Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 350,86 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix13.12.2017
ölçüsü350,86 Kb.
#15462
  1   2   3   4   5   6   7


Tədris Terapevtik Klinikasının diaqnostik 

və müalicə işlərinin vəziyyəti,  onların 

yaxşılaşdırılması yolları müzakirə 

edilmişdir

İşıqlı insan, tanınmış alim

Azərbaycan Tibb Universiteti ilə Təbriz 

Tibb Elmləri Universiteti arasında 

əməkdaşlığın genişləndirilməsinə dair 

müqavilə yenilənib

Uşaq xəstəliklərinə

dair beynəlxalq konfrans 

keçirilib

 Aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı 

olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Forumun açılışında iştirak 

etmişdir.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Mad-

rid Klubunun təşkilatçılığı, BMT, Dünya Elmlər və Mədəniyyət Akademiyası, Roma Klubu, 

İsgəndəriyyə Kitabxanası və digər təşkilatların birgə əməkdaşlığı çərçivəsində keçirilən II Qlo-

bal Açıq Cəmiyyətlər Forumu 2015-ci il və ondan sonrakı mərhələdə dünyanın davamlı inkişa-

fına həsr olunmuşdur. İki gün davam edəcək bu mötəbər beynəlxalq tədbirdə 30 ölkədən sabiq 

dövlət və hökumət başçıları, ümumilikdə 200-dək tanınmış siyasi və ictimai xadim, ekspert və 

elm adamı iştirak edir.

II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında çıxış edən Nizami Gəncəvi Beynəlxalq 

Mərkəzi idarə heyətinin həmsədri, Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail SERA-

GELDİN bildirdi ki, dünyada insanları bir araya gətirməyi, onlar üçün daha yaxşı həyat şəraitinin 

yaradılması ilə bağlı təşəbbüslərin irəli sürülməsinə nail olmağı əsas məqsədinə çevirən bu 

Forum qloballaşma dövründə açıq cəmiyyətlərin qurulmasına xüsusi əhəmiyyət verir

Dövlətimizin başçısı Forumda nitq söylədi...

* * *

Aprelin 29-da II Qlobal Açıq Cəmiyyətlər Forumunun yekunları ilə bağlı mətbuat konfransı 



keçirilmişdir.

     Ãÿçåò 

1933 - úö èëäÿí ÷ûõûð.          

№ 08 (1583)  30  aprel 2014 - úц èë                         Ãèéìÿòè 40 ãÿïèê

Bu sayımızda

2

4-5

7

Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışı olmuşdur

Həyatını poeziyasız təsəvvür edə 

bilməyən həkim-epidemioloq

Dünya şöhrətli 

oftalmoloq-

alim, qayğıkeş 

pedaqoq, 

şəfqətli həkim, 

nümunəvi ana

6

3

2



http://www.amu.edu.az

30 aprel 2014-ъц ил

2

Aprelin 17-də Azərbaycan Tibb Universitetində 

(ATU) İran İslam Respublikasının səhiyyə 

nazirinin xüsusi nümayəndəsi, Təbriz 

Tibb Elmləri Universitetinin rektoru 

Məhəmmədhüseyn Sominin rəhbərlik etdiyi 

nümayəndə heyəti ilə görüş olub. 

Görüşdə ATU-nun rektoru, Milli Məclisin 

deputatı, akademik Əhliman Əmiraslanov 

son illərdə Azərbaycan ilə İran arasında digər 

istiqamətlərdə olduğu kimi, səhiyyə sahəsində də 

əlaqələrin genişləndiyini diqqətə çatdırıb. Bildirib 

ki, Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin aprelin 9-da İrana səfəri iki ölkə arasın-

da müxtəlif istiqamətlərdə, o cümlədən səhiyyə 

sahəsində əlaqələrin genişlənməsində mühüm rol 

oynayıb. Azərbaycan dövlətinin başçısının səhiyyə 

sahəsinə xüsusi qayğısını diqqətə çatdıran rektor qeyd 

edib ki, bunun nəticəsində son illərdə ATU-nun 4 yeni 

klinikası fəaliyyətə başlayıb.

Görüş zamanı Azərbaycan Tibb Universitetdə 

Türkiyə, İran, ərəb ölkələri, Hindistan, Pakistan və 

digər ölkələrdən 1200-dək tələbənin təhsil aldığı, bu 

tələbələrdən 300-ə yaxınının İran vətəndaşı olduğu 

vurğulanıb. Universitetdə 160-dan çox professor, 

ümumilikdə isə 1000-dən artıq professor-müəllim 

heyətinin çalışdığı nümayəndə heyətinin diqqətinə 

çatdırılıb.

İki təhsil ocağı arasında əlaqələrin mövcud 

vəziyyətindən məmnunluğunu bildirən İran 

nümayəndə heyətinin başçısı Məhəmmədhüseyn Somi, 

əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi-

ni vurğulayıb. Qonaq ölkələrimizin ali tibb məktəbləri 

arasında tələbə mübadiləsinin genişləndirilməsinin bu 

işə böyük töhfələr verəcəyinə əminliyini bildirib.

Görüşdə çıxış edən İranın Azərbaycandakı 

səfiri Möhsün Pakayin iki ölkə arasında sıx dost-

luq münasibətlərinin mövcud olduğunu xatırlada-

raq Azərbaycan Respublikasının Prezidenti İlham 

Əliyevin İrana səfərinin ölkələrimiz arasında 

əlaqələrin daha da genişlənməsində mühüm rol oyna-

yacağını söyləyib.

Sonda Azərbaycan Tibb Universiteti ilə Təbriz 

Tibb Elmləri Universiteti arasında əməkdaşlığın 

genişləndirilməsinə dair müqavilə yenilənib.  



TƏBiB”



Ölkəmizin ictimai-siyasi həyatında 

aparıcı rol oynayan Yeni Azərbaycan 

Partiyasının sıralarında birləşən 600 

mindən artıq üzvün 40 faizdən çox 

hissəsini gənclər təşkil edir.

Ölkəmizin  hər  yerində  olduğu  kimi 

Yeni  Azərbaycan  Partiyası  Nəsimi  Rayon 

Təşkilatının  Gənclər  Birliyinin  ilk  ərazi 

partiya təşkilatları gəncləri ilə müzakirələri 

keçirilir.  Məqsəd  ötən  ildə  görülmüş  işlər 

və  cari  ilin  fəaliyyət  planını  gənclərlə 

müzakirə etmək, gənclərin potensialından 

ölkəmizin ictimai-siyasi həyatında səmərəli 

istifadə olunmasına şərait yaratmaqdır.

Bu  məqsədlə  10  mindən  çox  fəal  gənci 

özündə  birləşdirən  YAP  Nəsimi  Rayon 

Təşkilatının  Gənclər  Birliyi  artıq  rayon 

ərazisində  yerləşən  ilk  partiya  təşkilatları 

ilə görüşlərə start verib.

YAP Nəsimi Rayon Təşkilatının Gənclər 

Birliyinin 2014-cü il üzrə fəaliyyət planının 

müzakirəsi məqsədilə ilk görüş aprelin 18-

də ATU-nun 4 saylı tədris korpusunda YAP 

Nəsimi Rayon Təşkilatının ATU ərazi par-

tiya təşkilatının gənclər birliyi ilə keçirilib.

Tədbirdə YAP Nəsimi Rayon Təşkilatının 

Gənclər Birliyinin sədri Sərraf Hüseynov, 

sədr  müavini  Rauf  Həsənov  və  təşkilatın 

fəal gəncləri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan YAP Nəsimi 

rayon  təşkilatının  ATU  ərazi  partiya 

təşkilatının  sədri,  ATU-nun  tədris  işləri 

üzrə  prorektoru,  professor  Sabir  Əliyev 

əvvəlcə  tarixə  ekskurs  edərək    1990-cı 

illərdə ölkəmizdəki mövcud vəziyyəti xatır-

ladıb. Qeyd edib ki,  ümummilli liderimiz 

Heydər  Əliyev  1993-cü  ildə    hakimiyyətə 

gəldikdən sonra ölkədə gedən hərc-mərcliyə 

son qoyuldu. Ulu öndərin qarşıya qoyduğu 

əsas  şərtlərdən  biri  də  gənclər  siyasəti  ilə 

bağlı  oldu.  Bu  siyasətin  möhtərəm  prezi-

dentimiz  İlham  Əliyev  tərəfindən  uğurla 

davam  etdirildiyini  vurğulayan  prorektor 

gənclərin  partiyadakı  rolundan  danışıb. 

O,  Azərbaycan  Tibb  Universitetində  YAP 

üzvlərinin  sayının  ildən-ilə  artması-

nı  partiyanın  cəmiyyətdəki  nüfuzu  ilə 

əlaqələndirib.  Universitetdə  gənclərlə  işin 

düzgün  qurulduğunu  bildirərək  Tələbə 

Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad 

Novruzovun  bu  istiqamətdəki  fəaliyyətini 

də yüksək qiymətləndirib, YAP Nəsimi Ra-

yon Təşkilatının Gənclər Birliyinə uğurlar 

arzulayıb. 

Daha  sonra  söz  alan  YAP  Nəsimi  Ra-

yon  Təşkilatının  Gənclər  Birliyinin  sədri 

Sərraf  Hüseynov  təşkilatın  ötən  il  gör-

düyü  işlər  haqqında  məlumat  verib.  Yeni 

Azərbaycan  Partiyası  Gənclər  Birliyinin 

əsas  prinsiplərinə  diqqət  yönəldərək  ay-

rı-ayrı  kursların,  treninqlərin,  yay  və  qış 

məktəblərinin,  maarifləndirici  tədbirlərin 

təşkil  olunduğunu  söyləyib.  Yüksək  in-

tellekti,  savadı  ilə  fərqlənən  gənclərin 

müxtəlif  layihələrdə  iştirakını  vacib  sa-

yan  Sərraf  Hüseynov  gənc  partiyadaşla-

rını  Nəsimi  rayon  təşkilatında  keçiriləcək 

seçkilərdə də fəal iştirak etməyə çağırıb. 

Tibb 

Universiteti 



tələbələrinin 

Yeni  Azərbaycan  Partiyasının  bütün 

tədbirlərində  yaxından  iştirak  etdiyini 

bildirən  ATU-nun  Tələbə  Həmkarlar  İt-

tifaqı  Komitəsinin  sədri  Elşad  Novruzov 

Nəsimi rayon Təşkilatının Gənclər Birliyi-

nin ərazi təşkilatı üzrə yeni tərkibini açıq-

layıb.


Diskussiya  şəraitində  keçən  görüşün 

sonunda  gənc  partiya  üzvlərinin  təklifləri 

dinlənilib.

A.KAMRAnoğlU

Aprelin  17-də  Azərbaycan  Tibb  Universitetinin 

Tədris-Terapevtik Klinikasında «Pediatriyanın aktual 

problemləri»nə  həsr  olunmuş  elmi-praktik  konfrans 

və  seminar  işinə  başlayıb.  Tədbir  Azərbaycan 

Respublikası  Səhiyyə  nazirliyi,  Azərbaycan  Tibb 

Universiteti  (ATU)  və  Azərbaycan  Pediatriya 

Assosiasiyasının  təşkilatçılığı  ilə  baş  tutan 

konfransda  respublikamızın  tanınmış  pediatrları, 

universitetin müəllim və tələbələri iştirak ediblər.

Tədbiri  Azərbaycan  Tibb  Universitetinin  rektoru,  Milli 

Məclisin  deputatı,  akademik  Əhliman  Əmiraslanov  aça-

raq  ölkəmizdə  son  illərdə  səhiyyə  sahəsində  qazanılmış 

nailiyyətlərdən  danışıb,  ana  və  uşaqlara  göstərilən  tibbi 

xidmətin  keyfiyyətinin  yaxşılaşdırılmasının  dövlətin  sosial 

yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biri ol-

duğunu vurğulayıb.

Əhalinin,  xüsusilə  uşaqların  sağlamlığının  qorunmasına 

daim  diqqət  göstərildiyini  deyən  rektor  ölkə  rəhbərliyinin 

bilavasitə dəstəyi ilə son illər bu sahədə mühüm tədbirlərin 

həyata keçirildiyini diqqətə çatdırıb. O, “Azərbaycan 2020: 

Gələcəyə baxış” İnkişaf Konsepsiyası”na uyğun olaraq “Ana 

və  uşaqların  sağlamlığının  yaxşılaşdırılmasına  dair  2013-

2020-ci  illər  üçün  Dövlət  Proqramı”,  “Azərbaycanda  qey-

ri-infeksion  xəstəliklərə  qarşı  mübarizəyə  dair  Strategiya” 

layihələri hazırlandığını, “Uşaqların icbari dispanserizasiya-

sı haqqında” Qanunun qəbul olunduğunu qeyd edib. Bildirib 

ki, son illər ərzində ana və uşaqlara tibbi xidmət göstərən 

müəssisələrin maddi texniki bazası möhkəmləndirilmiş, on-

ların  dərman  preparatları  və  tibbi  texnika  ilə  təminatı  yax-

şılaşdırılmışdır.  Bakı  şəhərində  yerləşən  bütün  uşaq  po-

liklinikaları  əsaslı  təmir  edilərək  müasir  tibb  avadanlığı  ilə 

təmin  olunmuşdur.  Regionlarda  fəaliyyət  göstərən  uşaq 

tibb  müəssisləri  yeni  tikilmiş  və  təmir  olunmuş  binalara 

köçürülür. Respublikamızda həyata keçirilən bu tədbirlərin 

nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən 

göstəricilərdə müsbət dinamika müşahidə olunur.

Rektor onu da diqqətə çatdırıb ki, Azərbaycan səhiyyəsinin 

dünya standartları üzrə inkişafının əsas istiqamətlərindən biri 

tibbi təhsil və kadr islahatlarıdır. Universitetdə ənənəvi olaraq 

keçirilən beynəlxalq konfranslar məhz bu məqsədə xidmət 

edir. Konfransda ABŞ-ın aparıcı tibb mütəxəssislərinin işti-

rak etməsi bu konfransın əhəmiyyətini daha da artırır.

Akademik Adilə Namazova isə çıxışında bölgələrdə çalı-

şan pediatrların bilik və bacarıqlarının artırılmasında konf-

ransın əhəmiyyətini vurğulayıb.

Sonra  amerikalı  mütəxəssislər  Susan  Vear  və  Cim  Var-

pinskinin, ATU-nun Tədris Terapevtik Klinikasının direktoru, 

professor Surxay Musayevin uşaqlarda talassemiya, astma 

və allergiya xəstəlikləri ilə bağlı məruzələri dinlənilib.

Aprelin  19-dək  davam  edən  konfransda  Azərbaycanlı 

mütəxəssislər-  ATU-nun  professorları  Hüseyn  Qabulov, 

Amalya  Əyyubova,  Zemfira  Mirzəyeva  və  başqaları  da 

ölkəmizdə uşaq xəstəliklərinə dair məruzələrlə çıxış ediblər.

Arif MƏMMƏDlİ

 Uşaq xəstəliklərinə

dair beynəlxalq konfrans keçirilib

Azərbaycan və İran arasında səhiyyə sahəsində 

əməkdaşlıq genişlənir

İLK PARTİYA TƏŞKİLATLARI İLƏ 

GÖRÜŞLƏRƏ START VERİLİB



Yüklə 350,86 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə