Tədris planlarına dair qeydlər



Yüklə 25,28 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü25,28 Kb.
#50382


Azərbaycan Respublikası Təhsil  

Nazirliyinin 22 iyun 2015-ci il tarixli,  

690 nömrəli əmrinə 13 nömrəli əlavə 

 

Tədris planlarına dair qeydlər 

 

1.



 

Azərbaycan Respublikasının ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici 

dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. 

2. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi 

I (birinci) sinifdən başlanır. Tədrisi I (birinci) sinifdən başlanan xarici dil şagirdin məktəbdə 

öyrəndiyi əsas xarici dil hesab edilir. 

3. Xarici dilin (dillərin) tədrisi üçün məktəbdə müvafiq pedaqoji kadr potensialının və 

maddi-tədris bazanın olması zəruri şərt hesab edilir. 

4. Bu “Qeydlər”in 3-cü bəndində nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil 

tədris  olunan  məktəbdə  övladı  üçün  müvafiq  xarici  dil  onun  valideyni  (digər  qanuni 

nümayəndəsi) tərəfindən seçilir. 

5. Valideynlərin  (digər  qanuni  nümayəndələrin)  seçimi  ilə  bağlı  zərurət  yaranarsa, 

eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər. Bu halda aşağıdakılar nəzərə alınmalıdır: 

5.1.  Həmin sinfin bu “Qeydlər”in 19-cu bəndində nəzərdə tutulmuş qayda üzrə 2 (iki) 

qrupa bölünməsi. 

5.2.  Bu qrupların dil seçiminə görə bərabər şagird sayı, yaxud qismən az say fərqi ilə 

komplektləşdirilməsi. 

5.3.  Məktəbdə həmin xarici dillərin hər biri üzrə ən azı iki nəfər müəllimin olması. 

6. Ümumtəhsil  məktəblərində  ikinci  xarici  dil  V  (beşinci)  sinifdən  etibarən  tədris 

olunur.  

7. Müvafiq  pedaqoji  kadr  potensialı  və  tədris  bazası  olduğu  halda,  ikinci  xarici  dilin 

tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir. 

8. İkinci  xarici  dilin  tədrisini  təmin  etmək  məqsədilə  əməkhaqqı  mövcud  qaydada 

ödənilməklə digər təhsil müəssisələrindən müəllim (mütəxəssis) dəvət oluna bilər. 

9. I və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti 

siniflərdə dəyişdirilməsinə yol verilmir. 

10.  Xarici dil (dillər) üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda:  

10.1.  İbtidai siniflərdə xarici dilə ayrılan saat ana dilinin (tədris dili) tədrisinə verilir. 




10.2.  V-VIII (beşinci-səkkizinci) siniflərdə xarici dilə ayrılan saatlar hər birinə 1 (bir) 

saat olmaqla ana dili (tədris dili), “Ədəbiyyat” və “Riyaziyyat” fənlərinin tədrisinə verilir. 

10.3.  IX-XI  (doqquzuncu-onbirinci)  siniflərdə  xarici  dilə  ayrılan  saatların  digər 

fənlərin tədrisinə verilməsi (hər birinə 1 (bir) saatdan artıq olmamaq şərtilə) məsələsi məktəb 

pedaqoji  şurasının  qərarına  əsasən  həll  edilir.  Bu  halda  həmin  fənlərdən  ixtisaslı  pedaqoji 

kadrların olması nəzərə alınır. 

11.  İkinci xarici dil tədris edilməyən məktəblərdə bu məqsədlə ayrılan saat əsas xarici 

dilin  öyrənilməsinə,  ümumiyyətlə  xarici  dil  keçilməyən  məktəblərdə  isə  “Texnologiya” 

fənninin tədrisinə verilir. 

12.   Tərkibində  III  (üçüncü)  və  ya  IV  (dördüncü)  sinif  olan  komplekt  siniflərdə  ana 

dili (tədris dili) 10 (on) saat, “Həyat bilgisi” və “Texnologiya” fənlərinin hər biri 2 (iki) saat 

tədris olunur. 

13.   Dərsdənkənar, fakültativ məşğələ qrupları və dərnəklər şagirdlərin sayı 8 (səkkiz) 

nəfərdən az olmamaq şərti ilə komplektləşdirilir. Eyni məzmunlu dərsdənkənar məşğələ və 

fakültativ kursun 8 (səkkiz) nəfərdən az sayda komplektləşdirilən yaxın siniflərin (məsələn, 

V-VI, VI-VII, VII-VIII və s.) şagirdlərindən ibarət təşkilinə icazə verilir.  

14.   I-XI  (birinci-onbirinci)  siniflərdə  müvafiq  olaraq  dərsdənkənar  məşğələlərə, 

fakültativ, fərdi və qrup məşğələlərinə ayrılmış saatlardan 1 (bir) saatı  dərs cədvəlinə daxil 

edilməməklə “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisinə verilir. 

Şagirdlərin  sayı  8  (səkkiz)  nəfərdən  az  olan  siniflərdə  həmin  kurs  sinif  təşkilat 

saatlarında keçilir. 

15. 


 

I  (birinci)  sinifdə  dərsdənkənar  məşğələlərə  ayrılan  1  (bir)  saat  dərs  cədvəlinə 

daxil  edilməklə  “Riyaziyyat”  fənninin  tədrisinə  verilir.  II-IV  (ikinci-dördüncü)  siniflərdə 

dərsdənkənar  məşğələlərə  ayrılan  digər  1  (bir)  saat  müəyyən  edilmiş  məktəblərdə  dərs 

cədvəlinə  daxil  olunmaqla  “Şahmat”  fənninin  tədrisinə,  “Şahmat”  fənni  keçilməyən 

məktəblərdə “Riyaziyyat” fənninin tədrisinə verilir.  

“Riyaziyyat” fənni üzrə müvafiq əlavə mövzular aidiyyəti fənn müəllimlərinin iştirakı 

ilə təhsil şöbəsinin (idarəsinin) metodkabineti tərəfindən hazırlanıb təsdiq edilir. 

16.   Füzuli,  Beyləqan,  Ağcabədi,  Ağdam,  Tərtər,  Goranboy,  Xocavənd,  Göygöl, 

Daşkəsən,  Gədəbəy,  Tovuz,  Qazax,  Ağstafa,  Kəlbəcər,  Laçın,  Cəbrayıl,  Şuşa,  Qubadlı, 

Xocalı,  Zəngilan  rayonlarının  bütün  ümumtəhsil  məktəblərinin,  habelə  Naxçıvan  MR-in 

Ermənistanla  sərhəddə  yerləşmiş  ümumtəhsil  məktəblərinin  VI  (altıncı)  siniflərində 




dəsrdənkənar  məşğələlərə  ayrılmış  vaxt  hesabına  həftədə  1  (bir)  saat  olmaqla  ikinci 

yarımildə “Mina təhlükəsinə dair maariflənmə” adlı fakültativ kurs tədris olunur. 

Qeyd  edilən  rayonların  bütün  ümumtəhsil  məktəblərinin  və  Naxçıvan  MR-in 

Ermənistanla  sərhəddə  yerləşmiş  ümumtəhsil  məktəblərinin  IV  (dördüncü)  siniflərində  isə 

həmin kurs üzrə mövzular “Həyat bilgisi” fənninin daxilində keçilir. 

17.   Müvafiq  ixtisaslı  kadrları  və  maddi-texniki,  tədris  bazası  olan  ümumtəhsil 

məktəblərinin  IX  (doqquzuncu)  sinfində  fakültativ,  fərdi  və  qrup  məşğələlərinə  ayrılan 

saatlardan  1  (bir)  saatı  dərs  cədvəlinə  daxil  edilməklə  “İnformatika”  fənninin  tədrisinə 

verilir. 

18.  VIII (səkkizinci) sinifdə dərsdənkənar məşğələlərə ayrılan saatlardan 1 (bir) saatı 

dərs cədvəlinə daxil edilməklə “Qarabağın tarixi” kursunun tədrisinə ayrılır. 

19. Müvafiq maddi-tədris baza və ixtisas müəllimləri olduğu halda, şagirdlərin sayı 20 

(iyirmi) və daha çox olan siniflər aşağıdakı fənlərin tədrisində iki qrupa bölünür: 

19.1.  Təlim  rus  və  gürcü  dillərində  aparılan  ümumtəhsil  məktəblərinin  I-XI  (birinci-

onbirinci) siniflərində Azərbaycan dili (dövlət dili kimi). 

19.2.  Təlim dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərinin I-XI (birinci-

onbirinci) siniflərində xarici dil, V-VIII (beşinci-səkkizinci) siniflərdə ikinci xarici dil. 

19.3.  Bütün  ümumtəhsil  məktəblərinin  V-XI  (beşinci-onbirinci)  siniflərində  “Fiziki 

tərbiyə”,  V-VIII  (beşinci-səkkizinci)  siniflərində  “Texnologiya”  (ikinci  xarici  dilə  ayrılan 

saat hesabına tədris edilən “Texnologiya” dərsləri istisna olunmaqla).  

19.4.  Seçmə fənlərə ayrılan saatlardan 1 (bir) saat verilməklə “İnformatika” fənninin 

2 (iki) saat tədris olunduğu ümumtəhsil məktəblərinin X-XI (onuncu-onbirinci) siniflərində 

həmin dərslər üzrə praktik məşğələlər. 

20.  Kompyuter kabineti olmayan ümumtəhsil məktəblərində “İnformatika” fənni üzrə 

praktik məşğələ keçilmir. 

21.  Təhsil  Nazirliyinin  21  sentyabr  2010-cu  il  tarixli,  1241  nömrəli  əmri  ilə  təsdiq 

edilmiş  “Gənclərin  çağırışaqədərki  hazırlığı”  fənn  proqramına  əsasən,  tibbi  biliklərin 

əsaslarına aid mövzular bütün sinfə tədris olunur. 

22.  IX-XI  (doqquzuncu-onbirinci)  siniflərdə  seçmə  saatların  tətbiqi  2006-2007-ci 

dərs ili üçün təsdiq edilmiş müvafiq qaydalar üzrə aparılır. 




           23. Ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də 

başa çatır. Dərs ili iki yarımilə bölünür: 

           23.1. birinci yarımil - 15 sentyabr - 26 yanvar; 

           23.2. ikinci yarımil - 1 fevral - 14 iyun. 

  24. Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilir: 

  24.1. 5 gün payız tətili (16-20 noyabr); 

  24.2. 5 gün  qış tətili (27-31 yanvar). 

  25. İbtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən edilir. 



 

ərs ili 5 günlük tədris həftəsi ilə işləyən məktəblərdə 34.4 tədris həftəsindır.



  

 

Yüklə 25,28 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə