TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   26   27   28   29   30   31   32   33   34

 
- 88 - 
kənd  təsərrüfatına  yararlıdır.  Kənd  təsərrüfatına  yararlı  torpaqların  25%-i  əkin  və 
dincə  qoyulmuş  torpaqlardır.  Ən  geniş  yayılmış  torpaqlar  örüş  və  otlaq  torpaqlarıdır 
(64.5%).  Həyətyanı  torpaqlar  yararlı  torpaqların  5.6%-nə,  9.7%-i  meşə  torpaqlarına, 
23.6%-i  suvarılan  torpaqların  payına  düşür.  Uzunmüddətli  təbii  və  antropogen 
təsirlərə məruz qalmış rayonun kənd təsərrüfatına yararlı torpaq sahələrinin keyfiyyət 
göstəricilərinin  əsaslı  şəkildə  dəyişməsi  onların  müxtəlif  keyfiyyət  qruplarında  yer 
tutmasına səbəb olmuşdur. Belə ki, rayonun kənd təsərrüfatında istifadə olunan əkin 
və  dincə  qoyulmuş  torpaqlar  təbii  münbitlik  xassəsini  qoruyub  saxlaya  bilmişdir. 
Regionda  torpaqların  kənd  təsərrüfatında  uzunmüddətli  istismar  edilməsi  və  burada 
heç  bir  zaman  kompleks  torpaqyaxşılaşdırma  tədbirlərinin  həyata  keçirilməməsi 
şaquli  istiqamətdə  bütün  növ  torpaqlara  mənfi  təsirini  göstərmişdir.  Suvarılan 
torpaqların keyfiyyət dəyişikliyi də aydın nəzərə çarpır. Qrunt sularının dərinliyə və 
minerallaşma  dərəcəsinə  görə  suvarılan  torpaqların  55.6%-i  yaxşı,  qalanı  kafi  və 
qeyri-kafi  vəziyyətdədir.  Rayonun  torpaq  örtüyündə  münbitliyin  itirilməsinə  və 
məhsuldarlığın  azalmasına,  torpaqların  ekoloji  meliorativ  vəziyyətinin  pisləşməsinə 
səbəb olan təbii amillərdən biri də torpaqlarda eroziya prosesinin baş verməsidir. Bu 
təbii amillə antropogen amil, yəni örüş və otlaq sahələrin intensiv şəkildə otarılması, 
meşə və kolluqların kütləvi şəkildə qırılması, həmin sahələrin şumlanması da eroziya 
prosesinin sürətlənməsinə səbəb olur. 
Şəki-Zaqatala iqtisadi rayonunun torpaq fondu 883.5 min ha-dır. Bunun 54%-i 
dağlıq  ərazidə,  46%-i  Alazan  -  Həftəran  vadisində  yayılmışdır.  Ümumi  torpaq 
fondunun 30%-i dağ-meşə torpaqlarından ibarətdir. Yayılma arealına görə qonur dağ-
meşə  torpaq  tip  və  yarımtipləri  daha  geniş  əraziləri  tutur.  Çəmənləşmiş  dağ-meşə 
torpaqları  ilə  birlikdə  qonur  meşə  torpaqlarının  sahəsi  ümumi  dağlıq  ərazi 
torpaqlarının  52.3%-ni  təşkil  edir.  Kənd  təsərrüfatında,  xüsusilə  qoyunçuluğun 
inkişafında  mühüm  rol  oynayan  yüksək  dağlıq  ərazilərdə  yayılmış  subalp  və  alp 
çəmənliklərinin müxtlif tip və yarımtip çəmən torpaqları dağ torpaqlarının 10.3%-ni 
təşkil edir. Rayon ərazisində meyvəçiliyin, taxılçılığın, baramaçılığın, heyvandarlığın 
və  digər  kənd  təsərrüfatı  sahələrinin  inkişafında  geniş  istifadə  olunan  və  potensial 


 
- 89 - 
münbitliyi  ilə  seçilən  dağ-qara,  dağ-boz-qəhvəyi  və  dağ-şabalıdı  torpaqların  tip  və 
yarımtipləri ümumi dağ torpaqlarının 7%-ni təşkil edir. Böyük təsərrüfat əhəmiyyəti 
olan düzən torpaqları ümumi torpaq fondunun 46%-ni təşkil edir. Bu zonanın çəmən-
qəhvəyi,  şabalıdı,  boz,  boz-qonur,  allüvial-çəmən,  çəmən-bataqlıq  torpaqları  kənd 
təsərrüfatında  geniş  istifadə  olunur.  Bu  torpaqların  bir  hissəsi  fəal  antropogen 
fəaliyyət  nəticəsində  şoranlaşmış,  bataqlıqlaşmış  və  meliorativ  tədbirlərin  həyata 
keçirilməsini tələb edir. Qış otlaqları kimi istifadə olunan Acınohur çölünün şabalıdı, 
boz,  boz-qonur  torpaqlarının  şoran,  şorakətli,  qobu  və  yarğan  eroziyasına  məruz 
qalmış sahələri xeyli genişlənmişdir. Rayonun ümumi torpaq fondunun 45.7%-i kənd 
təsərrüfatına yararlıdır və bunun da 39.8%-ni örüş və otlaqlar təşkil edir. Meşə altında 
qalan  torpaqlar  ümumi  torpaq  fondunun  30.9%-ni,  istifadəsi  mümkün  olmayan 
torpaqlar  isə  23.4%-ni  təşkil  edir.  Rayonun  suvarılan  əkin  sahələrində  şoranlaşmaya 
meyl  getdikcə  artır.  Burada  mövcud  aqroekoloji  durum  kənd  təsərrüfatında  istifadə 
olunan  torpaqlarda  əsaslı  meliorativ  işlərin  aparılmasına  ciddi  ehtiyacın  olduğunu 
göstərir. Ərazinin xeyli hissəsinin dağlıq və dağətəyi sahələrdə yerləşdiyindən ümumi 
torpaq ehtiyatı su eroziyasına məruz qalır. Bu sahələrdə səthi, xətti, qobu, yarğan və 
suvarma  eroziya  növləri  formalaşmışdır.  Yüksək  dağlıq  qurşağın  alp,  subalp  və 
bozqır çəmənliklərində yayılmış dağ-çəmən və qaratorpaqlarında səthi eroziya inkişaf 
etmişdir.  Səthi  eroziya  prosesi  yay  otlaqlarından  düzgün  istifadə  edilməməsi 
nəticəsində baş verir. Ərazidə şabalıdı və boz torpaqların yayıldığı Acınohur çölündə 
eroziya prosesi daha intensiv gedir. Bitki örtüyü zəif inkişaf etdiyindən burada külək 
eroziyası ilə yanaşı, su eroziyası, xüsusilə şabalıdı və boz torpaqların üst yuxa qatını 
dağıdaraq  daşlı-çınqıllı,  bəzi  sahələrdə  isə  gilli  süxurların  üzə  çıxmasına  səbəb 
olmuşdur.  Rayonda  eroziya  prosesinə  qarşı  mütəşəkkil  mübarizə  aparmaq  üçün 
ərazinin  relyef  şəraiti,  torpaqların  aqroistehsal  xüsusiyyətləri,  eləcə  də  müəyyən 
ərazidə baş verən eroziyanın növü nəzərə alınmaqla kompleks tədbirlər planı işləyib 
həyata keçirilməlidir. 
Lənkəran-Astara iqtisadi rayonunun torpaq fondu 607 min ha-dır. Bunun 408.8 
min  ha-ı  alçaq  və  orta  dağlıq  ərazilərdə  yayılmışdır.  Bunun  49.6%-i  meşə  mənşəli 


 
- 90 - 
çəmənləşmiş  dağ-meşə,  bozqırlaşmış  qonur  dağ-meşə,  sarı  dağ-meşə,  qəhvəyi-dağ-
meşə və dağ boz-qəhvəyi tip və yarımtip torpaqlardan ibarətdir. Çimli dağ-çəmən və 
bozqır dağ-çəmən torpaqları əsasən Astara, Lerik və Yardımlı rayonları ərazilərində 
yayılmışdır.  Çimli  dağ-çəmən  torpaqları  əsasən  yay  otlaq  sahələri  olub,  təbii  yem 
mənbəyi  kimi  qoyunçuluğun  inkişafında  istifadə  olunur.  Bozqır  –  çəmən  torpaqları 
əsasən kartof və dənli bitkilərin əkinləri altında və qismən  isə biçənək sahələri kimi 
istifadə  olunur.  Meşə  torpaqları  rayonun  hidroloji  rejiminin  tənzimlənməsi  rol 
oynayır,  ot  örtüyü  və  meşələr  torpaqqoruyucu,  iqlim  mülayimləşdirici  funksiyanı 
yerinə  yetirir.  Meşə  örtüyü  altındakı  torpaqlarda  qeyri-kapilyarlığın  yüksək  olması 
əraziyə  düşən  yağıntıların  torpağa  hopmasına  böyük  təsir  edir,  su  axımının  əmələ 
gəlməsinin  qarşısını  alır,  onun  dağıdıcı  təsirini  zəiflədir.  Bozqırlaşmış  meşə  talalar 
əsasən  otlaq  və  biçənək  sahələri  kimi  yerli  əhali  tərəfindən  geniş  istifadə  edilir. 
Dağlıq  ərazilərdə  vaxtıilə  bir  çox  yaşayış  məntəqələrinin  ətrafı  sıx  meşələrlə  örtülü 
olduğu  halda,  hazırda  həmin  meşələr  qırılmış,  əkin  və  örüş  sahələrinə  çevrilmişdir. 
Meşəsizləşmiş  ərazilərin  genişlənməsi  eroziya,  sel  və  sürüşmə  hadisələrinin  geniş 
yayılmasına  səbəb  olmuşdur.  Dağətəyi  düzənliklərdə  geniş  yayılmış  boz  qəhvəyi 
torpaqlar rayonun şimal hissəsində Cəlilabad, qismən də Masallı rayonları ərazisində 
yayılmışdır. Əsasən, üzümçülüyün və taxılçılığın inkişaf etdirilməsi üçün əlverişlidir. 
Astara,  Lənkəran,  qismən  də  Masallı  rayonları  ərazisində  yayılmış  podzollu  sarı 
torpaqlar çayçılığın və digər subtropik bitkiçiliyin yetişdirilməsi üçün çox əlverişlidir. 
Lənkəran  ovalığında  geniş  yayılmış  şabalıdı,  boz,  çəmən-boz,  allüvial-çəmən  və 
bataqlıq  torpaqlar  müxtəlif  kənd  təsərrüfatı  bitkilərinin  yetişdirilməsi  üçün  istifadə 
olunur.  Rayonun  ümumi  torpaq  fondunun  47.5%-i  kənd  təsərrüfatına  yararlıdır  və 
istehsal  dövriyyəsinə  daxildir.  Bu  torpaqların  47.3%-i  əkin  və  dincə  qoyulmuş 
torpaqlardır,  3.3%-i  çoxillik  bitkilərin  altındadır,  biçənəklər  isə  cəmi  5.3%-i  təşkil 
edir.  Kənd  təsərrüfatına  yararlı  həyətyanı  torpaqların  sahəsi  çoxillik  əkmələr 
becərilən  və biçənək  torpaqlarına nisbətən çoxdur və 8.6% təşkil  edir. Örüş və otlaq 
torpaqları yararlı torpaqların 35.5%-ni təşkil edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə