Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 350,86 Kb.
Pdf görüntüsü
səhifə2/7
tarix13.12.2017
ölçüsü350,86 Kb.
#15462
1   2   3   4   5   6   7

30 aprel  2014-ъц ил

http://www.amu.edu.az

3

u

Aprelin 28-də  Böyük Elmi 



Şuranın  növbəti  yığıncağı 

keçirildi. Yığıncağı açan   ATU-nun  

rektoru,  millət  vəkili,  akademik 

Əhliman  Əmiraslanov  gündəliyə 

keçməzdən  öncə  bu  günlərdə 

akademik  Böyükkişi  Ağayevin  

səhiyyənin və tibb elminin funda-

mental, tətbiqi sahələrinin inkişa-

fındakı    çoxillik  xidmətlərinə  və 

nailliyyətlərinə  görə    Azərbaycan 

Milli Elmlər Akademiyasının təsis 

etdiyi  akademik  Mirəsədulla  Mir-

qasımov    adına  mükafata  layiq 

görüldüyünü bildirdi.  

Sonra    universitetin  Tədris  Tera-

pevtik  Klinikasının  direktoru,    pro-

fessor  Surxay  Musayevin  “Klinika-

da  diaqnostik  və  müalicə  işlərinin 

vəziyyəti,    onların  yaxşılaşdırılma-

sı  yolları”  barədə  geniş  hesabatı 

dinlənildi.  

Məruzəçi  hesabatını  əsasən  sta-

tistik  rəqəmlər  üzərində  quraraq 

paralellər  apardı,  göstəricilərin 

müsbətə doğru yüksəldiyini slaydlar 

vasitəsilə  şura  üzvlərinin  diqqətinə 

çatdırdı. 

Son illər Azərbaycan Tibb Univer-

sitetinin bir-birinin ardın ca 4 klinika-

sının yaradılma sı universitetin mad-

di-texniki  bazasının  əsaslı  şəkildə 

möhkəmləndirilməsini  önə  çə kən 

natiq vurğuladi ki, ali tibb təhsilində 

aparılan  köklü  islahatlar  bir  daha 

göstərir  ki,  dövlətimizin  başçı-

sı  cənab  İlham  Əliyev  ulu  öndər 

Heydər  Əliyevin  ideyalarına  sadiq 

qalaraq  milli  səhiyyənin  inkişafını, 

onun  kadr  potensialının  daha  da 

gücləndirilməsini  dövlət  siyasətinin 

prioritet  isti qamətlərindən  biri  kimi 

müəyyənləşdirmişdir. 

Tədris 


Terapevtik 

Klinika 


Azərbaycan Respublikası Preziden-

ti cənab İlham Əliyevin 11 sentyabr 

2007-ci il tarixli Sərəncamı ilə yara-

dılmışdır. Cəmi 1 həftə sonra sent-

yabrın 18-də ölkə başçısının iştirakı 

ilə klinikanın təməlqoyma mərasimi 

keçirilmiş, 3 il müddətinə tikinti başa 

çatdırılmış  və  2010-cu  il  oktyab-

rın  1-də  prezident  İlham  Əliyevin 

və  ölkənin  birinci  xanımı  Mehriban 

Əliyevanın iştirakı ilə klinikanın açı-

lışı olmuşdur.

Sözünə  davam  edən  natiq  bildir-

di  ki,  akademik  Ə.Əmiraslanovun 

təşəbbüsü,  səyi  və  gərgin  zəhməti 

nəticəsində  yaradılan  bu  və  digər 

klinikalar,  nəinki  şəhərin  müxtəlif 

xəstəxanalarında  yerləşmiş  ka-

fedraların  bir  bazada  toplanma-

sına  şərait  yaratmış,  eləcə  də  kli-

nik  fənlərin  daha  müasir  şəraitdə 

tədris 


olunmasına, 

professor-

müəllim  heyətinin  müalicə  işlərinə 

daha  fəal  cəlb  olunmasına,  elmi-

tədqiqat  işlərinin  müasir  standart-

lar 


səviyyəsində 

aparılmasına 

köməklik etmişdir.

Ümumi sahəsi 25 min kvadratmetr 

olan, zəmin qat da daxil olmaqla 15 

mərtəbəli,  380  çarpayılıq  stasio-

nar  şöbələrə  və  gündəlik  300–350 

xəstəyə  tibbi  xidmət  göstərə  bilən 

konsultativ-diaqnostik  poliklinikaya 

malik  klinikada  müayinə,müalicə 

və  reablitasiya  üçün  hər  cür  şərait 

yaradılmışdır.  Klinikada  stabil  və 

kəsintisiz elektrik enerjisi üçün 500 

kVA-lıq generator, 2 ədəd 120 kVA-

lıq UPS, eləcə də, isitmə, soyutma 

və havalandırma sistemləri quraşdı-

rılmışdır. 

Əmək  intizamını  möhkəmləndir-

mək  və  təh lükəsiz liyi  təmin  et-

mək  üçün  Klinikada  işə  giriş  və 

çıxış  elktron  kartlarla  qeydiyyata 

alınır,  elektron  tabellər  tərtib  edi-

lir.  Personal  kartlar  eyni  zaman-

da  klinikanın  xidməti  liftlərinin 

istifadəsini  səmərələşdirmək  üçün 

istifadə  olunur.  Klinikada  intizama 

və  təhlükəsizliyə  nəzarət  üçün  57 

ədəd  müşahidə  kamerası  quraşdı-

rılmışdır. Yanğın təhlükəsizliyi üçün 

həssas siqnalizasiya sistemi, eləcə 

də  baş  verə  biləcək  qəzalara  təcili 

müdaxilə  üçün  vasitələrlə  təchiz 

edilmişdir.

TTK-da  11  klinik  kafedra  yer-

ləşmişdir.  Eyni  vaxtda  640  tələbə 

yeri olan 8 mühazirə zalı, 70-ə qədər 

dərs  otağında  universitetin  III-  VI 

kurs tələbələrinə terapiya, pediatri-

ya,  nevrologiya,  klinik  farmokologi-

ya,  fizioterapiya,  şüa  diaqnostikası 

fənləri tədris olunur. Bundan əlavə, 

klinikada rezidentura və doktorantu-

ra xətti ilə yüksək ixtisaslı kadrların 

hazırlanması həyata keçirilir.

Klinikanın  və  laboratoriyanın 

idarəetmə 

sistemlərini, 

eləcə 


də 

PAKS 


sistemini 

özündə 


birləşdirən  254 kompyuter, 18 mo-

duldan  ibarət  şəbəkə  bütün  tibbi 

sənədləşmə  prosesini  sürətlə  icra 

etmək,  arxivləşdirmək,  statistik 

işləmək,  görüntüləri  və  laborator 

müayinələrin  nəticələrini  müalicə 

həkimlərinə,  eləcə  də  dünyanın 

hər  hansı  ölkəsindəki  mütəxəssisə 

ötürmək  imkanına  malikdir.  Bura-

da  xarici  ölkələrin  qabaqcıl  klini-

kaları  və  dünyanın  görkəmli  tibb 

mütəxəssisləri ilə video-əlaqə qura-

raq müzakirələr aparıb, məsləhətlər 

almaq  mümkündür.  Bütün  tədris 

otaqları,  iş  kabinetləri,  palatalar 

sürətli internet xəttinə qoşulmuşdur. 

Tədris  prosesinin  əyaniliyini  artır-

maq məqsədilə hörmətli rektorumu-

zun  təşəbbüsü  ilə  ABŞ-dan  alınıb 

gətirilmiş, onlarla mürəkkəb xəstəliyi 

və onların çoxsaylı fəsadlaşmalarını 

modelləşdirmək  imkanına  malik 

robot pasientlər – simulyatorlar qo-

yulmuş Tibbi Treninq Mərkəzi yara-

dılmışdır.

TTK  və  onun  əməkdaşları, 

gündəlik  tibbi,  elmi,  pedaqo-

ji  fəaliyyəti  haqqında  məlumatlar 

rəsmi  internet  səhifəsində  (www.

amuclinic.com) öz əksini tapmışdır, 

və sayt hər gün yenilənmə prinsipi 

ilə işləyir.

Təbii  olaraq  Klinikanın  əsas 

fəaliyyəti  müalicə-diaqnostik  işləri 

həyata keçirmək olmuşdur. Klinika-

nın 6 terapiya, 3 Pediatriya, Nevro-

logiya,  Efferent  terapiya,  Endosko-

piya, Şüa diaqnostikası şöbələrində, 

Ürək-Damar  Mərkəzi,  Konsultativ-

Diaqnostik Poliklinika, Kliniki Labo-

ratoriya  və  instrumental  müayinə 

şöbələri və kabinetlərində respubli-

kanın bütün şəhər və rayonlarından 

terapevtik,  pediatrik  və  nevroloji 

yönümlü  xəstələrin  diaqnostikası, 

müalicəsi  və  reablitasiyası  aparılır. 

Bunun  üçün  klinikada  Amerikanın, 

Yaponiyanın,  Almaniyanın,  Fransa-

nın,  Türkiyənin,  Cənubi  Koreyanın 

aparıcı  şirkətlərinin  cihaz  və  ava-

danlıqları quraşdırılmışdır.

Klinikada 

fəaliyyət 

göstərən 

işçilərin  say  tərkibi  440  nəfərdən 

ibarətdir.  Klinika  əməkdaşları:  200 

nəfər,  onlardan  7  nəfəri  həkim, 

89  nəfər  tibb  bacısı  qalanları  isə 

xadimələr  və  digər  işçilərdir.    Ka-

fedraların əməkdaşları 240 nəfərdir. 

Klinikada  həkim,  növbətçi  həkim 

funksiyalarını  bir  neçə  ixtisaslar 

istisna  olmaqla  yalnız  kafedraların 

əməkdaşları yerinə yetirirlər. 

Klinika  Nazirlər  kabinetinin  1 

dekabr  2010-cu  il  361  S  say-

lı  sərəncamına  əsasən  2012-

ci  ilin  mart  ayından  tədricən 

özünümaliyyələşdirmə 

prinsipi 

ilə  fəaliyyətə  keçir.  Hələlik  polikli-

nik  qəbul,  diaqnostik  müayinələr, 

2013-cü  ilin  sentyabr  ayından  isə 

Reanimasiya    və  İntensiv  terapiya 

şöbəsinin xidmətləri ödənişli qayda-

da həyata keçirilir.

Klinika əhaliyə müalicə-diaqnostik 

xidməti əsasən 2 istiqamətdə qurur:



1.  Konsultativ-diaqnos tik 

xidmət

2. Stasionar müalicə xid mə ti

Əhaliyə 


konsultativ-diaqnostik 

xidmətin  əsas  ağırlığı  klinikanın 

konsultativ-diaqnostik  poliklinika-

nın,    ixtisaslaşdırılmış  kabinet  və 

laboratoriyaların üzərinə düşür. 

2013-cü  ildə  konsultativ-diaqnos-

tik  poliklinikaya  27457  müraciət  ol-

muşdur ki, bu da 2012-ci ilə nisbətən 

3604 nəfər (13,1 %) çoxdur. 

Yuxarıda  qeyd  etdiyimiz  ki-

mi,  Klinikanın  müalicə-di aq  nostik 

fəaliyyətinin əsas istiqamətlərindən 

biri də stasionar tibbi xidmətdir. Sta-

sionar şöbələrdə, əsasən 2, qismən 

3  nəfərlik  ümumi  və  1  nəfərlik  VİP 

palataları  mövcuddur.    Klinikanın 

bütün palataları sanitar qovşağı,duş 

kabinələri,  oksigen  panelləri,  tibb 

bacısı  çağırış  sistemi,  internet  və 

telefon  xətti  ilə  təchiz  edilmiş,  24 

saat fasiləsiz isti-soyuq su ilə təmin 

olunur.Xəstələrə gündə 3 dəfə die-

toloqun tərtib etdiyi stollara müvafiq 

olaraq yemək və 550 adda dərman 

preparatı pulsuz olaraq verilir. 2012-

ci  ilin  sentyabr  ayından  etibarən 

Azərbaycan  Respublikası  Səhiyyə 

Nazirliyinin  razılığı  ilə  klinikada 

60  çarpayılıq  gündüz  stasionarı 

fəaliyyət  göstərir.  Klinikada  2013-

cü  ildə  4322  nəfər  xəstə  stasionar 

müalicə almışdır.  Bu rəqəm 2012-ci 

illə müqayisədə 1118 nəfər  (25,8%) 

çoxdur.


2013-cü  ilin  dekabrında  hörmətli 

rektorumuzun  təşəbbüsü  və  təklifi 

ilə  bütün  bu  bölmələrin  bazasında 

diaqnostik və stasionar bölmələrdən 

ibarət  vahid  Ürək-damar  Mərkəzi 

yaradılmışdır.  Qısa  müddətdə  bu 

mərkəz  ən  müasir  cihazlarla  təmin 

edilmiş, həm diaqnostik, həm stasi-

onar bölmələrdə ciddi rekonstruksi-

ya işləri aparılmışdır.

S.Musayev  vurğuladı  ki,  Klinika-

da  marketinq  işlərinə  də  ciddi  fikir 

verilir.  Marketinq  bölməsi  8  sığorta 

şirkəti  ilə  müqavilə  bağlamışdır.  2 

şirkət  ilə  may  ayında  müqavilənin 

imzalanması gözlənilir.

  Natiq  bildirdi  ki,  reklam  işləri 

çərçivəsində  Klinika  haqqında  15 

dəqiqəlik,  30  və  56  saniyəlik  rek-

lam  çarxları  hazırlanmış,  ölkənin 

telefiziya kanallarında efirə verilmiş-

dir.  Klinikanın  bütövlükdə  fəaliyyəti 

haqqında    respublika  mediasında 

150-ə qədər reportaj, veriliş, xəbər, 

məqalə xarakterli materiallar  veril-

mişdir.


Klinikanı  tanıtmaq  və  marketinq 

məqsədilə  klinikanın  Facebook, 

Twitter,  Google  plus,  Youtube    so-

sial  şəbəkələrində  ünvanı    yaradıl-

mışdır.

Klinikada 



müalicə-diaqnostik 

xid  mətin  gücləndirilməsi  prioritet 

məsələdir.  Bu  məqsədlə  bir  sıra 

işlər  görülmüş  və  bu  işlər  davam 

etdirilir.  Klinika  respublikada  ilk 

dəfə  olaraq  tam  “Elektron  klinika” 

sisteminə keçmişdir.

Kafedra müdirləri Vəsadət Əzizov, 

Sahib Musayev, Amalya Əyyubova, 

Əlihüseyin  Hidayətov,  Bahadur 

Baxşıyev  və  Zakir  Qarayev  çi-

xışlarında  hesabatı  qənaətbəxş  

qiymətləndirdilər, 

əldə 


olunan 

nailiyyətlərlə  yanaşı  bu  sahədə 

onları  maraqlandıran  bir  sıra  

problemlərdən  də  söhbət  açdılar. 

Onlar, az bir zaman kəsiyində bu kli-

nikanın dünyanın inkişaf etmiş klini-

kaları ilə bir sırada durduğundan qü-

rur duyduqlarını dilə gətirdilər və kli-

nikada əməkdaşların işləməsı üçün 

yaradılan hər cür şərait üçün ölkə və 

universitet  rəhbərliyinə  minnətdar 

olduqlarını  bildirdilər.    Natiqlər 

universitetin  günü-  gündən  mad-

di-  texniki  bazasının  gücləndiyini 

qeyd  edərək  rəhbərlik  etdikləri  ka-

fedralarda  bu  istiqamətdə  aparılan 

məsələlərdən    danışdılar,  tədrisin 

və  müalicə  işlərinin  keyfiyyətinin 

daha  da  yüksəldilməsi  yollarından 

bəhs etdilər.   

Məruzə  və  çıxışlarada  səslənən 

fikirlərə  münasibətini  bildirən  aka-

demik  Ə.Əmiraslanov  müzakirə 

olunan  məsələnin  vacibliyini  bir 

daha  önə  çəkərək  söylədi  ki,  klini-

kaların  həyatında  bu  indiyədək    ilk 

hesabat  məruzədir  və  belə  qərara 

gəldik ki, gələcəkdə digər klinikala-

rın da fəaliyyəti Böyük Elimi Şurada 

müzakirə olunsun.

Bütün  klinikaların  təşkilinin  ulu 

öndər  Heydər  Əliyevin  adı  ilə  bağ-

lı olduğunu qeyd edən rektor digər 

iki  klinikanın  yaradılması,  tikin-

tisi  və  avadanlıqla  təchizatı  sırf 

möhtərəm  prezidentimizin  diqqət 

və  qayğısının  bariz  nümunəsi  kimi 

qiymətləndirdi. Sözünə davam edən 

Ə.Əmiraslanov  dedi  ki:  “Dövlət 

bizim  üçün  bu  qayğını  göstərdi. 

Amma bu klinikaların necə fəaliyyət 

göstərməsi  bizdən  asılıdır.  Ona 

görə də yeni yaradılan bu klinikala-

rın  fəaliyyətini  düzgün  istiqamətdə 

aparmaq  üçün  ciddi  çalışmalıyıq. 

Bu  da  kollektivin  səriştəsindən 

asılıdır.  Kadr  məsələsində  çox 

çətinliklər  var.  Biz  məsələni  belə 

qoymuşduq  ki,  professor-müəllim 

heyətimiz var, əlavə həkim kadrları-

na ehtiyacımız olmayacaq. Sonrakı 

təcrübə göstərdi ki, onsuz keçinmək 

mümkün  deyil.  Hələ  bizim  klinika-

larımız  olmayanda  xarici  ölkələrdə 

təhsil  almış,  dünyanın  müxtəlif  kli-

nikalarında,  Avropada,  Amerika-

da  təcrübə  keçib  qayıtmış  gənclər 

bizə  müraciət  edirdilər.  O  zaman 

imkanlarımız geniş deyildi. İndi on-

ların sayəsində terapevtik klinikada 

və  cərrahi  klinikada  diaqnostika  ilə 

məşğul  olan  tam  bir  komanda  var. 

Bu gün ən ağır hadisələri müzakirə 

etmək üçün onların yanına gəlirlər. 

Bu bizi çox sevindirir. Digər tərəfdən 

avadanlıq  alındı.  Avadanlıqların 

işlək  vəziyyətdə  olması  üçün  bö-

yük  vəsait  tələb  olunur.  Təkcə  bu 

il  avadanlıqların  təmiri,  yeni  ava-

danlıqların  alınmasına  terapiya 

klinikası  təxminən  yarım  milyon 

manat  vəsait  xərcləyib.  Çox  yax-

şı  ki,  bu  vəsaitin  böyük  bir  qismini 

klinika özü qazanıb. Bütövlükdə kli-

nikanın fəaliyyətini qənaətbəxş kimi 

qiymətləndirən universitetin rəhbəri 

ürək mərkəzinin yaranmasının vacib 

məsələ  olduğunu  bildirdi.  Bəzi  ka-

fedra müdiri, professor universitetin 

klinikası ola-ola gedib özəl klinikada 

əməliyyat eləməyi, xəstəyə baxma-

ğını necə başa düşək?  

Səhiyyəmizin  gələcəyinin  tibbi 

sığorta  ilə  bağlı  olduğunu  vurğu-

layan  rektor,  universitet  klinikala-

rının  zəif    reklam  olunmasından 

təəssüfləndiyini dilə gətirdi. 

Rektor  daha  sonra    qarşıda 

duran  bir  sıra    görüləcək  təd-

birlərdən    söhbət  açdı,    müxtəlif 

məsələlər  barədə  şura  üzvlərini 

məlumatlandırdı.



MƏnSUR

Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin 

vəziyyəti,  onların 

yaxşılaşdırılması yolları müzakirə edilmişdir

Böyük Elmi Şurada

Fotolar Cənnətalı Çingizindir


Yüklə 350,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə