TəDQİqat bülleteni n-2



Yüklə 315,58 Kb.
Pdf görüntüsü
səhifə1/9
tarix02.10.2017
ölçüsü315,58 Kb.
#2575
  1   2   3   4   5   6   7   8   9


 

 

2013 

 



 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

TƏDQİQAT BÜLLETENİ 

N-2 

Azərbaycan Respublikası Mərkəzi Bankı 

  

 

 

 

 

 

 

Tədqiqatlar və inkişaf mərkəzi 

 

© AMB, 2013



 

 



 

 

2013 

 



 



 

 

 

 

Mündəricat 

 

1.QLOBAL İQTİSADİYYAT VƏ TƏHLİL BÖLMƏSI ............................................. 3

 

1.1.  Qlobal proseslər, bazarlarda vəziyyət və aparılan siyasət..................... 3

 

1.2.  Şaxələnməyə yeni metodoloji yanaşma ................................................... 4

 

1.3.  Mərkəzi banklarda modelləşdirmə və proqnozlaşdırma aparatı ............ 6

 

1.4.  İnkişaf iqtisadiyyatı üzrə tədqiqatlar .................................................... 11

 

1.5.  Mərkəzi banklar və qlobal maliyyə sistemi ........................................... 12

 

1.6.  Ödəniş sistemləri üzrə son  meyillər və qlobal tədqiqatlar .................. 15

 

1.7.  Ofşor maliyyə mərkəzləri ...................................................................... 17

 

2.FUNDAMENTAL TƏDQİQATLAR BÖLMƏSİ (AZƏRBAYCAN MƏRKƏZİ 

BANKI)........................................................................................................................18

 

2.1.  İnflyasiya hədəfi: baza yoxsa məcmu inflyasiya? ................................. 18

 

2.2.  Azərbaycanda maliyyə vasitəçiliyinin tədqiqi ...................................... 19

 

2.3.  Dünya təcrübəsində sosial kapitalın iqtisadiyyata təsiri ...................... 20

 

 

 

 

 

 


 

 

2013 

 



 



 

1.

 

QLOBAL İQTİSADİYYAT VƏ TƏHLİL BÖLMƏSI 

1.1.

 

Qlobal proseslər, bazarlarda vəziyyət və aparılan siyasət 

İqtisadi fəallıq. Cari idə  maliyyə bazarlarında 

volatillik 

səviyyəsinin 

yüksək 


olmasına 

baxmayaraq,  dünya  iqtisadiyyatı  kövrək  və 

qeyri-bərabər 

templərlə 

artmaqda 

davam 


etmişdir.  Eyni  zamanda  bir  çox  inkişaf  etmiş 

ölkələrdə  (İEÖ)  inflyasiya  templərinin  artması 

müşahidə olunmuşdur.  

Maliyyə  sektorunda  bərpa  prosesləri,  fiskal 

konsolidasiya  və  sərt  kredit  şərtlərinin  davam 

etməsi  şəraitində  2013-cü  ilin  II  rübündə 

qlobal  artım  tempi  sönük  olmuşdur.  Çində 

iqtisadi  artım  son  20  ildə  ən  aşağı  səviyyəyə 

düşmüşdür.  

Xarici  ticarət.  Dünya  ticarətində  zəifləmə 

meyilləri  davam  edir.  Yanvar-may  aylarında 

onun  illik  artım  tempi  cəmi  1.9%  olmuşdur 

(2012,  5  ay:  2.2%,  2011,  5  ay:  12%,  2010,  5 

ay:  13.9%).  Yığım  modelindən  istehlak 

iqtisadiyyatı  modelinə  keçidlə  bağlı    Çində 

ixracın  artım  tempinin  kəskin  zəifləməsi 

müşahidə  olunur.  İyunda  ixrac  ötən  ayla 

müqayisədə  7.4%  aşağı  düşmüşdür.  Bununla 

belə,  Beyəlxalq  Valyuta  Fondu  (BVF)  ilin 

sonunadək  qlobal  ticarətin  artım  tempinin 

sürətlənərək 3.1%-ə çatacağını proqnozlaşdırır.  



Biznes  inamı.  İyunda  dünya  iqtisadiyyatında 

konyunktur  göstəriciləri  zəifləmiş  və  2013-cü 

ilin II yarısına dair neqativ siqnallar vermişdir. 

Qlobal İstehlak inamı indeksi iyun ayı ərzində 

1.5  bənd  azalaraq  51.4-ə  düşmüşdür.  Pisləşmə 

əsasən xidmət sektoru hesabına baş vermişdir.  

Bunlarla yanaşı, qlobal ixrac sifarişləri indeksi 

(Avrozona  çıxılmaqla)  kəskin  azalaraq  48.4-ə 

düşmüşdür  ki,  bu  da  neytral  artım 

səviyyəsindən 

(50)  aşağıdır.  Bu  dünya 

ticarətində  mənfi  meyllərin  davam  edəcəyi 

ehtimalını yaradır.   

Sosial  vəziyyət.  Qlobal  maliyyə  böhranının 

fəal fazasından 5 il ötsə də, onun sosial-iqtisadi 

fəsadları davam etməkdədir. Beynəlxalq Əmək 

Təşkilatının  (BƏT)  hesablamalarına  görə 

dünya ölkələrinin 30%-də məşğulluq səviyyəsi 

böhrandan  əvvəlki  səviyyədən  yüksəkdir. 

Ölkələrin  37%-də  son  illər  məşğulluğun 

bərpası  prosesi  getsə  də,  böhrandan  əvvəlki 

səviyyəyə  çatmamışdır.  Ölkələrin  qalan  33%-

də  isə  məşğulluq  səviyyəsi  azalmaqda  davam 

edir.  İxtisas  uyğunsuzluğu  və  iqtisadi  artım 

tempinin 

zəif 

olması  işsizliyin  yüksək 



səviyyəsini şərtləndirən əsas amillərdir.  

Ən  yüksək  işsizlik  gənclər  arasındadır. 

İşsizlərin 73 mln. nəfəri gənclərin payına düşür 

(işsizlik  səviyyəsi  12.9%).  2011-ci  ildən 

etibarən  onların  sayı  0.8  mln.  nəfər  artmışdır. 

Hazırda  dünyada  işsizlərin  ümumi  sayı  200 

mln.  təşkil  edir  və  2015-ci  ilədək  BƏT  onun 

208 mln. nəfərə çatacağını gözləyir. 



Maliyyə  bazarları.  Uzunmüddətli  sabitləşmə 

meylindən  sonra  may  və  iyun  aylarında 

maliyyə  bazarlarında  qeyri-sabitlik  yenidən 

artmışdır.  

İEÖ-də  uzunmüddətli  faiz  dərəcələri  artmağa, 

Avrozonanın  periferiya  ölkələrində  suveren 




Yüklə 315,58 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə