Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 350,86 Kb.
Pdf görüntüsü
səhifə3/7
tarix13.12.2017
ölçüsü350,86 Kb.
#15462
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 aprel 2014-ъц ил

4

A

zərbaycan 

oftalmologi-

ya  elmini,  o  cümlədən 

bütövlükdə  tibb  elmini  öz  bit-

kin  və  dərin  məzmunlu  dol-

ğun  əsərləri,  elmi  nailiyyətləri 

ilə  dünya  miqyasında  tanıdan 

əbədiyaşar elm xadimlərimizdən, 

bacarıqlı  səhiyyə  qurucularımız-

dan  biri  də  görkəmli  alim-oftal-

moloq, SSRİ Tibb Elmləri Akade-

miyasının  akademik M.İ.Averbax 

adına mükafatı laureatı, əməkdar 

elm xadimi, akademik Zərifə Əziz 

qızı Əliyevadır.

Azərbaycan  Tibb  Universitetinin 

dünya  şöhrətli  məzunu,  akademik 

Zərifə  xanım  Əliyeva  həm  də  uzun 

illər ulu öndər Heydər Əliyevlə çiyin-

çiyinə addımlayaraq ölkəmizin bütün 

sahələrinin inkişafında yaxından işti-

rak etmiş,  Azərbaycana İlham Əliyev 

kimi dünya şöhrətli siyasətçi bəxş et-

mişdir.


Zərifə 

xanımın 


xalqımızın 

qədim  adət-ənənələrinin  köklərinə 

söykənərək  dünya  sivilizasiyası 

incilərinə qovuşan alicənab bir ailədə 

dünyaya  göz  açması,  atası-görkəmli 

dövlət  və  elm  xadimi  Əziz  Əliyevlə 

anası Leyli xanımın tərbiyəsini alması 

onu bütün həyatı boyu müşayiət edən 

mənəvi  zənginlik  dünyasının  əsaslı 

təməlinə  çevrilən  amillərdən  olmuş-

dur.

Ümummilli  lider  dahi  Heydər 



Əliyevin  həm  Azərbaycanda,  həm 

keçmiş  SSRİ  miqyasında,  həm  də 

dünya miqyasında, beynəlxalq aləmdə 

əldə  etdiyi  möhtəşəm  uğurlarında, 

şübhəsiz ki, Zərifə xanım Əliyeva bö-

yüklüyünün mühüm əhəmiyyəti, mü-

hüm rolu olmuşdur.

Akademik 

Zərifə 

Əliyeva 


bütövlükdə  öz  parlaq  fəaliyyəti  ilə 

tarix salnaməsinə əbədi həkk olunan 

şərəfli  və  mənalı  bir  ömür  yaşamış-

dır. O, elmin çətin yollarında inamla 

irəliləyərək  akademiklik    zirvəsinə 

-  tibb  elminin  ən  uca  pillələrinə 

yüksəlmiş, çox  məsuliyyətli, eyni za-

manda  gərəkli,  ibrətamiz,  nümunəvi 

bir həyat yolu keçmişdir.

Zərifə  Əliyeva  1923-cü  il  aprel 

ayının 28-də Naxçıvan  Muxtar Res-

publikası  Şərur  rayonunun  Şahtax-

tı  kəndində    dünyaya  gəlmişdir.  O, 

dünyaya  göz  açanda  doğma  ata  yur-

du  qədim  Azərbaycan  torpağı  olan 

İrəvan,  təəssüf  ki,  artıq  ermənilər 

tərəfindən işğal olunmuşdu. Məlumdur 

ki,  1918-ci  ildə    Əziz  Əliyevin 

ailəsi    digər  azərbaycanlı  ailələrlə 

birlikdə  erməni  işğalçıları  tərəfindən 

İrəvandakı  dədə-baba  yurdlarından 

didərgin salınmışdı və ailə bu təcavüz 

nəticəsində bir sıra məhrumiyyətlərlə 

üzləşdikdən  sonra,  nəhayət,  Şərur 

rayonunda  məskunlaşmışdı.  Zərifə 

xanımın  atası  Əziz  Əliyevin  1917-

1918-ci  illərdə  Sankt  -  Peterburqda  

Hərbi—Tibb  Akademiyasında  al-

dığı  ali  təhsil  erməni  vandalizminə 

görə yarımçıq qalmışdı.  Əziz Əliyev 

həmin  akademiyanın  birinci  kursu-

nu müvəffəqiyyətlə bitirdikdən sonra 

1918-1923-cü  illərdə  beş  il  ərzində 

Naxçıvanda,  Cənubi  Azərbaycanda 

(Ərəblər  kəndində),  Şərurda  məcburi 

köçkünlük  həyatı  yaşayaraq,  əzablı 

yollardan  keçmişdir.  Lakin  ruhdan 

düşməmiş,  dəmir  iradəsini,  bilik  və 

bacarığını  səfərbər  edərək  həkim 

köməkçisi  vəzifəsində  çalışmış, 

dözülməz ağır illərdə bu yolla xalqına 

əvəzsiz  yardımlar  etmişdir.  1923-cü 

ildə  Naxçıvan  Muxtar  Respublika-

sının  rəhbərliyi  Əziz  Əliyevin  bilik 

və  bacarığını,  istedadını  nəzərə  ala-

raq,  onun  Bakıya  getməsini,  orada 

ali  tibb  təhsilini  davam  etdirməsini 

məsləhət  görmüşdü.  Elə  həmin  ildə 

Əziz  Əliyevin  ailəsi  Bakıya  köçmüş 

və  o,  təhsilini  Bakı  Universitetinin 

tibb  fakültəsində  davam  etdirmişdir. 

Ona görə də Zərifə xanımın həyatının 

sonrakı  mərhələləri  Bakı  şəhəri  ilə 

bağlı olmuşdur.

Zərifə  xanım  1942-ci  ildə  orta 

məktəbi  əla  qiymətlərlə  bitirdikdən 

sonra  atasının həkimlik sənətini da-

vam etdirmək arzusunda olduğundan 

sənədlərini  Azərbaycan  Dövlət  Tibb 

İnstitutuna təqdim etmiş və elə həmin 

il  institutun  müalicə-profilaktika 

fakültəsinə  daxil  olmuşdur.  Onun-

la  bir  qrupda,  eyni  kursda  oxuyan 

məzunların  xatirələrində  qeyd  edil-

diyi kimi, Zərifə xanım fitri istedada, 

dərin  zəkaya,  geniş  dünyagörüşünə, 

yüksək  mədəni  səviyyəyə  malik 

təvazökar  bir  tələbə  olmuşdur.  O, 

tibbi  fənlərlə  yanaşı,  digər  fənlərin 

də  tədrisinə  eyni  dərəcədə  maraq 

göstərir, hərtərəfli biliyə malik həkim 

kimi  formalaşırdı.  Hələ  tələbəlik 

illərindən tibb elminin öyrənilməsinə 

sonsuz həvəs göstərdiyindən tibb ins-

titutunda  keçirilən  tələbə  elmi    top-

lantılarında elmi məruzələrlə çıxışlar 

edirdi.

Görkəmli oftalmoloq-alim məzunu 



olduğu  və  özü  üçün  “Alma  mater” 

hesab  etdiyi  Azərbaycan  Dövlət 

Tibb  İnstitutunu  (indiki  Azərbaycan 

Tibb  Universiteti)  bitirdikdən  son-

ra  da  onu  heç  vaxt  unutmamış, 

onunla  daim  sıx  əlaqə  saxlamışdır. 

Azərbaycan  Tibb  Universiteti  məhz 

belə  layiqli  məzunları  ilə  fəxr  edir, 

öyünür,  onların  nailiyyətləri  ilə  uca-

lır,  yüksəlir.  Azərbaycan  Tibb  Uni-

versitetinin  oftalmologiya  kafedrası-

nın  əməkdaşları böyük iftixar hissilə 

hazırda  da  özlərini  Zərifə  xanımın 

yetirmələri,  onun  yaratdığı  elmi 

məktəbin  davamçıları  hesab  edirlər. 

1977-ci  ildə  görkəmli  dövlət  və  elm 

xadimi  Əziz  Əliyevin  N.Nərimanov 

adına  Azərbaycan  Dövlət  Tibb  İnsti-

tutunda keçirilən 80 illik yubileyində 

Zərifə  xanımın  çıxışı  institut  kollek-

tivinin  qəlbində  silinməz  izlər  bu-

raxmış,  xoş  xatirələrə  çevrilmişdir. 

ATU-nun  professor-müəllim  heyəti, 

çoxminli tələbələri bu ali tibb təhsili 

ocağının dünya şöhrətli məzunu olan 

unudulmaz  Zərifə  xanım  Əliyevanın 

xatirəsini həmişə əziz tutur. Bu qoca-

man  təhsil  ocağında  onun  xatirəsinə 

həsr  olunmuş  elmi-praktik  konf-

ranslar,  yubiley  gecələri  keçirilir. 

Azərbaycan  Tibb  Universitetinin  akt 

zalının və 11 mərtəbəli tədris binasının 

foyesində  akademik  Z.Ə.Əliyevanın 

həyat  və  fəaliyyətini  əks  etdirən 

foto-guşələr  yaradılmışdır.  ATU-nun 

professor-müəllim heyəti və tələbələri 

hər gün bu guşələrin önündən keçərək 

görkəmli  alimin  əziz  xatirəsini  ehti-

ramla yad edirlər.

Zərifə 


xanım 

Əliyeva 


diplomaqədərki    təhsili  dövründə 

bütün  varlığı  ilə  göz  həkimliyinə 

-  oftalmologiya  elminə  bağlanmış-

dı  və  həkimliyin  bu  çətin,  eyni  za-

manda  çox  maraqlı  və  məsuliyyətli 

sahəsi  onun  diqqətini  daha  çox  cəlb 

edirdi.  Ona  görə  də  1947-ci  ildə 

Azərbaycan  Dövlət  Tibb  İnstitutunu 

əla  qiymətlərlə  bitirdikdən  sonra  o, 

ixtisas  seçməkdə  çətinlik  çəkməmiş 

və  tərəddüd  etmədən  oftalmoloq  ix-

tisasını  seçmişdir.  Bununla  yanaşı, 

ona aydın idi ki, dar ixtisas üzrə ka-

mil  mütəxəssis  olmaq  üçün  institut 

təhsili  kifayət  etmir  və  mütləq  bir 

neçə  il  də  diplomdansonrakı  hazır-

lığa  sərf  etməlidir.  Bu  məqsədlə  o, 

institutu bitirdikdən sonra Moskvaya 

getmiş və orada Ümumittifaq Mərkəzi 

Həkimləri  Təkmilləşdirmə  İnstitu-

tunda  məşhur  alimlərin  iş  təcrübəsi 

ilə  yaxından  tanış  olmuş,  praktiki 

vərdişlərə  yiyələnmiş,  oftalmolo-

giya  ixtisası  üzrə  mütəxəssis  kimi 

təkmilləşmə  hazırlığı  keçmişdir.  İki 

ildən  sonra  Vətənə  qayıdaraq,  1949-

cu  ildə  Azərbaycan  Respublikası 

Səhiyyə  Nazirliyinin  Elmi-Tədqiqat 

Göz  Xəstəlikləri  İnstitutunda  elmi 

işçi  vəzifəsində  çalışmağa  başlamış-

dır. Bununla da onun elmi axtarışla-

rının,  gələcək  müvəffəqiyyətlərinin 

təməli  qoyulmuşdur.  Zərifə  xanım 

fəaliyyət  göstərdiyi  Elmi–Tədqiqat 

Göz Xəstəlikləri İnstitutunda aspiran-

turaya qəbul olunmuş, elmi axtrarışla-

rı dövründə özünə rahat yollar seçmək 

stereotipindən uzaq olmağa çalışmış, 

şablonlardan  qaçmış,  Vətənə,  xalqa 

həqiqi  mənada  xeyir  verə  biləcək  ən 

çətin  sahələrdə  özünü  sınamağa  can 

atmış və istəyinə nail ola bilmişdir.

İkinci Dünya müharibəsinin təzəcə 

başa çatdığı illərdə, keçmiş SSRİ-nin 

bir  çox  regionlarında  olduğu  kimi,  

Azərbaycanda da traxoma xəstəliyinin 

geniş  yayılma  təhlükəsi  yenidən  baş 

qaldırmışdı və ona qarşı aparılan ara-

sıra  mübarizə  tədbirləri  o  qədər  də 

effektli təsir göstərmirdi. Xalqın sağ-

lamlığının vacibliyini ön plana çəkən 

gənc alim ölkəmizi bürümüş yoluxu-

cu  göz  xəstəliklərinin  qarışısını  al-

maq  və  bu  xəstəliklərin  ləğvinə  nail 

olmaq üçün yollar axtarırdı. O dövrdə 

Ümumdünya  Səhiyyə  Təşkilatının 

məlumatına  görə,  dünyada  400  mil-

yona qədər insan traxoma xəstəliyinə 

tutulmuş,  bunun  nəticəsində  80  mil-

yon insan kor olmuşdu, çünki traxo-

ma  xəstəliyinin  müalicəsinə  zəmin 

yarada  biləcək  o  qədər  də  güclü 

təsirə  malik  dərman  preparatları 

hələ  mövcud  deyildi.  Müharibədən 

yenicə  çıxmış  ölkənin  iqtisadi-si-

yasi  durumu  da  qənaətbəxş  olma-

dığından  ümumi  vəziyyətin  nikbin 

qiymətləndirilməsinə  əsas  verən  sti-

mul belə yox idi. Bu kimi problemlərlə  

üzləşən  gənc  tədqiqatçı  Zərifə  xa-

nım  Əliyeva  ruhdan  düşməyərək 

axtarışlarını  davam  etdirmiş,  əsl 

vətəndaş  mövqeyində  dayanaraq, 

get-gedə  ölkə  daxilində  yayılmaqda 

olan  traxoma  xəstəliyinin  qarşısını 

almaq  üçün  diaqnostika,  müalicə  və 

profilaktika  üsullarının  kompleks 

şəkildə  tətbiqi  istiqamətində  mühüm 

tədbirlər  planı  hazırlamış  və  həyata 

keçirməyə başlamışdır. Onun başlıca 

məqsədlərindən biri də Azərbaycanda 

traxoma xəstəliyinin müalicə və pro-

filaktikasını  vaxtında  və  yetərincə 

həyata keçirməkdən, bu prosesin elmi 

istiqamətlərini 

müəyyənləşdirərək 

səhiyyə praktikasına tətbiqini reallaş-

dırmaqdan ibarət olmuşdur.

Tarixi  faktlar  göstərir  ki,  keçən 

əsrin 30-40-cı illərində də Zərifə xa-

nımın atası Əziz Əliyev  Azərbaycan 

Dövlət  Tibb  İnstitutunun  rekto-

ru  olduğu  dövrdə  və  ondan  sonra-

kı  illərdə  xüsusi  komissiya  təşkil 

edərək  Azərbaycanda  tüğyan  edən 

malyariya,  traxoma,  vərəm  və  s. 

kimi  infeksion  xəstəliklərə  qarşı 

mübarizədə əsl fədakarlıq göstərmiş, 

belə xəstəliklərin yayılmasının qarşı-

sının  alınmasında  fəal  iştirak  etmiş-

dir. Sonralar XX əsrin 40-cı illərinin 

əvvəllərində Əziz Əliyev başqa vəzifə 

yerinə  yetirdiyinə  görə  bu  sahə  bir 

qədər  zəifləmişdi.  Lakin  ötən  əsrin 

50-ci illərində Azərbaycan miqyasın-

da  epidemiya  qorxusu  olan  traxoma 

xəstəliyinin diaqnostikası, müalicə və 

profilaktikası kompleks şəkildə Zərifə 

xanım  Əliyeva  tərəfindən  yerinə  ye-

tirmişdir  ki,  bu  da  onun  atası  Əziz 

Əliyevin    yaxın  keçmişdə  başladığı 

xeyirxah işlərin davamına çevrilmiş-

dir.

Traxoma ilə əlaqədar ölkədəki real 



vəziyyəti əyani olaraq müşahi də etmək 

üçün Zərifə xanım Azər baycanın bü-

tün  rayonlarına  gedərək,  xəstəliyin 

regional  lokallığını  müəyyənləşdirir, 

epidemioloji  xüsusiyyətlərini  araş-

dırır,  xəstələrə  birbaşa  öz  dəyərli 

məsləhətlərini  verir,  bir  sıra  digər 

göz  xəstəliklərinin  profilaktikası  və 

müalicəsi  haqqında  maarifləndirici 

söhbətlər  keçirirdi.  Alim  traxomanın 

müalicəsində  istifadə  edilən  mövcud 

kütləvi  müalicə  üsulları  ilə  yanaşı, 

o  dövrün  güclü  antibiotiklərindən 

hesab  edilən  sintomisindən  isifadə 

etməklə yeni müalicə üsulu tətbiq et-

miş  və  uğurlu  nəticələrə  nail  olmuş-

du.  Dəyərli  elmi  kəşflərdən  sayılan 

Z.Ə.Əliyeva  üsulunun  kompleks  pro-

filaktik  tədbirlərlə  birlikdə  praktik 

səhiyyədə  geniş  tətbiqindən  sonra 

traxoma  xəstəliyinin  müalicəsində 

əsaslı dönüş yaranmış, xəstəliyin ya-

yılmasının  qarşısı  alınmış  və  bu  da 

tədricən  traxomanın  ləğvinə  gətirib 

çıxarmışdır.  Beləliklə,  gənc  oftal-

moloqun  fədakar  zəhmətsevərliyi 

sayəsində  yerinə  yetirilən  tibbi 

tədbirlər  əhalinin  dünya  işığından 

məhrum  olmasının,  onların  əlilliyə 

düçar  olaraq  əmək  qabiliyyətini 

itirmələrinin,  çarəsizlikdən  kütləvi 

depressiya  vəziyyətinə  düşmələrinin 

qarşısını almışdır. Yalnız bundan son-

ra  Zərifə xanım bu mövzu ətrafında 

dissertasiya  müdafiəsi  etməyə  qərar 

vermiş və 1959-cu ildə sərbəst surətdə  

yerinə  yetirdiyi  elmi  istiqamətlərin 

nəticələrinə  əsasən  “Traxomanın 

digər  terapiya  üsulları  ilə  birlikdə 

sintomitsinlə  müalicəsi”  mövzu-

su  üzrə  namizədlik  dissertasiyası 

müdafiə edərək  tibb elmləri namizədi 

elmi dərəcəsinə layiq görülmüşdür.  

Zərifə  Əziz  qızı  apardığı  elmi-

tədqiqat  işlərinin  nəticələrinə  görə 

daim  elmi  ictimaiyyətin  diqqət 

mərkəzində  olmuş  və  1960-1967-

ci  illərdə  Azərbaycan  Respublikası 

Səhiyyə  Nazirliyinin  Elmi-Tədqiqat 

Oftalmologiya  İnstitutunda  bö-

yük  elmi  işçi  vəzifəsində  çalışaraq, 

fəaliyyət göstərdiyi elm ocağında of-

talmologiya elminin bütün sahələrinin 

inkişafına yaxından kömək göstərmiş, 

bu  istiqamətin  tərəqqisinə  öz  dəyərli 

töhfələrini 

vermişdir. 

Alimin 


xidmətləri  yüksək  qiymətləndirilmiş 

və SSRİ Ali Attestasiya Komissiyası 

1963-cü  ildə  Moskvaya  göndərilmiş 

təqdimat əsasında onun oftalmologiya 

ixtisası  üzrə  “Böyük  elmi  işçi”  elmi 

adını təsdiq etmişdir.

Zərifə xanım göz xəstəliklərinin di-

aqnostika, müalicə və profilaktikasını 

düzgün  təşkil  etməklə  yanaşı,  yeni 

laboratoriyalar yaradır, insan sağlam-

lığı amilini  daim ön plana çəkirdi. O, 

yalnız Bakı şəhərində deyil, həmçinin  

Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, 

Əli  Bayramlı  (indiki  Şirvan),  Salyan 

və respublikanın digər şəhər və rayon-

larında zərərli iş şəraitlərinin törətdiyi 

göz    xəstəliklərini,  eləcə  də  digər 

xəstəlikləri aşkar edir, həm xəstələrin 

müalicəsinə, onların iş yerlərində möv-

cud  olan  mənfi  təsirlərdən  qorunma-

larına, həm də əmək müəssisələrinin  

ekologiyasına  hərtərəfli  diqqət  yeti-

rir,  onlarda  ekoloji  prinsiplərə  riayət 

edilməsi  konsepsiyalarının  həyata 

keçirilməsi  yollarını  göstərirdi.  Bu-

nunla da o, peşə amillərinin törətdiyi 

göz xəstəliklərinin və bütövlükdə, or-

qanizmi tam şəkildə müalicə edərkən, 

təkcə görkəmli alim-oftalmoloq kimi  

deyil,  həmçinin  fədakar  alim-ekoloq 

kimi  də  şöhrət  qazanmışdır.  Zərifə 

xanım ölkəmizdə ilk dəfə olaraq həm 

oftalmologiyanın  peşə  etiologiyalı 

xəstəliklərinin  diaqnostika,  müalicə 

və  profilaktikasının,  həm  də  ekoloji 

təmizlik  ideyasının  əsasını  qoymuş, 

bu ideyanın praktik səhiyyədə həyata 

keçirilməsinə  nail  olmuşdur.  Keç-

miş  SSRİ  dövründə  peşə  amilli  göz 

xəstəliklərinin diaqnostikası, müalicə 

və profilaktikasında çox böyük uğur-

lar  qazanan  Zərifə  xanım  Əliyeva 



Dünya şöhrətli oftalmoloq-alim, qayğıkeş 


Yüklə 350,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə