TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

 
- 28 - 
Buna baxmayaraq təbiətdən daha səmərəli istifadə etmək, onu qorumaq getdikcə daha 
da aktuallaşmağa başladı. Təsadüfi deyildir ki, bu gün bu regionun bəzi ölkələrində 
hər  hektardan  toplanan  buğda  maksimum  həddə  -  70-80  sentnerə  çatmışdır.  Təbii 
meşəliklər milli parklara çevrilmiş, yerli sənayenin artan tələbatını ödəmək üçün təbii 
sərvətləri  zəngin  olan  ölkələrdə  hasilat  –  ilkin  emal  sahələri  yaradılmış,  alınan 
yarımfabrikatlar  son  emal  üçün  ölkə  ərazisinə  gətirilərək  ekoloji  tarazlığı  saxlamaq 
ön plana çəkilmişdir.   
Aparılan  çoxsaylı  tədqiqat  işləri  göstərir  ki,  müasir  dövrdə  təbiətlə  cəmiyyət, 
təbii  mühitlə  ictimai  mənimsəmə  arasında  həm  dialektik,  həm  də  antaqonik 
münasibətlər  mövcuddur  və  bu  münasibətlər  ayrı-ayrı  ölkələrdə  müxtəlif 
səviyyədədir.  Bir  an  təsəvvür  edin  ki,  sənayecə  yüksək  inkişaf  etmiş  Qərbi  Avropa 
ölkələrindən birində hər hansı bir iqtisadi fəal insan ildə bir dəfə istirahət etmək üçün 
məzuniyyət götürür. İqtisadi durumu yüksək olan ingilis, fransız, alman və ya qeyrisi 
istirahət  üçün  haranı  nəzərdə  tutur  ?  Əlbətdə  ki,  təbii  mühiti  daha  sağlam,  təbiəti 
olduqca  rəngarəng,  təbiətinə  texnogen  təsir  olmamış  ölkələrə.  Deməli,  elmin, 
texnikanın  sürətli  inkişafı  haradasa  insanın  bəzən  özünə,  onun  maddi  və  mənəvi 
sağlamlığına  da  ciddi  zərbə  vurur.  Əhalinin  sağlamlığının  korlanması  təbiimühitin 
dəyişməsi  ilə  sıx  əlaqəlidir.  Təbiətə  təsirin,  təbii  mühitdən  istifadənin  güclənməsi 
əhali  arasında  xərçəng,  ürək-damar  xəstəliklərinin  də  artmasına,  ölənlərin  sayının 
sürətlənməsinə  səbəb  olur.  Əgər  inkişaf  etməkdə  olan  ölkələrdə  mədə-bağırsaq, 
epidomioloji  və  uşaqlar  arasında  erkən  ölüm  üstünlüyü  nəzərə  çarpırsa  və  bu  hallar 
ölkədə  sanitar  –  gigiyena  şəraitinin  pis  təşkili  ilə  izah  olunursa,  inkişaf  etmiş 
ölkələrdə  əsəb  -  sinir  sisteminin,  qan-damar  və  veneroloji  pozuntuların  artması  ilə 
izah edilir.   
 
 
 
 
 


 
- 29 - 
II    F Ə S İ L 
TƏBİƏTDƏN İSTİFADƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ 
 
İnsan  cəmiyyəti  yarandığı  gündən  daim  təbiətlə  təmasda  olmuş,  onun 
nemətlərindən  bəhrələnmiş,  öz  tələbatını  ödəməyə,  bir  sözlə  ondan  istifadə  etməyə 
başlamışdır.  Təbii  ki,  təbiətdən  istifadə  hər  bir  ictimai-iqtisadi  formasiyada 
özünəməxsusluğu ilə seçilmişdir. Əgər ilkin formasiyalarda, xüsusilə də ibtidai-icma, 
quldarlıq  və  feodalizmdə,  qismən  də  kapitalizm  dövründə  daha  çox  “eninə” 
mənimsəmə  üstünlük  təşkil  edirdisə,  XX  əsrin  60-cı  illərindən  sonra  “dərininə” 
mənimsəməyə    xüsusi  fikir  verməyə  başlanılmışdır.  Belə  ki,  iqtisadi  inkişafın 
sürətlənməsi,  müasir  texnoloji  avadanlıqarın  getdikcə  təkmilləşdirilməsi  və  fəal 
surədə  tətbiqi  təbiətə,  təbii  sərvətlərdən  istifadəyə  təsirini  artırmış,  bir  çox  inkişaf 
etmiş Avropa ölkələrində təbii sərvətərin tükənməsi təhlükəsi yaranmış və ya ondan 
istifadə  iqtisadi  cəhətdən  səmərəsini  itirmişdir.  XIX  əsrin  ikinci  yarısından  sonra 
sənayenin sürətli inkişafı, yeni texnoloji avadanlıqların tətbiqi, əhalinin getdikcə artan 
tələbatı,  yeni  növ  məhsullara    marağın  üstünlüyü  daha  çox  və  rəngarəng    təbii 
sərvətlərdən  istifadəyə  təkan  verməyə  başlamışdır.  Müasir  dövrdə  əhalini  daha  çox 
maraqlandıran  yeni  növ  məhsullardır  ki,  elm  inkişaf  etdikcə,  yeni  texnoloji 
avadanlıqlar yarandıqca təbiətdən istifadə də yeni məzmun və xarakter almaqdadır. 
 
1.
 
Qurunun təsərrüfata cəlb edilməsinin iqtisadi-coğrafi problemlər. 
Planetimizin  mənimsənilməsi  uzun  tarixi  proses  olub,  bütün  ictimai-iqtisadi 
formasiyalarda  diqqət  mərkəzində  olmuş,  ciddi  antropogen  dəyişikliklərə  məruz 
qalmışdır. Yer səthinin 30%-ə qədərini təşkil edən quru sahəsinin də yalnız 30%-dən 
fəal  istifadəyə  başlanılmışdır.  Təbii  ki,  planetin  quru  hissəsi  çox  böyükdür,  lakin 
cəmiyyətin tədqiq edə bildiyi üst qatından istifadəyə hələlik üstünlük verilir. Burada 
kimyəvi  elementlərin  coğrafi  yayılması,  onlardan  istifadə  olduqca  müxtəlifdir. 
Alimlərin  uzun  illər  ərzində  apardıqları  tədqiqat  işləri  göstərir  ki,  yerin  təki  hələ 
nisbətən  az  öyrənimiş,  bir  sıra  sərvətlərdən  istifadə  kifayət  qədər  deyildir,  bəzi 


 
- 30 - 
ərazilərin  mənimsənilməsinə  isə  başlamaq  hələlik  mümkün  deyil.  Belə  ərazilərə 
daimi donuşluqlar, sərt təbiəti ilə seçilən ada  və  yarımadalar, geniş səhralar, uca və 
cavan dağlar, geniş bataqlıqlar və s. 
Təcrübə göstərir ki, təbii ehtiyatlardan səmərəli istifadə edə bilmək üçün onların 
miqdarını müəyyənləşdirmək çox vacibdir. Müasir dövrdə təsərrüfat sahələrini daha 
çox  maraqlandıran  təbii  resursların  geoloji  ehtiyatlarıdır.  Ümumilikdə  geoloji 
ehtiyatları  –  sənaye  ehtiyatlarına,  öyrənilmiş  və  ehtimal  olunan  ehtiyatlara  bölürlər. 
A.E.Fersman yer qabığını 3 şaquli zonaya bölür: 
1.Üst  zona  –  qranitli,  turşulu  olub  hidrogen,  helium,  litium,  berillium,  bor,  oksigen, 
ftor,  natrium,  alüminium,  fosfor,  silisium,  xlor,  kalium,  titan,  rubidium,  ittrium, 
sirkonium,  niobium,  molibden,  qalay,  sezium,  lantanoidlər,  tantal,  volfram,  qızıl, 
radium, radon, torium, uran; 
2.Orta zona – bazaltlı, əsaslı olub, karbon, oksigen, natrium, magnezium, alüminium, 
silisium, fosfor, kükürd, xlor, kalsium, brom, yod, barium, stronsium; 
3.Dərinlik zonası – peridotlu olub, titan, vanadium, xrom, dəmir, kobalt, nikel, ruteni 
– palladium, osmiplatin kimi səciyyəvi elementlərdən ibarətdir. 
Təbii  ki,  heç  də  yer  qabığının  hər  yerində  belə  qanunauyğunluq  hökm  sürmür. 
Bu bir növ yer qabığının formalaşmasından, yerin daxlindən gedən proseslərdən, yer 
qabığını  əmələ  gətirən  dağ  süxurlarının  endogen  proseslər  nəticəsində  şaquli 
yerdəyişməsindən, 
bu  prosesin  sürətindən  və  davamlılığından  asılıdır. 
Dağəmələgəlmə prosesinin ilkin dövrlərində, xüsusilə də kembridən qabaqkı dövrdə 
dəmirin,  manqanın,  misin,  kobaltın,  xromitin,  uranın,  nikelin,  mikanın,  qızılın  və 
platinin toplanması prosesi daha xarakterikdir. Paleozoy daş kömürün, neftin, kalium, 
maqnezium  duzunun,  polimetal  filizlərin,  mezozoy  neftin,  kömürün,  volframın, 
kaynazoy  isə  boksit,  kükürd,  bor,  gümüş,  polimetal  filizlərin  toplanması,  əvvəlki 
elementlərin əmələ gəlmə prosesinin davam etməsi ilə seçilir. 
Yerin təkindən hasil olunan təbii resurslar müasir ədəbiyyatlarda mineral resurs 
kimi  qeyd  edilir.  Elmi  ədəbiyyatlarda  mineral  resursların  təsnifatı  arasında  elə  də 
ciddi  fərq  yoxdur,  lakin  bəzi  mütəxəssislər,  o  cümlədən  V.P.Maksakovski  onları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə