TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   26   27   28   29   30   31   32   33   34

 
- 100 - 
Qabırrı çayı sahilində Eldar şamı, Qızılağac qoruğunda Xəzər şanagülləsi kimi nadir 
bitkilər  yayılmışdır.  Fauna  növlərinin  rəngarəngliyi  də  nəzərəçarpacaq  dərəcədədir. 
Belə  ki,  burada  100  növ  canlı  və  məməli,  357  növ  quş,  100-ə  qədər  balıq,  360 
xərçəngkimilər, 1250 növ  yosun, 563 mamır, 774 şibyə, 5000-ə qədər göbələk növü 
yayılmışdır.  Ayrı-ayrı  təbii  iqtisadi  rayonların  fauna  və  flora  nümunələri  arasında 
oxşar və fərqli nümunələrinin olması, təbii ki, iqlim – relyef müxtəlifliyi ilə bağlıdır. 
Belə  ki,  Abşeron  iqtisadi  rayonunda  bitki  və  torpaq  örtüyünün  formalaşmasında  
ərazsinin  iqlim  şəraitinin  uyğun  şəkildə  zonallıq  üzrə  dəyişməsi  müşahidə  olunur. 
Burada  yarımsəhra,  quruçöl,  efemer  bitki  örtüyü,  dağətəyi  və  orta  dağlıq  ərazilərdə 
çöl,  meşə-çöl  və  meşə  zolağı  yaranmışdır.  Bir  çox  tərəvəz  bitkilərinin  açıq  şəraitdə 
inkişafı üçün real aqroiqlim şəraiti vardır. Rayonda dənli, paxlalı bitkilərin, müxtəlif 
tərəvəz  və  çoxillik  əkmələrin  yetişdirilməsi  mümkündür.  Əsasən  quru  subtropik 
bitkiçilik,  meyvə-tərəvəz  və  bostan  bitkiləri,  o  cümlədən  zeytun,  zəfəran,  badam, 
püstə, ağ şam, qara şam, sarıgilər kimi meyvəçilik inkişaf etmişdir. 
Gəncə-Qazax  iqtisadi  rayonunun  iqlim  şəraitinin  müxtəlifliyi  fauna  və  flora 
nümunələrinin də müxtəlifliyinə səbəb olmuşdur. Rayonun torpaq ehtiyatları yüksək 
dərəcədə  mənimsənildiyindən  təbii  bitki  örtüyü  məhdud  şəkildə  qorunub 
saxlanılmışdır.  Buna  baxmayaraq  bitki  örtüyü  olduqca  müxtəlifdir.  Yarımsəhra  və 
quru çöl bitkiləri üstünlük təşkil  edir. Dağlıq  və dağətəyi ərazilərdə meşə, meşə-çöl 
landşaftı  yayılmışdır.  Düzənlik  ərazilər  taxılkimilər  fəsiləsinə  mənsub  bitkilərdən 
ibarətdir. Ceyrançöl qış otlağı geniş ərazini əhatə edir, əsasən efemer bitkilər üstünlük 
təşkil  edir.  Dağətəyi  düzənliyin  yuxarı  sərhəddində  və  orta  dağlıq  qurşaqda  bozqır 
bitki örtüyü əsasən çoxillik yabanı taxıl bitkilərindən ibarətdir. Bu ot örtüyü sıx olub, 
yüksək  məhsuldarlığı  ilə  fərqlənir.  Düzən  ərazilərin  bəzi  yerlərində  tala  şəklində 
şoran  və  bataqlıq  bitkilərinə  də  rast  gəlinir.  Kiçik  Qafqaz  antropogen  təsirlərə  daha 
çox  məruz  qalmış,  fauna  və  floraya  ciddi  ziyan  vurulmuş,  kiçik  sahələrdə  palıd  və 
fısdıq  ağaclarından  ibarət  meşəlik  qalmışdır.  Bir  çox  meşəsizləşmiş  ərazilərdə  təbii 
meşə örtüyünün  yerində bozqır  və kserofilmeşə-kolluqlar formalaşmışdır. Maldarlıq 
və  əkinçiliyin  inkişaf  etməsi  nəticəsində  meşə  örtüyü  pozulmuş,  subalp  meşə  örtüyü 


 
- 101 - 
tamamilə  sıradan  çıxmış,  onu  dağ  çəmənləri,  meşə-kolluqlar,  çılpaq  sahələr  əvəz 
etmişdir. Bununla əlaqədar regionda meşə ilə örtülü sahələrin faizi xüsusilə son 15-20 
ildə  əsaslı  şəkildə  aşağı  düşmüşdür.  Kür  çayı  boyu  tuqay  meşələrinə  az-az  rast 
gəlinir.  Bu  meşələr  yulğun  kolları,  söyüdlük,  qamışlıq  və  bataqlıq  bitkiləri  ilə  əvəz 
olunmuşdur. 
Şəki-Zaqatala  iqtisadi  rayonunda  relyef  və  iqlim  şəraitindən  asılı  olaraq 
müxtəlif bitki örtüyü formalaşmışdır. Alazan-Həftəran vadisinin cənubunda yerləşən 
Acınohur  bozqır  ön  dağlığı  quru  çöl  və  yarımsəhra  bitkiləri,  kserofit  kolluqlar 
yayılmışdır.  Qax  və  Şəki  rayonları  ərazisini  əhatə  edən  Acınohur  çölü  qış  otlaqları 
kimi  istifadə  olunur.  Alazan-Həftəran  vadisinin  bitki  örtüyü  kol  və  çəmən 
bitkilərindən təşkil olunmuşdur. Meşələrdə cır yabanı bitkilər yetişir. Vadinin ərazisi 
kənd  təsərrüfatında  istifadə  olunduğundan  təbii  bitki  örtüyü  zəif  inkişaf  etmişdir. 
Vaxtıilə vadidə geniş yayılmış və keçilməz aran meşələri zaman keçdikcə antropogen 
təsirlərə  məruz  qalmış,  ağaclar  qırılaraq  kənd  təsərrüfatına  cəlb  edilmişdir.  Böyük 
Qafqazın  bu  hissəsinin  dağ  yamaclarında  enliyarpaq  meşələr  yayılmışdır.  Dəniz 
səviyyəsindən  500–1000-ə  qədər  yüksəklikdə  aşağı  meşə  qurşağı  yerləşir. 
Seyrəkağaclı  meşələrə  antropogen  təsir  böyükdür  və  burada  vələs,  palıd  ağacları  ilə 
yanaşı  kol  bitkiləri,  yemişan,  əzgil,  qaramurdarça,  zoğal,  alça,  fındıq  və  s. 
yayılmışdır.  Orta  dağlıq  qurşaqda  kollar  azalır,  fıstıq  ağacının  xüsusi  çəkisi  artır, 
Qafqaz  vələsi  və  cökə  ağaclarının  bəzi  növlərinə  rast  gəlinir.  1700-2400  metr 
yüksəkliklərdə yuxarı dağ meşələri formalaşmışdır. Bu meşəliklər seyrək, alçaq boylu 
və  ot  örtüyünün  yaxşı  inkişaf  etməsi  ilə  seçilir.  Cənub  yamaclarda  palıd,  şimal 
yamaclarda isə palıd-fısdıq qarışığı olan meşələr yayılmışdır. Dağ meşələrində böyük 
təsərrüfat  əhəmiyyəti  olan  ağac  növləri  ilə  yanaşı  alma,  armud,  qoz,  fındıq,  şabalıd, 
zoğal, əzgil, alça, yemişan və s. yabanı meyvə ağacları da geniş yayılmışdır. Yüksək 
dağlıq ərazilər alp və subalp çəmənliklərdən ibarətdir. Subalp çəmənlikləri növ etibarı 
ilə  zəngin,  hündürboylu  və  əsasən  çoxillik  bitkilərdən  ibarətdir.  Bu  qurşağın  nəmli 
şimal  yamaclarında  müəyyən  sahələrdə  həmişəyaşıl  Qafqaz  rododondronuna  rast 
gəlinir.  Bitki  növləri  başlıca  olaraq  hündürboylu  yabanı  taxıl  və  otlaqlardan  ibarət 


 
- 102 - 
subalp  çəmənlikləri  2500-2600  m  yüksəklikdə  əsl  alp  bitkiləri  ilə  əvəz  olunur.  Alp 
çəmənlikləri  qoyun  sürüləri  üçün  ən  qiymətli  və  yararlı  otlaq  hesab  olunur.  Lakin 
məlum  səbəblərə  görə  bu  zonada  yay  otlağı  kimi  işğal  olunmuş  ərazilərə  məxsus 
qoyun  sürülərinin  də  bura  cəlb  olunması  ilbəil  vəziyyətin  gərginləşməsinə,  otlaq 
sahələrin eroziyaya uğramasına, məhsuldarlığın aşağı düşməsinə səbəb olmuşdur.  
Lənkəran  rayonu  ərazisinin  bitki  örtüyündəki  özünəməxsus  zəngin 
biomüxtəliflik  diqqəti  cəlb  edir.  Dağlıq  ərazilərin  meşə  örtüyü  üstünlük  təşkil  edir. 
Son yarım əsr ərzində güclü antropogen təsirlərə məruz qalan meşə örtüyü dağlıq və 
dağətəyi hissədə qırılaraq kənd təsərrüfatı bitkiləri əkininə cəlb olunmuşdur. Meşə ilə 
örtülü  digər  ərazilər  yerli  əhali  tərəfindən  müxtəlif  məqsədlər  üçün  istifadə 
olunduğundan  xeyli  seyrəlmişdir.  Yarımsəhra  bitkiləri  ilə  örtülmüş  şimal  hissədə, 
xüsusilə  də  Masallı  və  Cəlilabad  rayonları  ərazisində,  orta  dağlıq  və  dağətəyi 
ərazilərdə  vaxtilə  geniş  meşə  örtüyü  olmuşdur.  Ərazinin  cənubunda,  Lənkəran  və 
Astara rayonları ərazisində üçüncü dövrün Hirkan tipli meşələri xeyli əraziləri əhatə 
etmişdir.  Hazırda  bu  meşə  az  bir  sahədə  saxlanılmış  və  milli  parka  çevrilmişdir. 
Alçaq  və  orta  dağlıq  ərazilərdə  də meşə  örtüyü  az miqdarda  saxlanılmışdır.  Meşəsiz 
sahələrin  çox  hissəsi  alçaq  boylu  kolluqlarla  əvəz  olunmuşdur.  Subtropik  zonanın 
meşələri, şabalıdyarpaq palıd, dəmirağacı, vələs, fısdıq, qismən azat, qafqaz xurması, 
məxməri  ağcaqayın,  güləbrişim,  çökə,  zoğal,  alça,  dəmirqara,  yemişan,  itburnu 
kollarından  ibatrədir.  Dağətəyi  və  dənizsahili  düzənliklər  bozqır,  yarımsəhra  və 
bataqlıq bitki qruplarının yayılma zənginliyi ilə fərqlənir.  
Quba-Xaçmaz  iqtisadi  rayonunun  bitki  və  heyvanat  aləmi  çox  müxtəlifdir  və 
şaquli  zonallıq  daha  aydın  nəzərə  çarpır.  Yüksək  dağlıq  ərazilər  qayalıq,  subalp  və 
alp çəmən və bəzi ərazilərdə və bozqır çəmən bitkiləri formalaşmışdır. Orta dağlıq və 
qismən  də  alçaq  dağlıq  ərazilərdə  enliyarpaq  meşələr  yayılmışdır.  Bu  meşələrdə 
palıd, fısdıq, vələs və digər ağac növləri üstünlük təşkil edir. Bir qədər aşağı qurşaqda 
bozqır-ot  bitkiləri,  seyrək  meşə  və  kserofil  meşə-kolluqlar  yayılmışdır.  Maili  Qusar 
düzənliyində bozqır bitkilər üstünlük təşkil edir. Burada yarımsəhra bitkilərlə yanaşı 
yabanı  taxıl  fəsiləsinə  mənsub  bitki  növləri  də  geniş  yayılmışdır.  Dənizsahili 


 
- 103 - 
düzənlikdə əsasən şoran və qum bitkiləri, qismən isə yarımsəhra və bataqlıq bitkiləri 
seyrək örtük əmələ gətirmişdir.  
Nabran-Yalama  istiqamətində  düzənlik  meşə  zolağı  formalaşmışdır  ki, 
dənizsahili  mövqeyi,  əsrarəngiz  iqliməmələgətirici  funksiyası  buranı  iri  rekreasiya 
bölgəsinə çevrilmişdir.    
Aran  iqtisadi  rayonunun  flora  və  faunası  özünəməxsusluğu  ilə  seçilir.  Rayon 
torpaqlarının  əmələ  gəlməsində  fəal  iştirak  edən  yovşanlıq-şoranlı,  şoranlı-kəvənli 
yarımsəhra  bitkiəri,  kənar  dağətəyi  ərazilərdə  quru  çöl  bitkiləri  üstünlük  təşkil  edir. 
Kür  və  Araz  su  qovşağından  şərqə  doğru  efemerli-şorangəli  səhra  bitki  qrupları  da 
geniş  yayılmışdır.  Burada  qaraşoran  və  sarıbaşın  üstünlük  təşkil  etdiyi  nəm  şoran 
səhra  bitkilərinə  də  rast  gəlinir.  Akkumlyativ  dənizsahili  ərazilərdə  ləkələr  şəklində 
düzən  çəmən  bitki  örtüyü,  qamışlıq,  çilli  qamışlıq,  kalışlı-qamışlıq,  cil  bataqlığı  və 
müxtəlif otlu bataqlıqlar mövcuddur. Kür və Araz çaylarının subasarında aran palıdı, 
qovaq,  söyüd,  iydə,  yulğun,  çaytikanı,  yabanı  nar,  itburnu  və  digər  meşə,  meşə-kol 
ağac  növlərindən  təşkil  olunmuş  kiçik  talalar  şəklində  tuqay  meşələri  yayılmışdır. 
Qarabağ  düzündə  saqqızağacı,  aran  palıdı,  qarağac  və  başqa  ağac  və  kol  növlərinə 
rast gəlinir. 
Yuxarı  Qarabağ  iqtisadi  rayonunda  bitki  örtüyü  şaquli  zonallığı  əks  etdirir. 
Düzənlik  ərazilərdə  quraqlığa  davamlı  yovşan,  yovşanlı  şoranotu  yarımsəhra, 
dağətəyi  düzənlikdə  daşdağan,  şibyə,  yovşanalı  –  daraqotlu,  quru  çöl  və  yarımçöl, 
dağ  yamaclarında isə kserofit kolluqlar, enliyarpaq meşələr formalaşmışdır. Orta  və 
yüksək  dağlıq  ərazilərdə  alp  və  subalp  çəmənliklərində  yay  otlaqları  mühüm 
təsərrüfat  əhəmiyyətlidir.  Ərazilər  işğal  altında  olduğundan  meşələr  qırılmaqda 
davam edir və onun bərpa edilməsinə xeyli vaxt tələb olunacaqdır. 
Dağlıq  Şirvan  iqtisadi  rayonunun  flora  və  fauna  nümunələri  digər  dağlıq 
ərazilərdə  olduğu  kimi  şaquli  zonallığı  özündə  aydın  təcəssüm  etdirir.  Belə  ki, 
dağətəyi  düzənlikdə  yovşanlı  və  yovşanlı  –  şoranlı  yarımsəhra  bitkiləri,  dağlıq 
ərazilərdə  meşə,  meşə-kol  kserofit,  bozqır  otlar,  yüksək  dağlıq  zonada  subalp,  alp 
çəmənləri, daha yüksəkliklərdə çılpaq, qayalıq və ovuntu bitkiliyi üstünlük təşkil edir. 


 
- 104 - 
  Ərazinin  cənub-şərq  hissəsində  dağ-kserofit  bitkiliyi,  alçaq  boylu  tikanlı 
kserofit  kolluq;  ağot,  topallı  –  müxtəlif  otlu  və  xırda  kollu  bozqırlarla  yanaşı, 
yovşanlı  –  şoranlı  şorakətli  yarımsəhra  bitkiləri  ilə  əvəz  olunur.  Palıd  və  vələs 
meşələri ilə yanaşı, mezofil fıstıq meşələri də geniş yayılmışdır. 
Kəlbəcər  –  Qubadlı  iqtisadi  rayonu  ərazisində  bitki  örtüyü  mərkəzi  və  şimal 
hissədə  enliyarpaqlı  meşələr,  yüksək  dağlıqda  alp  və  subalp  çəmənlikləri,  orta 
dağlıqda  bozqır  ot  bitkiləri,  alçaq  dağlıq  ərazilərdə  quru  çöl,  kserofit  kolluqlar  və 
seyrək meşəli bozqır sahələr geniş yayılmışdır. Respublikanın əsas yay otlaqları olan 
bu bölgə işğal altında olduğundan fauna və flora ehtiyatları ciddi pozulmalara səbəb 
olmuşdur. 
Naxçıvan  iqtisadi  rayonunu  kontinental  iqlim  şəraiti  müvafiq  fauna  və  flora 
nümunələrinin  formalaşmasına  səbəb  olmuşdur  və  əsasən  də  kserofit  bitkilər  geniş 
yayılmışdır. Orta dağlıq ərazilərdə kiçik sahələrdə palıd, göyrüş, yemişan, ağcaqayın, 
ardıc və sair ağac və müxtəlif kol bitkiləri yayılmışdır. Yüksək dağlıq ərazilərdə dağ 
bozqır ot bitkiləri ilə yanaşı alp və subalp çəmən ot örtüyü də vardır. 
Respublikamızın zəngin bioresurslarının qorunması və gələcək nəslə çatdırılması 
sahəsində  ciddi  tədbirlərin  görülməsini  tələb  edir.  Bildiyimiz  kimi,  respublika 
ərazisinin cəmi 11%-ə qədəri meşə ilə örtülüdür. Onun Kiçik Qafqaz hissəsi erməni 
təcavüzünə  məruz  qalmış,  talan  edilmiş,  böhran  vəziyyətindədir.  Digər  regionlarda 
qalan  hissənin  qorunması  olduqca  labüddür,  çünki  bu  meşələr  ilk  növbədə  iqlimin 
tənzimlənməsində,  torpaq,  su  qoruyucu  funksiyası  ilə  yanaşı  zəngin  heyvanat 
aləminin  də  qorunmasını  həyata  keçirir.  Onların  yerli  əhali  tərəfindən  kor-koranə 
oduncaq  kimi  istifadə  etməsinin  qarşısını  almaq,  tuqay  meşələrini  bərpa  etmək, 
sanitar  rolunu  oynayan  şəhərətrafı  yaşıl  zonanın  artırılmasına  nail  olmaq,  küçə  və 
parkların genişləndirilməsini təmin etmək olduqca vacibdir. 
Ölkəmizin  çayları,  gölləri,  xüsusilə  də  Xəzər  dənizi  müxtəlif  fauna  nümunələri 
ilə  zəngindir.  Onun  balıq  ehtiyatı  sənaye  əhəmiyyətlidir.  Belə  ki,  Xəzər  dünya  nərə 
balıq ehtiyatının 70-80%-nə malikdir. Xəzər ətrafı rayonlarda, xüsusilə, Şabran, Bakı, 
Lənkəran,  Neftçala  və  digər  məntəqələrdə  balıq  ovu,  emalı  müəssisələri  fəaliyyət 


 
- 105 - 
göstərir.  Kür  və  Araz  çaylarının  sahil  zonalarında,  müxtəlif  göllərdə  balıqçılıq 
təsərrüfatları yayılmışdır. 
Xəzər  dənizində  nərəkimilərin  ehtiyatının  qiymətləndirilməsi,  balıq  ehtiyatının 
artırılmasının, eyni zamanda daxili su hövzələrində balıq ehtiyatlarının çoxaldılması 
və yetişdirilməsi qayğısını artırmaq bu gün prioritet sahələrdən biridir. Fauna və flora 
nümunələrinin qorunması, nəsli kəsilməkdə olanların ciddi mühafizəsini təşkil etmək 
vacibdir.  Bunun  üçün  xüsusi  mühafizə  olunan  təbii  ərazilərin  sahəsini 
genişləndirmək,  onların  elmi-tədqiqat  işləri  üçün  istifadəsini  genişləndirmək 
məqsədəuyğundur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
- 106 - 
Ə D Ə B İ Y Y A T  
 
1.
 
“Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət 
Proqramı”.  Bakı. 2004. 
2.
 
Azərbaycan  Respublikasında  kurortların  2007-2017-ci  illərdə  inkişafının 
sürətləndirilmsi tədbirləri haqqında. Bakı.2007. 
3.
 
Azərbaycanın regionları. Bakı. DSK. 2001-2007. 
4.
 
Azərbaycanın statistik göstəriciləri. DSK. 2009. 
5.
 
Azərbaycan  Respublikasında  2010-2014-cü  illərdə  turizmin  inkişafına  dair 
Dövlət Proqramı, Bakı, 2010. 
6.
 
N.Ə.Paşayev,  N.H.Əyyubov,  Z.N.Eminov,  Azərbaycan  Respublikasının 
iqtisadi, sosial və siyasi coğrafiyası, Bakı, 2010. 
7.
 
Babayeva N. Ekologiya və müasir hidrosfer. Bakı.  2007. 
8.
 
Bayramov  A.A.  Ətraf  mühitin,  təbii  ehtiyatların  öyrənilməsində  aerokosmik 
üsullar, Bakı, 2006 
9.
 
Quliyev T. Təbiətdən istifadənin və ətraf mühitin mühafizəsinin iqtisadiyyatı. 
Bakı, 2008. 
10.
 
Qurbanzadə A.A. Ekologiya: sosial və iqtisadi əsasları. Bakı, 2010. 
11.
 
Sadıqov A., Xəlilov İ. Ekologiya və ətraf mühitin mühafizəsi. Bakı, 2009. 
12.
 
Mahmudov  N.İ.  Azərbaycanın  mineral  xammal  sərvətləri  və  ətraf  mühit. 
Bakı. 2000. 
13.
 
Q.Ş.Məmmədov,  Azərbaycanın  torpaq  ehtiyatlarından  səmərəli  istifadənin 
sosial-iqtisadi və ekoloji əsasları, Bakı, 2007. 
14.
 
R.M.Məmmədov, Azərbaycanda landşaft planlaşdırılması, Bakı, 2009. 
15.
 
R.M.Məmmədov, 
Гидрометеорологическая 
изменчивость 
и 
экогеографические проблемы Каспийского моря. Баку, 2007. 
16.
 
В.П.Максаковский, Географическая картина мира. Москва. 2009. 
17.
 
M.X.Məmmədov. Dünya təsərrüfatının coğrafiyası, Bakı, 2011. 
18.
 
Q.Ş.Məmmədov, Azərbaycanın torpaq ehtiyatları, Bakı, 2002. 


 
- 107 - 
19.
 
Dərgahov  V.S.  Azərbaycanın  Xəzərsahili  bölgələrinin  rekreasiya  turizm 
ehtiyatları. Bakı.2003 
20.
 
N.Ə.Nəbiyev, N.A.Vəliyev, Təbii sərvətlər və ekoloji mühit. Bakı, 1987. 
21.
 
Nadirov A.A. Müstəqil Azərbaycan iqtisadiyyatının inkişaf məsələləri, Bakı, 
2001. 
22.
 
Nəbiyev N.Ə. İqtisadiyyat, cəmiyyət və ekoloji mühit, Bakı, 2000. 
23.
 
Göyçaylı Ş, Mikayılov H., Xəlilov A., Abdullayev R., Ətraf mühiti mühafizə 
və təbii sərvətlərdən səmərəli istifadə. Bakı. 1996. 
24.
 
Göyçaylı Ş. Coğrafiya və coğrafi ekologiyanın problemləri. Bakı, 2004. 
25.
 
Ələkbərov  A.N.  Sənaye  istehsalında  təkrar  xammal  ehtiyatlarından  səmərəli 
istifadə edilməsi və ətraf mühitin mühafizəsi. Bakı, 1991. 
26.
 
Müseyibov M.A. Azərbaycanın fiziki coğrafiyası, Bakı, 1998. 
27.
 
V.Ə.Əfəndiyev  və  b.  “Azərbaycanın  iqtisadi  və  sosial  coğrafiyası”, 
Bakı.2010. 
28.
 
Kərimov  R.N.,  Süleymanov  T.Q.  Təbiətdən  istifadənin  iqtisadiyyatı.  Bakı, 
1999. 
29.
 
Yusifov E.F., Təhməzov B.H. Ətraf mühit, iqtisadiyyat, Bakı, 2004. 
30.
 
İsmayılov  T.  Azərbaycanda  təbiətdən  istifadə  və  ekoloji  problemlər.  Bakı. 
2009. 
31.
 
Zərbəliyev  M.S.,  Musayev  Z.S.,  Məmmədov  K.M.  Azərbaycanda  su 
ehtiyatlarının inteqrasiyalı istifadə olunması. Bakı, 2009. 
32.
 
Xəlilov T. Ekologiya və ətraf mühiti mühafizənin əsasları. Bakı, 2009. 
33.
 
Cəlilov M.F. Alternativ və regenerativ enerji sistemləri. Bakı, 2009.  
34.
 
Q.Ş.Məmmədov,  Azərbaycanın  torpaq  ehtiyatlarından  səmərəli  istifadənin 
sosial-iqtisadi və ekoloji əsasları. Bakı. 2007. 
35.
 
R.M.Məmmədov, Azərbaycanda landşaft planlaşdırılması, Bakı, 2009. 
36.
 
R.M.Məmmədov, 
Гидрометеорологическая 
изменчивость 
и 
экогеографические проблемы Каспийского моря. Баку, 2007. 
37.
 
V.Əfəndiyev, S.Nağıyev: Əhali coğrafiyası, 2006. 


 
- 108 - 
 
 
 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə