TəBİƏTDƏN İSTİfadəNİN İQTİsadi VƏ ekoloji problemləRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə8/34
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22529
1   ...   4   5   6   7   8   9   10   11   ...   34

 
- 22 - 
nəticəsinin ətraf mühitə təsiri sanitar gigiyenik normaları keçmir. Bu texnologiya ilə 
biz ətraf mühitin tullantılarla çirklənməsini azalda bilərik  və tullantıları təkrar  emala 
cəlb etməklə təbii ehtiyatlara qənaət edə bilərik. Məlum məsələdir ki, istehsal prosesi 
zamanı bir müəssisənin tullantılarını digər müəssisədə xammal kimi istifadə etməklə 
yeni  məhsul  ala  bilərik.  Bunu  bir  neçə  faktla  belə  izah  edə  bilərik  ki,  məsələn, 
toxuculuq  tullantılarından  tibbi  pambıq,  bərpa  edilmiş  yun  almaq  olar.  Metal,  ağac, 
kimyəvi  material  tullantılarından  məişət  və  təsərrüfatda  istifadə  edə  biləcəyimiz 
alətlər  almaq  mümkündür.  Neft  hasilatı  zamanı  lay  qumlarının  hidroksil 
təmizlənməsindən  sonra  yaxşı  şüşə  qablar  almaq  mümkündür.  Demək,  aztullantılı 
texnologiya  iki  məsələni  həll  edir:  1)  təbii  xammaldan  və  onun  emalından  alınan 
məhsullardan  səmərəli  istifadə;  2)  müxtəlif  növ  tullantılardan  və  çirkləndiricilərdən 
ətraf  mühitin  qorunması.  Tədricən  aztullantılı  və  resurslara  qənaət  edən 
texnologiyalara  keçməklə  ətraf  mühitə  yükü  əhəmiyyətli  dərəcərə  azaltmaq  olar. 
Yalnız  bu  üsulla  biz  gələcək  nəsillərə  tükənən  və  bərpa  oluna  bilməyən  resurslar 
saxlaya bilərik. Bu texnologiya ilə mineral ehtiyatlardan kompleks istifadə etmək olar 
və  nəticədə  faydalı  qazıntı  itkisi  xeyli  azalar,  xammal  bazası  genişlənər,  iqtisadi 
səmərə əldə olunar. 
   
Bizcə,  uzun  illər  təbiətdən  istifadə  barədə  ayrı-ayrı  ictimai-siyasi                        
və  ictimai-iqtisadi  qurumların  elmi-nəzəri  konsepsiyalarını  təhlil  etmək  olduqca 
maraqlı  olardı.  Cəmiyyət  inkişaf  etdikcə,  yeni-yeni  iqtisadi  münasibətlər,  istehsal 
formaları  yarandıqca  yer səthinin təbii təsviri ictimai-iqtisadi məzmun kəsb etməyə, 
bir  sözlə  iqtisadi  coğrafiyanın  yaranmasına  səbəb  olurdu.  Bu  elmin  yaranması, 
təşəkkül  tapması  və  inkişafı  sənayenin  yaranması  və  inkişafı  ilə  bağlıdır.  Hələ  antik 
və ərəb tədqiqatçıları coğrafi mühitin insan cəmiyyətinə təsiri barədə xeyli əsərlər çap 
etdirmişdilər.  1567-ci  ildə  italyan  L.Qviççardinin  çapdan  çıxmış  “Niderlandiyanın 
təsviri”  kitabı,  1650-ci  ildə  Hollandiyada  B.Varennusun  “Ümumi  coğrafiya”  əsəri 
nəinki Avropada, hətta sənayecə zəif inkişaf etməkdə olan Rusiyada böyük  əks-səda 
doğurmuşdu.  V.N.Taptişev,  M.V.Lomonosov  və  onların  davamçılarının  təbiətə 
materialist baxışları formalaşmışdı. Artıq XVIII əsrdə bir çox fransız tədqiqatçıları, o 


 
- 23 - 
cümlədən  coğrafi  materializmin  nümayəndəsi  Ş.L.Monteskye  özünün  bir  çox 
əsərlərini  təbii  şəraitin  ictimai  mühitə  təsirinə  həsr  etmişdilər.  Təbiətlə  cəmiyyət 
arasında  qarşılıqlı  əlaqə  barədə  məşhur  filosof  Q.F.Hegelin  çox  qiymətli  fikirləri 
vardır.  XIX  əsrin  birinci  yarısında  cəmiyyətin  inkişafına  təbiətin  təsiri  barədə 
A.Humbolt və K.Ritterin fikirləri olduqca maraqlıdır.  
Elmi  sosializm  nəzəriyyəsinin  yaradıcıları  K.Marks,  F.Engels  və  onların 
davamçılarının da təbiətlə cəmiyyətin qarşılıqlı əlaqələrinə münasibətləri diqqəti cəlb 
edir.  Onların  baxışında  sinfilik  daha  qabarıq  özünü  göstərir.  Amerikalı  tədqiqatçı 
A.Qyuyo  təbii  mühitin  insan  cəmiyyətinə,  onun  istehsal  münasibətlərinə  təsirini  önə 
çəkirsə,  marksist  tədqiqatçılar  mülayim  iqlimin    kapitalizmi  doğurduğunu,  onun 
inhisarçı  mahiyyətini  vurğulayaraq  cəmiyyəti  onlarla  mübarizəyə  səsləyirdi.  Bəzi 
tədqiqatçıların  əsərlərində  təbiətin  mənimsəmə  formalarının  ictimai  mühitə  təsiri  ön 
plana çəkilir. Rus tədqiqatçısı L.N.Meçnikov belə hesab edirdi ki, irriqasiya işlərinin 
zəruriyyəti, xüsusilə də Nil çayının daşqınların qarşı mübarizə quldarlıq quruluşunun 
yaranmasına və inkişafına təkan vermişdir. Əslində isə yeni istehsal münasibətlərinin, 
əmək  vərdişlərinin  yaranması,  məhsuldar  qüvvələrin  inkişafı  qul  əməyinin  iqtisadi 
səmərəliliyini üzə çıxararaq quldarlıq quruluşuna təkan vermişdir. 
Artıq  XIX  əsrin  ikinci  yarısında  coğrafi  mühitin  insan  fəaliyyəti  ilə 
dəyişdirilməsi barədə iri əsərlər meydana gəlmişdir. 
P.P.Semyonov–Tyan-Şanski,  D.N.Mendeleyev,  A.İ.Voyekov,  Q.V.Plexanov 
kimi  məşhur  alimlərin  təbiətdən  kompleks  istifadəyə  həsr  olunmuş  əsərləri  geniş 
şöhrət qazanmışdır.  
Sonrakı  dövrdə  A.A.Qrüber,  Vidal  de  lya  Blaş,  M.Bryun,  R.Ratsel  kimi 
“antropocoğrafiyaçılar”  insanın  təbiətdən  asılı  olduğunu,  onların  təbiət  qüvvələri 
üzərindəki  ağalığının  artmasını  qəbul  etmir,  təbiət  qanunlarını  insan  coğrafiyasına 
tətbiq  edirdilər.  Bu  dövrdə  yaranmış  “ştandort”  nəzəriyyəsi  məhsuldar  qüvvələrin 
inkişafı  və  yerləşməsinin  həqiqi  hərəkətverici  qüvvəsini  açıb  göstərə  bilməsə  də, 
onun  yerləşmə  haqqındakı  sxemlərindən  sonralar  iqtisadi  hadisə  və  proseslərin 
modelləşdirilməsi nəzəriyyəsi meydana gəldi. 


 
- 24 - 
Alman  iqtisadçısı  İ.Q.Tyünenin  “Təcrid  olunmuş  dövlət”  (1826)  kitabındakı 
istehsal  xərcləri,  torpağın  münbitliyi  və  bitkinin  xüsusiyyətləri,  bazar  qiyməti  ilə 
müqayisədə nəqliyyat xərcləri ideyası olduqca maraqlı, sonradan kənd təsərrüfatının 
ərazi  təşkilində  təkanverici  rolu  nəzərəçarpacaqdır.  Bu  gün  də  iri  şəhərətrafı  kənd 
təsərrüfatının ərazi təşkili məsələlərinin həllində onun ideyalarından istifadə edilir. 
XX  əsrin  əvvəllərində  Rusiyada  sosialist  inqilabının  qələbəsi,  SSRİ-nin 
yaranması,  təbiətlə  cəmiyyət  arasında  münasibətlərin  yeni  forma  və  metodlarını 
yaratdı.  Təbiətdən  səmərəli  istifadə  üçün  ölkə  ərazisinin  iqtisadi  rayonlaşması,  bu 
rayonlar  üzrə  xalq  təsərrüfatının  ərazi  modellərinin  hazırlanması,  sənaye 
qovşaqlarının, kənd təsərrüfatı ərazi – istehsal komplekslərinin, ölkə və rayonlararası 
nəqliyyat  qovşaqlarının  yaradılması,  infrastrukturların,  əhaliyə  məişət  xidmətinin, 
qeyri  –  istehsal  sahələrinin  perspektiv  inkişafını  tədqiq  etmək,  coğrafi  mühitin 
mənimsənilməsi, təbii şəraitin iqtisadi cəhətdən qiymətləndirilməsi və digər məsələlər 
nəzəri və praktik cəhətdən öyrənilməyə başlandı.  
Aparılan  tədqiqat  işləri  göstərir  ki,  hər  bir  ictimai  –  iqtisadi  formasiyada 
təbiətdən  səmərəli  istifadə  etmək,  cəmiyyətin  durmadan  artan  tələbatını  ödəmək, 
təbiəti  öz  düşündüyü  tərzdə  ram  etmək  insan  üçün  ilk  növbədə  bioloji  və  fizioloji 
əhəmiyyət kəsb etmişdir. Təbiətdən istifadə etmək hər bir zaman və məkan daxilində 
cəmiyyətin intellektual səviyyəsindən asılıdır. Elm və texnikanın sürətli inkişafı olan 
müasir  dövrdə  təbiətdən  istifadə  daha  aktuallaşmışdır.  Insan  getdikcə  azalan  təbii 
resurslardan,  təbii  şəraitdən  elə  qənaətlə  istifadə  etməlidir  ki,  gələcək  nəslin  təbiətə 
münasibəti tamamilə elmi əsaslara söykənsin, özü üçün qlobal problemə çevrilməsin.  
 
3.Təbii şəraitlə ictimai mənimsəmənin qarşılıqlı münasibətlərİ 
 
Yer  səthinin  təbiəti  tarixən  öz-özünə  və  insan  fəaliyyəti  ilə  dəyişən,  bütün 
canlıların,o  cümlədən  də  insanın  həyatının,  ictimai  istehsalın  mənbəyidir. 
Yaşadığımız planet daxilində və xaricində baş verən təbii proseslər nəticəsində xeyli 
dəyişmiş,  getdikcə  soyuyaraq  bərkimiş,  səthində  müxtəlif  relyef  formaları 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə