TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

 
- 43 - 
dənizlə  yük  və  sərnişin  daşınması  prioritet  sahələrdəndir.  Daşınan  yüklər  içərisində 
neft  və  təbii  qazın  xüsusi  çəkisi  daha  böyükdür.  Dənizlə  yüklərin  daşınmasının 
inkişaf dinamikasını müəyyənləşdirən əsas amil məhsul istehsalı ilə istehlakı ölkələri 
arasında məsafə fərqlərinin böyük olmasıdır. Belə ki, B.Britaniya və Yaponiya xarici 
ticarətinin 98%-i, ABŞ-ın isə 90%-i, dünya ölkələri arasında iqtisadi əlaqələrin 80%-i 
dəniz nəqliyyatının payına düşür. 
 
Okeanlar  arasında  yükdaşımalar,  bütövlükdə  ticarət  əlaqələrində  Atlantik 
okeanının  xüsusi  çəkisi  daha  böyükdür.  Belə  ki,  iqtisadi  əlaqələrin  beşdə  üçü  onun 
payına düşür. Bunu  onun  ətrafında  yerləşən ölkələrin təbii şəraiti, ehtiyatları, tarixi, 
iqtisadi  və  mədəni  əlaqələrinin  bolluğu  ilə  əlaqələndirmək,  eyni  zamanda  sahil 
xətlərinin  girintili-çıxıntılı  olması,  gəmiçilik  üçün  daha  əlverişli  olması  ilə 
əlaqələndirmək  olar.  Ikinci  yerdə  Sakit  okean  durur.  Onun  əlaqələri  artırmaq  üçün 
potensialı daha böyükdür. Burada əhalisinin ümumi sayı 3 mlrd. nəfərdən çox 30 ölkə 
yerləşir,  okean  sahilində  iri  limanlar  mövcuddur.  Hind  okeanı  ümumi  yük 
daşınmasına  görə  üçüncü  yerdə  dursa  da  nəhəng  neft-qaz  ehtiyatlarına  malik  İran 
körfəzi  ölkələrinin  məhsullarının  ixrac  həcminə  görə  müqayisə  edilməzdir.  Şimal 
Buzlu  okeanının  iştirakı  nisbətən  azdır,  burada  naviqasiya  dövründə  xarici  iqtisadi 
əlaqələri  həyata  keçirmək  nisbətən  əlverişlidir.  Təbiətdə  quru  suları  əsasən 
Antarktida, Qrenlandiya, Arktika, yüksək dağ zirvələri və yeraltında toplanmış sular 
şəklindədir.  Bunlar  ümumi  hidrosfer  çəkisinin  cəmi  6%-ni  təşkil  edir. Lakin  heç  də 
bunun hamısı istifadə oluna bilən şirin su ehtiyatı deyildir. Alimlərin hesablamalarına 
görə  təbiətdə  istifadə  oluna  biləcək  şirin  su  resursları  ümumi  hidrosfer  çəkisinin 
2.5%-ni əhatə edir. Burada istifadə oluna biləcək şirin axan çayların payına düşür ki, 
onun  da  həcmi  2.1  min  kub  kilometrdir.  Hesablamalara  görə  çaylarda  şərti  olaraq 
rütubət  dövriyyəsi  16  sutkadır  və  il  ərzində  çay  suyu  23  dəfə  öz  suyunu  bərpa  edə 
bilir,  ona  görə  də  ildə  çayın  su  sərfi  48  min  kub  kilometrə  bərabər  olur.  Yadda 
saxlamaq  lazımdır  ki,  çaylara  15  dəfədən  çox  çirkab  suları  axıdılır  və  o  da  işi  bir 
qədər mürəkkəbləşdirir. 


 
- 44 - 
 
Regionlar  üzrə  çaylarda  şirin  su  sərfinin  təmin  olunması  olduqca  qeyri-
bərabərdir.  Belə  ki,  xarici  Asiyada onun  həcmi  3.1  min  m
3
,  xarici  Avropada  4.1min 
m
3
, Afrikada 5.7 min m
3
, Şimali Amerikada 15 min m
3
, MDB məkanında 15 min m
3

Cənubi Amerikada 32 min m
3
, Avstraliya və Okeaniyada 83 min m
3
, dünya üzrə isə 8 
min m
3
-dir. 
 
Çayların  tam  su  sərfi  bir  qədər  fərqlidir.  Məsələn,  Asiyada  bu  rəqəm  11  min 
km
3
,  Cənubi  Amerikada  10.5,  Şimali  Amerikada  7,  MDB  məkanında  5.3,  Afrikada 
4.2, Avstraliya və Okeaniyada 1.6, Avropada 1.4 min km
3
-dir. Bu onunla izah olunur 
ki,  həmin  regionların  su  ehtiyatı  bol  sulu  çayların  hesabınadır.  Məsələn,  Braziliya, 
Rusiya,  Kanada,  Çin,  İndoneziya,  ABŞ,  Banqladeş,  Hindistan,  Venesuela,  Myanma 
kimi ölkələrdə belə çaylar kifayət qədərdir. Lakin bildiyimiz kimi, şirin su ehtiyatının 
çox  olması  heç  də  tam    təmin  olunmanı  göstərmir,  çünki  təmin  olunma  ya  hər 
adambaşına  düşən  suyun  miqdarı  ilə,  ya  dahər  km
2
-ə  düşən  miqdarla 
müəyyənləşdirilir.  Biz  yuxarıda  bunu  göstərmişdik,  belə  ki,  ən  çox  təmin  olunma 
quru  və  isti  Avstraliya  və  Okeaniyaya,  ən  az  xarici  Asiyaya  şamil  edilmişdir. 
Ölkələrin  su  ehtiyatlarına  baxsaq,  bunu  bir  daha  göstərə  bilərik.  Şirin  su  ilə  ən  çox 
təmin  olunmuş  ölkələrə  Surinam,  Konqo  Demokratik  Respublikası,  Qayana,  Papua-
Yeni  Qvineya,  Qabon,  Kanada,  ən  az  isə  Misir,  Burundi,  Əlcəzair,  Tunis,  İsrail, 
Yəmən, İordaniya, S.Ərəbistanı, Liviya və Küveyti göstərmək olar.  
 
İlbəil  sudan  istifadənin  həcmi  də  artmaqdadır.  Burada  da  müəyyən  fərqli 
cəhətlər  vardır.  Belə  ki,  şirin  su  ehtiyatının  70%-i  kənd  təsərrüfatında,  20%  - 
sənayedə, 10%-i məişətdə istifadə olunur. Kənd təsərrüfatında çox istifadə olunur və 
əksəriyyəti də bərpa olunmadan itkiyə gedir, sənaye və məişətdə istifadəni bərpa edib 
təkrar istifadə mümkündür. İsti ölkələrdə, suvarma əkinçiliyinin üstünlük təşkil etdiyi 
ölkələrdə  həmişə  içməli  suya  da  ehtiyac  çoxdur  və  burada  qıtlıq  hiss  edilir.  Bu 
baxımdan  Respublikamızda  da  içməli  su  qıtlığı  mövcuddur.  Bunun  qarşısını  almaq 
üçün  ölkəmizdə  bir  sıra  tədbirlər  həyata  keçirilir.  Məsələn,  suvarma  sistemləri 
yenidən  qurulur,  yeni  su  anbarları  yaradılır,  məişətdə  istifadəni  artırmaq  məqsədilə 
Oğuz-Qəbələ-Bakı  su  kəməri  istifadəyə  verilmişdir.  Bu  kəmər  vasitəsilə  Oğuz  və 


 
- 45 - 
Qəbələdən  yeraltı  suların  istifadəsi  müəyyən  qədər  qıtlığın  aradan  qaldırılmasına 
xidmət edir. Çaylar nəinki içməli su mənbəyidir, o həmçinin çox fəal bir nəqliyyat – 
naviqasiya sistemidir. İri çaylar yük və sərnişin daşımada, bir sıra ölkələrdə isə meşə 
materialları  (oduncaq)  daşınmasında  geniş  istifadə  olunur.  Təsadüfi  deyildir  ki, 
çayları  təbiət  tərəfindən  istiqaməti  müəyyən  edilmiş  mühüm  nəqliyyat  arteriyası 
adlandırmamışlar. Bu gün dünyanın bir çox ölkələri ucuz çay nəqliyyatından istifadə 
etməklə  ağac,  neft,  filiz,  duz,  taxıl,  maşın  və  avadanlıqların  daşınmasında  istifadə 
edir.  Gəmiçilik  üçün  əlverişli  olmayan  bir  çox  çaylardan  meşə  materialları  axıtmaq 
üçün istifadə edilir.      
 
Çaylar  böyük  enerji  mənbəyidir.  Çayların  hidroenerji  potensialını  üç 
kateqoriyaya  ayırırlar:  nəzəri,  texniki,  iqtisadi.  Nəzəri  potensiala  dünya  çaylarının 
ümumi  su  sərfi  aid  edilir.  Bu  il  ərzində  48  min  km
3
-dir.  Əgər  qurunun  orta 
hündürlüyünü  nəzərə  alsaq  ki,  800  m-dir,  onda  çayların  nəzəri  olaraq  hidroenerji 
potensialını  1000  mln.  kvt  miqdarındadır.  Bu  da  il  ərzində  35  trln.  kvt/saat  enerji 
istehsalı  deməkdir.  Texniki  potensial  nəzəri  potensialın  bir  hissəsi  olub,  illik  və 
mövsümi  su  sərfinin  hesabına  SES-nin  quraşdırıla  bilməsini  göstərir.  Dünya  üzrə 
texniki hidropotensial 15 trln/saat həcminə qiymətləndirilir. 
 
Iqtisadi  potensial  texniki  potensialın  müəyyən  vaxt  ərzində  müvafiq  ərazinin 
hidroenerji  potensialından    istifadənin  iqtisadi  cəhətdən  əlverişli  olmasını  müəyyən 
etməyə  imkan  verir.  Onun  göstəricisi  texniki  potensialdan  azdır,  təxminən  8-10  trln. 
kvt/il,  yəni  gücü  2340  mln.  kvt-dır.  Nəzəri  potensiala  görə  regionların  imkanları 
belədir: Asiya (42%), Afrika (21%), Şimali Amerika (12%), Cənubi Amerika (13%), 
Avropa (9%), Avstraliya və Okeaniya (3%). Müəyyən edilmişdir ki, dünya çaylarının 
su  sərfinin  təxminən  yarısı  hövzəsinin  sahəsi  qurunun  40%-ni  örtən  50  iri  çayın 
payına düşür. Bu çaylardan 15-nin orta su sərfi 10 min m
3
/saniyədir. Su sərfi heç də 
hidropotensial  demək  deyildir.  Elə  çaylar  vardır  ki,  su  sərfi  çox  böyük,  amma 
hidropotensialı azdır. Məsələn, Amazon çayı Konqoya nisbətən 5 dəfə çox su axıdır, 
amma Konqonun hidroenerji potensialı ondan çoxdur. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə