TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   26   27   28   29   30   31   32   33   34

 
- 85 - 
Araz,  Samur,  Qanıx,  Qabırrı  və  digər  çaylar  təşkil  edir.  Hündürlüyü  1000-1500  m 
olan orta dağlıq zonanın çay şəbəkəsi daha sıx inkişaf etmişdir. Bu göstərici Lənkəran 
zonasında  daha  çox  olub  0.84  km/kv.km,  Abşeron-Qobustanda  0.20,  Arazboyu 
rayonlardan  isə  0.28  km/kv.km-dir.  MDB  məkanında  su  ehtiyatları  zəif  təmin 
olunmuş  ölkələrdən  biri  də  Azərbaycandır.  Respublikada  su  qıtlığı  probleminin 
aradan  qaldırılması  üçün  ölkədə  su  ehtiyatlarından  düzgün  və  səmərəli  istifadə 
edilməsinin və başqa hövzələrdən Azərbaycana çay axarlarının yönəldilməsinə böyük 
ehtiyac  duyulur.  Çaylar  əsasən  Kür  hövzəsinə  aid  olduqlarından  buradakı  su 
çatışmazlığını aradan qaldırmaq üçün dövlət səviyyəsində Qərbi Gürcüstan və Şimali 
Qafqazdan  buraya  ildə  3-5  kub  km  su  axıdılması  layihəsinin  sxemi  hazırlanmışdır. 
Çayların su rejiminin tənzim edilməsində yeni su qovşaqları və anbarlarının, suvarma 
sistemlərinin  yaradılmasının  əhəmiyyəti  böyükdür.  Hazırda  Mingəçevir,  Şəmkir, 
Araz,  Sərsəng,  Ceyranbatan,  Xanbulançay,  Ağstafaçay,  Arpaçay,  Varvara,  Aşıq 
Bayramlı,  Cavanşir  və  s.  kimi  34  su  anbarı  fəaliyyət  göstərir.  Azərbaycanda  su  və 
elektrik  enerjisinə  olan  tələbatı  ödəmək  məqsədilə  Kür  və  Araz  çayları  üzərində 
kaskad  su  qovşaqlarının,  sel  təhlükəsi  az  olan  dağ  çayları  üzərində  kiçik  SES-in 
tikintisini  artırmaq  məqsədəuyğundur.  Suvarmaya  ehtiyacı  olan  ərazilərin  su 
təminatını  yaxşılaşdırmaq,  yeni  dəryaça,  sututarların  yaradılması,  suvarma-drenaj 
sisteminin  təkmilləşdirilməsinə  ehtiyac  böyükdür.  Xəzər  dənizinin  respublika 
iqtisadiyyatında rolu böyükdür. Bura ölkənin əsas neft-qaz bazası rolunu oynaması ilə 
yanaşı,  iqlimin  formalaşmasında,  bioresursları  və  rekreasiya  resurslarının 
istifadəsində də əhəmiyyəti böyükdür. Respublika ərazisində çoxlu sayda regional və 
dünya  səviyyəli  tarixi-mədəni  obyektlər,  müqəddəs  yerlər,  nadir  təbiət  abidələri, 
ekoloji muzeylər, yaşlı nadir ağaclar, balneoloji-mineral sular, ovçuluq təsərrüfatları, 
milli  parklar,  müxtəlif  turizm  obyektləri,  istirahət  bazaları,  əsrarəngiz  təbiətə  malik 
landşaftlar  vardır.  Bu  təkrarolunmaz  resurslardan  səmərəli  istifadə  etmək,  turizm-
sənaye  kompleksini  formalaşdırmaq,  bu  resursların  iqtisadi  əhəmiyyətini  artırmaq 
olduqca vacib məsələlərdəndir. 


 
- 86 - 
Ölkəmizin  sürətli  və  davamlı  inkişaf  strategiyası,  regionların  sosial-iqtisadi 
inkişaf problemlərinin uğurlu həyata keçirilməsi, neft-qaz sənayesindən əldə olunan 
gəlirlərin  qeyri-neft  sektoruna  cəlb  edilməsi  yerüstü  təbii  sərvətlərdən,  xüsusilə  də 
torpaq,  su,  rekreasiya  resurslarının  potensial  ehtiyatlarından  səmərəli  istifadə  etməyi 
tələb  edir.  Bu  məqsədlə  də  ayrı-ayrı  regionların,  iqtisadi  rayonların  potensial 
ehtiyatlarının müəyyənləşdirilərək təhlil edilməsinə ehtiyac vardır.  
Abşeron  iqtisadi  rayonu  (Bakı  şəhəri  də  daxil  olmaqla)  Xəzərsahili 
düzənlikdən  2200  metr  yüksəkliyədək  bir  ərazini  əhatə  etdiyindən  burda  torpaq 
əmələgətirici amillərin təsiri ilə səhra, yarımsəhra, bozqır, meşə, meşə-kolluq, çəmən 
və  çəmən-bataqlıq  bitki  örtüyü  hündürlük  zonallığını  yaratmış,  üçüncü  və  dördüncü 
dövr və Xəzər dənizinin qədim çöküntülərindən ibarət çuxurlar üzərində boz və boz-
qonur torpaqların tip və yarımtipləri əmələ gəlmiş və geniş yayılmışdır. Bu torpaqlar 
yaşca cavan olub, genetik qatların zəif istifadə olunması ilə səciyyələnir. Boz və boz-
qonur torpaqların özünəməxsus xüsusiyyətlərindən biri də onların müxtəlif dərəcədə 
şorakətli  və  şoranlı  olmasıdır.  Odur  ki,  bu  torpaqlarda  kənd  təsərrüfatı  bitkiləri 
yetişdirməzdən  əvvəl  əsaslı  meliorativ  tədbirlər  həyata  keçiriliməlidir.  Ərazidə 
keyfiyyət  göstəricilərinə  və  təsərrüfat  əhəmiyyətinə  görə  geniş  yayılmış  torpaq 
tiplərindən biri də dağ-şabalıdı və şabalıdı torpaqlardır. Arid şəraitdə əmələ gələn bu 
torpaqlarda  şorlaşma  və  şorakətləşmə  hallarının  baş  verməsi  geniş  yayılmışdır. 
Şabalıdı  torpaqların  əmələgəlməsində  və  inkişafında  antropogen  amillərin  rolu 
böyükdür.  Rayon  ərazisinin  relyefi,  iqlimi,  həmçinin  şabalıdı  torpaqların  fiziki-
kimyəvi  xüsusiyyətləri  kənd  təsərrüfatı  bitkilərinin  əkilməsi  üçün  əlverişlidir. 
Rayonun  kənd  təsərrüfatında  qismən  istifadə  olunan  çimli  dağ-çəmən,  tipik  qəhvəyi 
dağ-meşə,  karbonatlı  və  bozqırlaşmış  qəhvəyi  dağ-meşə,  dağ-qara  və  dağ  boz-
qəhvəyi  torpaqlar  ümumi  torpaq  sahəsinin  7.4%-ni  təşkil  edir.  Əsasən  biçənək, 
kəndyanı  örüş  və  otlaq  sahələri  kimi  istifadə  olunur.  Meşə  və  meşə-kolluqların 
qəhvəyi  torpaqları  ərazidə  ekoloji  durumun  dayanıqlı  olmasında,  xüsusilə 
torpaqqoruyucu, su tənzimləyici və iqlimmülayimləşdirici əhəmiyyəti vardır. Başlıca 
olaraq  dənizsahili  düzənlik  və  qismən  dağətəyi  düzənlikdə  lokal  şəraitdə  yayılmış 


 
- 87 - 
subasar  allüvial-çəmən  torpaqlar,  şoranlar,  takir  və  takirabənzər,  dyunlu-təpəcikli 
qumlar,  habelə  çılpaq  qayalıqlar  və  səthə  çıxmış  gilli  süxurlar  ümumi  torpaqların 
19.4%-ni  təşkil  edir.  Bu  torpaqlardan  yalnız  subasar  –  allüvial  çəmən  torpaqların  az 
bir  hissəsi  kənd  təsərrüfatına  yararlıdır,  bostan  və  tərəvəz,  qismən  də  meyvə  əkini 
üçün istifadə edilir. 
Aparılan  tədqiqatlar  göstərir  ki,  Abşeron  iqtisadi  rayonunun  ümumi  torpaq 
fondunun 46.0%-i kənd təsərrüfatına yararlı torpaqlardır. Bu torpaqların 82%-ni örüş 
və  otlaq  sahələri  əhatə  edir.  Əkinə  yararlı  torpaqlarda  meliorativ  tədbirlərin 
genişləndirilməsinə  böyük  ehtiyac  vardır.  Belə  ki,  suvarılan  torpaqlarda  şoranlaşma 
güclənmiş,  qrunt  sularının  səviyyəsi  artmışdır.  Torpaq  fondunun  eroziyadan 
qorunmasına  qarşı  bir  sıra  tədbirlər  görülsə  də,  yetərli  deyildir.  Regionun  sosial-
iqtisadi  inkişafına  dair  Dövlət  Proqramında  rayonda  su  və  külək  eroziyalarının 
qarşısının alınması, su rejiminin qorunub saxlanması və ətraf mühitin tənzimlənməsi 
məsələlərinin yerinə yetirilməsi nəzərdə tutulmuşdur. 
Gəcnə-Qazax  iqtisadi  rayonunda  torpaqəmələgətirən  süxurlar  labüd  qırıntılı 
prölüvial  və  alüüvial-prölüvial  gilli  və  gillicəli  çöküntülərdən  təşkil  olunmuşdur. 
Formalaşmış torpaq örtüyünün tərkibində dağətəyi və düzən ərazilərində əkinçilik və 
heyvandarlığın  əsas  dayağı  sayılan  tünd,  adi,  açıq  şabalıdı  və  çəmən  şabalıdı,  boz, 
boz-çəmən  və  subasar  –  allüvial  çəmən  torpaqları  geniş  yayılmışdır.  Bu  tip  və 
yarımtip  torpaqlar  ümumi  torpaq  fondunun  48.3%-ni  təşkil  edir.  Qismən  qalıq 
şorlaşmış açıq şabalıdı yarımtip torpaqlar geniş ərazi tutması və meliorativ cəhətdən 
qeyri-kafi vəziyyətdə olması ilə səciyyələnir. 
Yüksək  potensial  təbii  münbitliyi  və  nisbətən  əlverişli  meliorativ  durumu  ilə 
seçilən  və  kənd  təsərrüfatında  geniş  istifadə  edilən  dağ-şabalıdı  torpaqlar  dağlıq 
ərazidə  yayılmış  və  ümumi  ehtiyatın  9.6%-ni  təşkil  edir.  Dağlıq  ərazilərdə  istifadə 
arealına  görə  üstünlük  təşkil  edən  boz-qəhvəyi  torpaqlar  ehtiyatın  18.8%-ni  təşkil 
edir,  dağ-qara  və  dağ-şabalıdı  torpaqlar  dağlıq  ərazi  torpaqlarının  33.8%-ni  təşkil 
edir.  Heyvandarlığın  təbii  yem  mənbəyi  olan  alp  və  subalp  çəmən  torpaqları  dağ-
çəmən torpaqlarının 7.5%-ni təşkil edir. Rayonun ümumi torpaq ehtiyatının 63.2%-i 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə