- 17 -
Insan həyata qədəm qoyduğu vaxtdan daima həyat uğrunda, təbiətin əlverişsiz
şəraiti ilə, təbii fəlakətli faktorlara qarşı mübarizə aparmaq ehtiyacı ilə qarşılaşmışdır.
Əmək alətlərinin hazırlanması mədəniyyətinə yiyələnməklə, qida ərzaq istehsal
etməklə insan özünü mühitin əlverişsiz faktorlarından xeyli dərəcədə təcrid edə bildi.
Bu zaman insanın tələbatı getdikcə artır, istehsal genişlənir və intensivləşirdi. İnsan
özünün əzələ enerjisindən getdikcə az istifadə etməklə təbii materiallardan və enerji
mənbələrindən daha çox istifadə etməyə başladı. Belə vəziyyət bir tərəfdən insanı
xeyli dərəcədə bir çox risk faktorlarından uzaqlaşdırsa da, digər tərəfdən yenilərini
törədirdi. Insan təbiətə uyğunlaşmaqdan daha çox özü onu dəyişdirməyə başladı.
Bununla belə, bu cür dəyişdirilmənin sürəti ilbəil artmaqda davam edir. İnsan
fəaliyyətinin ona müsbət effektləri olsa da, mənfi nəticələri daha çox aydın
görünməyə başlayır. Bu neqativ nəticələr təbii resursların tükənməsi, təbii
komponentlərin çirklənməsi (su, hava, torpaq, biotanın) ozon təbəqəsinin dağılması,
iqlimin qlobal istiləşməsi və s. kimi təzahür olunur. Təbiəti dəyişdirmək
istiqamətində insan fəaliyyəti onun üçün nisbətən yeni həyat şəraitinin yaranmasına
səbəb oldu: yeni “ikinci təbiət” – insan tərəfindən süni yaradılan və onun köməyi ilə
saxlanılan süni su hövzələri, əkin sahələri, meşə əkinləri və s. və insan tərəfindən
yaradılan təbii həyatla analoqu olmayan süni dünya – şəhərlər, binalar, asfalt, beton,
sintetika və s. meydana gəldi. Bunun nəticəsində insanı əhatə edən təbii və süni mühit
çirklənməyə və o qədər tez dəyişməyə başlayıb ki, insan orqanizmi bu dəyişilməyə və
çirklənməyə adaptasiya olunmağa belə macal tapa bilmir. Bu isə xəstələnmənin
strukturunda dəyişmənin yaranmasına və kütləvi şəkildə yeni xəstəliklərin əmələ
gəlməsinə səbəb oldu. Məsələn, Yapon alimləri balıqla qidalanan insanlarda
minimata xəstəliyi müəyyən etmişlər. Bu isə Minimata körfəzinə atılan zəhərli
texnogen civə məhsulları ilə bağlı olan hadisədir [ 8, 159].
Ş.Göyçaylının fikrinə görə ətraf mühiti mühafizə dedikdə aşağıdakılar nəzərdə
tutulur: 1) təbii və sosial şəraitin mühafizəsi və optimallaşdırılması;
2) mühəndis texniki və texnoloji proseslərin təkmilləşdirilməsi [24,238]. Yəni,
burada canlı və cansız təbiətdən səmərəli istifadə edilməsi, onun təbii – təkrar
- 18 -
istehsalı üçün təminat yaratmaq, insanın əli və zəkası ilə yaradılmış vasitə və
vasitələrin adamların səhhətinə, normal həyat və fəaliyyətinə qarşı qoymamaq,
texnoloji prosesləri təkmilləşdirmək, tullantısız texnologiya yaratmaq, uzun illər üçün
ekoloji nəticələri proqnozlaşdıran layihələr yaratmaq tələb olunur.
Təbiətdən istifadənin əsas iki yolu vardır: intensiv (dərininə) və ekstensiv (eninə)
yol. Ekstensiv yol ilə təbii resurslardan səmərəli və kompleks istifadə edilmir. Bu
artıq bizə məlum faktdır ki, tarix boyu insanlar yerin təkindən çıxarılan xammalın
cüzi hissəsini faydalı məhsul kimi istifadə etmişlər. Ekstensiv üsulla yerin təki
dağıdılaraq təbiətin min illərlə yaratdığı təbii vasitələr qısa müddət ərzində məhv
edilir. Bu üsulla təbii resursların istismarı 3 istiqamətdə həyata keçirilir.
1) Bərpa oluna bilən resurslar: verilən ərazidə resursun özünübərpa sürətindən
əhəmiyyətli dərəcədə az sürətlə istismarı;
2) Bərpa oluna bilməyən resurslar: onların ümumi ehtiyatının çox az hissəsinin
istismarı (bir qayda olaraq 1/30, 1/100 hissəsinin istismarı);
3) istismara daxil edilən ərazinin genişləndirilməsi ilə.
Azərbaycanda demək olar ki, istismar edilən bütün yataqlarda itgilər çoxdur.
Məsələn illərdir Naxçıvanda duz mədənlərində duz itkisinə yol verilir. Demək olar ki,
hasil edilən duzun 55%-i tullantıya çevrilir [33, 195].
Hazırda dünyada yerin təkindən çıxarılan xammal sərvətlərinin ehtiyatı ilə
hasilatı, onun tərkibindən çıxarılan faydalı elementlər arasında uyğunsuzluq vardır.
N.Ə.Nəbiyev bunun iki əsas səbəblərini aşağıdakı kimi izah etmişdir:
a) yerin üst qatının aşındırılması, qazılması, meşələrin qırılması, torpaqların
məhsuldar qatının pozulması şəraitində ehtiyatı müəyyən edilmiş xammalın xeyli
hissəsi yerin təkində qalır;
b) emal və istifadə vaxtı faydalı qazıntı xammalının 80-90%-i tullantılara
çevrilib maye, qaz, tüstü və sülb halında təbiətə qaytarılır [21, 297].
İndi dünyada bir sıra qiymətli və əlvan metalların ehtiyatı xeyli azalmış, bəziləri
isə tükənmək ərəfəsindədir. Bunlar platin, qızıl, gümüş, sink, qurğuşun, mis, kobalt
daxildir. Əlvan metallardan gümüş, sink, uran ehtiyatlarının əsrimizin sonuna qədər
Dostları ilə paylaş: |