TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   26   27   28   29   30   31   32   33   34

 
- 97 - 
şorlaşmış  torpaqlardır.  Ağsu  rayonunda  suvarılan  torpaqların  54%-nin 
drenləşdirilməsinə  baxmayaraq,  orta  və  yüksək  şorlaşmış  torpaqların  çəkisi  çox 
böyükdür, onların bir qisminin  əsaslı  yuyulması, digər hissəsində təsirli suvarmanın 
aparılması  drenkollektor  şəbəkələrinin  texniki  vəziyyətinin  yaxşılaşdırılması  tələb 
olunur. Kənd təsərrüfatında istifadə olunan torpaqlarda təbii münbitliyin pisləşməsinə 
təsir göstərən və böyük dağıdıcı gücə malik olan eroziya prosesidir. Regionda torpaq 
fondunun  63%-i  müxtəlif  dərəcədə  eroziyaya  uğramış  sahələrdir  və  ən  çox  da 
Qobustan rayonundadır. 
Kəlbcər  –  Laçın  iqtisadi  rayonunda  torpaq  örtüyü  əsasən  vulkan  mənşəli 
süxurların aşınmış allüvial-dellüvial çöküntüləri üzərində əmələ  gəlmişdir. Rayonun 
torpaq fondu 530787 ha-dır. Bütün torpaq ehtiyatları dağlıq  ərazidə  yerləşir. Yüksək 
dağlıq  hissədə  yayılmış  ibtidai,  torflu  və  çimli  dağ-çəmən  torpaqları  torpaq 
ehtiyatının  24.6%-ni  təşkil  edir.  Orta  dağlıq  ərazidə  qaramtıl  və  bozqır  dağ-çəmən 
torpaqlar  10.4%-ni,  meşə  altı  torpaqlar  42.2%,  alçaq  dağlıq  və  dağətəyi  düzənlik 
zonada boz-qəhvəyi, şabalıdı və allüvial-çəmən torpaqlar 15.8%-ni əhatə edir. Torpaq 
fondunun 45.0%-i kənd təsərrüfatına cəlb olunmuşdur. Bunun 18.5%-i əkin və dincə 
qoyulmuş, 1.6%-i çox illik əkin sahələridir. Örüş və otlaqlar ümumi torpaq fondunun 
73.4%-ni,  həyətyanı  torpaqlar  1%-ni,  5.5%-i  biçənək  sahələri  kimi  istifadə  olunur. 
Ərazidə suvarılan torpaqların sahəsi 13.5 min ha-dır, bunun 75.6%-i əkin sahələrinin 
payına düşür. 
  Naxçıvan  iqtisadi–coğrafi  rayonunun  torpaq  fondu  536300  hektardır.  Bunun 
23.4%-i  əkin  və  dincə  qoyulmuş,  0.4%-i  çoxillik  əkmələr,  1.9%-i  biçənək,  67.0%-i 
örüş  və  otlaqlar,  7.3%-i  həyətyanı  torpaqların,  66.5%-i  meşə  və  kənd təsərrüfatında 
istifadə olunmayan torpaqların payına düşür. 
Əsasən  vulkanogen  və  antropogen  mənşəli  müasir  dördüncü  dövrün  elüvial, 
elüvial-delüvial  və  allüvial  çöküntüləri  üzərində  formalaşıb  inkişaf  edən  Arazboyu 
düzənliklərdə və alçaq dağlıq sahələrdə boz, boz-çəmən, çəmən-boz, allüvial-çəmən, 
şoranlı, şorakətli, şabalıdı və s. torpaq tipləri və yarımtipləri yayılmışdır.  Orta dağlıq 
sahələrdə  dağ-şabalıdı,  qəhvəyi  dağ-meşə  torpaqları,  yüksək  dağlıq  ərazilərdə  isə 


 
- 98 - 
bozqır  dağ-çəmən,  çimli  dağ-çəmən,  ibtidai  və  torflu  dağ-çəmən  torpaqları 
formalaşmışdır. Əsasən düzənlik və dağətəyi ərazilərin torpaqları kənd təsərrüfatında 
geniş  istifadə  edilir.  Bu  becərilən  torpaqlarda  taxılçılıq,  tərəvəzçilik,  üzümçülük, 
bağçılıq, kartofçuluq və s. kimi təsərrüfat sahələri inkişaf etmişdir. 
Rayonda  torpaq  sahələrinin  antropogen  və  təbii  dağıdıcı  fəaliyyətin  təsirinə 
məruz  qalmış  hissələrinin  bərpa  edilməsi  olduqca  vacibdir.  Belə  ki,  düzənlik 
ərazilərdə  şoranlaşma,  dağlıq  və  dağətəyi  ərazilərdə  isə  külək  və  iqlim  eroziyaları 
üstünlük təşkil edir ki, buna qarşı aqlomerativ tədbirlərin həyata keçirilməsi, suvarma 
sisteminin təkmilləşdirilməsi vacibdir.  
Respublika  ərazisinin  əlverişli  coğrafi  mövqeyi,  təbiəti,  təbii  şəraiti,  əhalinin 
çoxillik  təsərrüfat  fəaliyyəti,  dünya  təsərrüfatında  iştirak  səviyyəsi,  tarixi-etnoqrafik 
strukturu,  ümumi  sosial-iqtisadi  inkişafı  dünya  ölkələrinin  getdikcə  marağını 
artırmaqdadır. Belə ki, iki iqlim qurşağının qovşağı, özünəməxsus və təkrarolunmaz 
landşaft quruluşu müxtəlif növ rekreasiya resurslarını formalaşdırmışdır. Əsrarəngiz 
təbii  rekreasiya  resurslarının  böyük  potensialı  vardır.  Mənzərəli  landşaft,  dağların 
ekspozisiyası,  göllər,  alp-subalp  çəmənliklər,  dağ  və  düzən  meşəliklər,  sıldırım 
qayalıqlar,  şəlalə  və  sututarlar,  mineral  va  balneoloji  sular  turistlərin  diqqətindən 
kənarda  qala  bilməzdi.  Xəzər  dənizinin,  sahil  qumlarının,  bol  günış  enerjisinin 
müalicəvi əhəmiyyəti, Abşeron, Quba-Xaçmaz, Lənkəran–Astara sahillərinin mineral 
və termal suları olduqca məşhurdur. Göygöl, Maralgöl və ora dxil olan göllər sistemi, 
Batabat, Hacıqabul, Böyükşor, Masazır göllərinin ətrafı, suları və onların mikroiqlim 
şəraiti  böyük  rekreasiya  potensialına  malikdir.  Böyük  Qafqaz,  Kiçik  Qafqaz,  Talış 
dağları, Naxçıvan ərazisi zəngin və çoxşaxəli mineral və termal sulara malikdir. Belə 
ki,  Naxçıvanda  Badamlı,  Sirab,  Vayxır,  Darıdağ,  Kəlbəcərdə  İstisu,  Bağırsaq, 
Xaçında  Qoturlu,  Minkənd,  Şuşada  Turşsu,  Şırlan,  Gədəbəydə  Slavyanka,  Şəki-
Zaqatalada İlisu, Xalxal, Bum, Şamaxıda Çuxuryurd, Quba-Xaçmazda Cimi, Xaltan, 
Qalaaltı, Abşeronda Qala, Bilgəh, Şıx, Lənkəranda Ərkivan, Orva, Meşəsu, Biləsər, 
Aşağı Ağkörpü, Qızılca, Taxtakaran, Qoturlusu, İstisu, Astara kimi mineral və termal 
sular vardır. Abşeronda Böyükşor, Masazır, Binəqədi və digər göllərin minerallaşmış 


 
- 99 - 
suları və palçıqları müalicəvi əhəmiyyətlidir. Uzun tarixi inkişaf yolu keçən ölkəmiz 
çox zəngin antropogen resurslara – möhtəşəm qalalara, arxeoloji abidələrə, qayaüstü 
rəsmlərə, mağaralara, qədim insan məskənlərinə malikdir. Qobustan və Gəmiqayanın 
qayaüstü  rəsm  və  təsvirləri,  Azıx,  Tağlar,  Damcılı  mağaraları,  Əlincə,  Çıraq, 
Cavanşir,  Ərkivan,  Ramana  qalaları,  Bakıda  Şirvanşahlar  sarayı,  Qız  qalası,  Qala 
divarları,  İçərişəhər,  Mərdəkan  qalası,  Atəşgah,  Şəkidə  Xan  sarayı,  Gəncədə, 
Naxçıvanda,  Ordubadda,  Şamaxıda, Qubada,  Lənkəranda  və  s.  regionlarda  müxtəlif 
tarixi abidələr mühüm rekreasiya resurslarıdır. 
Təbii  və  antropogen  resurslardan  fəal  istifadə  etməklə  əhalinin  sağlamlığını 
qorumaq,  bu  potensialdan  səmərəli  istifadə  etmək,  turizmin  yüksək  inkişaf 
səviyyəsinə  nail  olmaq  məqsədilə  2010-cu  ildə  “Azərbaycan  Respublikasında  2010-
2014-cü  illərdə  turizmin  inkişafına  dair  Dövlət  Proqramı”  qəbul  etmişdir.  Eyni 
zamanda ölkəmizdə davamlı  inkişafı təmin  etmək üçün ətraf mühitin  mühafizəsi  və 
təbii  resurslardan səmərəli  istifadə etmək üçün bir sıra tədbirlərin həyata keçirilməsi 
olduqca  vacibdir.  Bura  su  ehtiyatlarının  səmərəli  istifadəsinin  stimullaşdırılması, 
içməli suyun keyfiyyətinin yaxşılaşdırılması, müvafiq standartlara uyğunlaşdırılması, 
transərhəd  çayların  çirklənmədən  mühafizəsi,  səhralaşma  prosesinin  qarşısının 
alınması  üçün  torpaqların  inventarlaşdırılması,  məhsuldar  və  rekreasiya  əhəmiyyətli 
torpaqların  inşaat  üçün  istifadəsinin  qadağan  edilməsi,  milli  turizm  proqramının 
hazırlanmasında  davamlı  inkişaf  prinsiplərinin  nəzərə  alınması,  hər  cür  zona  üçün 
ətraf  mühitə  maksimum  yol  veriləsi  turist  təzyiqinin  müəyyənləşdirilməsi,  ekoloji 
turizm və turizmin digər yeni formalarının inkişaf etdirilməsi aiddir.  
 
3.
 
Bioresurslardan istifadənin sosial-coğrafi və ekoloji problemləri 
Respublikanın  ərazisi  zəngin  bioresurslara  malikdir.  Burada  4100-dən  çox 
bitki,  20  mindən  çox  fauna növləri  cəmləşmişdir  ki,  bunun  da  9%-i  qonşu  ölkələrdə 
rast  gəlinmir.  Xəzər  dənizinin  dibindən  Bazardüzü  zirvəsinədək  bir  ərazidə  yayılan 
fauna  və  flora  nümunələri  olduqca  rəngarəngliyi  ilə  fərqlənir.  Talış  dağlarının 
yamaclarında  relikt  Hirkan  meşələrində  nadir  dəmirağacı,  şabalıdyarpaq  palıd, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə