TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   24   25   26   27   28   29   30   31   ...   34

 
- 82 - 
digər  sahələr  tam  dövriyyəli  deyildir.  Daşkəsənin  Zəylik  alunit  xammalı  əsasında 
1965-ci  ildə  Gəncə  alüminium  gili  zavodu  istifadəyə  verilmiş,  ilk  dəfə  olaraq 
alunitdən alüminium oksidi yarımfabrikatı istehsalı yaradılmışdır. Bu yarımfabrikatın 
əsasında  isə  Sumqayıt  alüminium  zavodu  fəaliyyət  göstərir.  Hal-hazırda  əlvan 
metallurgiyanın,  eləcə  də  qara  metallurgiyanın  kompleks  inkişafı  üçün  dövlət 
proqramı qəbul olunmuşdur. 
 
Yerli  gətirmə  xammala  əsaslanan  kimya  sənayesi  vaxtıilə  respublikamızın  ən 
inkişaf  etmiş  sahələrindən  biri  olmuş,  MDB  məkanını  müəyyən  məhsullarla  təmin 
etmişdir. Kimya sənayesini  inkişaf etdirən neftayırma zavodlarının propan, piroqaz, 
butan-butilen  və benzin kimi  məhsullardan  və dağ-mədən  sənayesinin məhsullarıdır. 
Naxçıvanın  Nehrəm  və  Duzdağ  duz  yataqları,  Goranboy  və  Göygöl  rayonlarının 
Başqışlaq  və  Çovdar  mis  yataqlarının  tərkibində  olan  barit,  Toğanalı  və  Çıraqdərə 
yataqlarında  olan  kükürd  kolçedanı,  Gədəbəy  rayonu  və  Balakən  kükürd  kolçedanı 
yataqları,  Naxçıvançayın  yuxarı  axarında  yerləşən  Gömür  yatağının  kükürd,  Laçın 
rayonunun Qorçu və Yuxarı Ağcakənddə kopal, dolomit, mineral boyalar ehtiyatları 
kimya sənayesi üçün perspektivli ehtiyatlardır. Kür çayının aşağı axarlarında, Muğan 
düzündə, Abşeronun Böyükşor, Masazır göllərində toplanmış xörək duzu, Şamaxıda 
Pirsaat  çayının  hövzəsində,  Qobustan  şəhəri  yaxınlığında  olan  mirabilit  kimi 
xammallar  mühüm  əhəmiyyətlidir.  Şəmkirin  Zəyəm  qəsəbəsi  yaxınlığında, 
Naxçıvanda,  Arazçayı  boyu,  Abşeron  yarımadası  və  Laçın  rayonu  ərazisində  Çili 
şorası ehtiyatı vardır. 
 
Naxçıvanın Nehrəmçay yatağında epsomit və molanterit, Şamaxı, Gədəbəy və 
Göygöl rayonlarında umbra, surik, siena, brekçiya kimi boyalar istifadəyə yararlıdır. 
Əsas  kimya  sənayesinin  məhsulu  kimi  yod  və  brom  istehsalı  üçün  kifayət  qədər 
xammal ehtiyatı vardır. Abşeron göllərində, xüsusilə də Böyükşor, Pirallahı adasının 
kiçik gölməçələrində, Neftçala, Xıllının mədən sularında ehtiyatı daha çoxdur. 
 
Seolit  neft-kimya  sənayesində,  neftayırmada,  kimya  sənayesində,  kənd 
təsərrüfatında,  metallurgiyada  geniş  istifadə  olunur.  Seolitin  iri  yataqları  Qazaxda, 
Tovuzda, Naxçıvanda, Talış dağlarında, Kiçik Qafqazda mövcuddur. 


 
- 83 - 
 
Son  illər  kimya  sənayesində  edilən  sahəvi  və  ərazi  strukturundakı  dəyişiklik, 
kiçik və orta həcmli müəssisələrə, xüsusilə də özəl müəssisələrə üstünlüyün verilməsi 
təsərrüfatın  və  əhalinin  artan  tələbatının  ödənilməsinə,  ətraf  mühitin  mühafizəsinə, 
xammal  ehtiyatlarından  səmərəli  istifadəyə  yönəldilmişdir  ki,  bu  da  özünü  iqtisadi-
ekoloji baxımdan doğrultmaqdadır. 
 
Respublikada 
tikinti 
sənayesi 
çoxsahəli  olub,  sement,  dəmir-beton 
konstruksiyalar  və  panellər,  sanatoriya-texnika  məmulatları,  mişar  daşı,  pəncərə  və 
tikinti  şüşəsi,  şifer,  asbest-sement  borular,  istilik  izolyasiya,  polimer  tikinti 
materialları,  polivinilxlor,  linelium,  aqloporit,  perlit  tipli  yüngül  doldurucu  mineral 
tikinti materialları sahələrini əhatə edir. Sement sənayesi və dəmir-beton məmulatları 
istehsalının  özəyini  təşkil  edən  təbii-tikinti  xammalı  hasilatına  mişar  daşı,  but  daşı, 
mərmərəbənzər  əhəngdaşı,  mərmər,  pemza,  travertin  kimi  bəzək  və  üz  daşları, 
müxtəlif tikinti gilləri, çınqıl, tikinti, şüşə və qəlb qumu, gips, gəc, perlit kimi yüngül 
suvaq və məsaməli doldurucu xammalı daxildir.   
 
Yerli  tikinti  materialları  istehsalı  müəssisələri  arasında  əsasən  yerli  sənaye 
kombinatlarının nəzdində fəaliyyət göstərən bişmiş kərpic, kirəmit və saxsı məmulatı 
hazırlayan  90-dan  artıq  müəssisə  vardır.  Kərpic  istehsalı  müəssisələrində  həmçinin 
oda, turşuya davamlı materiallar, meliorasiya küngləri də istehsal olunur. Ölkəmizin 
tikinti  materialları  sənayesinin  əsasını  sement  istehsalı  təşkil  edir.  Bu  sahə  dəmir-
beton  və  iri  panel  istehsalını  xammalla,  tikintini  isə  suvaq  və  hörgü  materialı  ilə 
təmin edir, müxtəlif sənaye sahələrinin texnoloji tələbatını ödəyir. 
 
Son  illər  respublikada  aparılan  məqsədyönlü  iqtisadi  islahatlar,  özəlləşdirmə, 
özəl  müəssisələrə  və  sahibkarlara  dövlət  qayğısı  digər  sənaye  sahələrində  olduğu 
kimi tikinti sənayesinə də öz təsirini göstərmiş, müəssisələrin yeni standartlara uyğun 
materiallar istehsalını artırmış, keyfiyyətini  yüksəltmiş, ətraf mühitin  mühafizəsində 
mühüm rol oynamışdır. 
 
 
 


 
- 84 - 
2.
 
Torpaq, su və rekreasiya resurslarından istifadə və problemlər 
 
Respublikada 
iqtisadi 
inkişafın 
davamlı 
olması, 
artan 
tələbatını 
müvəffəqiyyətlə  ödəmək  üçün  torpaq,  su,  rekreasiya  və  digər  resurslardan  səmərəli 
istifadə  etmək  olduqca  vacibdir.  Burada  torpaq  ehtiyatlarından  düzgün  istifadənin 
təşkili  və  elmi-təcrübi  əsaslara  söykənən  xüsusi  proqramın  olması  böyük  əhəmiyyət 
kəsb  edir.  Bu  məqsədlə  ilk  və  sonradan  qəbul  olunmuş  regionların  sosial-iqtisadi 
inkişafına  dair  dövlət  proqramları  yeni  iqtisadi  siyasət  strategiyasının  əsasını  təşkil 
etməklə  ölkənin  torpaq  ehtiyatlarının  davamlı  və  dayanıqlı  istifadəsi  ön  plana 
çəkilmiş,  kənd  təsərrüfatının  dinamik  inkişaf  etməsi,  kənd  əhalisinin  sosial  həyat 
səviyyəsinin  yüksəldilməsi,  xüsusilə  insanların  yerlərdə  məşğulluğunun  təmin 
edilməsi əsas kimi şərtlənmişdir. Respublikamızın ümumi torpaq fondu 8.6 mln. ha-
dır  ki,  bunun  da  78%-dən  müxtəlif  məqsədlər  üçün  istifadə  edilir.  Ümumi  torpaq 
fondunun 6.5%-i dağ-çəmən, 4.8%-i qonur dağ-meşə,14%-i qəhvəyi dağ-meşə, 1%-ə 
qədəri  dağ-qara,  25.5%-i  şabalıdı,  1.8%-i  sarı,  28.9%-i  boz  və  boz-qonur,  12.2%-i 
çəmən,  5.5%-i  şoranlıq  və  digər  torpaqların  payına  düşür.  Torpaq  fondunun 
quruluşunda  kənd  təsərrüfatında  istifadə  edilən  sahələr  4.5  mln.  ha  təşkil  edir  ki, 
bunun  da  1.6  mln.ha  və  ya  19%-i  əkinlər,  2.7  mln.ha  və  ya  30%-i  örüş  və  otlaqlar, 
4%-i  əkmələr,  biçənək  və  dincə  qoyulmuş  torpaqlar  təşkil  edir.  Dövlət  tərəfindən 
aparılan  özəlləşdirmə  nəticəsində  ümumi  torpaq  fondunun  57%-i  dövlət,  24%-i 
bələdiyyə, 19%-i xüsusi mülkiyyətə verilmişdir. 
Təsərrüfatın  inkişafı  və  yerləşdirilməsində  su  resursları  mühüm  yer  tutur.  Su 
ehtiyatlarına  çaylar,  göllər,  su  anbarları,  yeraltı  sular,  həmçinin  sənayedə  istifadə 
edilə  bilən  dəniz  suları  aiddir.  İl  ərzində  orta  hesabla  təsərrüfat  sahələrinə  12.5  kub. 
km  təzə  su  işlədilir  ki,  bunun  da  75%-dən  çoxu  suvarmaya,  kənd  təsərrüfatının 
müxtəlif sahələrinə, 3 kub km-i sənaye ehtiyatlarına, bunun da 75%-i Bakı-Sumqayıt 
aqlomerasiyası müəssisələrinin payına düşür. 
Çayların  respublika  təsərrüfatının  inkişafında,  əhalinin  suya  olan  tələbatının 
təmin  olunmasında  əhəmiyyəti  böyükdür.  Ümumi  su  ehtiyatının  65%-ni  tranzit  Kür, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə