TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   26   27   28   29   30   31   32   33   34

 
- 94 - 
i,  həyətyanı  torpaqların  10.1%-i,  meşə  fondu  torpaqlarının  0.9%-i  suvarılır.  Kənd 
təsərrüfatında  istifadə  olunmayan  torpaqlar  ümumi  torpaq  fondunun  31.3%-ni  təşkil 
edir. Bunun əsas hissəsi kənd təsərrüfatına az yararlı və ya şərti yararsız torpaqlardan 
ibarətdir.  Rayonun  kənd  təsərrüfatına  yararlı  torpaq  ehtiyatları  tükəndiyindən 
gələcəkdə    bu  torpaqların  əsaslı  şəkildə  yaxşılaşdırılması  yolu  ilə  əkin  dövriyyəsinə 
cəlb  edilməsi  gündəmdə  duran  məsələlərdəndir.  Iqtsadi  rayonda  İmişli,  Ağcabədi, 
Hacıqabul,  Kürdəmir,  Salyan,  Yevlax,  Neftçala,  Saatlı  və  Biləsuvarın  kənd 
təsərrüfatına  yararlı  torpaq  sahələri  daha  çoxdur  və  əsasən  də  örüş  və  otlaqlardan 
ibarətdir. Qış otlaq torpaqları kimi  istifadə olunan bu saəhələr həm iqtisadi rayonun, 
həm də respublikanın digər rayonlarının köçəri qoyunçuluğunda geniş istifadə olunur. 
Kənd təsərrüfatı sahələri içərisində istifadəyə görə əkin və dincə qoyulmuş torpaqlar 
üstünlük  təşkil  edir  və  suvarılan  torpaqların  əsasını  təşkil  edir.  Örüş  və  otlaq 
torpaqların az bir hissəsi suvarılır.  
Rayonun  torpaq  ehtiyatlarının  çoxəsirlik  istismarı  nəticəsində  onun  təbii 
münbitlik  xassələrinin  əsaslı  şəkildə  dəyişməsi  baş  vermişdir.  Belə  ki,  kənd 
təsərrüfatı  dövriyyəsində  olan  torpaq  ehtiyatının  yalnız  6.3%-i  yüksək  keyfiyyətli 
torpaqlardır  ki,  bu  da  əsasən  əhalinin  həyətyanı  torpaqlarıdır.  Əkin  sahələrinin 
düzgün  becərmə  və  uzunmüddətli  aqromeliorativ  tədbirləri  tətbiq  etməklə 
keyfiyyətlərini  yüksəltmək  mümkündür.  Rayonlarda  suvarılan  torpaqların  meliorativ 
durumunun  qiymətlndirilməsi  və  suvarma  sistemlərinin  texniki  vəziyyətinə  dair 
kodastr məlumatlarına əsasən ərazidə suvarılan torpaqların qrunt sularının dərinliyinə 
və  minerallaşma  dərəcəsinə  görə  paylanması  müxtəlifdir.  Belə  ki,  ümumi  suvarılan 
torpaqların 29.3%-i qeyri-kafi, 60.5%-i kafi, 10.2%-i isə yaxşı vəziyyətdədir.  
Yuxarı  Qarabağ  iqtisadi  rayonunda  torpaq  əmələgətirən  süxurlar  dağlıq  və 
dağətəyi ərazilərdə əsasən vulkanogen mənşəli andizit, andizit-bazalt və digərləri əsas 
süxurların  aşınmış  allüvial,  delüvial,  düzənliklərdə  isə  lossobənzər  allüvial,  qumsal 
gillicəli  və  qismən  isə  gilli  çöküntülərdən  ibarətdir.  Burada  təbii  komplekslərin 
qarşılıqlı  əlaqəsi  nəticəsində  özünəməxsus  torpaq  örtüyünün  tərkibi  formalaşmışdır. 
Formalaşan  və  inkişaf  edən  bölgənin  mövcud  torpaq  örtüyündə  əsasən  çimli  dağ-


 
- 95 - 
çəmən,  bozqır  dağ-çəmən,  qonur  dağ-meşə,  qəhvəyi  dağ-meşə,  dağ-qara,  boz-
qəhvəyi,  dağ-şabalıdı,  boz,  çəmən-meşə  və  subasar  allüvial-çəmən  torpaq  tipləri 
yayılmışdır.  Torpaq  ehtiyatının  (834166  ha)  29.6%-ni  təşkil  edən  dağ-şabalıdı 
torpaqlar  bağçılıq,  taxılçılıq  və  heyvandarlıqda  geniş  istifadə  olunur.  Torpaq 
ehtiyatının  25.1%-ni  təşkil  edən  dağ-meşə  torpaqları  heyvandarlıqda  geniş  istifadə 
olunmaqla  qiymətli  biçənək  sahəsi  də  sayılır.  Torpaqların  14.7%-ni  təşkil  edən 
dağətəyi  düzənlikdə  formalaşmış  şabalıdı  torpqlar  əkib-becərilən  sahələrin  əsasını 
təşkil  edir.  
Rayoun  ümumi  torpaq  fondunun  60.1%-ni  kənd  təsərrüfatına  cəlb  edilmiş 
torpaq tipləri təşkil edir. Bu torpaqların da 48.9%-ni otlaq və örüş sahələri, 38.3%-ni 
əkin və dincə qoyulmuş, 9.1%-ni çoxillik əkmələr təşkil edir. Xocalı, Şuşa və Ağdərə 
rayonları ərazisində yerləşən biçənək torpaqları 4.2 min ha, kənd təsərrüfatına yararlı 
həyətyanı torpaqlar isə 2.8%-ə bərabərdir. Kənd təsərrüfatında istifadə olunmayan və 
ətraf  mühitdə  qoruyucu  əhəmiyyət  kəsb  edən  meşə  torpaqları  ümumi  torpaq 
fondunun  18.5%-ni  əhatə  edir.  Əsasən  dağ  yamaclarında  canlı  örtük  yaratmış  meşə 
sahələri  bir  çox  yerlərdə  qismən  də  olsa  meşəsizləşdirilərək  bozqır  çəmənliklərinə 
çevrilmişdir. Ərazinin erməni işğalından sonra vəziyyəti bir qədər də ağırlaşmışdır.  
Kənd  təsərrüfatına  yararlı  torpaq  sahələrinin  34.8%-i  suvarılan  sahələrdir. 
Bunun  da  67.8%-i  əkin  və  dincə  qoyulmuş  torpaqların  payına  düşür.  Suvarlan 
torpaqların  81.7%-i  çoxillik  əkmələrin  altındadır.  Həyətyanı  torpaqların  71.8%-nə 
suvarma  tətbiq  olunur.  Düzənlik  ərazilərdə  yarımsəhra  və  quru  çöl-bozqır  şəraitdə 
yerləşən  örüş  və  otlaqlar  2.4%  təşkil  edir.  Ən  çox  suvarılan  torpaqlar  Ağdam  və 
Füzuli  rayonlarındadır.  Rayonda  kənd  təsərrüfatı  bitkiləri  əsasən  dəmyə  şəraitində 
yetişdirildiyindən suvarma əkinçiliyi zəif inkişaf etmişdir.   
        Kənd  təsərrüfatı  dövriyyəsində  olan  torpaqların  11%-i  yüksək  münbitlik 
keyfiyyətinə,  53%-i  yaxşı  keyfiyyət,  31.4%-i  orta  keyfiyyət,  4.3%-i  aşağı  keyfiyyət 
göstəricisinə uyğundur.  
Torpaq  münbitliyinin  pisləşməsinə  təsir  göstərən  səbəblərdən  biri  suvarılan 
torpaqların  meliorativ  durumunun  pisləşməsidir.  Belə  ki,  suvarılan  torpaqların  cəmi 


 
- 96 - 
2%-nin qrunt sularının səthə  yaxın, yəni 1 metrdən az dərinlikdə  yerləşməsi, 31.1%-
nin  isə  3  metrədək  dərinlikdə  yerləşməsi  qeydə  alınmışdır.  Suvarılan  torpaqların 
66.9%-i  şorlaşma  təhlükəsi  olmayan  ərazilərdədir.  Rayon  torpaq  fondunun  45.9%-i 
müxtəlif  dərəcədə  eroziyaya  uğramışdır.  Ərazinin  çox  hissəsinin  dağlıq  və  dağətəyi 
sahələrdən  ibarət  olması  eroziya  prosesinin  geniş  yayılmasına  səbəb  olmuşdur. 
Burada  səthi,  xətti,  külək  və  suvarm  eroziya  növləri  geniş  yayılmışdır,  qobu  və 
yarğan  formaları  da  vardır.  Ərazinin  dağ-çəmən  və  bozqır  dağ-çəmən  torpaqlarında 
səthi eroziya üstünlük tşkil edir. Bu otlaq sahələrindən düzgün istifadə edilməməsinin 
hesabına  yaranmışdır.  Dağ-çəmən  zonasının  otlaq  torpaqlarında  otarma  yükünün 
ildən-ilə  artması  eroziya  prosesini  sürətləndirməklə  yanaşı  yem  bitkilərin  bioloji 
məhsuldarlığının  da  kəskin  şəkildə  azalmasına  və  tədricən  az  məhsuldar  və 
keyfiyyətsiz bitki qrupları ilə əvəz olunmasına səbəb olmuşdur. Dağ-meşə zonasında 
yayılmış  torpaqlarda  eroziya  prosesinin  baş  verməsi  və  onun  arealının 
genişlənməsinin əsas səbəbi təbii proseslərlə yanaşı, insanların təbiətə qarşı fəal təsiri 
ilə  əlaqəlidir.  Dağ-bozqır  zonasında  yayılmış  qaratorpaq,  boz-qəhvəyi  və  şabalıdı 
torpaqlar kənd təsərrüfatında taxıl, üzüm və meyvə bağları altında və heyvandarlıqda 
intensiv istifadə edilir. 
Dağlıq  Şirvan  iqtisadi  rayonunun  torpaq  fondu  613026  ha-dır,  onun  69.8%-i 
dağlıq,  30.2%-i  dağətəyi  düzənliklərdə  yayılmışdır.  Bu  torpaqların  28.4%-i  dağ 
şabalıdı,  20.6%-i  meşə  torpaqları,  5.7%-i  dağ-çəmən,  4.7%-i  dağ-qara,  8.1%-i  boz, 
8.0%-i  allüvial-çəmən  torpaqların  payına  düşür.  Rayonda  ümumi  torpaq  fondunun 
61.5%-i kənd təsərrüfatına yararlıdır. Bunun 37.5%-i əkin və dincə qoyulmuş, 2.5%-i 
çoxillik əkinlər becərilən torpaqlardır. Yararlı torpaqların 57.1%-i örüş və otlaqlardan 
ibarətdir. Həyətyanı təsərrüfatlarda 2.5% - torpaq  ehtiyatı  vardır. Suvarılan torpaqlar 
isə istifadə olunan torpaqların 14.2%-i təşkil edir. Suvarılan torpaqların 15.3%-i qrunt 
sularının  dərinliyinə  və  minerallaşma  dərəcəsinə  görə  yaxşı,  60.1%-i  kafi,  24.6%-i 
qeyri-kafi  vəziyyətdədir.  Ərazidə  suvarılan  torpaqların  52.4%-i  şorlaşmaya  məruz 
qalmışdır. Bu torpaqların da çox hissəsi Ağsu rayonu ərazisindədir. Burada suvarılan 
sahələrin  67.0%-i  şorlaşmışdır.  Bunun  16.1%-i  yüksək,  34.7%-i  orta,  49.2%-i  zəif 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə