TəDRİs proqrami baki 2012 Tərtib edən: “İqtisadi hüquq” kafedrasının baş müəllimi Nizami Əhmədalı oglu Əhmədov Elmi redaktor



Yüklə 128,92 Kb.
tarix14.02.2018
ölçüsü128,92 Kb.
#26960
növüMühazirə

Azərbaycan Respublikasının Təhsil Nazirliyi

Azərbaycan Dövlət İqtisad Universiteti


“Ümumi iqtisadiyyat”fakultəsi


BEYNƏLXALQ HÜQUQ” kursunun
TƏDRİS PROQRAMI


BAKI - 2012
Tərtib edən: “İqtisadi hüquq” kafedrasının baş müəllimi

Nizami Əhmədalı oglu Əhmədov


Elmi redaktor: h.e.d. O.F.Əfəndiyev
Rəyçilər: 1. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarə Akademiyası “Dövlət idarəçiliyinin hüquqi təminatı” kafedrasının müdiri fəlsəfə üzrə h.e.d. dos. O.C.Məmmədo

2. Azərbaycan Dövlət Iqtisad Universitetinin “İqtisadi hüquq” kafedrasının baş müəllimi, hüquq üzrə fəlsəfə doktoru S.Z.Səbzəliyeva



«BEYNƏLXALQ HÜQUQ» fənninin

mövzuları üzrə saatların
B Ö L G Ü S Ü




S/s


Mövzular



Cəmi


Mühazirə


Məşğələ

1.

Beynəlxalq hüququn anlayışı, tənzimetmə predmeti

4

2

2

2.

Beynəlxalq hüquq normaları. Beynəlxalq hüququn mənbələri

4

2

2

3.

Beynəlxalq hüququn əsas prinsipləri

4

2

2

4.

Beynəlxalq hüququn subyektləri

4

2

2

5.

Beynəlxalq hüquq və dövlətdaxili hüquq

4

2

2

6.

Beynəlxalq hüquqda məsuliyyət

4

2

2

7.

Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələri

4

2

2

8.

Beynəlxalq müqavilələr hüququ

4

2

2

9.

Beynəlxalq təşkilat hüququ

4

2

2

10.

Diplomatiya və konsulluq hüququ

4

2

2

11.

Beynəlxalq insan hüquqları hüququ

4

2

2

12.

Beynəlxalq humanitar hüququ

4

2

2

13.

Beynəlxalq cinayət hüququ

4

2

2

14.

Beynəlxalq iqtisadi hüququ

4

2

2

15.

Beynəlxalq hüquqda ərazi

4

2

2

16.

Beynəlxalq dəniz hüququ

4

2

2

17.

Beynəlxalq hava hüququ

4

2

2

18.

Beynəlxalq kosmos hüququ

4

2

2

19.

Beynəlxalq ekologiya hüququ

4

2

2




CƏMİ

76

38

38



MÖVZU I
Beynəlxalq hüququn anlayışı, tənzimetmə predmeti
Beynəlxalq hüququn anlayışı.

Beynəlxalq hüququn tənzimetmə predmeti. Dövlətlərarası münasibətlər əsas tənzimetmə predmeti kimi. Qeyri-dövlət səviyyəli beynəlxalq münasibətlərin tənzimlənməsinin xüsusiyyətləri. Beynəlxalq ümumi hüquqla beynəlxalq xüsusi hüquq arasında hədd qoyulması.

Beynəlxalq hüquq xüsusi hüquq sistem kimi. Çağdaş beynəlxalq hüququn əsas əlamətləri. Beynəlxalq hüququn mütərəqqi inkişaf meylləri.

Beynəlxalq hüququn sistemi. Beynəlxalq hüququn yarımsahələri və hüquq institutları.

Beynəlxalq ümumi hüququ və beynəlxalq xüsusi hüquq. Onların fərqləndirici cəhətləri.
MÖVZU II
Beynəlxalq hüquq normaları. Beynəlxalq hüququn mənbələri
Beynəlxalq hüquq normalarının anlayışı. Beynəlxalq hüquq normalarının yaradılmasının xüsusiyyətləri. Beynəlxalq hüquq normalarının növləri. Universal (ümumi) normalar. Beynəlxalq hüququn prinsipləri. Lokal normalar. Tənzimedici normalar. Qoruyucu normalar. Məcburedici, qadağanedici və səlahiyyətverici normalar. İmperativ və dispozitiv normalar. Maddi və prosessual normalar.

Beynəlxalq hüquq normalarının ierarxiyası.

Beynəlxalq hüququn məcəllələşdirilməsi.

Bu sahədə BMT Baş Assambleyasının səlahiyyətləri. BMT-nin Beynəlxalq hüquq Komissiyası.

Beynəlxalq hüququn mənbələrinin anlayışı. Beynəlxalq müqavilə beynəlxalq hüququn əsas mənbəyidir. Beynəlxalq adətlər. Beynəlxalq konfransların aktları. Beynəlxalq təşkilatların aktları. Beynəlxalq məhkəmə orqanlarının aktları. Görkəmli alimlərin əsərləri.
MÖVZU III
Beynəlxalq hüququn əsas prinsipləri
Beynəlxalq hüququn əsas prinsiplərinin anlayışı və onun səciyyəvi xüsusiyyətləri. BMT-nin Nizamnaməsində təsbit olunmuş əsas prinsiplər.

Dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüquq prinsipləri haqqında 1970-ci il Bəyannaməsində təsbit olunmuş prinsiplər.

1975-ci il ATƏT-in Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplər.

Beynəlxalq hüququn əsas prinsiplərinin bir-biri ilə üzvi sürətdə bağlılığı və bir-birini tamamlaması.

Dövlətlərin suveren bərabərliyi prinsipi. Suveren bərabərlik prinsipinin məzmunu. Dövlətin tam suverenliyi, hüquqi cəhətdən bərabərliyi.

Dövlətin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi. Bu prinsipin normativ məzmunu. Dövlətlərin daxili işlərinə qarışmağın yolverilməzliyi, onların müstəqilliyinin və suverenliyinin qorunması haqqında BMT-nin 1965-cı il Bəyannaməsi. BMT-nin Təhlükəsizlik Şurasının bu sahədə fəaliyyəti.

Güc tədbiq etməmək və güclə hədələməmək prinsipi. 1928-ci il Paris müqaviləsi (Brian-Kelloq Paktı). BMT Nizamnaməsi, təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 1974-cü il qətnaməsi və digər sənədlər. Prinsipin məzmunu. Dövlətin özünümüdafiə hüququ. Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz hallarında BMT-nin Təhlükəsizlik Şurasının səlahiyyətləri.

Beynəlxalq mübahisələrin dinc yolla həll edilməsi prinsipi. Prinsipin yaranması. Beynəlxalq toqquşmaların dinc həlli haqqında 1907-ci il Haaqa Konvensiyası və digər aktlar. Prinsipin məzmunu. Mübahisənin situasiyadan fərqli cəhətləri.

Dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipi..Onun 1975-ci il Helsinki Yekun Aktında və 1990-cı il Paris Xartiyasında əks olunması .Onun güc tədbiq etməmək və güclə hədələməmək prinsipi ilə əlaqəsi. BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən müəyyən edilmiş uti possidetis prinsipi.

Dövlətlərin bir-biri ilə əməkdaşlıq prinsipi. Bu prinsipin təsbit olunması və inkişafı. Prinsipin məzmunu. Dinc yanaşı yaşamaq və dövlətlərin əməkdaşlığı prinsipi.

Beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi prinsipi (pacta-sunt servanda “müqavilələr yerinə yetirilməlidir”). Beynəlxalq hüququn ən qədim prinsipi kimi (Roma) yaranma və inkişaf tarixi. Çağdaş dövrdə prinsipin məzmunu və onun ünsürləri.Vicdanlılıq, BMT Nizamnaməsinə uyğunluq öhdəliklərin hüquqauyğunluğunun zəruri şərti kimi.. Beynəlxalq hüququn imperativ prinsip və ümumi normalarına müqavilələrin uyğunluğunun zəruriliyi.

Millətlərin öz müqəddaratını təyin etməsi prinsipi. Bu prinsipin BMT Nizamnaməsində təsbit olunması. Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsinin əhəmiyyəti. Prinsipin məzmunu və subyektləri. Müqəddaratını təyin etmə prinsipi ilə dövlətin ərazi bütövlüyü prinsipinin qarşılıqlı əlaqəsi.

Əsas insan hüquqlarına və azadlıqlarına hörmət edilməsi prinsipi. Prinsipin təşəkkül tapması və inkişafı. Ümumdünya insan hüquqları Bəyannaməsi (1948). İnsan hüquqları haqqında 1966 –cı il paktları. Avropa İnsan hüquqları Konvensiyası (1950). İnsan hüquqları haqqında 1993-cü il Vyana Bəyannaməsi. Prinsipin məzmunu.

MÖVZU IV
Beynəlxalq hüququn subyektləri
Çağdaş beynəlxalq hüququn subyektlərinin anlayışı. Beynəlxalq hüququn subyektliyinin məzmunu. Beynəlxalq hüquq qabiliyyəti və fəaliyyət qabiliyyətinin xüsusiyyətləri.

Beynəlxalq hüququn subyektlərinin növləri. Dövlət beynəlxalq hüququn əsas subyekti kimi. Dövlətin beynəlxalq hüquq subyektliyinin səciyyəvi xüsusiyyətləri. Dövlətlərin əsas hüquq və vəzifələri.

Daimi bitərəf dövlətlər. Daimi bitərəfliyə dair 1907-ci il Haaqa Konvensiyaları. Daimi bitərəfliyin hüquqi bazası. İsveçrənin daimi bitərəfliyinin (1815) xüsusiyyətləri. Avstriya daimi bitərəf dövlət kimi. Daimi bitərəfliyin dövlət suverenliyi ilə qarşılıqlı əlaqəsi.

Dövlətəbənzər qurumların beynəlxalq hüquq subyektliyi. Azad şəhərlər.Vatikan. Vatikanın beynəlxalq hüquq subyektliyinin xüsusiyyətləri.

Beynəlxalq hüquqda dövlətləri tanıma. Tanımanın anlayışı, əhəmiyyəti və hüquqi nəticələri.Tanımanın mahiyyəti haqqında nəzəriyyələr. Tanımanın formaları və növləri.

Beynəlxalq hüquqda dövlətlərin hüquq varisliyi. Dövlətin hüquq varisliyinin məcəlləşdirilməsi. Müqavilələrlə bağlı dövlətlərin hüquq varisliyi haqqında 1978-ci il Vyana Konvensiyası. Dövlət mülkiyyəti, arxivləri və borcları ilə bağlı dövlətlərin hüquq varisliyi haqqında 1983-cü il Vyana Konvensiyası.

Millətlərin (xalqların) beynəlxalq hüquq subyektliyi. Millətlərin (xalqların) suveren hüquqları. Özünü təyinetmənin dövlət suverenliyi ilə qarşılıqlı əlaqəsi. Millətlərin özünü təyinetmə hüququnun həyata keçirilməsi üsulları və beynəlxalq hüquq subyektliyi haqqında məsələ.

Beynəlxalq təşkilatların hüquq subyektliyi. Beynəlxalq təşkilatların hüquq subyektliyinin xüsusiyyətləri. Beynəlxalq təşkilatların hüquq subyektliyinin əsasları. Beynəlxalq təşkilatların növləri.

Fərdlərin beynəlxalq hüquqi statusu.

Transmilli korporasiyaların beynəlxalq hüquq subyektliyi.



MÖVZU V
Beynəlxalq hüquq və dövlətdaxili hüquq
Beynəlxalq hüquq və dövlətdaxili hüquq qarşılıqlı razılaşma və qarşılıqlı təsir göstərən hüquq sistemi kimi. Beynəlxalq hüquq və dövlətdaxili hüququn qarşılıqlı münasibətlərinə dair nəzəriyyələr. Monizm, dualizm, koordinasiya nəzəriyyələri.

Beynəlxalq hüququn dövlətdaxili hüquq sistemində implementasiyası. İnkorporasiya və transformasiya.

Milli qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması. Beynəlxalq konvensiyalarda irəli sürülən tələblər, ümumi göstərişlər, konkret göstərişlər.

Azərbaycan Respublikasının daxili hüquq sistemi və beynəlxalq hüquq. Milli hüquqda konstitusiyanın xüsusi statusu və onun beynəlxalq hüquq üçün əhəmiyyəti. Azərbaycan Respublikası konstitusiyası və beynəlxalq hüquq. Beynəlxalq hüququn əsas prinsiplərinin xüsusi statusu. Daxili hüquq normaları ilə onların ziddiyyətinə yol verilməməsi.

Beynəlxalq müqavilələrin milli məhkəmələr tərəfindən tətbiqi. Beynəlxalq hüququn fəaliyyətində daxili hüququn rolu.Özü icra olunan və özü icra olunmayan beynəlxalq normalar. Dövlətin bütün orqanları, təşkilatları və fərdlər tərəfindən beynəlxalq hüquq normalarına əməl olunmasını təmin etmək vəzifəsi. Beynəlxalq hüququn milli məhkəmələr tərəfindən tətbiq olunması problemi.

Dövlətdaxili hüquqa beynəlxalq təşkilatların qərarlarının təsiri. BMT-nin ixtisaslaşdırılmış təşkilatlarının aktları. Avropa Birliyinin təcrübəsi.



MÖVZU VI
Beynəlxalq hüquqda məsuliyyət
Beynəlxalq hüquqi məsuliyyətin anlayışı və hüquqi təbiəti. Beynəlxalq hüquqi məsuliyyətin şərtləri onun digər sosial məsuliyyət növlərindən fərqi.

Beynəlxalq hüquq məsuliyyətinin subyektləri. Dövlət beynəlxalq hüquq məsuliyyətinin əsas subyektidir. Beynəlxalq hüquq məsuliyyətlərinin əsasları. Hüquqi əsaslar. Məsuliyyətin faktiki əsasları. Dövlətlərin məsuliyyətlərinin hüquqi əsaslarının mənbələri və növləri. Beynəlxalq hüquq pozuntularının anlayışı. Beynəlxalq hüquq pozuntusunun növləri. Hüquq pozuntusunun qarışıq əməllərdən fərqli cəhətləri. Beynəlxalq deliktlər və beynəlxalq cinayətlər. Dövlət beynəlxalq hüquq pozuntularının subyekti kimi. Dövlətlərin hüquqazidd davranışları (onun orqanlarının hərəkət və ya hərəkətsizliyi), zərərin nəticələri və səbəbli əlaqə beynəlxalq hüquq pozuntularının tərkib ünsürü kimi. Beynəlxalq hüquqda təqsir problemi. Dövlətin orqanlarının fəaliyyətinə görə məsuliyyəti. Xüsusi və ictimai təşkilatların fəaliyyəti və dövlətin məsuliyyəti. Dövlətlərin məsuliyyətini istisna edən hallar.

Beynəlxalq hüquq məsuliyyətinin növləri. Maddi və qeyri-maddi məsuliyyət. Dövlətin cinayət məsuliyyəti konsepsiyalarının tənqidi. Beynəlxalq hüquq məsuliyyətinin formaları. Restitusiya. Konpensasiya. Satisfaksiya. Təkrar etməmə təminatları.

Beynəlxalq hüquq məsuliyyətinin həyata keçirilməsi. Əks tədbirlər. Retorsiya. Repressaliya.

Beynəlxalq hüquqla qadağan olunmayan əməllərə görə məsuliyyət. Beynəlxalq təşkilatların məsuliyyəti.
MÖVZU VII
Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələri
Beynəlxalq mübahisələrin dinc yolla həlli çağdaş beynəlxalq hüququn mühüm prinsipi kimi. Dinc vasitələrin anlayışı və hüquqi təbiəti. Prinsipin təsbit olunduğu mənbələr. BMT Nizamnaməsi, beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi, 1975-ci il Helsinki Yekun Aktı və s.

Dinc vasitələrin sistemi. Mübahisələrin dinc həllinin beynəlxalq hüquqi vasitələrinin anlayışı və inkişafı.

Danışıqlar beynəlxalq mübahisələrin dinc həllinin üstün vasitəsi kimi. Beynəlxalq təşkilatlar çərçivəsində danışıqlar (BMT və regional təşkilatlar). Xeyirxah xidmətlər və vasitəçilik. Araşdırma (təhqiqat). Barışdırma. Barışdırma komissiyalarının araşdırma komissiyalarından fərqli cəhətləri. Barışdırmaq proseduru haqqında beynəlxalq konvensiyalar.

BMT çərçivəsində mübahisələrin nizama salınması. Bu sahədə BMT TŞ-nın səlahiyyətləri. ATƏT çərçivəsində mübahisələrin nizama salınması.

Beynəlxalq arbitaj məhkəməsi. Arbitaj məhkəməsinin növləri. Beynəlxalq arbitajın xüsusiyyətləri. Daimi beynəlxalq arbitaj məhkəməsi (Haaqa).

Beynəlxalq məhkəmə proseduru. BMT Beynəlxalq məhkəməsi. Məhkəmənin tərkibi. Məhkəməyə müraciət etmə imkanı. Mübahisə ilə bağlı işlərin məhkəmənin icraatına qəbul edilməsi. Müvəqqəti müdafiə tədbirləri. Beynəlxalq məhkəmənin yurisdiksiyası. İşlərə baxmaq qaydası. Məhkəmənin məsləhət səviyyəli rəyləri.



MÖVZU VIII
Beynəlxalq müqavilələr hüququ
Beynəlxalq müqavilələr hüququnun anlayışı. Beynəlxalq hüquq sistemində müqavilələr hüququnun yeri. Müqavilələr hüququnun mənbələri. Beynəlxalq müqavilələr hüququ haqqında 1969-cu il Vyana konvensiyası. Beynəlxalq müqavilələrə münasibətdə dövlətlərin hüquq varisliyi haqqında 1978-ci il Vyana konvensiyası, dövlətlərlə beynəlxalq təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr haqqında 1986-cı il Vyana konvensiyası. Beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında Azərbaycan Respublikasının 1995-ci il qanunu.

Beynəlxalq müqavilənin anlayışı və hüquqi təbiəti. Beynəlxalq müqavilələrin obyektləri və subyektləri (tərəfləri). Beynəlxalq müqavilələrin təsnifatı: ikitərəfli və çoxtərəfli müqavilələr, açıq və qapalı müqavilələr, siyasi, iqtisadi və xüsusi məsələlər üzrə müqavilələr.

Beynəlxalq müqavilələrin bağlanma qaydası və mərhələləri. Müqavilə mətninin hazırlanması. Müqavilənin imzalanmasına vəkalət verilməsi. Vəkalət verilmiş şəxsin hüquq və vəzifələri. Müqavilə mətninin qəbul edilməsi. Konsensus. Müqavilə mətninin autentiktliyinin müəyyən edilməsi. Paraflama.

Müqvilənin məcburiliyinə razılığın ifadə olunması üsulları. İmzalama. Ratifikasiya sənədlərinin mübadiləsi və depozitariyə verilməsi. Təsdiq etmə. Qəbul etmə. Müqaviləyə qoşulma.

Beynəlxalq müqavilələrə qeyd-şərtlər və onların hüquqi nəticələri. Depozitarinin funksiyaları. Müqavilənin qüvvəyə minməsi. Müqaviləyə düzəlişlər və dəyişikliklər edilməsi. Müqavilələrin qeydiyyatı və dərc edilməsi.

Beynəlxalq müqavilənin strukturu. Müqavilənin adı: müqavilə, konvensiya, saziş, nizamnamə, pakt, xartiya, bəyannamə, traktat, statut və s.

Preambula. Əsas hissə. Yekun hissə. Səlahiyyətli şəxslərin imzaları. Müqaviləyə əlavələr.

Beynəlxalq müqavilənin etibarlılığı. Müqavilənin etibarsızlığının əsasları. Məcburiyyət, beynəlxalq hüququn imperativ normalarına zidd olma. Güc və ya güc hədəsindən istifadənin köməyi ilə bağlanmış müqvilənin etibarsızlığı və s. Müqavilənin etibarsızlığının nəticələri.

Müqavilələrin qüvvəsi. Paçta Sunt Servanda (müqavilələrə riayət olunmalıdır) - beynəlxalq müqavilələr hüququnun əsas prinsipidir. Müqavilənin qüvvədə olma müddəti. Prolonqasiya. Müqavilələrin həyata keçirilmə qaydası. Müqavilələrin məkana görə qüvvəsi. Dövlətdaxili beynəlxalq orqanlar müqavilələrin həyata keçirilməsinin vasitəsi kimi. Milli qanunvericilik və beynəlxalq müqavilələrin qarşılıqlı münasibətləri.

Müqavilələrin təfsiri və onun növləri. Təfsirin üsulları.

Beynəlxalq müqavilələrin xitam olunması. İcra olunması. Müddətin bitməsi. Qarşılıqlı razılıq. Denonsasiya və s. Müqavilənin xitam olunmasının hüquqi nəticələri.

MÖVZU IX
Beynəlxalq təşkilat hüququ
Beynəlxalq təşkilatlar hüququnun anlayışı və mənbələri. Beynəlxalq təşkilatların növləri. Beynəlxalq təşkilatların hüquqi təbiəti. Hökumətlərarası və qeyri hökumətlərarası beynəlxalq təşkilatlar.

Beynəlxalq hökumətlərarası təşkilatların anlayışı. Beynəlxalq təşkilatların hüquqi statusunun xarakterik xüsusiyyətləri. Beynəlxalq təşkilatların əsas prinsipləri. Təşkilatların səlahiyyəti və onların funksiyaları. Beynəlxalq hüquq subyektliyi. Müqavilə hüquq subyektliyi. Təşkilatların daxili hüququ. Beynəlxalq təşkilatların çağdaş sistemi, onların tipləri və növləri. Beynəlxalq təşkilatların təsnifatı. Beynəlxalq təşkilatların sanksiyaları. Beynəlxalq təşkilatların strukturu.

Birləşmiş Millətlər Təşkilatı. BMT-nin yaranması. BMT Nizamnaməsi - universal beynəlxalq müqavilədir. BMT-nin hüquqi təbiəti. BMT-nin məqsəd və prinsipləri. BMT-yə üzvlük. Daxil olma qaydaları. Üzvlüyün xitamı, təşkilatdan çıxma və ya çıxarılma. Üzvlüyün dayandırılması.

BMT orqanlarının sistemi. Baş Assambleya, Təhlükəsizlik Şurası, İqtisadi və Sosial Şura (EKOSOK), Qəyyumluq Şurası, Beynəlxalq məhkəmə, Katiblik.

BMT ixtisaslaşdırılmış təşkilatları. BƏT, ÜST, YUNESKO, ÜƏMT, YUNİDO, BMK, İKAO, İMO, FAO və s.

Regional təşkilatlar. Avropa dövlətlərinin regional təşkilatları. ATƏT. Avropa Şurası. Avropa Parlamenti. Avropa insan hüquqları məhkəməsi.

Ərərb dövlətləri Liqası. Afrika birliyi Təşkilatı. Amerika dövlətləri Təşkilatı. Cənub-şərqi Asiya dövlətləri Assosiasiyası (ASEAN). İslam konfransı Təşkilatı.

Beynəlxalq qeyri hökumətlərarası təşkilatlar. Onların məqsəd və vəzifələri.



MÖVZU X
Diplomatiya və konsulluq hüququ
Diplomatiya və konsulluq hüququnun anlayışı və mənbələri.

Xarici əlaqələr həyata keçirən dövlət orqanları. Xarici əlaqələr həyata keçirən dövlət daxili orqanlar: dövlət başçısı, hökumət, Milli Məclis, Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi və digər nazirliklər və idarələr. Dövlətlərin xaricdə fəaliyyət göstərən orqanları: diplomatik, konsulluq və ticarət nümayəndəlikləri, beynəlxalq təşkilatlar yanında dövlətlərin daimi nümayəndəlikləri, xüsusi missiyalar, ixtisaslaşdırılmış idarələrin nümayəndəlikləri.

Dövlətlərin xarici əlaqələrinin beynəlxalq hüquqi əsasları. BMT-nin imtiyaz və immunitetləri haqqında 1946-cı il Konvensiyası. Diplomatik münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyası, Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası, beynəlxalq təşkilatlarla münasibətlərdə dövlətlərin nümayəndəliyi haqqında 1975-ci il Konvensiyası. Ikitərəfli sazişlər.

Diplomatik nümayəndəliklər, onların tərkibi, quruluşu, funksiyaları. Diplomatik nümayəndələrin dərəcələri və diplomatik rütbələri. Diplomatik korpus. Diplomatik nümayəndəliklərin təyin olunması və geri çağırılması qaydası. Aqreman. Etimadnamə və övdətnamə. Diplomatik nümayəndəliyin imtiyaz və immunitetləri. İmtiyaz və immunitetlərdən istifadə edən şəxslərin dairəsi. Yerləşdiyi dövlətə münasibətdə diplomatların vəzifələri.

Konsul idarələri. Konsulun funksiyaları. Konsul idarələrinin növləri: baş konsul, konsul, vitse-konsul, konsul agenti, “Fəxri” konsul haqqında məsələ. Konsulun təyin olunması və onun funksiyalarının xitam olunması. Konsul dairəsi. Konsulluq idarələrinin imtiyaz və immunitetləri. Konsul korpusu. Konsulluğun vəzifəli şəxslərinin imtiyaz və immunitetləri. Diplomatik nümayəndəliklərin konsul şöbələri.

Diplomatiya və konsulluq hüququnda persona-non-qrata.

Ticarət nümayəndəlikləri. Ticarət nümayəndəliklərinin funksiyaları. Ticarət nümayəndəliklərinin təyin olunması və geri çağırılması qaydası. Ticarət nümayəndəliklərinin və nümayəndəlik əməkdaşlarının imtiyaz və immunitetləri.

Xüsusi missiyalar. Xüsusi missiyaların anlayışı və növləri. Dövlət və hökumət başçılarının rəhbərlik etdikləri xüsusi missiyalar. Xüsusi missiyaların və onların əməkdaşlarının imtiyaz və immunitetləri.

BMT və digər təşkilatlar yanında dövlətlərin daimi nümayəndəlikləri, Nümayəndəliyin anlayışı və funksiyaları. Təyin olunma qaydası. Nümayəndəliklərin, onların əməkdaşlarının, həmçinin onların ailə üzvlərinin imtiyaz və immunitetləri.

BMT yanında daimi müşahidəçilərin və onların əməkdaşlarının imtiyaz və immunitetləri. BMT və onun ixtisaslaşdırılmış təşkilatlarının imtiyaz və immunitetləri. BMT və digər təşkilatların əməkdaşlarının imtiyaz və immunitetləri. Ayrı-ayrı təşkilatların yerləşdiyi dövlətlərin sazişləri.


MÖVZU XI
Beynəlxalq insan hüquqları hüququ
Beynəlxalq insan hüquqları hüququnun anlayışı və inkişaf tarixi. İnsan hüquqlarının məcəllələşdirilməsi. 1926-cı il köləliklə mübarizə haqqında Konvensiya. 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsi. 1948-ci il soyqırım cinayətlərinin qarşısını almaq və belə cinayətlərə görə cəza haqqında haqqında Konvensiya. İnsan hüquqlarının müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyası. 1965-ci il irqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya. 1966-cı il mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt. 1966-cı il iqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt. 1975-cı il Helsinki Yekun Aktı. 1979-cu il qadınlara münasibətdə ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya. Işgəncələr, şərəf və ləyaqəti alçaldan və qeyri-insani və digər qəddar davranma və cəzalar əleyhinə 1984-cü il Konvensiyası. 1989-cu il uşaq hüquqları haqqında Konvensiya.1990-cı il yeni Avropa üçün Paris Xartiyası

Beynəlxalq insan hüquqları hüququnun mənbələri. İnsan hüquqlarının təsnifatı. İnsan hüquqları sahəsində dövlətlərin beynəlxalq öhdəliklərinin təsnifatı. Ümumi və konkret öhdəliklər. Nəticə öhdəlikləri və davranış öhdəlikləri. Pozitiv və “neqativ” öhdəliklər. “Dərhal” və “tədricən”yerinə yetirilməli olan öhdəliklər.

İnsan hüquqlarının müdafiəsinin beynəlxalq mexanizmləri. İnsan hüquqları Komitəsi. İrqi ayrıseçkiliyin ləğvi üzrə Komitə. Uşaq hüquqları Komitəsi. Qadınlara qarşı ayrıseçkiliyin ləğvi üzrə Komitə. Iqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə. Avropa insan hüquqları Məhkəməsi.

Işgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanin qarşısının alınması üzrə Avropa Komitəsi.

Amerikaarası insan hüquqları komissiyası və Amerikaarası insan hüquqları Məhkəməsi.

İnsan və xalqların hüquqları üzrə Afrika komissiyası.

İnsan hüquqları üzrə BMT-nin Ali Komissarı. “1503”proseduru.

MÖVZU XII
Beynəlxalq humanitar hüququ
Beynəlxalq humanitar hüququn anlayışı. Beynəlxalq humanitar hüququn mənbələri. Silahlı münaqişələri tənzim edən beynəlxalq sazişlər. 1899-cu və 1907-ci il Haaqa Konvensiyaları. Müharibə qurbanlarının müdafiəsinə dair 1977-ci ildə əlavə edilmlş protokollar (1və2). Beynəlxalq hüququn tətbiq sahəsi. Beynəlxalq humanitar hüququn prinsiplərı. Beynəlxalq humanitar hüququn əsas normaları.

Müharibənin başlanmasının hüquqi nətıcələri. Silahlı münaqişənin iştirakçıları. Döyüş aparılmasının qadağan edilmiş metod və vasitələri. Hərbi işğal rejimi. Mədəni mülkiyyətin mühafizəsi. Müharibənin sona yetməsinin nəticələri. Beynəlxalq humanitar hüququn implementasiyası.

Vətəndaşlığın beynəlxalq-hüquqi məsələləri. Vətəndaşlığın anlayışı. Vətəndaşlığın əldə edilməsi və itirilməsi. “Qan hüququ” prinsipi. “Torpaq hüququ” prinsipi. Ikili vətəndaşlıq. Vətəndaşsızlıq. Əcnəbilərin hüquqi rejimi. Milli rejim. Ən əlverişli rejim. Xüsusi rejim. Mühacir işçilər. Qaçqınların hüquqi rejimi. “Daxili məcburi köçkün”. Sığınacaq hüququ. Ərazi sığınacağı. Diplomatik sığınacaq.

.
MÖVZU XIII


Beynəlxalq cinayət hüququ
Beynəlxalq cinayət hüququnun anlayişi, inkişaf tarixi və xüsusiyyətləri. Beynəlxalq cinayət hüququnun mənbələri. 1948-ci il soyqırım cinayətlərinin qarşısını almaq və belə cinayətlərə görə cəza haqqında haqqında Konvensiya, Aparteid cinayəti ilə mübarizə və onun cəzalandırılması haqqında 1973-cü il Konvensiyası, Beynəlxalq səviyyədə müdafiə olunan şəxslər o cümlədən diplomatik agentlər əleyhinə cinayətlərin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cü il Konvensiyası və s.

Beynəlxalq cinayətlərin anlayışı. Beynəlxalq cinayətlərin növləri. Təcavüz, soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri. BMT heyətinə qarşı cinayətlər.

Fiziki şəxslərin beynəlxalq cinayət məsuliyyəti. Anlayışı və normativ məzmunu. Beynəlxalq cinayət məsuliyyəti doğuran davranışın növləri. Beynəlxalq cinayət məsuliyyətinin əsas prinsipləri.

Beynəlxalq cinayət məsuliyyətinin həyata keçirilməsi mexanizmi. Nürenberq və Tokio tribunalları. Yuqoslaviya tribunalı. Ruanda tribunalı. Beynəlxalq cinayət məhkəməsi.

Cinayətkarlıqla mübarizə sahəsində dövlətlərin əməkdaşlığının təşkilati mexanizmi. Cinayətkarların verilməsi.
MÖVZU XIV
Beynəlxalq iqtisadi hüququ
Beynəlxalq iqtisadi hüququn anlayışı. Beynəlxalq iqtisadi hüququn subyektləri. Beynəlxalq iqtisadi hüququn mənbələri. Beynəlxalq müqavilə və adətlər. Beynəlxalq təşkilatların və beynəlxalq konfransların qətnamələrinin beynəlxalq iqtisadi hüquq normalarının formalaşmasında rolu. 1974-cü il Yeni beynəlxalq iqtisadi qaydanın müəyyən olunması haqqında Bəyannamə. 1974-cü il dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyası. 1975-ci ildə YUNİDO-nun konfransında qəbul edilmiş sənaye ittifaqı və əməkdaşlığı üzrə Bəyannamə. Malların beynəlxalq alqı-satqı müqaviləsi haqqında BMT-nin 1980-cı il Konvensiyası, “Beynəlxalq iqtisadi münasıbətlərdə inamın möhkəmləndirilməsi tədbirləri haqqında”1984-cü il və “Beynəlxalq iqtisadi təhlükəsizlik haqqında” 1985-ci il BMT Baş Assambleyasının qətnamələri.

Beynəlxalq iqtisadi hüququn prinsipləri. Çağdaş beynəlxalq hüququn əsas prinsiplərinin dövlətlərarası iqtisadi münasibətlər sahəsinə tətbiq edilməsinin əhəmiyyəti.

Beynəlxalq iqtisadi hüququn xüsusi prinsipləri: dövlətin öz təbii ehtiyatları və bütün iqtisadi fəaliyyəti üzərində tam suverenliyi prinsipi; iqtisadi əməkdaşlıq sahəsində ayrıseçkiliyə yol verilməməsi prinsipi; qarşılıqlı fayda prinsipi; inkişaf etməkdə olan ölkələr üçün preferensial rejim prinsipi və s. Beynəlxalq əməkdaşlığın müqavilə prinsipləri. Ən əlverişli rejim; milli rejim; preferensial rejim.

Beynəlxalq iqtisadi münasibətlərin ayrı-ayrı sahələrində əməkdaşlığın beynəlxalq hüquqi tənzimlənməsi. Beynəlxalq ticarət hüququ beynəlxalq iqtisadi hüququn aparıcı yarımsahəsi kimi. Onun mənbələri: ticarət müqavilələri; əmtəə dövriyyəsi haqqında sazişlər; beynəlxalq əmtəə sazişləri.

Beynəlxalq iqtisadi təşkilatlar və onların fəaliyyətinin səciyyəsi. Beynəlxalq Ticarət təşkilatı (ÜTT); Ticarət və inkişaf üzrə BMT Konfransı (YUNKTAD); Beynəlxalq Ticarət hüququ üzrə BMT Komissiyasi (YUNSİTRAC); Beynəlxalq Ticarət Palatası; Xüsusi hüququn unifikasiyası üzrə Beynəlxalq İnstitut (UNİDRİUA).

Beynəlxalq maliyyə hüququ və onun mənbələri. Bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlar: Beynəlxalq Valyuta Fondu (BVF); Ümumdünya Bankı və onun filialları; Beynəlxalq Maliyyə Korporasiyası (BMK); Beynəlxalq İnkişaf Assosasiyası (BİA) və İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik (İTÇA).

Beynəlxalq investisiya hüququ. İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentliyin fəaliyyət istiqamətləri.

Regional iqtisadi əməkdaşlığın təşkilati formaları. BMT çərçivəsində iqtisadi əməkdaşlıq: Avropa bərpa və inkişaf Bankı; iqtisadi əməkdaşlıq və inkişaf Təşkilatı (İƏİT); Avropa İttifaqı (Aİ) və s.


MÖVZU XV
Beynəlxalq hüquqda ərazi
Beynəlxalq münasibətlərdə ərazi probleminin əhəmiyyəti. Ərazi məkanlarının təsnifatı. Dövlət ərazisi. Dövlətlərin suverenliyi altında olmayan məkanlar.

Ərazi məkanlarının hüquqi rejiminin əsas növləri. Dövlət hüquqi rejimi. Beynəlxalq-hüquqi rejim. Qarışıq- hüquqi rejim.

Dövlət ərazilərinin anlayışı və onun tərkib hissələri. Quru, su və hava ərazisi, yerin təki. Quru ərazisi dövlətin mövcudluğunun zəruri şərti kimi.

Dövlət ərazi üstünlüyü. Ərazi üstünlüyü dövlət ərazisinin hüquqi rejiminin əsası kimi. Dövlət ərazi üstünlüyünün təbiəti. Ərazi üstünlüyü siyasi, hüquqi və iqtisadi sferalarda suverenliyin təzahürünün üzvi ünsürü kimi. Ərazi hüdudlarında olan təbii ehtiyatlar üzərində millətin, dövlətin suverenliyi.

Dövlət sərhədləri və onların hüquqi rejimi. Dövlət sərhədlərinin anlayışı və əhəmiyyəti. Dövlət sərhədlərinin rejimi haqqında müqavilələr. Sərhədlərin növləri. Sərhəd rejiminin anlayışı və əhəmiyyəti.

Xəzər dənizi və Aras çayının beynəlxalq hüquqi statusunun rejimi.



MÖVZU XVI
Beynəlxalq dəniz hüququ
Beynəlxalq dəniz hüququnun anlayışı. Beynəlxalq dəniz hüququnun mənbələri. 1958-ci il dəniz hüququ üzrə Cenevrə Konvensiyaları. Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası.

Dəniz məkanlarının hüquqi təsnifatı. Daxili dəniz suları. Liman suları daxil olmaqla, daxili dəniz sularının hüquqi rejimi. Daxili dəniz sularına sahilyanı dövlətin yurisdiksiyası. Limanlarda və daxili dəniz sularında xarici gəmilərin və onların heyətinin hüquqi vəziyyəti.

Dövlət dəniz gəmilərinin immuniteti.

Məhəlli (ərazi) dəniz sularının anlayışı. Ərazi sularının eni və hesablanması üsulları. Məhəlli (ərazi) dəniz sularının hüquqı rejimi. Sahilyanı dövlətin suverenliyi ərazi sularının hüquqi rejimi kimi. Ticarət gəmilərinin dinc üzüb keçmə hüququ. Xarici hərbi gəmilərin dinc üzüb keçmə hüququ. Məhəlli dəniz sularının rejimi məsələləri üzrə sahilyanı dövlətlərin qanunvericiliyi.

Bitişik zonalar: anlayışı, növləri və hüquqi rejimləri. Bitişik zonalar üzrə sahilyanı dövlətlərin qanunvericiliyi.

Müstəsna iqtisadi zonanın anlayışı. Müstəsna iqtisadi zona rejimi və onun xüsusiyyətləri. Sahilyanı dövlətlərin qanunvericiliyi üzrə müstəsna iqtisadi zonaların rejimi.

Kontinental şelf. Kontinental şelfin anlayışı və hüquqi rejimi.

Açıq dənizlər. Açıq dənizin anlayışı və beynəlxalq hüquqi rejimi. Açıq dənizlərin ümumi qəbul edilmiş azadlıqları. Gəmiçilik azadlıqları; uçuş azadlıqları. Süni adaların və digər qurğuların yaradılmasının azadlıqları. Elmi tədqiqatların azadlığı.

Beynəlxalq dəniz dibi rayonu.

Qapalı və ya yarımqapalı dəniz.

Xəzər gölünün beynəlxalq-hüquqi statusu.

Dənizə çıxışı olmayan dövlətlərin hüququ.

Beynəlxalq boğazlar.

Beynəlxalq kanallar.

Beynəlxalq dəniz təşkilatları (İMO).

MÖVZU XVII
Beynəlxalq hava hüququ
Beynəlxalq hava hüququnun anlayışı. Beynəlxalq hava hüququnun mənbələri.1919-cu il hava uçuşları haqqında Paris Konvensiyası. Beynəlxalq hava daşımalarına aid olan 1929-cu il Varşava Konvensiyası. Beynəlxalq mülki aviasiya haqqında 1944-cü il Çikaqo Konvensiyası.

Beynəlxalq hava hüququnun prinsipləri. Öz hava məkanı üzərində dövlətin tam və müstəsna suverenliyi. Açıq hava məkanında uçuş azadlığı. Beynəlxalq mülki aviasiyanın təhlükəsizliyinin təmin edilməsi.

Hava məkanlarının anlayışı və növləri. Açıq dəniz üzərində hava məkanları. Arktika üzərində hava məkanı. Dövlətin ərazisi üzərində hava məkanı. Dövlətin öz ərazisi üzərində suverenliyi onun hava məkanının əsas hüquqi rejimi kimi. Hava məkanında dövlət suverenliyinin fəaliyyət sferası.

Xarici aviaşirkətlərin kommersiya fəaliyyətinin tənzim edilməsi. “Hava azadlıqları” (kommersiya hüquqları).

Mülki aviasiya sahəsində beynəlxalq təşkilatlar. İKAO. Onun məqsədləri və fəaliyyət sferası. Avropa mülki aviasiya konfransı (EKAK). Azərbaycan Respublikasının İKAO-ya daxil olması (1993). Azərbaycan Respublikasının hava daşımaları və uçuşıarı üzrə qanunvericiliyi. “AZAL” və digər aviaşirkətlərin hüquqi vəziyyəti.

MÖVZU XVIII
Beynəlxalq kosmos hüququ
Beynəlxalq kosmos hüququnun anlayışı. Beynəlxalq kosmos hüququnun mənbələri. Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik məkanın istifadəsi və tədqiqi üzrə dövlətlərin fəaliyyət prinsipləri haqqında 1967-ci il Müqaviləsi.

Kosmonavtların xilas edilməsi, kosmonavtların qaytarılması və fəzaya buraxılmış obyektlərin qaytarılması haqqında 1968-ci il Sazişi. Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyası. Kosmik fəzaya buraxılan obyektlərin qeydiyyatı haqqında 1975-ci il Konvensiyası. Ay və digər səma cisimlərində dövlətlərin fəaliyyəti haqqında 1979-cu il Sazişi.

Beynəlxalq kosmos hüququnun prinsipləri. Kosmik fəzanın və səma cisimlərinin hüquqi rejimi. Kosmik obyektlərin beynəlxalq-hüquqi statusu. Kosmonavtların hüquqi vəziyyəti. Kosmik fəaliyyətə və bu zaman vurulan zərərə görə beynəlxalq məsuliyyət.

Kosmosun tədqiqi və istifadəsi sahəsində beynəlxalq əməkdaşlıq. Beynəlxalq kosmos təşkilatları. Beynəlxalq hökumətlərarası təşkilatlar – İNMARSAT, İNTELSAT, Avropa Kosmos Agentliyi. Beynəlxalq qeyri-hökumətlərarası təşkilatlar



MÖVZU XIX
Beynəlxalq ekologiya hüququ
Beynəlxalq ekologiya hüququnun anlayışı. Ətraf mühitin problemlərinə dair 1972-ci il Stokholm Bəyannaməsi. Ətraf mühit və inkişafa dair 1992-ci il Rio-de Janeyra Bəyannaməsi. Beynəlxalq ekologiya hüququnun prinsipləri. Beynəlxalq ekologiya hüququnun mənbələri. Dənizin tullantılarla və digər materiallarla çirklənməsinin qarşısının alınması haqqında 1972-ci il Konvensiyası; Gəmilərdən çirkləndirmənin qarşısının alınmasına dair 1973-ci il Beynəlxalq Konvensiyası; Vəhşi fauna və floranın yox olmaq təhlükəsində olan növlərinin beynəlxalq ticarəti haqqında 1973-ci il Konvensiyası və s.

Dəniz mühitinin mühafizəsi. Dəniz hüququ üzrə 1981-ci il BMT Konvensiyası. Dənizin canlı ehtiyatlarının mühafizəsi.

Beynəlxalq çay və göllərin mühafizəsi. Ətraf mühitin radiaktiv yoluxmadan mühafizəsi. Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sanaqlarının qadağan edilməsi haqqında 1963-cü il Müqaviləsi; Nüvə silahının yayılmaması haqqında 1968-ci il Müqaviləsi. Heyvan və bitki aləminin mühafizəsi. Ətraf mühitin müharibə dövründə qorunması.

Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlar, Atom enerjisi üzrə beynəlxalq agentlik (MAQATE).



ƏDƏBİYYAT SİYAHISI


  1. L.H.Hüseynov. Beynəlxalq hüquq., Bakı 2008.

  2. Ə.İ.Sadıqov. Beynəlxalq iqtisadi hüquq., Bakı 2008.

  3. Международное право. Отв. ред. Г.В.Игнатенко и О.И.Тиунов. М., 2007

  4. Курс международного права. В 7 томах М., 1989-1993

  5. Лукашук И,И, Международное право. Общая часть. Учебник. М., 1999.

  6. Лукашук И,И,. Международное право. Особенная часть. Учебник. М., 1999.

  7. Международное право. Учебник. Отв. ред. Ю.М.Колосов, В.И.Кузнецов. М., 1998

  8. Тимченко Л. Международное право. Харьков 1999.

  9. Лукашук И,И, Наумов А.В. Международное уголовное право. М., 1999.

  10. Международное уголовное право. под. ред. В.Н. Кудрявцева М., 1998

  11. Шатров В.П. Международное экономическое право М., 1990

  12. Шумилов В.М. Международное экономическое право М., 1999

  13. Д. Карро, П. Жюйар. Международное право М.,2002

  14. Шумилов В.М. Международное экономическое право в эпоху глобализации М., 2003

Yüklə 128,92 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə