Tədqiqatın aktuallığı. Mövzunun aktuallığı ondan ibarətdir ki, müasir dövrdə turizm iqtisadiyyatın bir sahəsi kimi özünə möhkəm yer tutmuşdur


II. Fəsil. Turizm məhsulunun formalaşmasına təsir edən amillər



Yüklə 247,33 Kb.
səhifə2/4
tarix02.10.2017
ölçüsü247,33 Kb.
#2557
1   2   3   4




II. Fəsil. Turizm məhsulunun formalaşmasına təsir edən amillər.

2.1. Turizm məhsulunun formalaması mərhələləri.

Turizm məhsulunun formalaşması bir sıra mərhələlərdən keçir.Bu mərhələlər satılma həcmi və gəlirin dəyişməsi ilə xarakterizə olunur.İlk mərhələdə məhsul bazara çıxarılır və turizm müəssisəsi onu bir məhsul kimi cəmiyyətə təqdim edir.Bu mərhələ satışın az olması və onun nəticəsi olaraq ,gəlirin də az olması ilə xarakterizə olunur.Bu mərhələdə marketinq siyasətinə çəkilən xərclər digər xərclərdən həddən artıq çox olur.İkinci mərhələ inkişaf mərhələsi sayılır.Bu mərhələ satış həcminin və gəlirin artması ilə xarakterizə olunur.Bu mərhələdə də hələ marketinq xərcləri çox olur, rəqabət başlayır.Üçüncü mərhələ kamillik mərhələsidir.Bu mərhələ satışın artmasının zəifləməsi və stabilləşməsi ilə xarakterizə olunur.Bu mərhələdə müştərilərin sayı çoxalmır.Lakin gəlirin miqdarı bir qədər azalır , amma yenə də yüksək olaraq qalır.Sonuncu mərhələ kimi zəifləmə mərhələsi qeyd olunur.Bu mərhələdə turist sferası turist məhsulundan artıq doyur.Mütəmadi olaraq satışın həcmi və gəlirin miqdarı azalır.Bazarda yeni məhsullar peyda olur.Bu mərhələ ən vacib mərhələlərdən biridir. Bu mərhələnin qarşısını almaq məqsədi ilə turizm müəssisəsi məhsulu yeniləmək , yeni məhsul istehsal etmək kimi addımları atır .Turizm məhsulunun formalaşması mərhələlərini aşağıdakı kimi göstərə bilərik:

Turizm məhsulu insanlara turizm-ekskursiya təşkilatları tərəfindən təqdim olunan kompleks xidmətdir. Bu məhsulun istehsalının kompleksli təşkili sistemi turizm sənayesi adlanır. Turizm sənayesi dedikdə, səyahəti həyata keçirmək prosesində turisti zəruri olan hər şeylə (xidmət, məhsul və s.) təmin edən müəssisələrin və sahibkarların qarşılıqlı əlaqə sistemi başa düşülür. Başqa sözlə desək, turizm sənayesi dedikdə, turist хidmətlərini və turist tələbatlı malların realizasiyası ilə məşğul olan istehsal, ticarət və nəqliyyat müəssisələrinin məcmusu başa düşülür. Turizm sənayesi – yerləşdirmə və nəqliyyat vasitələri, ictimai iaşə, əyləncə, dərketmə, işgüzar, sağlamlıq, idman və digər təyinatlı obyektlərin, turoperator, turagent, ekskursiya və bələdçi-tərcüməçi xidmətləri göstərən təşkilatların məcmusudur. Kütləvi turizmin coşğun inkişafı bütün dünyada turizm sənayesinin və təsərrüfatın qarışıq sahələrinin, elm və mədəniyyətin, təhsil sisteminin adekvat inkişafına səbəb olmuşdur. Sanballı maddi-texniki bazaya malik olan turizm sənayesi milyonlarla insanın məşğulluğunu təmin etməklə xalq təsərrüfatı kompleksinin demək olar ki, bütün sahələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Turizm sənayesi daha geniş anlamda belə başa düşülür:

1.Sərnişin nəqliyyatının (hava, su, avtomobil, dəmiryolu) texniki xidmətinin çoxşaxəli şəbəkəsi ilə birgə fəaliyyət.

2. Müxtəlif sahələrdə ixtisaslaşmış müəssisələrin, əsasən turizm xarakterini birbaşa büruzə verməyən və turizm üçün “ikinci dərəcəli” hesab edilən müəssisələr (o cümlədən, nəqliyyat maşınqayırması, yanacaq, yeyinti, kənd təsərrüfatının bir çox sahələri və s.) ilə birgə fəaliyyət. Deməli, turizm sənayesi turistin istifadə etdiyi geniş xidmət sahələrini birləşdirən təsərrüfat kompleksidir.

Ölkənin iqtisadiyyatı inkişaf etdikcə turizm də özünün inkişaf mərhələsində olur, yeni turizm kompleksləri açılır, yeni marşrutlar mənimsənilir, yeni xidmət növləri meydana çıxır. Əksinə, hansı səbəbdənsə ölkə iqtisadiyyatı tənəzzülə uğradığı zaman (siyasi böhran, inflyasiya, təbii fəlakət və s.) turizm sənayesində də tənəzzül nəzərə çarpır. Turizm sənayesi özündə ölkə iqtisadiyyatının bir cox sahələrini birləşdirir. Turizm sənayesi bir sistemdir və bu sistemin fəaliyyəti ona daxil olan bütün sahələrin ahəngli işləməsi ilə həyata keçirilir. Turizm firmaları, otellər (yerləşdirmə), qidalanma obyektləri, nəqliyyat sənayesi, əyləncə obyektləri, suvenir-hədiyyə emalatxanaları, tarixi abidələr, mədəniyyət obyektləri, KİV və digərləri – bunlar birbaşa və üzdə olan sahələrdir. Bu sahələrin inkişafı istehsalat, emaledici sahələrin inkişafı və yeniləşməsindən birbaşa asılıdır. Belə ki, yanacaq-energetika sənayesi, yol-tikinti kompleksləri, otel və iaşə avadanlıqları istehsal və təmir edən, təmir-tikinti müəssisələri, su, kanalizasiya xidmətləri, yüngül sənaye müəssisələri, kənd təsərrüfatı müəssisələri də turizm sənayesinin mövcud olmasında iştirak edirlər. Turizm sənayesinin xüsusiyyətlərinə aid olan turizm-rekreasion resursların olması, müvafiq səviyyədə infrastrukturun olması və savadlı, peşəkar kadrların olması xüsusi əhəmiyyət kəsb edir. Turizm sənayesi elə yerlərdə inkişaf edir ki, bu yerlər təbii və süni, yəni insan tərəfindən yaradılmış yerlərdən ibarətdir və bu yerlər turistləri müxtəlif fəaliyyət xüsusiyyətləri ilə cəlb edir. Turizm sənayesinin xüsusiyyəti odur ki, o həm materialtutumlu məhsul istehsal edir, həm də qeyri-maddi məhsul, yəni xidmət yerinə yetirir. Elə bu turizm sənayesinin əsas xüsusiyyətini təşkil edir. Xidmət cismani deyil, onu görmək, ona toxunmaq olmaz. Əslində turizm sənayesinin məhsulu servisdir. Bu məhsul bir sıra müxtəlif xidmətlərdən ibarətdir və görünməz olduğu üçün onu ölçmək, dadmaq olmaz və müştəri tərəfindən yoxlana bilməz. Bu məhsulu yalnız istifadə zamanı hiss etmək olur. Bu məhsul yalnız istifadə edildikdən sonra onun haqqında rəy vermək olar. Turizm məhsulunun bir sıra komponentləri cismanidir, yerləşdirmə yeri, qida, nəqliyyat vasitəsi və s. Lakin bütün bunlar ümumilikdə turizm servisinin (əyləncə, təəssürat, komfort və s.) tərkib hissələridir.Turizm məhsulunun fərqləndirici hissələrini aşağıdakı kimi göstərə bilərik :



  • Turizm xidmətləri cismani xarakter daşıyır.

  • İstehsal və istehlak birgə baş verir.

  • Xidmət keyfiyyətləri daim dəyişkəndir.

  • Xidmətlər saxlanıla bilməz.

İstehlakçı turməhsulu əvvəlcədən və daimi yaşadığı yerdə alır, lakin bu məhsulu məkanca tamam başqa yerdə, zamanca başqa vaxtda istehlak edir. Yalnız burada əvvəlcədən aldığı informasiyanın doğru olub-olmaması müəyyən olunur. Keyfiyyətin daim dəyişməsi, istehlakçıya xidmət edən insanın hal-əhvalı və ya havanın pis olması turun aşağı səviyyədə keçirilməsinə səbəb ola bilər. Yerləşdirmə biznesində ümumi xidmətin səviyyəsi onun keyfiyyəti və təqdim olunan əlavələrlə müəyyən olunur (seyf, xalat, diş fırçası, 24 saatlıq xidmət, tibbi xidmət, internet əlaqəsi və s.). Müxtəlif ölkələrdə otellərin təminatı və təqdim etdiyi xidmət növlərindən asılı olaraq onlara keyfiyyət dərəcələri təyin olunur (ulduz, tac və s.). Xidmətin saxlanıla bilməməsi xüsusiyyəti vardır.

2.2. Turizm məhsulu və turizm sənayesi

Turizm sənayesinə daxil olan tərkib hissələr bir-birini tamamlamalıdır. Turizm sənayesində təqdim olunan xidmətlərin müxtəlifliyi turməhsulun bölüşdürülməsinə də təsirini göstərir. Turizm sənayesinin mövcud olması, onun yaşaması üçün xidmətlər 2 qrupa bölünür və bunlar turizm xidməti istehsalçılarıdır:



  • Birinci dərəcəli xidmətlər göstərən özəl bölmə- turizm məhsulunun təşkili üzrə xidmətlər, bələdçi xidməti, turist sığortası, marketinq, reklam, ictimaiyyətlə əlaqələr, turizm sahəsində peşə təhsili, turizm məlumat mərkəzləri, maliyyə xidməti və s.

  • 2-ci dərəcəli xidmətlər göstərən dövlət və ictimai bölmə- Dövlət və ictimai bölməyə daxildir: milli turizm təşkilatları, yerli turizm təşkilatları, vizaların verilməsi, hava və dəniz limanlarının xidməti, turizm təhsil ocaqları, sərgi, festival, yarmarkaların təşkili və s. Bütövlükdə bunlar turizm məhsulunu təşkil edirlər ki, bu turizm məhsulunu turpaket şəklində və hissə-hissə məhz turşirkətlər istehlakçılara satırlar.Bu məhsul turistlərə xidmətlər şəklində təklif olunur. Turizm xidmətlərinə aşağıdakılar daxildir:

  • Turistlərin yerləşdirilməsi üzrə (mehmanxana, motel, otel, pansionat, sanatoriya, turist bazarları və s.) göstərən xidmətlər.

  • Turistlərin həmçinin yerli əhalidən icarəyə götürülən şəxsi mənzillərdə və evlərdə, eyni zamanda çadır, avtomobilə qoşulan qoşqu evləri, karvaninqlər, gəmi, qatar, yaxta, və s. –də yerləşə bilərlər.

  • Turistin qidalanmasının təmin edilməsi üzrə (restoran, yeməkxana, kafe, qəlyanaltı, kafeteri, bar, və s.) xidmətlər.

  • Turistin səfər etdiyi ölkədə sərnişin nəqliyyatının müxtəlif növləri (qatar,dəniz, və çay gəmiləri, avia çarter reysləri, avtobuslar və. S) və hərəkəti üzrə göstərilən xidmətlər. Xatırladaq ki, nəqliyyat sisteminin inkişafı və ixtisaslaşmış turist nəqliyyatının meydana çıxması, az vəsait sərf etməklə xarici ölkələrə turist səfərlərini daha əlverişli etmişdir. Nəqliyyat vasitələrinin seçimi, turistin gəldiyi ölkənin coğrafi mövqeyindən, turisti göndərən ölkənin hansı məsafədə yerləşməsindən, eyni zamanda turistin sosial vəziyyətindən və onun maliyyə imkanlarından asılıdır.

  • Reklam xidməti. Bu ictimai informasiyanın , daha doğrusu insanlar arasında münasibətlərin növ müxtəlifliyindən biridir.Bu informasiya, yeniliyin fəal elementləri özündə daşıyır. Turizmdə reklamın rolu böyükdür, çünki reklamın turist məhsuluna olan təlabatının xarakteri və ölçülərinə bilavasitə təsir göstərir. Bu və ya digər bir ərazinin turizm resursları və bazar təklifləri barədə əhalinin xəbərdar edilməsi səviyyəsini məhz reklam müəyyən edir.

  • Turist agentlikləri tərəfindən həyata keçirilən xidmətlər (səyahət marşurutunun hazırlanması, mehmanxanada və nəqliyyat vasitələrində yerlərin bronlaşdırılması, yer kürəsinin hər hansı bölgəsinin turizm resursları haqqında bilgilər, turistin getdiyi bölgədə olan yerləşdirmə vasitələri, gömrük və sərhəd rəsmiyyəti, valyuta məzənnəsi və s. haqqında informasiya verilməsi). Səyahət və ekskursiya büroları tərəfindən həyata keçirilən xidmətlərə isə gid-tərcüməçi, ekskursiya bələdçisi, qrup rəhbərləri ilə təminat və s. aiddir.

  • Turistlərin mənəvi təlabatlarının ödənilməsi(teatr, kino, konsert zalları,muzey, sərgi, rəsm qaleriyası, parklar, tarixi və təbiət qoruqlarına gedişlərin təşkili, tarix və mədəniyyət abidələrinə baxışların keçirilməsi, festivallarda, idman yarışlarında və digər tədbirlərdə iştirakın təmin edilməsi) üzrə göstərilən xidmətlər.

  • Turistlərin işgüzar və elmi maraqların təmin edilməsi (konqress,assambleya, konfrans, simpozium, toplantı, seminar, yarmarka və sərgilərdə iştirak etmək) üzrə göstərilən xidmətlər.

  • Həm ümumi, həm də məqsədli(suvenir, hədiyyə, açıqca və s. satışı) ticarət müəssisələrinin göstərdiyi xidmətlər.

  • İnzibati-nəzarət orqanlarının(sərhəd,valyuta,karantin,polis xidmətləri, pasport,viza və s. sənədlərin hazırlanması) göstərdikləri xidmətlər.

  • Təbiətin mühafizəsi , tarixi və mədəni irsin qorunması sahəsində göstərdikləri xidmətlər

  • İnformasiya vasitələrinin (qəzet,jurnal,radio,televiziya və s.) göstərdikləri xidmətlər.

  • Dövlət turizm idarələrinin (komitə, departament, nazirlik və s.) göstərdikləri xidmətlər

Turizm sənayesinin inkişafına təsir göstərən bir çox amillər vardır. Bu amillərin hər birinin öyrəniməsi vacibdir. Belə ki turizm məhsulunun formalaşdırılması zamanı bu amillər nəzərə alınmazsa , məhsulun satılmasında problemlər meydana gələ bilər .Müasir dövrdə turistlər artıq bu amillərə qarşı xüsusilə həssas davranırlar.Turizm müəssisələrinin də qarşısında duran əsas məqsəd uğurlu marketinq siyasəti həyata keçirərək , turistlərin təlabatına uyğun turizm məhsulu istehsal etmək olduğundan bu amilləri xüsusiilə nəzərə almalıdırlar.Turizm sənayesinin inkişafına təsir edən amilləri aşağıdakı kimi göstərə bilərik :

Turizm


Sənayesi

Demoqrafik amillər
Iqtisadi amillər

Təbii amillər

Elmi-texniki amillər

Siyasi-hüquqi amillər

Sosial-mədəni amillər

Təbii –ekoloji amillər –Bunlara yaxşı iqlim və komfortlu təbii şəraitin olması, landşaftların və təbiətin diqqətəlayiq yerlərinin olması , inkişaf etmiş hidroqrafik şəbəkələrin və təbii su hövzələrinin olması , təbiət obyektlərinin təmiz və yararlı vəziyyətdə olması , ekoloji vəziyyətin yaxşı olması aiddir.

Sosial-iqtisadi amillər- əhalinin əsas kütləsinin yaşayış səviyyəsi, yəni turizmin iqtisadi əlverişliliyi , vətəndaşların ölkə daxilində və bütün dünya üzrə xarici səyahətlərinə imkan verən sosial azadlıq və hüquqlarının olması , beynəlxalq əmək bölgüsü əsasında dövlətlər arasında iqtisadi əlaqələrin fəallaşması, beynəlxalq ticarətin genişlənməsi və nəqliyyat vasitələrinin təkmilləşdirilməsi.

Siyasi amillər - turistlərin yaşadıqları ölkənin daxili siyasi stabilliyi , turistləri qəbul edən ölkənin daxili siyasi stabilliyi , ölkələr arasında dostluq, mehriban qonşuluq, dinc münasibətlər , iqtisadi, ticarət, elmi-texniki və mədəni əlaqələr, turizm mübadiləsi üzrə dövlətlərarası və hökumətlərarası əməkdaşlıq sazişləri.

Demoqrafik amillər - Əhalinin artımı dünya turizm potensialını yüksəldir.İnsanların ömür müddətinin artması və təqaüd yaş həddinin azalması, turizmdə üçüncü yaş qrupuna aid olan insanların çoxalmasına səbəb olur. Etnik turist axını (tarixi vətənə səyahət, mühacirlər, oxşar dilli xalqlar, qarşılıqlı səfərlərlə maraqlananlar və s.) da bu zaman nəzərə alınan amillərdəndir. İnsanların mədəniyyət və təhsil səviyyələrinin yüksəlməsi də turizm sənayesinə təsir göstərən amillərdən biridir. Son zamanlarda kütləvi informasiya vasitələrinin (KİV) sürətli inkişafı da turizmə müsbət təsir göstərir. Kütləvi informasiya vasitələrinin inkişafı nəticəsində qonaqpərvərlik resurslarının, istirahət yerlərinin infrastrukturunun və digər turizm sənayesi komponentlərinin tanıdılması sürətlənir. Turizmin populyarlığının səbəblərindən biri də şəhər əhalisinin daim artmasıdır. Yalnız urbanizasiya (şəhərləşmə) müəyyən dərəcədə turizm xidmətlərinə olan tələbatın artmasına səbəb olur. Turist axınının formalaşması əsasən iri sənaye və inzibati mərkəzlərdə baş verir ki, bunlar arasında Bakı şəhərinin də adını çəkmək olar.

Turizm məhsulu kimi turizm iqtisadiyyatı da spesifikdir.Bu da onun bir sıra amillərin təsirinə məruz qalması ilə əlaqədardır.Bu amillərin əksəriyyəti qeyri-müəyyəndir. Ümumiyyətlə bu amillər iki qrupa qlobal və lokal amillərə ayrılır.Qlobal amillərə siyasi , iqtisadi , təbii , mövsümilik amillərini misal göstərmək olar.Bunalardan siyasi amillər xüsusilə nəzərə alınmalıdır.Çünki hər hansı bir ölkənin siyasi rejimi gərgin olarsa , həmin ölkəyə turizm tələbi də aşağı düşər.Bu baxımdan Azərbaycan da istisan deyil .Çünki , respublikamızın ərazisinin iyirmi faizinin işğal altında olması mövcud turizm ehtiyatlarından istifadədə problemlər yaratdığı kimi , ölkəyə gələn turistlərtin sayına da öz mənfi təsirini göstərir.Siyasi amillər dedikdə aşağıdakılar nəzərdə tutulur:

- Gedilən ölkənin siyasi rejimi. Səyahət ediləcək ölkənin siyasi rejimi, bu rejimə qarşı göstərilən reaksiya çox vaxt o ölkəyə istiqamətlənəcək turizm sektorunun qarşısını alır.

-Turistin çıxdığı ölkənin siyasi rejimi. Turizm üçün səyahət istəyi duyan və bu istəyinin reallaşmasına imkan verəcək miqdarda gəlirə sahib olan insanlara ölkə xaricinə çıxmaq haqqının verilmiş olması lazımdır.

- İki ölkə arasındakı siyasi rejim. Ziyarət ediləcək ölkə ilə olan xarici siyasi əlaqələrin vəziyyəti, o ölkəyə istiqamətlənən turizmə təsir edəcəkdir.Bundan başqa beynelxalq münasibətlər , hərbi konfliktlər və ölkənin daxili siyasəti də burada nəzərə alınmalı faktorlardır.

ÜTT-nin göstəricilərinə nəzər salsaq görərik ki , beynəlxalq turizmdə siyasi amillər ölkəyə gəlmə turizminə çox böyük təsir göstərir.Çünki , turizm siyasi hadisələrə qarşı çox həssasdır .Məsələn , 2001-ci ilin sentyabrın 11 –də ABŞ da baş vermiş terror aktı bu ölkəyə turist axınlarının azalmasına səbəb olmaqla yanaşı , turizmdən əldə olunan gəlirlərin də azalmasına səbəb olmuşdur.

Hal-hazırda ərazisinin 20% -i erməni qəsbkarları tərəfindən zəbt olunan ölkəmiz də çox təəssüf ki , bu amilin ağır nəticələrindən əziyyət çəkir.Belə ki , bir çox turistlər məhz bu amillə əlaqədar olaraq son anda ölkəmizə gəlməkdən boyun qaçırırlar.Onu da qeyd etmək lazımdır ki , hər hansı bir vətəndaşın ölkə xaricinə səfərə çıxması üçün ölkəmizdə hər cür imkanlar yaradılmışdır.

Bununla yanaşı iqtisadi amilləri də xüsusi ilə qeyd etmək lazımdır .Müasir dövrdə turizmə cəlb olunan turistlərin böyük əksəriyyətini iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin sakinləri təşkil edir.İqtisadi amillər dedikdə , ölkənin iqtisadi inkişafı , əhalinin maddi rifah səviyyəsi , maddi –texniki bazanın inkişaf səviyyəsi( nəqliyyat, yerləşdirmə və qidalanma şəbəkəsi, infrastruktur, müasir texnologiyalar) nəzərdə tutulur. Turizm məhsulunun alıcılıq qabiliyyətinin olmasından ötrü kifayət qədər iqtisadi inkişafın olması zəruridir. Yəni, imkanı olan adam səyahətə çıxa bilər. Beləcə, gəliri olmayan iqtisadiyyatda kütləvi turizm də ola bilməz. İşsizlərin sayı çox olan, əmək haqqı az olan ölkədə kütləvi istirahətdən söhbət gedə bilməz. Əsas iqtisadi amillər kimi aşağıdakıları qeyd etməliyik :



  • Milli gəlirin miqdarı ,

  • Adambaşına düşən gəlirin miqdarı ,

  • Milli gəlirin paylanma forması ,

  • Ölkədə şəxslərin girdikləri xalis gəlir qrupları ,

  • Turizm mal və xidmətlərinin qiyməti.

Sosial amillər– Turizm inkişafına güclü təsir göstərən amillərdən biri də sosial faktordur. Sosial amillər əsasən aşağıdakılardan ibarətdir:

- Ailəvi xüsusiyyətlər - Şəxsin evli, subay olması və ya ailədəki uşaqların sayı və onların məktəb vəziyyəti və yaş tərkibi turizmə təsir edir. Turizmə təsir edən amillərdən biri də ailə başçısının işlədiyi sahənin xüsusiyyətləridir. Kənd təssərrüfatı işçiləri ən az, sərbəst iş sahibləri ilə yüksək vəzifələrdə işləyənlər ən çox səyahət edən insanlardır.

- Əhalinin yaş quruluşu . Bir ölkənin əhali sayındakı artım ümumi olaraq turizm sahəsində artım yaratdığı kimi, ölkə əhalisinin yaş quruluşundakı dəyişikliklər də turizmə, yeni müştəri kateqoriyalarının iştirak etməsinə, yeni zövqlərin yaranmasına təsir edir.

- Urbanizasiya (şəhərləşmə). Atmosferin çirklənməsi, səs, stres, sosial təzyiqin gərginliyi kimi prosesləri gücləndirir. Bu da öz növbəsində şəhər əhalisinin şəhər ətrafı kənd yerlərinə getməsinə səbəb olur . Respublikamızda da bu göstərici get-gedə artmaqdadır.Belə ki , ölkəmizdə kəndlərdən və digər şəhər ətrafı ərazilərdən insanların iş axtarmaq məqsədi ilə Bakı şəhərinə axını şəhər həyatının çətinliklərini artırdığı kimi , kənd- yaşıl turizminin inkişafına yollar açır.

- Dil çətinlikləri. Bir çox insanın xarici dil baxımından danışıq qabiliyyətinin zəif olması, onları xarici ölkələrdən daha çox öz ölkələrində səyahət etmək məcburiyyətində qoyur.

- Sosial hərəkət qabiliyyəti. Ailə başçısının iş yeri, mədəni səviyyəsi, sosial davranışları, dünyagörüşü turizm tələbinə təsir göstərən amillər arasında yer alır. Sosial nöqteyi-nəzərdən turizm regionların inkişafına böyük təsir göstərir. Regionlarda turizmin inkişafı işsizlərin böyük şəhərlərə axınının qarşısını alır.

Bu amilləri qeyd edən zaman görərik ki , turist səfərləri əsasən qonşu ölkələr arasında baş verir.Bunun da səbəbi qonşu ölkələrlə oxşar adət-ənənələr, dil yaxınlığı və həyat tərzidir.

Məlumatlara görə, 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə artıb. Bu artım təxminən 7-10 faiz təşkil edib. Amma araşdırmalar göstərir ki, ötən il müddətində xaricə gedən azərbaycanlı turistlərin də sayı az olmayıb və onlar xaricdə 600 milyon dollardan artıq pul xərcləyiblər. Əhalinin gəlir səviyyəsinin artması onların turist kimi digər ölkələrə gedərək daha çox vəsait xərcləmələrinə şərait yaradır. Baxmayaraq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, vətəndaşların bütövlükdə gəlirlərinin təxminən 65 faizi istehlak məhsullarının alınmasına yönəlir. Digər səbəb isə onunla bağlıdır ki, xarici ölkələrdə - qonşu Türkiyə və Gürcüstanda turizm obyektləri daha ucuz və Azərbaycanla müqayisədə daha keyfiyyətli turizm xidməti təklif edir. Vətəndaşlarımızın da bir qismi ölkə xaricinə getməkdə maraqlıdırlar. Çünki, məsələn, Gürcüstanda yol xərcləri də daxil olmaqla 5 günlük istirahət etmək, Azərbaycan daxilində 5 gün istirahət etməkdən təqribən 2 dəfə ucuzdur. Vətəndaş xaricə getməklə həm ucuz istirahət əldə edə bilir, həm də xarici ölkəni görmüş olur. Odur ki, ölkə daxilində turizm xidmətlərinin qiymətinin baha olması vətəndaşların xaricdə istirahət etməsinə gətirib çıxarır. Eyni zamanda orta və gəlirləri yüksək olan vətəndaşlarımız əsasən Avropa ölkələrində dincəlməyə üstünlük verirlər. Baxmayaraq ki, orada istirahət etmək nisbətən bahalıdır. Amma bütün hallarda həm həmin ölkəni görmək, həm də daha yaxşı istirahət etmək məqsədi ilə ora gedirlər. Odur ki, Azərbaycan çalışmalıdır ki, yerli turistlərin böyük bir qismini ölkə daxilində saxlasın. Çünki, vəsaitin ölkədən kənara çıxmasındansa, daxilində qalması daha məqsədəuyğundur. Amma təəssüf ki, turizm obyektləri qonşu ölkələrlə rəqabətdə uduzurlar.

Təbii amillər – hava şəraiti (yayın yağışlı, qışın qarsız olması həmin mösümlərdə müvafiq destinasiyaların ziyanla işləmələrinə səbəb olur), zəlzələ, sunami, daşqınlar, ekoloji tarazlıq, sənaye qəzaları (yanacağın ətrafa yayılması, tankerlərin qəzası nəticəsində su hövzələrinin çirklənməsi). Mövsümilik – turizm destinasiyalarının, turizm firmalarının işinə güclü təsir göstərir.Mövsümülük işçi qüvvəsinə ilk növbədə təsir göstərir .Belə ki , turizmin bəzi növləri (qış turizmi , çimərlik turizmi və s) mövsümdən asılıdırlar.Bu zaman işçilərin mövsümə uyğun olaraq işə qəbul edilməsi və işdən azad edilməsi baş verir. Yay tətilində xüsusi ilə tələbələrin mövsümlə əlaqəli olaraq turizmə cəlb olunması təqdirə layiq hal kimi qiymətləndirilə bilər. Bununla onlar turizm sahəsində yeni təcrübələr və vərdişlər qazanmış olarlar.

Ümumiyyətlə , təbbi fəlakətlərin və digər amillərin turizmə təsirini Yaponiyanın timsalında görmək mümkündür.Belə ki , bu ölkədə baş verən sunamilər hər il ölkənin turizminə ciddi əngəllər yaradır.

Azərbaycanda günəşli günlərin üstünlük təşkil etməsi , iqlimin əlverişliliyi , başı qarlı dağların olması , çimərliklərin olması burada da mövsümlər üzrə turizmi inkişaf edtirməyə imkan verir.Belə ki ,2009 –cı ilin sentyabrında açılışı olan Şahdağ qış-yay turizm kompleksi ölkədə dağ-xizək və qış idman turizm növlərinin də inkişafına səbəb olmuşdur.Burada həmçinin 4- nömrədən ibarət “Zirvə” otelinin də açılışı olmuşdur.Bu da sözsüz ki , regionda yaşayan əhalinin turizmə cəlb olunması , yerli adət və ənənələrinin tanıdılması , işsizliyin aradan qaldırılması istiqamətində mühüm addım sayıla bilər. Azərbaycanın Rusiya sərhədindən İran sərhədinədək Xəzər dənizi ilə 825 kilometrlik bir məsafədə əhatələnməsi ölkəmizdə çimərlik turizminin inkişafı üçün çox böyük imkanlar yaradır. Mütəxəssislərin fikrincə, bu imkandan istifadə etməklə ildə çimərlik turizmindən külli miqdarda gəlir götürmək mümkün olar. Xəzər sahili boyu çimərlik əraziləri dövlətə məxsus olmalı, belə ərazilər çimərlik təsərrüfatı üçün uzun müddətə icarəyə verilməlidir. Azərbaycanın hazırda maliyyə imkanlarının artdığı bir dövrdə Xəzərin çimərliklərini dövlət səviyyəsində Avropa standartlarına cavab verən bir səviyyədə yenidən qurmaq olar. Bunun üçün Xəzər dənizinin çimərlik sahələrinin dəqiq qeydiyyatı aparılmalı, birinci, ikinci, üçüncü növbədə onlardan necə istifadə məsələləri dəqiqləşdirilməlidir.

Baxılmış qlobal amillərdən başqa bir sıra lokal amillər var ki, bunlar da turizmin fəaliyyətinə, inkişafına təsir göstərir:

1.Turist təlabatlarında məhdudluq – Bu amil turistlərin iqtisadi imkanlarından asılıdir.

2.Turizm təkliflərinin məhdudluğu- turizm resurslarının mövcudluğu ilə bağlıdır. Bunlardan əsası təbii resurslardır. Aydındır ki, bəzi turizm destinasiyaları digərlərinə nisbətən turistlər üçün daha cəlbedicidir.

3.Ekologiya ilə bağlı məhdudiyyətlər- ətraf mühitin çirklənməsi ilə bağlıdır. Bəzi destinasiyalarda turistlərin çoxluğu buranın ətraf mühitinə ziyan vurur (qadağan olunmuş yerlərdə çadırlar qurulur, tonqal qalanır, zibilliklər yaradılır və s.)

4.Vaxt məhdudiyyəti- turistin istirahət vaxtının az olması, turizm fəaliyyəti müddətinin az olması turşirkətin gəlirinin çoxaldılmasına imkan vermir. Bu isə təbii resursların istifadə müddətində turizm dövriyyəsini azaldır.

5.Hüquqi məhdudiyyətlər-ətraf mühitin qorunması ilə bağlı, inşaat işlərinin aparılması və ya bu zonada turizmin konkret növünün inkişafı ilə bağlı qanunvericilik aktlarının olması.

6.Turizm savadının olmaması-Sahibkarın turizm sahəsində xüsusi savadın olmaması.

7.Turizm sənayesinin əsasını təşkil edən ehtiyatların məhdudluğu- kapitalın az olması, ixtisaslaşdırılmış personalın olmaması, otel və restoranların olmaması.

Turizm məhsulu və turizm regionu arasında qarşılqlı əlaqələr mövcuddur.Belə ki, turist regionları, təşkilatları və turist müəssisələri turizmin ən vacib idarəetmə obyektləridirlər. Ona görə ki, turizm xidmətləri turistlərə bu obyektlərdə göstərilir. Turizmin obyektləri əsas üç komponenti əhatə edir : turist regionu ( turistin gəldiyi rayon ), turist təşkilatları ( ictimai və dövlət ) və turizmin müəssisələri ( firmaları ). Turizmin menecmentində bu obyektlərin idarə olunması əsas yer tutur. Turist regionu nə deməkdir, onun hansı sərhədləri və funksional fəaliyyəti var -Turist regionu turistə bütövlükdə satılan turist məhsulu və deməli turistin arzu etdiyi səfərin məqsədi deməkdir.Turist regionunun bu cür tərifi turistin öz marağından doğur. Burada əsas məna ondadır ki, turist regionu turistin özü seçdiyi coğrafi rayondur. Turist regionuna turistlərin gözü ilə baxmaq lazımdır. Burada turistləri ən çox maraqlandıran əsas 4 parametrdir : səfalı yer, landşaft, mənzil, əyləncə ( ekskursiya ). Turist bir dəfə bu regiona gəlib bu parametrlərin vəziyyəti ilə tanış olub və razı qalıbsa, o bir də bu regionu öz turist səfərinin məqsədi kimi seçmək istəyəcəkdir.



Müasir menecment “ turist regionu “ nun bu tərəfində olan incəlikləri nəzərə almalıdır, ona görə ki, bu region rəqabət apara bilən bir vahiddir. Turist regionunun məhsuluna qiymət verdikdə isə, turistin mövqeyi ilə hesablaşmaq lazımdır. Bu regionun istehsal aparatı xidmətləri kompleks şəklində hazırlayır. Bu xidmətlər zəncirvari bir− biri ilə bağlıdır. Regionun hazırladığı məhsulun keyfiyyəti turistlərin məhsula olan tələbatının ödənməsindən asılıdır. Turist sektorları, bunların bazarları və ətraf mühit faktorları regionun rəqabətli olmasına qüvvətli təsir göstərir. Ona görə ki, onlar əsas turist məhsulu istehsalçıları ilə sıx əlaqədə olur və turist məhsulunu yaxşı tanıyırlar. Aşağı səviyyə təşkilatına o təşkilatlar aiddir ki, onlarda turizmin bütün komponentləri var. Bura yerli turist təşkilatları aiddir. Turist təşkilatları xüsusi idarəetmə strukturuna malikdirlər, onlar turist regionunda əlaqələndirici rolunu oynayırlar. Bir tərəfdən vasitəçi rolunu oynayırlar, digər tərəfdən marketinq funksiyalarını yerinə yetirirlər.



Yüklə 247,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə