyi  və  sahəsi  kifayət  qədər  mühüm  funksiyalardan  hesab  edilir.  Görmə 
itiliyi  gözün  görməsi  üçün  mümkün  olan  məkanda  əşyanı  görmək,  onun  forması,  rəngi  və  ölçülərini 
fərqləndirmək,  eləcə  də  yerləşmə  məsafəsini,  hərəkət  edəcəyi  istiqaməti  müəyyən  etməklə 
xarakterizə  olunur.  Görmə  sahəsi  isə  gözün  bir  nöqtəyə  baxma  vəziyyətində  bütün  gördüyü  sahəyə 
deyilir. 
 
Yaşla  əlaqədar  olaraq  gormə  itiliyi  və  səhəsi  artır  ki,  bu  da  əsas  etibarı  ilə  9-10  yaşa  kimi 
daha  intensiv  şəkildə  dəyişir.  Belə  ki,  məsələn  kiçik  yaşlı  məktəblilərdə  görmə  itiliyi  yaşlılara 
nisbətən  yüksək  olur,  buna  baxmayaraq  görmə  qavrayışının  maksimal  dəqiqliyinə  və  rəng 
çalarlarının  fərqləndirilməsinə  yeniyetməlik  dövrünün  başlanğıcında,  yəni  12-13  yaşda  nail  olmaq 
olar.  Görmə  sahəsi  əlaxüsus  məktəbəqədər  dövrdə  intensiv  şəkildə  inkişaf  edir,  lakin  10-11  yaşa 
kimi  görmə  sahəsi  demək  olar  ki, yaşlıların  göstəricilərinə  yaxınlaşır. 
Boksda  görmə  analizatoru  vasitəsilə  alınan  məlumatlar  döyüşün  bütün  mərhələlərində 
birinci  dərəcəli  rol  oynayır  və  yalnız  əsas  etibarı  ilə  qısa  vaxt  çərçivəsində  olan  yaxın  döyüş  zamanı 
rəqibin  fəaliyətini  görməkdən  ötrü  görmə  analizatorunun  əsas  vəzifəsini  dəri  hərəki  reseptorları 
oynayır. 
 
Hərəki analizator. 
Bu  proprioreseptiv  və  ya  oynaq  əzələ  analizatoru  kimi  ifadə  olunmaqla,  insanın  hərəki 
aparatının  müxtəlif  hissələrinin  fəaliyyəti  ilə  əlaqədardır.  Digər  hissiyat  orqanları  kimi  hərəki 
analizator  üç  hissədən  ibarətdir.  Birinci  hissə  olan  reseptorlar  (proprioreseptorlar)  əzələlərdə, 
vətərlərdə  və  oynaq  bağ  anaratında  yerləşir.  Onlar  əzələlərin  yığılması  və  boşalması  zamanı 
oynayırlar,  yəni  daha  dəqiq  desək  impulslar  toplusu  əzələlərin  istənilən  vəziyyətində  mərkəzi  sinir 
sisteminə  çatdırılır.  Proprioreseptorlarda  baş  verən  oyanma  mərkəzi  sinir  sisteminin  müxtəlif 
şöbələrinə  ,  o  cümlədən  əsas  etibarı  ilə  baş  beynin  böyük  yarımkürələr  qabığının  başlıca  şırımına 
çatdırılır  ki,  burada  da  qıcıqların  yüksək  səviyyəli  analiz  və  sintezi  həyata  keçirilir.  Bədənin  hər 
hansı  bir  vəziyyətinin  saxlanılmasında  və  ya  hərəkət  zamanı  bu  analizator  əks  əlaqə  vasitəsilə 
mərkəzi  sinir  sisteminin  əzələlərin  yığılması  və  boşalmasının  hansı  dərəcədə  olması,  vətər  və 
bağların  dartılması,  oynaqların  vəziyyəti  barədə  məlumatlandırır.  Hərəki  analizator  vasitəsilə 
ötürülən  impulslar  eləcə  də əzələ  tonnosunun  saxlanması  üçün  də bir  şərtdir. 
 
Digər  sensor  sistemlərdə  olduğu  kimi  hərəki  analizatorların  funksiyaları  da  yaşla  əlaqədar 
olaraq  qanunauyğun  şəkildə  inkişaf  edir.  Hərəki  analizatorların  inkişafı,  uşaqların  gündəlik  həyatı 
hərəki  fəaliyyətində  icra  etdikləri  hərəkətlərin  miqdarı  və  müxtəlifliyindən  bilavasitə  asılıdır.  Böyük 
yarımkürələr  qabığının  hərəkətlə  bağlı  şöbəsinin  hüceyrəvi  quruluşunun  dəyişikliklərini  tədqiq  edən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə