Tədris-Terapevtik Klinikada Trombosit toplamağa imkan verən yeni cihaz quraşdırılıb Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV bakı Beynəlxalq Humanitar Forumu keçirilib



Yüklə 315,54 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix25.05.2018
ölçüsü315,54 Kb.
#45862
  1   2   3   4   5   6


Tədris-Terapevtik Klinikada Trombosit 

toplamağa imkan verən yeni cihaz quraşdırılıb

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində IV Bakı 

Beynəlxalq Humanitar Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Meh-

riban Əliyeva Forumun rəsmi açılış mərasimində iştirak ediblər.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq 

məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, 

sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri 

olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir.

Forum XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara 

cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə 

dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq 

üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır.

Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.



Azərbaycan Prezidenti İlham Əliyevin

nitqi

- Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Bu gün Bakı Beynəlxalq Humanitar Forumu öz işinə başlayır. Foru-

mun bütün iştirakçılarını səmimiyyətlə salamlayıram. Bu gün Forumda 

60-dan çox ölkədən 500-ə yaxın qonaq iştirak edir. Bütün qonaqlara 

“Xoş gəlmisiniz” deyirəm.

Nobel mükafatçıları Azərbaycan 

Tibb Universitetində

2011-2014-cü 

illərdə rezidenturaya 

qəbulun nəticələri 

müzakirə olunub

 

 



 

 

           Ãÿçåò 1933 - úö èëäÿí ÷ûõûð.          



№ 17 (1592) 15 oktyabr 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

7

6

4

Bakıda IV Beynəlxalq Humanitar Forum keçirilib

BU  SAYIMIZDA 

TƏHSİL NAZİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ 

600-DƏN YUXARI BAL TOPLAYAN I KURS 

TƏLƏBƏLƏRİ İLƏ GÖRÜŞÜBLƏR

IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində 

“Molekulyar biologiya və biotexnologiyanın 

nailiyyətləri: nəzəriyyədən təcrübəyə” mövzusunda 

“dəyirmi masa” keçirilib

Attestasiya 

Komissiyasının 

üzvləri ilə 

görüş olub

6


http://www.amu.edu.az

15 oktyabr 2014-ъц ил

2

Forumun 


keçirilməsi 

çox 


əlamətdar  hadisədir.  Artıq  bu, 

gözəl  ənənəyə  çevrilib.  Forum 

dördüncü  dəfədir  ki,  keçirilir. 

Bu, əslində onu göstərir ki, belə 

müzakirələrə  böyük  ehtiyac 

var.  Dünyada  gedən  proseslər, 

bəzi 

hallarda 



narahatedici 

məqamlar tələb edir ki, humani-

tar sahəyə daha da böyük diqqət 

göstərilsin.  Əminəm  ki,  Forum 

çərçivəsində  aparılacaq  diskus-

siyalar,  fikir  mübadiləsi  humani-

tar əməkdaşlığın dərinləşməsinə 

xidmət 


edəcəkdir. 

Biz 


Azərbaycanda  bu  sahəyə  çox 

böyük diqqət göstəririk. Təsadüfi 

deyil  ki,  bu  Forum  da  məhz 

Azərbaycanda  keçirilir.  Deyə 

bilərəm ki, hazırda dünyada hu-

manitar  məsələlərin  müzakirəsi, 

təhlilin  aparılması  üçün  bu  Fo-

rumun  müstəsna  rolu  vardır. 

Əlbəttə, buna görədir ki, Foruma 

maraq durmadan artır. Bu, artıq 

beynəlxalq  aləmdə  önəmli  bir 

formata çevrilibdir.

Biz Azərbaycan olaraq ölkələr 

arasındakı  əlaqələrin  inkişa-

fı  üçün  humanitar  aspektlərə 

daim  böyük  diqqət  göstərmişik. 

Çünki  bizim  tarixi  keçmişimiz, 

mədəniyyətimiz  bunu  diktə 

edir. Əsrlər boyu Azərbaycanda 

çoxkonfessiyalı, 

çoxmillətli 

cəmiyyət  formalaşıb,  mövcud-

dur  və  müstəqillik  dövründə 

bu  müsbət  meyillər  daha  da 

gücləndi.  Azərbaycanda  bü-

tün  xalqlar  dostluq,  mehribanlıq 

şəraitində,  bir  ailə  kimi  yaşayır. 

Heç  vaxt  Azərbaycanda  dini, 

milli  zəmində  qarşıdurma,  an-

laşılmazlıq  olmayıb  və  bu,  bi-

zim  böyük  sərvətimizdir.  Çünki 

hər  bir  ölkənin  gücünü  əlbəttə 

ki,  bir  neçə  amil  müəyyən  edir 

–  siyasi  imkanlar,  iqtisadi  güc 

və  eyni  zamanda,  cəmiyyətdə 

mövcud  olan  ab-hava,  sağlam 

mühit  və  həmrəylik  duyğuları. 

Hesab  edirəm  ki,  bu  baxımdan 

Azərbaycanın  təcrübəsi  çox 

müsbətdir və biz öz işimizlə dün-

yada  gedən  proseslərə  müsbət 

töhfəmizi veririk.

Multikulturalizm Azərbaycanda 

həyat  tərzidir.  Düzdür,  bu  ter-

min  nisbətən  yenidir.  Ancaq 

əsrlər 


boyu 

Azərbaycanda 

multimədəniyyətli  cəmiyyətlər 

mövcud olub. Xalqlar arasındakı 

dostluq və həmrəylik bunun ba-

riz  nümunəsidir.  Biz  bu  gün  də 

çalışırıq  ki,  öz  təşəbbüsümüzlə 

regionda  və  dünyada  gedən 

proseslərə  müsbət  təsirimizi 

göstərək.  Təsadüfi  deyil  ki, 

Azərbaycan  tərəfindən  irəli  sü-

rülmüş  bir  neçə  təşəbbüs  artıq 

həyatda  öz  yerini  tapıbdır  və 

bu  təşəbbüslər  ətrafında  yeni 

imkanlar  yaranır.  Misal  üçün 

qeyd  etməliyəm  ki,  2008-ci  ildə 

Avropa  Şurasına  üzv  ölkələrin 

mədəniyyət  nazirlərinin  Bakıda 

keçirilən  toplantısına  biz  İslam 

Əməkdaşlıq  Təşkilatına  üzv 

ölkələrin  mədəniyyət  nazirlərini 

dəvət etdik və birgə toplantı ke-

çirdik.  Bu,  tarixdə  ilk  dəfə  baş 

vermişdir  və  Azərbaycan  həm 

Avropa  Şurasına,  həm  İslam 

Əməkdaşlıq  Təşkilatına  üzv  ol-

duğu  üçün  bu  təşəbbüsü  öz 

üzərinə  götürmüşdür.  2009-

cu  ildə  artıq  Bakıda  İslam 

Əməkdaşlıq  Təşkilatına  üzv 

ölkələrin mədəniyyət nazirlərinin 

toplantısına biz Avropa Şurasın-

dan mədəniyyət nazirlərini dəvət 

etmişdik.  Yəni,  bu  təşəbbüsə 

“Bakı  prosesi”  adı  verilmişdir. 

Bu gün “Bakı prosesi” yaşayır və 

inkişaf edir. Bakıda sivilizasiyala-

rarası dialoq forumları keçirilmiş-

dir.  Bizim  təşəbbüsümüzlə  bir 

neçə il bundan əvvəl dünya dini 

liderlərinin  Zirvə  görüşü  keçiril-

mişdir  və  Bakı  Beynəlxalq  Hu-

manitar  Forumunun  mahiyyəti 

də məhz bundadır.

Əminəm  ki,  Forumda  iştirak 

edən  görkəmli  dövlət  xadimləri, 

ictimai 

xadimlər, 

alimlər, 

mütəxəssislər,  ekspertlər  bu 

günlər  ərzində  öz  maraqlı 

fikirlərini  bizimlə  bölüşəcəklər 

və  beləliklə,  biz  birgə  səylərlə 

humanitar  sahəyə  öz  töhfəmizi 

vermiş  olacağıq.  Biz  gələcəkdə 

də  humanitar  əməkdaşlığın 

dərinləşməsi üçün öz səylərimizi 

göstərəcəyik.  Əlbəttə,  hesab 

edirəm, sirr deyil ki, bu Forum ar-

tıq hər il keçiriləcək və beləliklə, 

bu format yaşayacaqdır.

Onu da qeyd etməliyəm ki, hu-

manitar əməkdaşlığa, humanitar 

məsələlərin  həllinə  həmişə  bö-

yük diqqət göstərməyimizə bax-

mayaraq, xalqımız və dövlətimiz 

humanitar  fəlakətlə  üzləşmişdir. 

Azərbaycanın  ərazi  bütövlüyü 

pozulmuşdur.  Bizə  qarşı  işğalçı 

siyasət  aparılır.  Azərbaycanın 

beynəlxalq birlik tərəfindən tanı-

nan  ərazisi  Ermənistanın  işğalı 

altındadır.  Bu  işğal  nəticəsində 

torpaqlarımızın 20 faizi ermənilər 

tərəfindən zəbt edilibdir. Bir mil-

yondan artıq soydaşımız qaçqın 

və  məcburi  köçkün  vəziyyətinə 

düşmüşdür  və  bizə  qarşı  etnik 

təmizləmə  siyasəti  aparılmışdır. 

Xocalı  soyqırımı  törədilmişdir 

ki,  yüzlərlə  günahsız  insan  bu 

soyqırımının  qurbanı  olmuşdur. 

Xocalı  soyqırımını  10-dan  çox 

ölkə  rəsmi  şəkildə  soyqırımı 

kimi  tanıyıbdır.  Bu  münaqişə, 

Ermənistan-Azərbaycan,  Dağlıq 

Qarabağ  münaqişəsi  ilə  bağ-

lı  bütün  mötəbər  beynəlxalq 

təşkilatlar  qərar  və  qətnamələr 

qəbul etmişlər. BMT Təhlükəsizlik 

Şurası  4  qətnamə  qəbul  et-

mişdir  ki,  orada  erməni  silahlı 

qüvvələrinin  işğal  edilmiş  tor-

paqlardan  qeyd-şərtsiz  çıxarıl-

ması tələb olunur. Əfsuslar olsun 

ki, bu qətnamələr icra edilmir və 

biz  burada  böyük  ədalətsizliklə, 

ikili standartlarla üzləşirik. Çünki 

biz  yaxşı  bilirik  ki,  bəzi  hallarda 

BMT  Təhlükəsizlik  Şurasının 

qətnamələri bir gün ərzində icra 

edilir. Ancaq bizim üçün ən vacib 

məsələdə 20 ildən artıqdır ki, bu 

qətnamələr  kağız  üzərində  qa-

lıbdır.  ATƏT,  Avropa  Parlamen-

ti,  İslam  Əməkdaşlıq  Təşkilatı, 

Avropa  Şurası  Parlament  As-

sambleyası  və  digər  beynəlxalq 

təşkilatlar  Azərbaycanın  ərazi 

bütövlüyünü  dəstəkləyən  qərar 

və  qətnamələr  qəbul  etmişlər 

və  bu  format,  bu  hüquqi  baza 

münaqişənin  həlli  üçün  yeganə 

yoldur.


Azərbaycanın  ərazi  bütövlüyü 

bütün dünya tərəfindən tanınır və 

qeyd-şərtsiz  bərpa  edilməlidir. 

İşğaldan  əziyyət  çəkən,  öz 

yerindən  didərgin  düşən  soy-

daşlarımız  doğma  torpaqlarına 

qayıtmalıdırlar.  Baxmayaraq  ki, 

o  torpaqlarda  artıq  həyat  yox-

dur,  hər  şey  dağıdılıb.  ATƏT-in 

faktaraşdırıcı və qiymətləndirmə 

missiyaları  işğal  edilmiş  torpaq-

lara  iki  dəfə  ezam  olunmuş-

dur  və  onların  məruzələrində 

açıq-aydın  göstərilir  ki,  hər  şey 

dağıdılıb.  Bizim  məscidlərimiz, 

əcdadlarımızın  qəbirləri,  ta-

rixi 

abidələrimiz 



dağıdılıb, 

muzeylərimiz  talan  edilib.  Yəni, 

bu,  böyük  humanitar  fəlakətdir 

və  Azərbaycan  təkbaşına,  öz 

gücü  hesabına  bu  humanitar 

məsələnin  həlli,  köçkünlərin 

yerləşdirilməsi,  onları  işlə  təmin 

etmək üçün böyük işlər görüb və 

hələ  bu  işlər  davam  edir.  Çünki 

köçkünlərin  bir  hissəsi  hələ  ki, 

ağır vəziyyətdə yaşayır.

Ermənistan-Azərbaycan, Dağ-

lıq  Qarabağ  münaqişəsi  bölgə 

üçün  ən  böyük  təhlükədir.  Bu 

münaqişənin  tezliklə  beynəlxalq 

hüququn  norma  və  prinsipləri 

əsasında həll olunması bölgəyə 

sülh,  daha  da  böyük  inkişaf 

gətirəcək,  regional  əməkdaşlıq 

üçün  də  yeni  imkanlar  yarada-

caqdır.  Bu  ağır  vəziyyətə  bax-

mayaraq,  Azərbaycanın  inkişafı 

dayanıqlı olmuşdur, o cümlədən 

biz humanitar sahədə son illərdə 

böyük uğurlara imza atmışıq. Hu-

manitar sahə bizim hökumətimiz 

üçün  prioritet  sahələrdən  biri-

dir  və  bu  sahəyə  investisiyalar 

qoyulur.  Eyni  zamanda,  hesab 

edirəm ki, Azərbaycanda huma-

nitar  məsələlər  uğurla  öz  həllini 

tapır.


Təhsilə böyük diqqət göstərilir. 

Son  10  il  ərzində  3  minə  yaxın 

yeni  məktəb  tikilibdir.  Təhsilin 

keyfiyyətinin artırılması üçün is-

lahatlar  aparılır.  Hesab  edirəm 

ki,  biz  yaxın  gələcəkdə  bu  is-

lahatların  gözəl  nəticələrini 

görəcəyik. 

Eyni 

zamanda, 



Azərbaycan  gəncləri  dövlət 

vəsaiti  hesabına  dünyanın  apa-

rıcı  ali  məktəblərinə  oxumağa 

göndərilirlər  və  onlar  gələcəkdə 

ölkəmizin inkişafında öz sözlərini 

deyəcəklər.

Səhiyyə  sisteminin  təkmil ləş-

dirilməsi məsələsi çox aktualdır. 

Nəzərə alsaq ki, müstəqilliyimizin 

ilk  illərində  səhiyyə  sisteminin 

maddi-texniki  bazası  tamamilə 

yararsız  vəziyyətə  düşmüşdü 

və  biz  böyük  investisiyalar  qoy-

maqla müasir səhiyyə infrastruk-

turunu  yaratmışıq.  Son  10  ildə 

500-dən çox səhiyyə ocağı tiki-

lib, təmir edilib və bu gün onların 

bir çoxu ən yüksək standartlara 

cavab verir.

Bizim  mədəniyyətlə  bağlı 

təşəbbüslərimiz  öz  nəticəsini 

verir.  Azərbaycanda  mütəmadi 

qaydada  beynəlxalq  tədbirlər, 

festivallar, konkurslar keçirilir. Bi-

zim tarixi abidələrimiz bərpa edi-

lir,  xüsusi  proqram  icra  olunub-

dur.  Azərbaycanda  çoxlu  qədim 

tarixi  abidələr  var.  Onlar  bizim 

milli  sərvətimizdir,  o  cümlədən 

dini 


abidələrimiz 

dövlət 


tərəfindən bərpa edilir və yeniləri 

tikilir.  Qeyd  etməliyəm  ki,  dün-

yanın  ən  qədim  məscidlərindən 

biri olan Şamaxı Cümə məscidi 

əsaslı  şəkildə  bərpa  edilibdir. 

Bu  məscid  743–cü  ildə  Şa-

maxı  şəhərində  tikilmişdir  və 

müsəlman  aləmində  ən  qədim 

məscidlərdən  biridir.  Şəki  rayo-

nunun  Kiş  kəndində  Qafqazın 

ən qədim kilsəsi yerləşir. O kilsə 

də bərpa edilib və bu, bizim mil-

li  sərvətimizdir.  Azərbaycanda 

pravoslav  kilsələr,  katolik  kilsə, 

sinaqoqlar  dövlətin  dəstəyi  ilə 

əsaslı şəkildə təmir edilib. Yəni, 

bu,  bizim  böyük  sərvətimizdir 

və  bir  daha  demək  istəyirəm 

ki,  multimədəniyyətli  cəmiyyət, 

dinlərarası  dialoq,  xalqlar  ara-

sındakı dostluq, qardaşlıq bizim 

dövlətimizi  gücləndirir.  Çünki 

bu,  cəmiyyətdə  çox  gözəl  ab-

hava  yaradır.  Bir  daha  demək 

istəyirəm  ki,  bu,  həm  dövlət 

siyasətidir, 

eyni 

zamanda, 



cəmiyyətin  sifarişidir.  Yəni,  he-

sab edirəm ki, biz bu istiqamətdə 

uğurla inkişaf edəcəyik. Onu da 

qeyd  etməliyəm  ki,  bu  sahədə 

əldə  edilmiş  təcrübə  başqa 

ölkələr üçün də maraqlı ola bilər.

Biz,  eyni  zamanda,  iqtisadi 

sahəyə  böyük  diqqət  göstəririk. 

Çünki  güclü  iqtisadiyyat  olma-

sa,  humanitar  təşəbbüsləri  irəli 

sürmək  də  o  qədər  asan  olma-

yacaq.  Ona  görə  çalışırdıq  ki, 

iqtisadi  təhlükəsizliyimizi  təmin 

edək, dövlətimizi gücləndirək və 

eyni  zamanda,  ağır  vəziyyətdə 

yaşayan  soydaşlarımız  üçün 

yeni  imkanlar  yaradaq.  Bizim 

sosial  siyasətimiz  məqsədyönlü 

şəkildə aparılır. Son 10 il ərzində 

pensiyalar,  maaşlar  dəfələrlə 

artmışdır,  yoxsulluğun  səviyyəsi 

kəskin  şəkildə  aşağı  düşmüş-

dür. Yoxsulluq cəmi 10 il ərzində 

49  faizdən  5,3  faizə  düşmüş-

dür.  Demək  olar  ki,  yoxsulluq-

la  mübarizə  artıq  başa  çatmaq 

üzrədir.  Hesab  edirəm  ki,  ya-

xın  bir  neçə  il  ərzində  yoxsul-

luq  Azərbaycanda  bir  amil  kimi 

tamamilə aradan götürüləcəkdir.

İşsizliklə  bağlı  mübarizə  də, 

ilk  növbədə,  humanitar  xa-

rakter  daşıyır.  Çünki  son  illər 

ərzində  1  milyon  200  mindən 

çox  iş  yeri  yaradılmışdır  və  iş-

sizlik  də  kəskin  şəkildə  aşağı 

düşmüşdür.  İndi  5  faizdən  az-

dır.  Artıq  Azərbaycana  başqa 

ölkələrdən iş tapmaq üçün miq-

rantlar gəlir. Yəni, bütün bunların 

təməlində  düşünülmüş  siyasət 

dayanır.  Çünki  iqtisadi  inkişaf 

çox  sürətlidir.  Son  10  il  ərzində 

Azərbaycan  iqtisadi  inkişaf  ba-

xımından dünyada ən sürətlə in-

kişaf edən ölkə olmuşdur. Bizim 

bütün  iqtisadi  göstəricilərimiz 

müsbətdir.  İqtisadiyyat  son  10 

ildə 3 dəfədən çox artmışdır. Xa-

rici dövlət borcu çox aşağı, 8 faiz 

səviyyəsindədir.  Büdcə  gəlirləri 

son  10  il  ərzində  20  dəfədən 

çox artmışdır. Büdcə gəlirlərinin 

düzgün  bölüşdürülməsi,  sosial 

proqramların icrası, infrastruktur 

layihələrinin  həyata  keçirilməsi 

ölkəmizin inkişafını təmin etmiş-

dir.


Əlbəttə,  Azərbaycan  dünyada 

neft-qaz  ölkəsi  kimi  tanınır.  Bu, 

bizim  böyük  sərvətimizdir.  An-

caq  biz  bilirik  ki,  bəzi  ölkələrdə 

bu  böyük  sərvət  heç  də  uğur 

gətirmir,  əksinə,  problemlər  ya-

radır,  müharibələrə,  cəmiyyətdə 

təbəqələşməyə 

yol 

açır. 


Azərbaycanda  isə  biz  bunun 

tam  əksini  görürük.  Bizim  təbii 

sərvətlərimiz  hər  bir  insanın 

həyatında  öz  müsbət  təsirini 



Bakıda IV Beynəlxalq Humanitar Forum keçirilib


Yüklə 315,54 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə