TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   2   3   4   5   6   7   8   9   ...   34

 
- 14 - 
bioloji növlər, bitki növləri, canlılar yox olur. Nəticədə, ancaq kasadlaşmış, bərəkətini 
itirmiş  torpaq  qalır.  Səhralaşma  əsasən  təbii  yolla  getsə  də,  antropogen  amillər  onu 
sürətləndirir. Bu işdə əsas həlledici amillərdən biri də insanın təsərrüfat fəaliyyətinin 
mənfi nəticəsidir. Hazırda müəyyən edilmişdir ki, insan və onun təsərrüfat fəaliyyəti 
birinci  növbədə  torpağa,  bitkiyə  və  su  mənbələrinə  güclü  təsir  göstərir.  Bu  təsirə 
səhra örüşlərinin bitkiləri daha çox məruz qalır. Səhralaşma ilə əlaqədar olaraq relyef 
formaları  pozulur,  qrunt  suların  səviyyəsi  və  minerallaşma  dərəcəsi  də  dəyişir. 
Səhralaşmanın  qarşısının  azaldılması  üçün  ağac  –  kol  bitkilərinin  odun  kimi  istifadə 
məqsədilə  bitki  örtüyünün  məhv  edilməsini  azaltmaq  və  mövcud  otlaq  və 
biçənəklərdən daha səmərəli istifadə etmək, kommunal  və irriqasiya işlərinin  yerinə 
yetirilməsinin  nəticəsi  olaraq  torpaq  örtüyünün  bərpa  edilməyəcək  dərəcədə 
istifadəsinə son qoymalıyıq. 
 
Təbiətdən  istifadə  səmərəli  və  səmərəsiz  ola  bilər.  Təbiətdən  səmərli  istifadə 
ekosistemlərə  ekoloji  yükü  kifayət  qədər  azaldır  və  sabit  iqtisadiyyat  üçün  zəmin 
yaradır.  Təbii  resurslardan  səmərli  istifadə  -  ümumi  şəkildə  onlardan  faydalı 
elementlərin  əldə  edilməsini  və  bununla  yanaşı  təsərrüfat  sahələrinə,  təbii  mühitə 
minimum  zərər  vurulmasını  ifadə  edir.  Təbii  resurslardan  səmərəsiz  istifadə  isə  bir 
qayda  olaraq,  təbii  resursların  tam  hasil  edilməməsini  və  ətraf  mühitə  əhəmiyyətli 
ziyan  vurulmasını  ifadə  edir.  Məsələn,  uzun  illərdir  ki,  Filizçay  polimetal  yatağı 
köhnə  texnologiya  ilə  istismar  edilir  və  nəticədə  xammal  əhəmiyyətli  çoxlu  tullantı 
yaranır.  Hesablamalar  göstərir  ki,  əgər  Filizçay  polimetal  yatağı  düzgün  istismar 
edilərsə, respublika ehtiyacını hələ 100 də ödəyə bilər [26.126]. Bunun üçün yatağın 
istismarını müasir texnoloji üsullarla aparmalıyıq. Demək, səmərəsiz istifadə iqtisadi 
potensialın  qorunmasını  təmin  etməyən  fəaliyyətdir.  Təbiətdən  səmərəli  istifadə 
dedikdə  təbii  ehtiyatlardan  səmərəli  istifadə,  təbii  ehtiyatların  artırılması  və  ətraf 
mühitin  mühafizəsi  nəzərdə  tutulur.  Təbii  ehtiyatların  səmərəli  istifadəsi  ətrafa  olan 
antropogen yükün miqdarını azaldır. Bu isə öz növbəsində ətraf mühitin mühafizəsinə 
gətirib çıxardar. 


 
- 15 - 
 
Təbiətdən  səmərəli  istifadəyə  nail  olmaq  üçün  əsas  məqsədimiz  təbii 
ehtiyatların  və  təbii  şəraitin  qənaətcil  istismarını  təmin  etməklə  insan  sağlamlığını 
qorumaq  və  perspektiv  inkişafı  təmin  etmək  olmalıdır.  Əgər  bu  məqsədə  çata 
biliriksə,  bu  zaman  biz  təbiətin  istifadəsinin  səmərəliliyindən  danışa  bilərik.  Əks 
halda  yəni  təbii  resurslar  alayarımçıq  çıxılarsa,  faydalı  qazıntının  ən  yaxşı  hissəsi 
yerin  təkində  qalarsa,  tullantıların  tərkibində  qiymətli  komponentlər  qalarsa, 
insanların  sağlamlığı  təhlükə  qarşısında  qoyularsa,  heç  bir  səmərədən  danışa 
bilmərik. Təbii sərvətlərin səmərəli, qənaətlə, itkisiz istifadə edilməsi təbii ünsürlərlə 
ehtiyatla  yanaşmağı,  faydalı  qazıntıların  çıxarılması  və  təkmilləşdirilməsi, 
tükənməyən təbii sərvətlərin planlı və müvazinətli surətdə təkrar istehsala verilməsi, 
ətraf  təbii  mühitin  çirkləndirilməsi  səbəblərinin  əvvəlcədən  aradan  qaldırılması 
müasir insanlardan və gələcək nəsillərdən səy, bacarıq və vicdan tələb edir. 
 
Biz təbii ehtiyatlardan istifadəyə heç cür qadağa qoya bilmərik. Elə buna görə 
də,  təbiətdən  istifadə  edərkən  təbii  sərvətlərin  mühafizəsini,  səmərəli  istifadəsini  və 
təbiəti  qorumağı  qarşımıza  məqsəd  kimi  qoymalıyıq.  Əgər  bu  əsas  şərtə  əməl 
edilməzsə  biz  iqtisadi  səmərədən  çox  yarana  bilən  ekoloji  problemlərlə  üz-üzə 
qalarıq.  Sonradan  bunların  aradan  qaldırılması  külli  miqdarda  əmək  və  kapital 
qoyuluşu ilə həyata keçirilə bilər. Məsələn, cədvəl 1.2-də 2000-2009-cu illər ərzində 
ətraf  mühitin  mühafizəsi  üzrə  tədbirlərin  keçirilməsinə  çəkilən  cari  xərclər  (min 
manat) verilmişdir  [4]. 
2000-2009-cu illər ərzində ətraf mühitin mühafizəsi üzrə tədbirlərin 
keçirilməsinə çəkilən cari xərclər (min manat) 
Cədvəl 1.2 
 
2000 
2005 
2006 
2007 
2008 
2009 
Su  ehtiyatla-
rının  müha-
fizəsi  və  sə-
mərəli  istifa-
də edilməsinə 
 
10508.50 
 
17899.30 
 
21024.60 
 
28603.30 
 
37732.60 
 
53115.40 
Atmosfer 
havasının 
mühafizəsinə 
1040.50 
2100.30 
2866.40 
2562.10 
2607.70 
1101.60 
Torpağın 
bərpasına 
172.00 
425.00 
808.90 
1143.50 
9568.20 
3709.90 


 
- 16 - 
Cədvəldən  də  göründüyü  kimi  bu  sahədə  çəkilən  xərclər  ilbəil  artmışdır.  Bu 
artım bir tərəfdən ekoloji problemlərin də ilbəil artımını nümayiş etdirir. Buna görə 
də təbiətdən istifadənin səmərəli yollarını axtarmalıyıq. 
 
Bəzən  təbiətdən  istifadənin  sinonimi  kimi  “təbii  sərvətlərin,  ətraf  mühitin 
mühafizəsi  və  səmərəli  istifadəsi”  anlayışını  istifadə  edirik.  Ş.Göyçaylının  fikrinə 
görə  ətraf  mühit  anlayışında  bir-biri  ilə  qarşılıqlı  əlaqəyə  malik  insanların  əməyi, 
məişəti  və  istirahətinin  təsiri  altında  olan  təbii,  antropogen  strukturlardan  ibarət 
sistemlər  nəzərdə  tutulur  [25,267].  Lakin,  insan  –  təbiət  münasibətlərinin  sosial  – 
ekoloji  mahiyyətini  araşdırarkən  “ətraf  mühit”  və  “ətraf  təbii  mühit”  anlayışlarına 
xüsusi  diqqət  yetirmək  lazımdır.  “Ətraf  təbii  mühit”  anlayışı  təbii  komponentlərdən 
ibarət  olub, maddi cisimləri (su, hava, bitki  və heyvanat aləmi, torpaq və s.) və təbii 
hadisələri  (işıq,  istilik,  radioaktivlik  və  s.)  və  təbii  prosesləri  (geoloji,  kosmik,  iqlim 
və  s.)  özündə  birləşdirir.  “Ətraf  mühit”  anlayışı  isə  insanları  əhatə  edən  bütün  təbii 
mühiti,  eyni  zamanda  tarixi  inkişaf  prosesində  insanlar  tərəfindən  yaradılmış  maddi 
sərvətlər və sosial – iqtisadi komponentləri əhatə edir. 
 
İnsanın  öz  tələbatını  ödəmək  cəhdi  onun  ətraf  mühitlə  əlaqəsini  təyin  edir. 
Insan sağlamlığı və iş qabiliyyəti onun ətraf mühitlə qarşılıqlı əlaqəsindən daha çox 
asılıdır.  Lakin  insan  sağlamlığı  –  yalnız  xəstəlik  və  fiziki  çatışmazlığın  olması  ilə 
deyil,  o  insanın  tam  fiziki,  mənəvi  və  sosial  rifahı  ilə  təyin  olunur.  Məlum  olduğu 
kimi,  “ətraf  təbii  mühit”  anlayışı  təbii  və  antropogen  faktorların  məcmusunu  təşkil 
edir.  Təbii  faktorlar  -  ərazinin  iqlim,  geoloji  və  bioloji  xüsusiyyətlərinin  insana 
təsirini  səciyyələndirir.  Bu  təbii  faktorların  insan  sağlamlığına  mənfi  təsirləri  çox  az 
olur. Antropogen faktorlar və insanın təsərrüfat fəaliyyəti isə çox vaxt insanın özünə, 
onun  həyat  şəraitinə  və  sağlamlığına  neqativ  təsir  göstərir.  BMT-nin  1972-ci  ildə 
Stokholmdakı  konfransında  qəbul  etdiyi  deklarasiyasında  deyilir  ki,  insan  eyni 
zamanda  öz  mühitinin  məhsulu  və  yaradıcısı  olub,  özünün  həyatı  üçün  fiziki,  ruhi, 
əqli,  mənəvi,  ictimai  inkişafına  imkanlar  yaradır.  Beləliklə,  bəşəriyyətin  rifahı  – 
firavanlığı iki aspektdən təbii mühit və insanın özü yaratdığı mühitdən asılıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə