TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

 
- 64 - 
insanlarla təbiət arasındakı münasibətlərlə, xüsusilə də məhsuldar qüvvələrin inkişafı 
ilə  istehsal  münasibətləri  arasındakı,  həmçinin  də  biosferdə  gedən  proseslərin 
uyğunsuzluğu  ilə  izah  edirlər.  Son  illərin  hadisələri  göstərir  ki,  təkcə  insanların 
təbiətə  təsiri  yox,  eyni  zamanda  insanlar  tərəfindən  çox  dəyişdirilmiş  təbiətin 
insanlara  olan  təsiri  qlobal  ekoloji  krizisin  başlanğıcından  xəbər  verir.  Əgər  nəzərə 
alsaq ki, bu problemin əsas yaradıcısı insandır, deməli o, eyni zamanda onun qarşısını 
ala biləcək bir qüvvədir.  
Ekoloji  situasiyanın  dəyişməsi,  krizis  həddinə  çatması  və  qarşısının  alınması 
bütün  dövrlərdə  baş  vermişdir.  Alimlər  belə  hesab  edir  ki,  ilkin  neolitdə,  hələ 
insanların  yığıcılıq  və  ibtidai  sənətkarlıq  dövründə  krizis  halı  olmuşdur.  Son 
buzlaşma  dövründə  ov  məhsullarının  kəskin  azalması,  iri  gövdəli  heyvanların, 
xüsusilə də mamontların məhv olması ikinci belə krizisdən xəbər vermişdir. Sonralar 
torpaqların  şoranlaşması,  meşələrin  kütləvi  şəkildə  yaranması  və  məhvi,  böyük 
coğrafi kəşflər zamanı daha da bu proseslərin sürətlənməsi olmuş, lakin tədricən belə 
krizislər aradan qaldırılmış, təbii mühit bərpa olunmuşdur. Düzdür, o dövrlərin krizisi 
regional  xarakter  almış,  bütün  bəşəriyyəti  əhatə  etməmişdir,  hər  halda  inkişaf  edən 
cəmiyyət  belə  hallara  qarşı  ciddi  mübarizə  aparmışlar.  Müasir  dövrün  ekoloji  krizisi 
qlobal  xarakter  daşıyır,  əvvəlkilərə  nisbətən  daha  qorxuludur.  Bu  problemin 
yaranması  XX  əsrin  əvvəllərinə  aid  olsa  da,  əsrin  sonunda  artıq  qorxulu  xarakter 
almışdır.  Bu  qloballaşmanı  iki  əsas  səbəblərə  bölmək  düzgün  olardı:  a)  təbiətdən 
istifadənin  düzgün  aparılmaması  hesabına  yaranan  təbii  mühit  pozulması;  b)  insan 
fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsi nəticəsindəki pozulmalar. 
Təbiətdən  istifadənin  düzgün  həyata  keçirilməməsi  barədə  əvvəlki  fəsillərdə 
söhbət  açmışdıq,  lakin  bir  daha  qeyd  edək  ki,  təbii  resurslardan  rasional  istifadə 
etməmək  təbiətdəki  tarazlığın  pozulmasına  gətirib  çıxarır.  Yəni  tükənən  və 
tükənməyən resursların varlığı şübhə altına alına bilir. Burada xüsusilə nəzərə çarpanı 
mineral  resursların  bəzilərinin  müəyyən  regionlarda  tükənməsi,  yerüstü  sərvətlərin 
korlanması  və  bərpa  olunma  çətinliyi  və  ya  baha  başa  gəlməsi,  səhralaşma, 
bataqlıqlaşma, duzlaşma, meşəsizləşmə və sairə. 


 
- 65 - 
Ekoloji  sistemin  ikinci  pozulma  səbəbi  insanın  istehsal  və  qeyri-istehsal 
fəaliyyətinin nəticəsidir. Bu fəaliyyət nəticəsində təbiətə təsir o həddə çatıb ki, müasir 
sivilizasiyanın mövcud olduğu təhlükə altındadır. 
Təbii mühitə antropogen təsir onun bütün fəaliyyətinin kompleks şəkildə canlı 
aləm  üçün  təhlükəli  olan  müxtəlif  maddələrin  cəmləşməsidir.  Bu  komponentlərin 
müəyyən  miqdarda  cəmləşməsi  insan  cəmiyyətinin  fəaliyyətini  məhdudlaşdırır. 
Bütövlükdə,  antropogen  çirklənməni  miqdar  və  keyfiyyət  kateqoriyasına  ayırmaqla 
təhlil  edək.  Miqdar  aspektində  çirklənmədə  ətraf  təbii  mühitə  təbiətdə 
mövcudluğundan daha çox maddə və ya elementlərin daxil olması başa düşülməlidir. 
Məsələn,  müxtəlif  filizlərin  və  ya  filiz  birləşmələrinin  həddən  artıq  istehsalı  ətraf 
mühitin  normadan  dəfələrlə  çoxalıb,  ətraf  mühiti  metallaşdırması,  yaxud,  insan 
fəaliyyəti  nəticəsində  atmosferə  karbon  və  digər  birləşmələrin  atılması  istixana 
effektinin  və  qlobal  istiləşmənin    yaranmasına  səbəb  olur  ki,  bu  da  bəşər  cəmiyyəti 
üçün olduqca təhlükəlidir. Bu gün dünyanın ayrı-ayrı regionlarında leysan yağışların, 
quraqlığın,  torpaq  sürüşmələrinin,  havanın  orta  temperaturundakı  fərqli  artımların 
hansı fəsadları yaratması aydın şəkildə özünü büruzə verir. 
Insan cəmiyyəti üçün daha təhlükəli çirklənmə aspekti keyfiyyət çirklənməsidir 
ki, bu zaman ətraf mühitə təbiətdə mövcud olmayan maddələrin daxil olmasıdır. Üzvi 
sintez nəticəsində müxtəif maddələr və kimyəvi elementlər daha mühüm rol oynayır. 
Bu  maddələrin  sayı  artıq  yüz  mini  keçmişdir,  5000  çoxu  isə  kütləvi  şəkildə  istehsal 
olunur.  Son  illər  alimləri  daha  çox  narahat  edən  və  tamamilə  insan  fəaliyyətinin 
nəticəsi  olan  xlorftor  birləşmələridir  ki,  məişətdə  soyuducu,  kondensioner  kimi 
cihazlardan istifadə etməklə ətraf mühitə bu qazlar atılır.  
Bu xlorlu birləşmələrin ozon qatına təsiri hələ XX əsrin 70-ci illərində məlum 
idi və elə də qorxulu həddə çatmamışdır. Lakin sonradan istehsalın sürətli inkişafı bu 
qazların  həcmini  artırmış,  ozon  qatı  sürətlə  deqradasiyaya  uğramağa  başladı.  Ozon 
qatının yer səthində mühüm əhəmiyyəti məlumur. Onun son 25-30 ildə havaya atılan 
freon qazı hesabına atmosferdə onun miqdarı 2-5% azalmışdır. Bu ilk baxışda çox az 
görünür,  lakin  nəzərə  almaq  lazımdır  ki,  ozon  qatının  1%  azalması  ultra  bənövşəyi 


 
- 66 - 
şüaların  həcmini  2%  artırır.  Artıq  şimal  yarımkürəsində  ozon  qatının  həcmi  3% 
azalmışdır ki, bu da qış dövrünün soyuq hava şəraitində freon qazının təsiri ilə 5%-
dək azalma müşahidə  edilir. ABŞ və Avropa alimlərinin apardığı  tədqiqatlar zamanı 
məlum  olmuşdur  ki,  şimal  yarımkürəsində  ozon  “dəliyinin”  shəsi  2  mln.  kvadrat 
kilometrə çatmışdır və bu olduqca təhlükəli vəziyyətin yaranmasından xəbər verir. Bu 
artımı onunla izah etmək olar ki, freon qazının 31%-ni ABŞ, 30%-ni Qərbi Avropa, 
12%-ni  Yaponiya,  10%-ni  MDB  ölkələri  istehsal  edir.  Bir  cəhəti  də  nəzərə  almaq 
lazımdır ki, planetimizin ayrı-ayrı regionlarında vaxtaşırı “ozon dəliyi” yaranır ki, bu 
ozon qatının daha sürətlə parçalanmasına şərait yaradır. 
Təbii  mühitin  çirklənməsində  radioaktiv  şüaların  təsiri  danılmazdır.  Radiaktiv 
çirklənmə  daha  çox  nüvə  silahlarının  sınaqdan  keçirilməsi    və  AES-də  baş  verən 
qəzalar  zamanı  daha  çox  müşahidə  edilir.  Son  vaxtlar  AES-lərdə  baş  verən  texniki 
nasazlıq,  qəzalar,  Yaponiyada  yeraltı  təkan  və  sunami  nəticəsində  baş  verən  hadisə 
nəinki təbiətə, həm də iqtisadiyyata ciddi zərbələrdir. 
Təbiətdə  baş  verən  təhlükəli,  dağıdıcı  və  bədbəxtlik  gətirən  hadisələr  təbii  və 
təbii-antropogen xarakterli olub, əsasən lokal, regional və qlobal xarakter ala bilir. 
Bir çox qərb alimlərinin məlumatlarına əsasən təkcə 1965-1992-ci illərdə təbii 
hadisələrlə  dünyada  ölənlərin  sayı  3.6  mln.  nəfər  olmuş,  3  mlrd.  nəfərdən  çoxu  isə 
zərər  çəkmişdir,  2005-ci  ildə  dünya  üzrə  220  mlrd.  ABŞ  dolları  həcmində  ziyan 
dəymişdir.  Bu  təbii  hadisələr  içərisində  ən  tez-tez  baş  verəni  daşqınlar,  zəlzələlər, 
quraqlıqlar və tropik qasırğalardır. 2002-ci ildə daşqınlar 17 mln. əhalini evsiz-eşiksiz 
qoymuş,  80-dən  çox  ölkənin  3  min  nəfəri  həlak  olmuşdur.  Zəlzələlər  hər  il  10 
minlərlə insanı məhv edir, 500 mlrd. dollardan çox zərər yetirir. Sunamilər sahilyanı 
ölkələrdə daha böyük xətalar törədir. 2004-cü ildə Hind okeanında baş vermiş sunami 
Sumatra,  həmçinin  Cənub-Şərqi  və  Cənubi  Asiyada  220  min  nəfər  həlak  olmuş, 
2011-ci  il  Yaponiyada  isə  minlərlə  insan  həyatını  itirmiş,  ölkə  iqtisadiyyatına  külli 
miqdarda  ziyan  dəymişdir.  Dəniz  qasırğaları  sahilyanı  ölkələri,  xüsusilə  də  ABŞ- 
dövlətini ciddi sınaqdan keçirir. Belə ki, 2005-ci ildə “Katrina” qasırğası Yeni Orlean 
şəhərini  dağıtmış,  100  mlrd.  dollardan  çox  zərər  yetirmiş,  Meksika  körfəzində 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə