TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   2   3   4   5   6   7   8   9   10   ...   34

 
- 19 - 
tükənməsi  fikrini  söyləyənlər  var.  Bu  metalların  azalmasında  əsas  səbəb  onların 
ekstensiv istismarıdır. Müasir şəraitdə planetin hər bir sakininə təxminən illik 20 ton 
xammal  çıxarılır  ki,  bu    da  800  t  təmiz  su,  2500  Vt  güc  istifadə  olunmaqla  hazır 
məhsula  çevrilir.  Son  məhsul  buraxılışı  xammalın  ümumi  miqdarının  2%-ni  təşkil 
edir. Yerdə qalan hissəsi isə bu və  ya digər halda tullantı şəklində təbiətə qaytarılır. 
Tullantı  –  istehsal  edilən  məhsul  üçün  yararsız  olan  xammal  növünə  və  ya  onun 
istifadə  edilməyən  qalıqlarına  deyilir.  Istifadəsiz  qalmış  tullantılar  zibilə  çevrilir. 
Deməli,  ətraf  mühit  çirklənir,  insan  sağlamlığına  zərər  verilir.  Demək,  təbiətdən 
səmərəli  istifadə  edilmir.  Tullantıların  növ  tərkibi  isə  sənaye  inkişaf  etdikcə  dəyişir. 
Beləki,  keçmişdə  tullantılar  üzvi  maddələrdən  ibarət  idisə,  hazırda  qeyri-üzvi 
maddələrdən,  məsələn  plastik  kütələr,  qeyri-üzvi  kimyəvi  birləşmələr  hesabına  xeyli 
artmışdır.  
Uzun  illərdir  ki,  Azərbaycanda  təbiət  ekstensiv  yolla  istismar  edilir.  Nəticədə 
Azərbaycanda  ekoloji  problemlər  artıq  son  həddə  çatıb.  Təkcə  Abşeron 
yarımadasında  ekstensiv  üsulla  istismar  edilən  neft  yataqları  və  bu  üsulla 
genişləndirilən həm gülçülük təsərrüfatı, həm də tikinti materialları istehsalı Abşeron 
torpaqlarının  zəhərlənməsinə,  eroziyasına  və  neftlə  çirklənməsinə  səbəb  oub. 
Xüsusilə  də  kənd  təsərrüfatının  ekstensiv  üsulla  inkişaf  etdirilməsi  gərginliyin 
artmasına  səbəb  olub.  Respublikamızda  estensiv  üsulla  kənd  təsərrüfatının  müxtəlif 
sahələrin  inkişaf  etdirilməsi  ilə  əlaqədar  olaraq  düzənlik  və  dağlıq  ərazilərin  ilkin 
görünüşlərini  dəyişmələri  hələ  lap  qədim  zamanlarda  başlamışdır.  Bu  proses  XX 
əsrin II yarısından daha da sürətləndi və insanın təbiətə təsiri radikal xarakter aldı. Bu 
hal özünü daha çox meşə və meşə - kolluqların geniş massivlərdə qırılması, suvarılan 
torpaqların  sahələrinin  sürətlə  genişləndirilməsi,  torpaqların  məhvi  ilə  xarakterizə 
olundu.  Həmçinin  torpaq  və  bitki  örtüyündən  qeyri  –  səmərəli  istifadə  edilməsi, 
mineral gübrələrdən tələn olunan normadan xeyli artıq istifadə olunması, hidrotexniki 
qurğuların  düzgün  qurulmaması,  suvarma  kanallarının  bərk  örtüklə  üzlənməməsi 
nəticəsində  böyük  həcmdə  su  kütləsinin  torpaqlara  sızması  və  suvarma  qaydalarına 


 
- 20 - 
düzgün  riayət  edilməməsi  nəticəsində  şorlanlaşma  və  eroziyanın  sürətlənməsi  əkinə 
yararlı torpaqların sahəsinin azalmasına səbəb oldu.     
Təbiətdən istifadənin ekstensiv yolu ekoloji problemlərin özəyini təşkil edir. Bu 
üsulla  təbiətdən  istifadə  ətraf  mühiti  korlamaqla  yanaşı,  insanların  sağlamlığına  da 
zərər vurur. 
Təbiətdən  səmərəli  istifadəyə  nail  olmaq  üçün  təbiətdən  istifadənin  intensiv 
(dərininə) üsuluna keçmək lazımdır. 
Ərzaq  məhsullarının  istehsalı  problemi  birbaşa  dünya  əhalisinin  dinamikası  ilə 
sıx  bağlı  olub,  qlobal  və  eyni  zamanda  yerli  mahiyyət  kəsb  edir.  Cədvəl  1-dən 
göründüyü  kimi  dünya  əhalisi  sürətlə  artır.  Belə  hesab  edirlər  ki,  normal  yaşayıb 
işləmək  üçün  hər  bir  adam  gün  ərzində  2400  kkal  qida  almalıdır.  Bu  göstərici 
baxımından  dünya  əhalisinin  yarısı  lazımınca  qidalanmır  və  aclıq  çəkir.  Dünya 
əhalisinin  qidasının  əsas  mənbəyini  əkin  altında  olan  torpaqlar  təşkil  edir.  Bütün 
qurunun 10.5%-ni təşkil edən bu torpaqlar, bütün qida enerjisinin 90%-ni təmin edir. 
Torpaq  ehtiyatları  öz  istifadəsində  “universallığına”  görə  digər  təbii  ehtiyatlardan 
fərqlənir.  Maddi  istehsal  sahəsində  torpaq  ehtiyatları  ən  çox  kənd  təsərrüfatında 
istifadə  edilir.  Bundan  başqa  sənayenin,  nəqliyyatın  və  digər  sahələrin  inkişafı  üçün 
də  torpaq  sahələrinə  ehtiyac  duyulur.  Artmaqda  olan  dünya  əhalisinin  ərzaq 
məhsulları ilə təmin edilməsi torpaqların intensiv istifadə edilməsi ilə həyata keçirilə 
bilər.  Lakin  əkinçilik  və  maldarlığın  dar  çərçivədə  intensivləşdirilməsinin  mühüm 
neqativ  nəticələri  olur.  Q.Ş.Məmmədovun  qeyd  etdiyi  kimi  kənd  təsərrüfatının 
intensivləşdirilməsi dedikdə, vahid torpaq sahəsinə və ya hər mal-qara başına qoyulan 
və  ardıcıl  olaraq  artan  istehsal  vasitələri  və  sərf  olunan  əmək  başa  düşülür.  Bu 
intensivləşmə  maddi  bazanın  möhkəmlənməsi,  mineral  və  üzvi  gübrələrin,  həmçinin 
bitki mühafizəsində tətbiq edilən kimyəvi vasitələrin istehsalının artırılması əsasında 
həyata  keçirilir.  Halbuki,  təbiətin  gücünü  insan  əməyi  ilə  əvəz  etmək  olmaz. 
Sənayedə,  həmçinin  əkinçilikdə  insan  yalnız  təbiətin  gücünün  təsiri  mexanizmini 
dərk  etdikdə  ondan  istifadə  edə  bilər.  Təsadüfi  deyil  ki,  təbii  komplekslərə  və  onun 


 
- 21 - 
komponentlərinə  göstərilən  neqativ  təsirlər  və  ətraf  mühitin  vəziyyətində  baş  verlən 
mənfi dəyişikliklər kənd təsərrüfatının intensivləşdirilməsi prosesinin nəticəsidir. 
Torpaq  iqlim  şəraitinə  uyğun  olaraq  yüksək  elmi  əsaslarla  tarixən  formalaşmış 
mütərəqqi əkinçilik mədəniyyətini saxlamaq, bəzi yerlərdə onu bərpa etmək, mineral 
və  üzvi  gübrələrdən  səmərəli  istifadə  etmək  və  aqrotexniki  qaydalara  düzgün  riayət 
etməklə  kənd  təsərrüfatında  potensial  imkanlardan  da  istifadə  etmək  olar.  Xüsusilə 
xarici ölkələrdə başlamaqda olan hidroponika – torpaqsız qatışıqlarda becərilmə xeyli 
iqtisadi  səmərə  verə  bilər.  Bunun  üçün  yalnızca  yeni  texnoloji  istehsal  vasitələrini 
əkinçiliyə  tətbiq  etmək  tələb  olunur.  Demək,  intensiv  üsulla  ərzaq  məhsullarının 
artırılması  üçün  torpaq  sahələrini  artırmaq  və  yararsız  hala  salmaq  tələb  olunmur. 
Yalnızca yeni texnikanın düzgün tətbiq edilməsi tələb edilir. 
İntensiv üsul nəzərə alındıqda təbii resursların istismarı 2 üsulla həyata keçirilir: 
1)  bərpa  oluna  bilən  resurslar:  verilən  ərazidə  onların  özünü  bərpa  sürətinə  yaxın 
intensivlikdə istismarı; 
2)  bərpa  oluna  bilməyən  resurslar:  onların  ümumi  ehtiyatının  əhəmiyyətli  hissəsinin 
istismarı,  yaxud  texnoloji  proseslərin  modernləşdirilməsi  üsulu  ilə  onların  istismarı 
(məsələn,  mədənlərdən  filizlərin  tamamilə  çıxarılmasına  nail  olmaq).  İntensiv  üsulla 
əsasən təbiəti qoruyan istehsal texnologiyasına keçməyi, tullantısız və ya az tullantılı 
istehsal  sahələri  yaratmağı  əsas  prioritet  istiqamət  kimi  qəbul  edərək  xammalın  tam 
emalını nəzərdə tutmalıyıq. Həmçinin təmizləyici qurğular tikmək, sənaye və məişət 
tullantılarını  emal  etmək,  hündürlüyü  200-300m  olan  tüstü  boruları  qurmaqla 
təbiətdən  səmərəli  istifadəyə  nail  olmağa  çalışmalıyıq.  Iqtisadi  inkişafın 
ekologiyalaşdırılmasının  əsas  istiqaməti  tullantısız  və  az  tullantılı,  resurslara  qənaət 
edən  texnologiyaların  yaradılmasıdır.  Burada  belə  bir  sual  meydana  gəlir  ki, 
tullantısız texnologiya nədir ? 
 
Tullantısız  texnologiya  –  bərk,  maye,  qaz  tullantılarının  texniki  cəhətdən 
minimuma  endirilməsidir.  Tullantısız  texnologiyanın  yaradılması  uzun  sürən 
mürəkkəb  bir  prosesdir,  onun  aralıq  mərhələsi  aztullantılı  istehsal  texnologiyasıdır. 
Aztullantılı  texnologiya  prosesi  dedikdə  isə  elə  bir  istehsal  başa  düşürük  ki,  onun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə