Tədris prosesində elektron lövhələrdən və



Yüklə 0,71 Mb.
səhifə1/11
tarix11.10.2017
ölçüsü0,71 Mb.
#4410
  1   2   3   4   5   6   7   8   9   10   11





Tədris prosesində elektron lövhə və

elektron laborator proqramlarından

istifadə

BAKI – 2015

GİRİŞ

TƏHSİLİN KEYFİYYƏTİNƏ İNFORMASİYA-KOMMUNİKASİYA TEXNOLOGİYALARININ TƏSİRİ
Bu gün müxtəlif sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. Bu isə informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsində biliklərə yiyələnməyi zəruri edir. Bunun ən yaxşı yolu orta məktəbdən başlamaq lazımdır. Orta məktəbdən İnformasiya və kommunikasiya texnologiyaları –(İKT)-nin tədrisini başlamaq, bu biliyə mükəmməl yiyələnməyin ən yaxşı yolu hesab edilə bilər. Bu vəsaiti yazmaqda məqsədimiz ilk növbədə müəllimlərimizi maarifləndirməkdir. Dünyanın əksər ölkələrinin təhsil sistemində informasiya texnologiyalarının tətbiqi xeyli yeniliklərə yol açsa da, məktəblərin informasiyalaşdırılmasında həlli çətin problemlərlə qarşılaşmaqda davam edirik.

Qeyd etmək lazımdır ki, ölkəmizdə təhsil sisteminin İKT əsasında təkmilləşdirilməsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli sərəncamla təsdiq etdiyi "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” (2005-2007-ci illər) mühüm rol oynamışdır. Daha sonra 10 iyun 2008-ci il tarixdə ölkə başçısı tərəfindən təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" bu sahənin inkişafına təkan vermişdir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2010-cu p ölkəmizdə "Təhsildə İKT ili" elan edib və bu il çərçivəsində konfranslar, seminarlar, müxtəlif stimullaşdırıcı və həvəsləndirici aksiyalar, müsabiqələr həyata keçirildi.



UNESKO tövsiyələrində məktəbin informasiyalaşdırılmasında pedaqoqların İKT bacarıqlarının zənginləşdirilməsi, bacarıqların təhsil prosesinə mərhələlərlə inteqrasiyası kimi üç istiqaməti irəli sürür: “İKT-nin təhsilə tətbiqi” adlanan birinci istiqamət müəllimlərdən təlim prosesində şagirdlərin İKT vərdişlərinin effektivliyinin artırılmasını tələb edir.

“Biliklərin mənimsənilməsi” adlı ikinci istiqamət müəllimlərin qarşısında şagirdlərə təlim subyektlərinin dərindən mənimsənilməsi, real aləmdə rast gəlinən məsələlərin həllində əldə olunan bu biliklərin tətbiqini nəzərdə tutur.

Üçüncü istiqamətdə “İnformasiya istehsalı”na görə müəllimlər cəmiyyətin ahəngdar inkişafı üçün zəruri olan yeni biliklərin istehsalına yardım etməlidirlər.

Müəllimlərin verdikləri fundamental biliklər, təkcə pedaqogika və psixologiya sahəsində deyil, həm də yeni texnologiyalardan müvəffəqiyyətlə istifadə etdikdə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. "Müəllim-şagird-dərslik" tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini fərdi proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur. Multimediya vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya, qrafika, rəngarəng illüstrasiyalar şagirdlərin idrak aktivliyinə müsbət təsir göstərir və olimpiadalarda, müxtəlif intellektual yarışmalarda nəticələri xeyli yüksəldir.

Tədris prosesində interaktiv lövhə və virtual laborator proqramlarından istifadə edilməsi təlimin əsas prinsiplərindən birini - əyaniliyini təmin edir. Elektron lövhənin sensorlu (yəni hissiyyatlı səthə xüsusi qələmlə və ya barmaqla yavaşca toxunmaqla), üzərində kompüterdə mümkün olan bütün əməliyyatları interaktiv rejimdə aparmaq olar. Elektron lövhə, kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat, videokamera və s. qurğulardan alınan təsvirləri böyüdülmüş forma da ekranda əks etdirir. Şagirdlər istənilən kimyəvi reaksiyanın, fiziki, bioloji, coğrafi proseslərin izahını virtual laboratoriya proqramı vasitəsi ilə izləyə bilərlər. Bu isə şagirdlərin nəzəri-metodoloji biliklərini, praktiki bacarıq və təcrübələrini inteqrasiya etməklə tədrisi xeyli canlandırır, şagirdlərin yaradıcı yanaşma, düşünmə, təşəbbüskarlıq, tədris materialını dərindən dərk etmə qabiliyyətini artırır.

İnteraktiv lövhənin bir üstün cəhəti də onun üzərində aparılan bütün əməliyyatları video formatda yadda saxlamaq və dəfələrlə istifadə etməyin mümkün olmasıdır. Belə imkanlar müxtəlif səbəbdən dərsləri buraxan şagirdlər və ya təlimdən geri qalan uşaqlar üçün xüsusi əhəmiyyətə malikdir. Şagird iştirak edə bilmədiyi dərsi və ya təlimdən geri qaldığı materialı tam qavrayana kimi təkrar-təkrar kompüterdə izləyə bilərlər. Elektron tədris prosesində şagirdlər hamısı lövhəyə çıxıb müəllimin bütün tapşırıqlarını yerinə yetirməkdə həvəsli olurlar. İnteraktiv rejimdə keçilən (tədris olunan) dərslər bütün şagirdlər, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olanların dərs prosesinə aktiv qoşulmasına şərait yaradır.

Bu gün "Crocodile Physics" adlı proqram bütün dünyada geniş yayılmışdır. Bu güclü virtual laborator proqram, fiziki hadisələri modelləşdirməyə, "Elektrik və elektromaqnit", "Hərəkət və güc", "Dalğavari hadisələr" və "Optika" mövzuları üzrə virtual sınaqlar aparmağa imkan yaradır.

Fizika dərsini tədris edən müəllimlərin laboratoriya təcrübələrini şagirdlərlə birgə aparması olduqca faydalıdir və “Crocodile Physics” bu günün tələbinə uyğun hazır nümunələrlə zəngin bir proqramdır. “Crocodile Physics” məktəbdə fizika dərsini tədris edən müəllimlərin şagirdlərlə birgə bu günün tələbinə uyğun laboratoriya təcrübələrini aparmaq və lazım olan nəticəni əldə etmək üçün istifadə edə biləcəkləri, olduqca faydalı, hazır nümunələrlə təmin olunmuş bir proqramdır. “Crocodile Physics” elektron laborator proqramın tərkibində olan 46-dan çox hazır təcrübə nümunələri Beynəlxalq IGCSE, A-Level imtahan tədris planlarına uyğundur.


“Crocodile chemistry” proqramı kimya sahəsində istifadə edilən munasib proqramlardan biridir. Proqramı istifadə etdikdə bizləri laboratoriyada etdiyimiz əməliyyatların bir qisimini virtual mühitə daşımışdır. Kimyəvi maddələr və müxtəlif vasitə və vəsaitlər ehtiva edən yaxşı bir proqramdır. Proqram müəllim üçün imkan verir dərsin aparılmasında hər bir şagirdin özü virtual olaraq hər-hansi bir təcrübəni apararaq dərsi daha ətraflı mənimsəyə bilsin.

ChemOffice proqram paketinə ChemDraw, ChemFinder, Database Subscriptions, Chem3D proqramları daxildir. Həmin proqramlar müəllimə kimyəvi maddələrin fiziki xassələrini, fəzada quruluşunu, molekullar arasındakı bağlılığı əyani surətdə göstərməyə imkan verir.

İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolu bəşəriyyətin gələcəyinə gedən yol hesab edirlər. İnformasiya cəmiyyətinin tam formalaşdığı mərhələdə insanların əsas əmək predmeti informasiya, əmək alətləri isə İKT olacaq. Ona görə də bu gün respublikamızda təhsilin bütün pillələrində İKT-nin tətbiq və istifadə edilməsi, eyni zamanda İKT-nin özünün tədris olunması, şagirdlərdə müstəqil şəkildə informasiya toplamaq, təhlil etmək, ötürmək qabiliyyətinin formalaşdırılması gənclərimizin gələcəkdə informasiya cəmiyyətinin fəal üzvlərinə çevrilməsində mühüm rol oynayır. Ümid edirik ki, Bu kitabda olan materiallardan istifadə etməklə müəllimlər tədris prosesinin səmərəsini yüksəldə bilər, təhsilin inkişafına böyük töhfə vermiş olarlar.


Elektron lövhələrin imkanları
Məlumatın böyük bir hissəsini vizual olaraq alırıq. Vizual tədris vəsaitləri uşaqlarda yaradıcılıq qabiliyyətini əsaslı şəkildə artırır, şagirdlərin dərsə olan marağı yüksəlir və informasiya daha asan qavranılır.

Bu baxımdan müasir təhsildə istifadə olunan elektron lövhələr ən səmərəli texniki vasitədir. İnteraktiv elektron lövhələrin tətbiq edilməsi təhsilin keyfiyyətini yüksəldir, didaktikanın əsas prinsipini əyaniliyi təmin edir. İnteraktiv lövhələr kompüterə qoşulur. Bu məqsədlə həm masaüstü, həm də dizüstü kompüterlərdən istifadə etmək olar. Daha sonra proyektor lövhənin üst hissəsinə yerləşdirilir. Proyektor işığı istifadəçinin gözünə düşmür və lövhədə kölgə yaratmır. Lövhədə istifadə olunan sensor qələm ActivPen adlanır və əməliyyatlar bu qələm vasitəsilə həyata keçirilir. Belə ki qələm vasitəsi ilə həm proqramları, həm də lövhədə yerləşən şəkil, mətn və obyektləri idarə etmək mümkündür.

Interaktiv lövhələr təkcə kompüterdə olan materialları əks etdirmir. Bu lövhələr kompüterə qoşulan mikroskop, skaner, rəqəmli fotoaparat və digər qurğulardan alınan təsvirləri proyektor vasitəsi ilə qəbul edir. Bu sistemin əyləndirici və öyrədici imkanları var.

Elektron lövhələrin üstünlükləri çoxdur, adi lövhələrdən fərqli olaraq bu lövhələrdə işləyərkən müəllimin daha geniş iş sahəsi olur. Həmçinin bu lövhə müəllimin pedoqoji axtarışları üçün geniş imkanlar yaradır.

Elektron lövhələrin əsas üstünlüyü şagirdlərin təlimdəki roludur. Belə ki lövhəylə işləməzdən əvvəl kompüter savadı zəif olan şagirdlər belə lövhədə işləməyi tez öyrənirlər. Lövhə dərsin tempini artırmağa və bütün sinfin diqqətini dərsə cəlb etməyə imkan yaradır. Lövhə şagirdlərdə düşünmə qabiliyyətini, yaradıcılığı artırır, mənimsəməyə imkan verir. Lövhənin digər cəhəti də odur ki, lövhə üzərində aparılan əməliyyatları, dərsin gedişini , hazırlanmış model və şablonları kompüterin yaddaşında saxlamaq, redaktə etmək, dəfələrlə istifadə etmək olur. Şagird dərsdən geri qaldıqda mövzunun elektron variantı ilə tanış olur və həmin materialı tam qavrayana qədər kompüterdən izləyə bilir. Elektron lövhələr 55 min materialı yaddaşda saxlamaq ünavnına malikdir.
Starboard Software proqramı

Ekran elementləri



StarBoard Software virtual interaktiv lövhə proqramıdır. Virtual interaktiv lövhə bizə kompüterin işçi masasında istənilən proqramda işləmək imkani yaradir. Bu istiqamətdə bir çox proqramlara rast gəlmək mümkündür. Bu cür proqramlar təlim baxımdan kifayət dərəcədə müəllim və şagirdlərin simulyasiya və ya virtual təcrübə fəaliyyətlərini inkişaf etdirə bilər. Hət da müəllimə imkan yaradır ki, dərs prosesində digər fənnlərə,mövzulara inteqrasiya edə bilsin. Bu da dərsin maraqlı, coxşaxəli, rəngarəng və düşündürücü olmasını təmin edir. StarBoard Software aşağıdakı təməl ekran elementlərini ehtiva edir. (Aşağıdakı şəkil Whiteboard rejimindən bir nümunədir). Bu proqramdan istifadə etmək üçün, StarBoard Software 9.1 Download - launcher.exe-program təminatı kompyuterə yüklənir və daha sonra Sizin qarşınızda aşagıdakı pəncərə açılmış olur.



1.

Menyu sətri

StarBoard Software proqramından istifadə etmək üçün lazım olan menyu əmrlərinin görünüşü.

2.

Vərəqi sürüşdürmə paneli

Ekran vərəqinin yuxarı və aşağı hərəkət etdirmək imkanı yaradır.

3.

Panel

Yan menyuda iştirak edən dörd bölmədən biri seçildikdə ona aid olan alt bölmələrini göstərir.

4.

Yan menyu

Yan menyuda tez-tez müraciət olunan bölmələrin və alt bölmələrin funksiyaları yiğcam şəkildə formalaşdırılmışdır.

5.

Digər səhifəyə kecid

Əvvəlki və sonrakı səhifəyə getmək üçün istifadə edilir.

6.

Vəziyyət Göstəricisi

Səhifə nömrəsini və səhifə sayını göstərən bir simvol tablosudur.

7.

Zibil qutusu

Obyektləri sürüyüb Zibil qutusu simvoluna ataraq silmək üçün istifadə edilir. (Silinmiş obyektləri müvəqqəti yaddaşda saxlamaq üçün istifadə edilir)

8.

Simgə menyusu

Tez-tez müraciət olunan əməliyyatları reallaşdırmaq üçün istifadə edilir.

9.

Simgə məzmunu

Seçilmiş simgəyə aid olan əlavə köməkçi paneli.

Menyu

StarBoard Software proqramından istifadə etmək üçün tez-tez müraciət etdiyimiz menyular haqqında qısa açıqlama verək. Menyuda bəzi əmrlər var ki, onlar haqqında biz digər proqramlarda da rast gəlirik. Ona görədə də həmin əmrlər haqqında qısa olaraq şərh verdik.



File Menyusu



Yeni boş bir sənəd açır.

StarBoard Sənəd faylını (.yar) açır.

StarBoard fayllarından sənədə əlavə edir.

StarBoard sənədini ilkin vəziyyətə qaytarır.

StarBoard sənədini yadda saxlayır.

StarBoard sənədini yeni adla yadda saxlayır.

StarBoard sənədini çapa göndərir.

StarBoard proqramından çıxır.

Edit menyusu.






Axırıncı əmri geri qaytar

Yuxardakının əksi

Kəs

Kopiyala

Yapışdır

Bütün qeyd et

Surətini çıxart

Sil

Təmizlə

Qeydi Təmizlə

Qrupla, ayır və bloka sal-çıxar

Mətni Böl

Axtar...

Qalereya Qovluğunu Tap...

Favoritlər Qalereyası

Rəsmi redaktə et...

Hiper link

Nizamla

Ölçüləri

Yerlərini müəyyənləşdir

Yerində fırlatmaq

Əlaqə

AlignSeçilmiş obyekləri öz aralarında nizamla



Ən üstdə

Ən altda

Solda

Sağda

Üfüqi mərkəzdə

Şaquli mərkəzdə

Üfüqi dağıt/payla

Şaquli dağıt/payla

Ölçülər (Resize)- Seçilmiş obyektlərin yenidən ölçülərini dəyişmək.



Ən geniş

Ən dar

Ən yüksək

Ən alçaq

Order Seçilmiş obyektin nizamını dəyişdirmək.



Bir yuxarı

Bir aşağı

Ən üstə

Ən alta

Ön plana

Arxa plana

Rotate/Flip Seçilmiş obyekti çevir (fırlatmaq)/tərs (əksinə) çevir.



Saat əqrəbi istiqamətində çevirmək (fırlatmaq)

180 dərəcə çevirmək (fırlatmaq)

Saat əqrəbi istiqamətinin əksinə çevirmək (fırlatmaq)

Üfüqi olaraq əksinə çevirmək(fırlatmaq)

Şaquli olaraq əksinə çevirmək (fırlatmaq)

View menyu.



Geri- Daha əvvəl göstərilən səhifəni görünüşlər.(əvvəlki əmrləri geri qaytarmaq)

İrəli- Əvvəlki Geri əməliyyatını geri al.(sonuncu əmrə qayıtmaq)

Əvvəlki Səhifə- Əvvəlki Səhifəni görünüşlər.(əvvəlki səhifəni ekrana gətirmək)

Sonrakı Səhifə- Sonrakı səhifəni görünüşlər. (növbəti səhifəni ekrana gətirmək)

Əsas menyuda View və ya simgə menyunun View bölməsinin SidebarWidgetleri alt bölməsi aşağıdakı şəkildə qeyd olunan funksiyalardan ibarətdir. Bu funksiyalar bir rejimdən digər rejimə keçməyə və ya digər obyektləri qoşmağa imkan verir.






Mövzu siyahısı vidcet

Səhifə siyahısı vidcet

Əlavələr vidcet

Qalereya vidcet

Alət Xüsusiyyətləri vidcet

Obyekt Xüsusiyyətləri vidcet

Səhifə xüsusiyyətləri vidcet

Navigasiya vidcet

Ekran Məskunlaşması vidcet

Konfrans Konsolu vidcet






Tam Ekran və pəncərə rejimi arasında keçid

Ön Planı Gizlə

Görünüşü Yenilə

Tools menyu.



Normal Qələm

Ağıllı Qələm

İşarəedici Qələm

Əl ilə yazılan yazını çap formatına çevirir

Eyni vaxtda iki qələmdən istifadə etmək

Ekranda qələmlə yazılan yazıları silir

Hər hansı bir obyekti seçmək

Ekran vərəqini istənilən istiqamətə sürüşdürmək

Əlavə qurğunu paralel qoşmaq

Obyektin içini rəngləmək.

Mətn boksu yaratmaq.

Shapes qələmlə təyin olunan bölgəyə həndəsi fiqurları yerləşdir.



Xətt

Ox

Çevrə

Ellips

Üçbucaq

Düzbucaqlı üçbucaq

Romb

Düzbucaqlı

Kvadrat

Accessories



Pərgar

Transportir

Xətkeş

Ekran Klaviaturası

Ekran bloku

Ekranı yazan

Ekran işığı

Saniyəölçən

Ekran şəklini çəkən

Əlavə proqram yerləşdirmək

İnsert menyu



Yeni Səhifə

Ekran görünüşü

Ekrana şəkil gətirmək

Ekrana flaş fayl yerləşdirmək

Scaner avadanlığına qoşulmaq

Veb kameraya qoşulmaq

Topic menyu



Masaüstü rejiminə keçmək.

Whiteboard mövzusu.

Conference menyu



Bir StarBoard konfrans iclası saxlamanızı təmin edər.



Bir StarBoard konfrans iclasına qatılmanızı təmin edər.

Settings menyu



StarBoard üçün müxtəlif nizamlara çatmanızı təmin etmək.

İstifadə ediləcək dili seçmək.

Profil yükləmək, Yeni profil yaratmaq və Profili fərqli qeyd etmək

Simgə menyusundan istifadə qaydaları.

Simgələr haqqında qısa məlumat.



Simgə

Şərh



Siçan

Whiteboard rejimi ilə Masaüstü rejimi arasında keçid edir.



Normal Qələm

Ekrana sərbəst xətt çəkilə bilər.






İstifadə olunan (cari) vasitənin rəngini təyin edir.



Vasitə Xüsusiyyətləri

Qələmin Xüsusiyyətlərini widgetini görünüşləri.



Silgi

Obyektləri silmək üçün Silgi vasitəsinə keç.



Seç

Bir və ya daha çox obyekti seçmək. (Obyektləri daşıma/tənzimləmə/Silmə)



Yeni Səhifə

Yeni Səhifə yarat.



Əvvəlki Səhifə

Əvvəlki səhifəyə keçid. (Səhifənin əvvəlinə (başlanğıcına) keçid)



Sonrakı Səhifə

Sonrakı (növbəti) səhifəyə keçid. (Səhifənin sonuna keçid)



Təmizlə

İstifadə olunan (cari) səhifədəki bütün məlumatı silir



Təchiz edilər

Təchiz edilər menyusunu görünüşlər



Doldur

Obyektləri doldurmaq üçün Plomb vasitəsinə keçər (keçid).



Ekran Üstü Klaviatura

Ekran klaviaturası.



Fiqurlar

Fiqurlar menyusu (Fiqurlar menyusu).

Qələm rəngini, qalınlığını dəyişdirmə

Simgə menyusunda (Normal pen) seçin və çəkməyə başlayın.

2. Köməkçi simgəni (Tool Properties) seçin. Yan menyuda Properties+Tool properties köməkçi menyu acılacaq.

3. Açılan siyahıdan istifadə edərək qələm rəngini və qalınlığını seçin.



Qələm İstifadə etmə

Qələm çubuğundan (Normal pen) seçin və çəkməyə başlayın.



Qələm stilini/rəngini/qalınlığını dəyişdirmə

1. Qələm çubuğundan (Tool Properties) elementini seçin. Yan menyuda Properties bölməsinin Tool Properties hissəsində.

İstifadə etmək istədiyiniz Qələm stili seçin.


Normal Qələm



Vurğulayıcı



Qon-qoyuldur Qələmi



Kölgə Qələmi



Balon Qələm



Naxış-desən Qələmi



5. Düymələri və açılan siyahını istifadə edərək qələm rəngini və qalınlığını seçin.

Ağıllı qələmi istifadə etmə

Simgə menyusundan (İntelli Pen) Ağıllı qələm və ya İşarəçi qələmi seçin.



Ağıllı Qələm: Şəkil tanıma

Ağıllı qələm şəkil tanıma funksiyasına malikdir. Aşağıdakı tablo/cədvəlin solunda görünənlər kimi çəkilən obyektlər avtomatik olaraq sağdakı kimi obyektlərə çevriləcək.



Üçbucaq

Bərabəryanlı üçbucaq və üçbucağın digər növləri də mümkündür.





Xətt

Düz xəttlərlə yaradılmış müxtəlif bucaqlar da çəkilə bilər.





Ox



Silmə

Silgini İstifadə etmə

Simgə menyusunda (Eraser) elementini seçir və əvvəldən çəkilən xəttləri silmək imkanı yaradır. Silmə elementini seçdikdən sonra daha əvvəl çəkilmiş olan hər hansı bir obyektin üzərinə gətirin.

Vasitələr menyusundan silgi elementini seçmək də silgi vasitəsinə keçmənizi təmin edər.

Ekranda göstərilən mövcud bütün məzmunu silmək üçün (Clear) elementini seçdikdən sonra təsdiq ünsiyyət menyusunda Bəli variantını seçin.



Silginin, Ağıllı Qələm kimi elementlərdən istifadə edilərək yaradılan obyektləri (düzbucaqlı, üçbucaq, ellips, kvadrat, xətt, ox) silmək üçün istifadə etmək olar.

Yalnız Qələmlə çəkilmiş xətləri silmək üçün elementini seçin.

Həm xətləri həm də yerləşdirilən şəkilləri silmək üçün elementini seçin.

Qeyd: Vektor formasındakı fayllar (vmf, emf və svg) bu vasitələ silinə bilməz.

Whiteboard rejimini

Whiteboard rejimi ilə proqramın arxa ekranında olan rejimin şəklini vərəqə gətirmək üçün (desktop) simgəsini seçirik.

Ekran (Desktop) rejimini seçmək

Kompüterin ekranında simgə menyusu ilə görüntüdə təkrar qələm simgəsini vurmaqla Starboard Software proqramına qayıtmaqla ekranın şəklini simgə menyusu ilə birlikdə göstərir. Bu rejimdə, ekran üzərində istənilən şəkil çəkilə bilər.





Tam ekran rejimi



Starboard Softwarerejimi


















Səhifələr üzərində əməllər (əməliyyatlar)




Yeni səhifə açmaq (New page) simgəsinə vurmaqla yeni (səhifə) yaradılır.

Səhifənin əvvəlinə gəlmək (keçid) üçün(Səhifənin başlanğıcına keçid.) (Previous page) simgəyə vururuq.

Səhifənin sonuna gəlmək (keçmək) üçün (Next page) simgəyə vururuq. (Səhifənin sonuna keçid.)

Yan menyuda Document bölməsində biz vərəqlərin siyahısınin Yan menyuda Document bölməsinin Page List hissəsində baxa bilərik. ( Yan menyunun Document bölməsinin Page List hissəsində səhifələrin görüntüləri əks olunur.)


Show- həmin vərəqi (səhifəni) aç.

Delete- Seçilmiş vərəqi (səhifəni) sil.

Insert Page- Yeni vərəq (səhifəni) yarat

Print…- vərəqi (səhifəni) çap et.

Save As…- vərəqi (səhifəni) fərqli formatda yadda saxla.

Duplicate Page- vərəqin (səhifəni) surətini yarat.

Add to Favourites...- Fovaritə daxil et.




Qızartmanı göstərmə və ya gizləmə

1. Show Grid Line menyusunu açmaq üçün Simgə menyusundan Ox (Select) variantını istifadə edin və proqramın Dama Xətlərini Göstər variantını seçin.

2. Alternativ olaraq Göstər sekmesine vurub Ekran Məskunlaşması widgetini açdıqdan sonra Dama tlərini Göstər düyməsinə basa bilərsiniz:

Bu dəyişdirilə bilən bir funksiyadır və ekranı damalı edir ki, riyazi hesablamalar aparmaq və bu kimi işlər görmək olar. Bu xüsusiyyəti bağlamaq üçün düyməyə vurun və ya menyu variantını təkrar seçin.

(Bu dəyişdirilə bilən bir funksiyadır. Riyazi hesablamalar, əməliyyatlar və bu kimi işlər görərkən Dama Xətlərini Göstər nişanını seçməklə səhifənin fonu dəyişir (ağ fon damalı fonla əvəz edilir). Nişanı təkrar basmaqla səhifənin əvvəlki vəziyyəti (ağ fon) bərpa olunur.)


Simgə menyusunda (Zoom İn) simgəsi obyekti böyüdür.

Simgə menyusunda (Zoom Out) simgəsi obyekti kiçildir.

Simgə menyusada (Fill) simgəsini seçib hər hansı bir obyektin üzərinə gətirməklə onun daxilini rəngləyə bilərik. bu bölmədə rəng calarlarını seçirik.

Simgə menyusunda (Accessories) vurmaqla alt menyuda əlavə alətlərdən istifadə edə bilərik, bunlar aşağıdakılardır.



Compass- pərgar

Protractor- transportir, bucaqölçən

Ruler- xətkeş

Screen Keyboard- klaviatura

Screen Block- ekrana tam pərdə cəkmək və görüntünü azaldıb-coxaltmaq

Screen Recorder- Ekranda baş verən bütün görüntüləri yaddaşa video farmatında yazmaq

Spotlight- Qara ekrana fənər işığı salmaq

Stopwatch- Vaxtı izləmək

Screen Capture- Ekranın şəklini çəkmək

Add/Delete External Applications...- Ekrana digər proqramları gətirib göstərmək




Screen Recorder- Ekranda baş verən bütün görüntüləri yaddaşa video formatında yazmaq. Bu, şagirdlərə dərsdən sonra təkrar həmin dərsin video görüntülərini izləmək imkanı verir.



- düyməni vurmaqla həmin andan ekranda baş verən bütün görüntüləri video formatda yadda saxlamağa başlayır və sonda simgəni vurmaqla bu əməliyyatı dayandırmış oluruq.

- düyməsi bizə imkan verir çəkilişi dayandırıb sonra davam etdirək.

- düyməsi bizə imkan verir video çəkiliş aparmazdan əvvəl çəkilişin formatında müəyyən dəyişiklik aparmaq mümkün olsun.

Spotlight- Qara ekrana fənər (projektor) işığı salmaq, və şagirdlərin diqqətini hər hansı obyektə yönəltmək.

Fənərin (projektorun) görüntüsünü kiçildib-böyütmək mümkündür. Tədqiqat sualı verdikdə şagirdlərə cətinlik olduqda biz görüntünü bir az işiqlandırmaqla onlara istiqamət vermiş oluruq.

Stopwatch- Vaxtı izləmək.


Dərs prosesində tapşırığa vaxt verdikdə və bunu ekranda izləmək mümkündür.

Vaxtı secib start verərək vaxtı ğeriyə saymaq olur.

Ya da vaxtı müəyyən etmək üçün start verilir.

Play düyməsi başlamaq və dayanmaq üçündür.

Saat istiqaməti əksinə olan ox əvvələ qayıtmaq deməkdir.

Üçüncü düymə isə əlavə imkanlar yaradır.





Screen Capture- Ekranın şəklini çəkmək.



Ekranın şəklini çəkmək üçün əlavə sorğu menyusudur.



Ekranın tam formatda şəklini çəkmək



Ekranda olan hər hansı bir obyekti və ya sorğu pəncərəsini seçməklə onun şəklini çəkmək olar.



Ekranda istənilən hissənin kvadrat şəklində şəklini cəkmək.



Ekranda istənilən hissənin ixtiyari əyrilərlə şəklini cəkmək.

Simgə menyusada (Shapes) düyməsini vurduqda bizə əlavə sorğu pəncərəsi açılır və lazım olan həndəsi fiquru seçib çəkə bilərik. Sorğu pəncərəsi aşağıdakı şəkildədir.

  1. Line- düz xətt

  2. Arrow- düz ox

  3. Circle- dairə

  4. Ellipse- Elleps

  5. Triangle- Üçbucaq

  6. Right Angle Triangle- Düzbucaqlı üçbucaq

  7. Diamond- Romb

  8. Rectangle- düzbucaqlı

  9. Square- kvadrat



Simgə menyusunda (Screen Keyboard) düyməsi klaviaturanın ekran rejimini açır. Görünüşü aşağıdakı şəkildədir.



1. Fayl menyusundan Qeyd et və ya Fərqli Qeyd et... əmrini seçin.

Ayrıca Fayl menyusundan Save as… bölməsini açmaqla biz faylı fərqli formatlarda yaddaşa yaza bilərik.



2. Save as type: bölməsinə girib HTM-veb, BMP-JPG-PNG-şəkil, PDF-adobe və PPT-PowerPoint formatlardan lazım olanı seçirik.



3. Save düynəsini vurmaqla faylı seçdiyimiz formatda yadda saxlayırıq.

Ekranda menyuların secilməsi

Yan menyuda ekran (View) bölməsini seçin.

Ekran bölməsindən istifadə edərək aşağıdakı əməliyyatları reallaşdıra bilərsiniz:



Yan menyunu açma və ya bağlama;



Məzmun bölməni açma və ya bağlama;

Yuxarı və Simgə menyunu açma və ya bağlama;

Vəziyyət göstəricisini açma və ya bağlama;

Sürüşdürmə bölməsini açma və ya bağlama;

Səhifə Seqmesini açma və ya bağlama;

Zibil qutusunu açma və ya bağlama;

Tam ekran və normal rejim arasında keçid etmə;

Damaların ölçüsünü dəyişdirmə;

Damalar xətlərini açma və ya bağlama;

Damalara uyğun funksiyasını açma və ya bağlama;

Xətt mövqeyini nizamla funksiyasını açma və ya bağlama.

Gallery menyusu

Şəkillər (Gallery) bölməsi əyani vasitələrdən istifadə etmək imkanı verir.

  1. Memarlıq

  2. Astronomiya

  3. Fon naxışları

  4. Biologiya

  5. Kimya

  6. Clip art

  7. Coğrafiya

  8. Tarix

  9. İnformatika

  10. Riyaziyyat

  11. Musiqi

  12. Fiziki tərbiyə

  13. Fizika

  14. Din

Bu bölmələr kifayət qədər alt bölmələrdən ibarətdir. Bu bölmələrdə şəkillərdən başqa flaş animasiyalar müəllimə dərsi şagirdə tam mənimsəməsinə imkan verir.




- Starboard Software proqramının özünün daxili şəkil və animasiyaları vardır.

- bu bölmədə biz öz şəkil və animasiya fondumuzu yarada bilərik.

-proqramdan çıxmadan internetdən istənilən materialı götürmək olur.

- bu bölmədə biz hazır dərs nümunələrindən yararlana bilərik.
Workspace haqqında
Workspace virtual interaktiv lövhə proqramıdır. Virtual interaktiv lövhə kompüterin işçi masasında istənilən proqramda işləmək imkanı yaradir və Exam View Assessment Suite, DualBoard, Mobi View və Mobi Learner cədvəlləri və ya CPS kimi Tələbə Cavabı Sistemlərindən biri kimi birgə istifadə olunur, Workspace rəqəmsal məzmunun hər hansı forması ilə əlaqə qurmağa və tələblərimizi yerinə yetirməyə imkan verir. Workspace tədris materiallarının yaradılması, əks olunması, annotasiyası, təşkli, idarə olunması, idxalı, yaradılması, qeydə alınması və paylanması üçün 50-dən artıq alətdən istifadə olunur. Çox güman ki, daha vacib olaraq Workspace hər hansı proqram, məzmun və ya kurikulum ilə istifadə oluna bilər.

Workspace necə işləyir

Workspace 4 funksional rejimi səciyyələndirir: Siçan rejimi, Dərs rejimi, İşçi masası üzərində şərh və Ofis rejimi.

Dərs rejimi DualBoard və sizin kompüteriniz kimi interaktiv cihazlar arasında iki növ rabitəni mümkün edir. Siz hər kəsin otaqda görə biləcəyi səthin şəklini və ya dərsi kompüterinizə yönləndirə bilərsiniz. Sonra Workspace alətlərini istifadə edərək siz həmin şəkilləri şərh edə və ya birbaşa dərsdə tələbələrinizlə birbaşa əlaqə qura bilərsiniz. Bütün şərhlər təqdimat faylı kimi qeydə alınır.

Ağ Lövhə Rejimi interaktiv ağ lövhə və kompüteriniz arasında əlaqəni qurur. Bu rejimdə paint proqramına ehtiyac yoxdur. O sadəcə kompüterinizdə lövhədə edilmiş hər hansı bir qeydi ötürür və ekranda əks etdirir. Bu qeydlər asan paylanma üçün Workspace proqramı faylları kimi və ya pdf formasında yaddaşda saxlanılır.
Workspace Menyusu

WorkspaceMenyuişarəsini () əsas alət panelindən bütün Workspace menyularına giriş üçün seçin. Aşağıdakı cədvəldə hər bir menyunun açıqlanması verilib:


Menyu

İzahı

Fayl

Kursiv Fayl menyusu - Workspace təqdimat fayllarını açmaq, yaddaşda saxlamaq, bağlamaq, çapa göndərmək və pdf tipdə yadda saxlamaq kimi funksiyaları həyata keçirir.

Redaktə et

Kursiv Redaktə menyusu- Workspace redaktə alətləri, yəni axırıncı əmri geri qaytarmaq və əksi, qeyd olunan hissəni kəsmək, surətini götürmək və qeyd olunan yerə yapışdırmaq, bütün ekranda görünənləri qeyd etmək, silmək kimi və s. funksiyalari həyata kecirir.

Alətlər

Kursiv AlətlərMenyusu- İstifadə olunan alətləri əks etdirir.

Səhifələr

Kursiv Səhifələr menyusu- Boş səhifə, şəkil, təqvim, dublikat

Kömək

Kursiv Kömək menyusu- proqram haqqında məlumat, WebUpdate, onlayn qeydiyyata və son istifadəçi lisenziyası üzrə razılığa (EULA) giriş əldə edir.

Preferences

Üstünlüklər pəncərəsinin açılması Workspace-nin alət panelinin, Alət qutusunun, Səhifələrin və baxış üstünlüklərini qurmağa imkan verir.

Tələbə Cavabı Sistemi

Tələbə Cavabı sistemi pəncərəsinin açılması Tələbə Cavabı Sisteminin seçimlərin istifadəsinə imkan verir.

Cihaz Meneceri

Cihaz Meneceri quraşdırılmış cihazı idarə edir və ona nəzarət edir.

Çıxış

Workspace-dən çıxır.


Workspace Alətləri

Workspace tələblərimiz üçün həqiqi interaktiv və maraqlı tədris təcrübəsi yaradan bir çox alətləri əhatə edir.

Aşkar edilməli bir sıra xüsusiyyətlərə aiddir:

FiqurlarXətlər alətindən istifadə edərək konsepsiya və riyaziyyat suallarının yaradılması.

Tutum aləti ilə dərsə daxil olmaq üçün ekranda hər hansı şəklin seçilməsi.

Qalereya alətindən istifadə edərək dərsi canlandırmaq üçün əvvəlcədən yaradılmış dərsdən materialların və şəkillərin seçilməsi.

MOBI, DualBoard, Pads, Boards və Panellər

Cihazlar - Mobi, DualBoards, Pads, Lövhələr və Panellərin hər biri elektron qələmi ilə - birgə təcrübəni mümkün edən avadanlıqla təmin edir. Sərt disk materialının quraşdırılması və işə salınması hər cihaz ilə əhatə olunan müvafiq İşə Başlama Təlimatında əhatə olunmuşdur.

İnteraktiv Rejimlər

İnteraktiv Rejim Workspace-nin ilkin əməliyyat rejimidir. O sizə DualBoard və ya Mobi cədvəli kimi qarşılıqlı ağ lövhələrdən istifadə edərək kompüterinizlə əlaqə qurmağa imkan verir. Bu qarşılıqlı əlaqənin hər aspekti hər kəsin görə biləcəyi səthə (DualBoard kimi və ya divar kimi) layihələnib. Workspace-in İnteraktiv Rejimi qarşılıqlı əlaqələnmiş cihazlar və sizin kompüteriniz arasında iki növ rabitəni mümkün edir. Siz təqdimat faylları kimi qeyd olunmuş şəkilləri və dərsləri, sizin annotasiyaları şərh etmək üçün müxtəlif İnteraktiv rejimləri və alətləri istifadə edə bilərsiniz.



Lazım olan Konfiqurasiya

İnteraktiv rejim aşağıdakıları tələb edir:

interaktiv cihaz ( DualBoard, Mobi Tablet və ya Panel)

layihə səthi (Əgər siz Lövhədən istifadə etmirsinizsə)

video təqdimatı proyektoru

Workspace-nin quraşdırıldığı kompüter



İnteraktiv Rejim daxilində Rejimlər

Workspace dörd müxtəlif interaktiv rejimə malikdir:



İşarələr

Workspace Rejimi

İzahı



Siçan Rejimi

Proqramları seçin, işə salın və kompüterinizin siçanı və klaviatura ilə normal halda yerinə yetirəcəyiniz funksiyaları yerinə yetirin. Proqramları seçin, işə salın və normal (adi) iş rejimində olduğu kimi kompüterinizin siçan və klaviaturunun köməyi ilə (və ya işinizə davam edin) yerinə yetirəcəyiniz funksiyaları işləyin.

Workspace Siçan Rejimi aktiv olduqda, Alət panelindəki Siçan Rejimi Kursoru nişanı boz rəngə çalacaq.

Alət panelindəki Siçan Rejimi kursoru siz Siçan rejimində olduqda boz rəngə çalacaq.




Dərs rejimi

Dərs rejimində Workspace işçi masanızın kiçik şəklini çəkir və bu dayanıqlı şəklin üzərində şərh etməyə imkan verir. Yazın, çəkin, şəkilləri yerləşdirin, işarələyin, hazırlanmış material ilə əlaqə qurun və şərh edin. Siz həmçinin Workspace-i tərk etmədən hər hansı nöqtədə ağ lövhə kimi boş səhifəni istifadə edə bilərsiniz.



Desktop üzərində şərh Rejimi

Video, animasiya və ya fleş proqramlı internet səhifələri kimi hərəkətli şəkillər üzərində Dərs rejimi vaxtı mövcud olan eyni alətlər ilə şərh verin.



Ofis Rejimi

Açın və Microsoft Office proqramları ilə birbaşa olaraq Workspace proqramından əlaqə qurun.

Siçan və Dərs rejimləri tez-tez istifadə olunan rejimlərdir. Bütün rejimlərə Workspace alət paneli vasitəsilə daxil olmaq olar.



Siçan Rejimi

Siçan Rejimi qələminizdən siçan kimi (DualBoard və ya Mobi cədvəlində) istifadənizi mümkün edir. Kompüter siçanınız və klaviaturanız ilə normal halda yerinə yetirəcəyiniz bütün proqramları seçin, işlədin və bütün funksiyları yerinə yetirin.

Alət panelində Siçan Rejimi kursoru siz Siçan Rejimində olduqda boz rəngdə olacaq.

Siçan Rejimindən istifadə

Alət panelindən Siçan alətini () seçin.

Kompüterinizdəki iş masası ilə virtual siçan əlaqəsi kimi Qələmi ya DualBoard və ya Mobi cədvəlində istifadə edin.

Eyhamlar:

Qələmi elektron lövhəyə yaxın aparmaq "select" və ya "click" deməkdir.

Qələm düyməsinin aşağı hissəsini basmaq "iki dəfə basmaq" deməkdir.

Qələm düyməsinin yuxarı hissəsini basmaq "sağ düyməyə basmaq" sayılır.



Dərs Rejiminin istifadəsi

Dərs rejimi kompüterinizdə təsvir olunan hər hansı şəklin və ya dərsin qısa şəklini çəkir. Bu dayanıqlı şəkil tam baxış üçün layihələnib. Workspace alətlərindən istifadə edərək layihə şəklini yaza, çəkə, şəkilləri yerləşdirə, qeyd edə, qarşılıqlı əlaqə qura və şəkil üzərində qeydlər apara bilərsiniz.

Siz həmçinin Workspace proqramını tərk etmədən dərsinizdə hər hansı nöqtədə virtual ağ lövhə kimi boş səhifəni istifadə edə bilərsiniz Sizin bütün şərhlər Workspace daxilində təqdimat faylları kimi asan baxış, redaktə və paylama üçün yaddaşda saxlana bilər.

Dərs Rejiminin istifadəsi

1. Alət panelindən dərsi seçin ().

2. Qələm, Fiqurlar və ya Markalama alət kimi hər hansı annotasiya alətini seçin.

Yeni Səhifə Quraşdırılması Üstünlükləri sizin yeni səhifənizin necə görünəcəyini yaddaşda saxlayır.
Tips:


  • Əgər siz işçi masasındakı pəncərələri və ya proqramların hansınısa idarə etmək istəyirsinizsə, Workspace alət panelində aləltəri seçin.

  • Əgər siz hər hansı bir nöqtədə yeni dərsi, faylı açmaq istəyirsinizsə və ya internetə girmək istəyirsinizsə, sadəcə olaraq alət panelində Siçan Rejimini () seçin . Siz asanlıqla geri qayıda və Workspace proqramını tərk etmədən Dərs Rejimi və Siçan Rejimindən çıxa bilərsiniz.

İş masası Rejimində Annotasiya

İş masası üzərində AnnotasiyaRejim Dərs rejimi kimi istifadə olunur, lakin İş masası üzrəində Annotasiya video, animasiya və ya fleş proqramlı internet səhifələri kimi hərəkətli şəkil üzərində qat yaradır və o fəaliyyətdə olarkən üzərinə annotasiya qoymağa imkan verir. Dərs Rejimində mövcud olan əksər alətlər də İş masası üzərində annotasiya Rejimində mövcuddur.

Miqyasın dəyişdirilməsi, yuxarı-aşağı getmə, iş masasında obyektlərin seçilməsi və ya Qalereyanın istifadəsi İş masası Rejimində Annotasiya zamanı qeyri fəaldırlar.



İş masası üzərində annotasiyanın istifadəsi

  1. İş masası üzərində Səhifələr > İş Masası üzərində Annotasiyasını əsas menyudan seçin () və ya alət panelindən İş masası üzərində Annotasiyanı seçin ().

  2. İş masasının əlamətlərini təsvir etmək üçün Qələm, formalar və ya markalama aləti kimi hər hansı Annotasiya alətini seçin.

Yeni Səhifə qurulması İş masası üzərində Annotasiyanın necə yaddaşda saxlanması üzrə alət üstünlüklərə gedin.

Eyhamlar:

  • Əgər siz İş masası üzərində hər hansı pəncərə və ya proqramı idarə etmək istəyirsinizsə Workspace alət panelində aləti seç addımını seçin.

  • Aşağldakı səhifəni dəyişmədən Annotasiya alətləri ilə yaradılmış alətləri dəyişmək və ya kənarlaşdırmaq olur. Siçan Rejimi seçildikdən sonra Workspace sizi səhifəni yaddaşda saxlamağa təhrik edir. Səhifəni yaddaşda saxladıqdan və ya kənarlaşdırdıqdan sonra, Workspace seçdiyiniz rejimə qayıdır.

  • Digər Workspace səhifəsinə qayıtdıqdan və ya Siçan Rejiminə keçdikdən sonra siz annotasiyalarınızı yaddaşda saxlamağa təhrik ediləcəksiniz.

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə