Təbliği Respublikanın kütləvi və ixtisas



Yüklə 465,7 Kb.
səhifə1/16
tarix25.06.2018
ölçüsü465,7 Kb.
#51407
  1   2   3   4   5   6   7   8   9   ...   16


BAKI - 2012


M.F.Axundzadə irsinin kitabxanalarda

təbliği

Respublikanın  kütləvi  və ixtisas-

laşdırılmış  kitabxanaları,  Mər-

kəzləşdirilmiş  Kitabxana Sistem-

ləri üçün metodik tövsiyələr

BAKI - 2012


Tərtibçi:

N.Alışova

İxtisas redaktoru və

buraxılışa məsul:

K.M.Tahirov

Redaktor:

G.Səfərəliyeva

M.F.Axundzadə

irsinin 

kitabxanalarda 

təbliği:

metodik tövsiyə /tərt.  ed.    N.Alışova;  ixtisas  red.  və bur.  məs.

K.Tahirov; 

red.


G.Səfərəliyeva;

M.F.Axundzadə

adına

Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- 73 s.



© M.F.Axundzadə adına Milli Kitabxana, 2012


Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin

keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin

Sərəncamı

2012-ci  ildə böyük  Azərbaycan  mütəfəkkiri,  milli

dramaturgiyamızın  banisi,  görkəmli  ictimai  xadim  və maarifçi

Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi tamam

olur.

Bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi



yolunda  yorulmadan  çalışaraq  yeni  dövrün  irəli  sürdüyü

mühüm  elmi,  mədəni  və ictimai-siyasi  məsələlərə daim  fəal

münasibət  ifadə edən  və zamanın  qabaqcıl  ideyalarından

bəhrələnməyə çağıran  yaradıcılığı  ilə Azərbaycan  mədəniy-

yətinin  inkişafı  tarixində parlaq  səhifə açan  Mirzə Fətəli

Axundzadənin  200  illik  yubileyinin  təntənəli  surətdə keçiril-

məsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan  Respublikasının  Mədəniyyət  və Turizm

Nazirliyi  Azərbaycan  Respublikasının  Xarici  İşlər  Nazirliyi,

Azərbaycan  Respublikasının  Təhsil  Nazirliyi  və Azərbaycan

Milli  Elmlər  Akademiyası  ilə birlikdə,  Azərbaycan  Yazıçılar

Birliyinin 

təkliflərini 

nəzərə

almaqla, 



Mirzə

Fətəli


Axundzadənin  200  illik  yubileyinə həsr  olunmuş  tədbirlər

planını hazırlayıb həyata keçirsin.



2. Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  bu

sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2010-cu il


GİRİŞ

Azərbaycan  yazıçısı  və mütəfəkkiri,  pеşəkar  milli  tеatr

sənətinin,  rеalist  bədii  nəsrin,  dеmоkratik  fəlsəfi  və еstеtik

fikrin,  ilk əlifba  inqilabının,  bütövlükdə mənəvi mədəniyyəti-

mizin bütün sahələrində “yеni dövr”ün banisi оlan böyük ədib,

alim  və filоsоf  Mirzə Fətəli  Axundzadə dünya  klassiklərinin

yaradıcılığı  ilə yaxından  tanış  olmuş,  gənc  yaşlarından  baş-

layaraq böyük bir yaradıcılıq yolu keçmişdir.

Milli ədəbiyyatın  talеyinə və tarixinə təsir  baxımından

məhz  bir  maarifçi оlaraq  оnun  gördüyü  işlərin  hüdudları  XII

əsrdə Nizami,  XVI əsrdə Füzuli  dühasının  miqyasları  ilə

müqayisə оluna  bilər.  Lakin  tarixi  inkişafın  yеni  mərhələsinə

uyğun оlaraq  Axundzadə dоğma ədəbiyyatın  qarşısında  duran

vəzifələrə böyük  bəşəri  vüsətlə yanaşı  daha  fərdi  və milli  bir

kоnkrеtlik də gətiribdir.

XIX əsrdə Azərbaycanın İran və Rusiya tərəfindən ikiyə

bölünməsi Azərbaycanın şimalı üçün avropalaşmaya yeni üfüq

açdı.  Avropa  tipli  düşüncə sistemini,  Şərq-Qərb  mədəniy-

yətlərinin  sintezini  ortaya  qoyan  ilk  böyük  şəxsiyyət  Mirzə

Fətəli Axundzadə olmuşdur.

Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində silinməz

izlər  buraxan,  realist  dramaturgiyamızın  və  nəsrimizin  banisi

Mirzə  Fətəli  Axundzadənin  zəngin  və  çoxşaxəli  irsi  əsrlər

keçdikcə müasirliyini saxlayır, hər dövrdə  yenidən tədqiq olu-

nur, araşdırılır. Bu  axtarışların coğrafiyası  genişlənib, məzmu-

nu  dərinləşdikcə  yeni-yeni  elmi  faktlar,  qiymətli  məlumatlar

aşkara  çıxır,  dramaturqun  həyatının  bəzi  maraqlı  məqamları

müəyyənləşir.

Yaradıcılığı  ilə Azərbaycan  mədəniyyətinin  inkişafı

tarixində parlaq  səhifə açan  M.F.Axundzadənin  zəngin ədəbi

irsini  dövlətimiz  hər  zaman  yüksək  qiymətləndirmişdir.

Yazıçının anadan olmasının 125, 150 (1962-ci ildə Ümumdün-

ya Sülh Şurasının qərarı ilə Ümumittifaq miqyasında), 170 illik

yubileyləri Azərbaycanda çox geniş qeyd olunmuşdur.




2012-ci ildə böyük Azərbaycan mütəfəkkiri, milli drama-

turgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə

Fətəli  Axundzadənin anadan  olmasının  200  illiyi  tamam  olur.

Yazıçının  yaradıcılığına  böyük qiymət verən Azərbaycan Res-

publikasının  Prezidenti  İlham Əliyev  200  illik  yubileyinin

keçirilməsi haqqında 13 aprel 2010-cu il tarixdə sərəncam im-

zalamışdır.

Belə  bir  Sərəncam  Azərbaycan  xalqının  mütəfəkkirinə

bəslənilən məhəbbətin təzahürüdür. M.F.Axundzadənin yaradı-

cılıq  irsinə  müasir  dövrdə  belə  yanaşma  bu  zəngin  ədəbi  nü-

munələrin təbliği istiqamətində əhəmiyyətlidir.

Sərəncama əsasən kitabxanalar  da  yubileylə əlaqədar

olaraq üzərinə düşən  vəzifələri  həyata  keçirməyi  planlaşdır-

malıdır.  Bununla əlaqədar  kitabxanalar  dramaturqa  həsr  olun-

muş  kütləvi tədbirlərin  müxtəlif  formalarından  istifadə etməli-

dirlər.  Təqdim  olunan  vəsaitdə sizə M.F.Axundzadənin  həyat

və fəaliyyəti,  yubileylə əladar  keçiriləcək  kütləvi  tədbirlər  və

yubilyara  aid  bəzi əlavə materiallar  haqqında  məlumatlar

verilir.

2012-ci  il həmçinin, TÜRKSOY (Beynəlxalq  Türk

Mədəniyyəti  Təşkilatı)

tərəfindən  görkəmli  Azərbaycan

mütəfəkkiri  və yazıçısı  M.F.Axundzadənin  anadan  olmasının

200  illiyi  münasibətilə “Mirzə Fətəli  Axundzadə ili”  elan

olunub. Gələn  il  bütün  türkdilli  ölkələrdə M.F.Axundzadənin

yubileyi ilə əlaqədar silsilə tədbirlər – elmi konfranslar, dəyir-

mi  masalar,  kitab  təqdimatları,  sərgilər, ədəbi-bədii  gecələr

keçiriləcəkdir.

Nəşrlə bağlı təklif və iradlarını Milli Kitabxanaya göndə-

rən mütəxəssislərə əvvəlcədən minnətdarlığımızı bildiririk.



Ünvan: AZ-1000 Bakı ş., Хaqani küç. 29

Е-mail:

contact@anl.az


Yüklə 465,7 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə