Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 350,86 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix13.12.2017
ölçüsü350,86 Kb.
#15462
1   2   3   4   5   6   7

30 aprel  2014-ъц ил

http://www.amu.edu.az

5

ekologiya elmi üzrə də böyük müvəffəqiyyətlərə 

nail olmuşdur.

Z.Ə.Əliyeva  ardıcıl  olaraq  yerinə  yetir-

diyi  elmi-tədqiqat  işləri  ilə  yanaşı,  pedaqo-

ji  fəaliyyətini  də  yüksək  səviyyədə  aparırdı. 

O,  1967-ci  ildən  etibarən  Əziz  Əliyev  adına 

Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə 

İnstitutunun  ADHTİ  göz  xəstəlikləri  kafedra-

sında  pedaqoji  fəaliyyətə  başlayaraq,  əvvəlcə 

kafedranın dosenti, sonra professoru, daha sonra 

isə həmin kafedranın müdiri vəzifəsini yüksək 

səviyyədə  yerinə  yetirərək,  həkimlərin  dip-

lomdansonrakı  hazırlıqlarının  tədris-metodiki 

göstərişlərə  və  digər  tələblərə  uyğun  şəkildə 

aparılmasına əlverişli şərait  yaratmışdır. Onun 

Azərbaycan  Dövlət  Həkimləri  Təkmilləşdirmə 

İnstitutunda  göz  xəstəlikləri  üzrə  təkmilləşmə 

kursu  keçən  həkimlərlə  apardığı  mühazirə  və 

praktik  məşğələlərinin  əsasını  tibb  elmində 

əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə 

yiyələnmənin  istiqamətləri,  müasir  tibbi  cihaz-

ların  gündəlik  təcrübədə  tətbiqi  üsullarının 

dərindən mənimsənilməsi və s. təşkil edirdi.

Zərifə xanım Əliyeva ADHTİ-da çalışdığı ilk 

illərdən görmə orqanının patologiyasına xüsusi 

diqqət  yetirmiş,  zərərli  sənaye  müəssisələrində 

çalışan  insanların  oftalmoloji  müayinədən 

keçmələrini  təşkil  etmiş,  peşə  ilə  əlaqədar 

əmələ  gələn  göz  xəstəliklərinin  profilaktika-

sı  və  müalicəsi  ilə  ciddi  məşğul  olmuşdur.  O, 

peşə  amili  etiologiyalı  göz  xəstəliklərinin  ya-

yılma  qanunauyğunluqlarını  aşkar  etmək  üçün 

Bakı şin zavodunda, neft-kimya və yod sənayesi 

müəssisələrində,  Sumqayıt  “Üzvi  sintez”  is-

tehsalat  Birliyində,    Mingəçevir  “İzolit”  və 

rezin-texnika  məmulatı  zavodlarında,  Gəncə 

gil-torpaq    kombinatında  və  digər  obyektlərdə 

işləyənlərin  görmə  orqanlarına  mənfi  təsir 

göstərən  amilləri,  onların  etio-patogenezini 

diqqətlə öyrənmiş, zərərli peşələrin törətdikləri 

göz xəstəliklərinin yaranma mexanizmini elmi 

surətdə  əsaslandırmış,  onların  qarşısını  almaq 

üçün  əməli  tədbirlər  görmüşdür.  Zərifə  xanım 

Əliyeva  bu  xeyirxah  işləri  yerinə  yetirərkən 

zərərli  amillərin  təkcə  görmə  orqanına  deyil, 

bütövlükdə  orqanizmə  və  onun  ayrı-ayrı  or-

qanlarına  göstərdiyi  təsirləri  də  mükəmməl 

öyrənmiş,  profilaktik  və  müalicəvi  tədbirlərin 

bu istiqamətdə aparılmasına lazımi şərait  yarat-

mışdır.  Alim  zərərli  müəssisələrdə  çalışanların 

görmə orqanlarını müalicə etməklə, bütövlükdə 

onların  ayrı-ayrı  orqanlarını  da  müxtəlif  növ 

toksinlərin təsirindən mühafizə etməklə birbaşa 

insanların həyatını qoruyurdu.

Görkəmli  alimin  aktual  problemin  həlli 

yollarında  apardığı  səmərəli  işlər  tezliklə  öz 

bəhrəsini vermiş və o, 1976-cı il may ayının 27-

də  M.Helmholts  adına  Moskva  Elmi-Tədqiqat 

Göz  Xəstəlikləri  İnstitutunda  “Azərbaycanın 

bəzi  kimya  sənayesi  müəssisələri  işçilərində 

görmə  orqanının  vəziyyəti”  mövzusunda  dis-

sertasiya  müdafiə  edərək,  tibb  elmləri  doktoru  

elmi  dərəcəsinə  layiq  görülmüşdür.  Disserta-

siya  müdafiəsi  günü  alim  özünün  tutarlı  əyani 

dəlillərə  əsaslanan  nüfuzedici  çıxışında  elmi 

istiqamətlərinin  üstünlüklərini,  elmi  kamilli-

yini,  cəsarətli  eksperimentatorluq  bacarığını 

Moskvada—keçmiş SSRİ-nin məşhur oftalmo-

loqları qarşısında bir daha təsdiq etmişdir.

Doktorluq  dissertasiyası  müda fiəsin dən  bir 

qədər  sonra  Zərifə  xanım  Əliyeva  Azərbaycan 

Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunda 

müsabiqə yolu ilə professor vəzifəsinə seçilmiş 

və qısa müddətdə  onun çoxdan layiq olduğu bu 

elmi adı da təsdiq edilmişdir.

1977-ci  ildə  Bakıda  professor  Zərifə 

Əliyevanın  təşəbbüsü  ilə  Ümumittifaq  Oftal-

moloqlar  Cəmiyyəti  İdarə  Heyətinin  plenu-

mu  keçirilmişdir.  Bu  plenum  alimin  daha  bir 

müstəsna  keyfiyyətinin  üzə  çıxmasına  imkan 

yaratmışdı.  Plenumun  bütün  parametrlərinə 

görə  gözlənildiyindən  də  yüksək  səviyyədə 

keçirilməsi  Zərifə xanım Əliyevanın təşkilatçılıq 

bacarığının təzahürünə çevrildi. Bakıda ilk dəfə 

olaraq belə bir Ümumittifaq miqyaslı plenumun 

təşkili  Azərbaycanda  oftalmologiya  elminin 

yeni inkişaf mərhələsinə qədəm qoymasına güc-

lü təkan verdi. Plenumda professor Zərifə xanım 

Əliyeva Azərbaycanda görmə orqanının peşə pa-

tologiyasının öyrənilməsi üzrə ixtisaslaşdırılmış 

elmi-tədqiqat laboratoriyası yaradılması haqqın-

da təklif irəli sürdü və iştirakçılar yekdilliklə bu 

təklifi müdafiə etdilər.

Professor  Z.Ə.Əliyeva  1979-cu  ildə  Bakı 

Məişət  Kondisionerləri  zavodu  nəzdində 

Azərbaycan  Elmlər  Akademiyası  Fiziologiya 

İnstitutunun  “Görmə  orqanının  fiziologiyası 

və  peşə  patologiyası”  adlı  unikal  bir  labora-

toriyasının  yaradılmasına  və  onun  səmərəli 

fəaliyyət  göstərməsinə  nail  oldu.  Elmin  və 

texnikanın  ən  son  nailiyyətlərinə  əsaslanan 

üç şöbədən ibarət laboratoriya tezliklə yeni ci-

hazlarla  zənginləşdirildi  və  görmə  orqanının 

peşə  xəstəliklərinin  profilaktikası,  diaqnosti-

kası,  müalicəsi  mərkəzinə  çevrildi.  Şöbələrdən 

birində  görmə  orqanının  vəziyyəti  yoxlanılır, 

ikincisində  diaqnostik-funksional    müayinələr 

aparılır,  üçüncüsündə  isə  cərrahi  əməliyyatlar 

icra  edilirdi.  Laboratoriyalarda  az  intensiv-

li  toksikliyə  malik  istehsal  sahələrində  görmə 

orqanına  fizioloji,  kliniki,  funksional,  histolo-

ji  mexanizmlərin  təsirinin  öyrənilməsi  həyata 

keçirilirdi. Zərifə xanımın bu təcrübəsi keçmiş 

SSRİ-nin  digər  şəhərlərində  də  bəyənilərək 

rəğbətlə  qarşılanmış  və  geniş  tətbiq  edilmiş-

dir.  Apardığı  elmi-tədqiqat  işlərinin  nəticələri 

onun “Şin istehsalında gözün peşə patologiaya-

sı”, “Xroniki yod intoksikasiyası zamanı oftal-

mopatologiya”,  “Yod  sənayesində  gözün  peşə 

xəstəliyinin profilaktikası” kimi monoqrafiyala-

rında və digər elmi əsərlərində özünün dolğun 

əksini tapmışdır.

1981-ci  ildə  ölkəmizin  tibb  elminin,  səhiyyə  

sisteminin  tarixində  son  dərəcə  mühüm  bir 

hadisə  baş  vermişdir.    Moskvadan  alınan 

xəbərdə  qeyd  edilirdi  ki,  Azərbaycan  alimi 

Zərifə Əziz qızı Əliyeva görmə orqanının peşə 

patologiyası  sahəsində  apardığı  silsilə  elmi-

tədqiqat  işlərinin  dəyərli  nəticələrinə  görə 

SSRİ  Tibb  Elmləri  Akademiyasının  akademik 

M.İ.Averbax adına mükafatına layiq görülmüş-

dür.  Akademik  M.İ.Averbax  adına  mükafata 

oftalmologiya  sahəsində  müstəsna  xidmətləri 

olan  və  beynəlxalq  aləmdə  tanınan  məşhur 

oftalmoloq-alimlər layiq görülürdü. Azərbaycan 

aliminin  belə    nüfuzlu  bir  mükafata  layiq 

görülməsi  ölkəmizin  elm  aləmində  xoş  ovqat 

yaratmışdı.  Moskvadan  alınan  xoş  xəbərin  işı-

ğı  Zərifə  xanım  Əliyevanın  uzun  illərdən  bəri 

insanlara  bəxş  etdiyi  şəfqət  işığının  davamı 

kimi  Azərbaycan  tibb  elminin,  tibb  təhsili  sis-

teminin, Azərbaycan səhiyyəsinin yollarını nura 

qərq  etmişdir.  Bu  mükafatın  diqqəti  cəlb  edən 

üstün cəhətlərindən biri də ondan ibarət idi ki, 

Azərbaycan alimi akademik M.İ. Averbax adına 

mükafata  layiq  görülən  ilk  qadın  oftalmoloq-

alim olmuşdur. Belə birincilik fədakar əməyin, 

böyük  zəhmətsevərliyin,  sənətə  vurğunluğun, 

insanlara  olan  bəşəri  sevginin  sayəsində  qaza-

nılmışdır.  Bu  birinciliyin  həm  indiki,  həm  də 

gələcək  nəsillərin  elmi  axtarışlarında  stimul 

rolunu  oynayacağını,  akademik  Zərifə  Əliyeva 

irsinin daim gəncələrə örnək olacağını göstərən 

daha bir vacib amillərdəndir. 

 Zərifə xanım Əliyeva 1982-ci ildə Azərbaycan 

Dövlət  Həkimləri  Təkmilləşdirmə  İnstitutunun 

göz  xəstəlikləri  kafedrasının  müdiri  vəzifəsinə 

seçilmişdir. Burada çalışarkən alimin həm elmi-

tədqiqat,  həm  də    pedaqoji  fəaliyyətinin  təsir 

dairəsi  daha  da  genişlənmiş,  onun  xalqın  sağ-

lamlığının  qorunması  naminə  tibb  elminə  və 

bütövlükdə səhiyyə sisteminə verdiyi töhfələrin 

həm  kəmiyyət,  həm  də  keyfiyyət  göstəriciləri 

xeyli  dərəcədə  artmışdır.  Bacarıqlı  alim  qısa 

müddətdə kafedrada yenidənqurma işləri apara-

raq onu müasir diaqnostika və müalicə cihazla-

rı ilə təmin etmiş, nadir təşkilatçılıq nümunəsi 

nümayiş etdirərək, kollektivin elmi və pedaqoji 

səviyyəsini yüksəltmiş, əməkdaşların diqqətini 

oftalmologiyanın  prespektivli  istiqamətlərinə 

yönəldə bilmişdir.

Zərifə xanım Əliyeva 1983-cü ildə nəzəri və 

təcrübi  təbabətdə  qazandığı  müvəffəqiyyətlərə, 

alınan  elmi  nəticələrinin  səhiyyə  praktika-

sında  geniş  tətbiqinə,  yüksəkixtisaslı  tibb 

kadrlarının  hazırlanması  yolunda  göstərdiyi 

dəyərli  xidmətlərə  görə  Azərbaycan  SSR 

Elmlər  Akademiyasının  həqiqi  üzvü  seçilmiş-

dir.  O,  Azərbaycan  oftalmoloqları    arasında 

Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi 

üzvü seçilmiş ilk oftalmoloqdur.

Zərifə xanımın elmi-tədqiqat işlərinin mövzu 

dairəsi  çoxşaxəli  və  genişdir.  O,  görmə  orqan-

larının virusla zədələnməsinə, bu səpkidə aparı-

lan müalicə-profilaktika tədbirlərinə silsilə işlər 

həsr  etmişdir.  Onun  “Herpetik  göz  xəstəliyi”, 

“Ağır virus konyunktivitləri” və sair əsərləri bu 

qəbilədəndir.

Akademik  Zərifə  Əliyevanın  elmi-tədqiqat 

işlərinin bir qismi görmə orqanının  bədxassəli 

şişlərinin,  qlaukomanın  etimologiyası,  diaq-

nostikası  və  müalicəsi  məsələlərini  əhatə  edir. 

Onun  “Gözün  hidrodinamik  sisteminin  anato-

mo-fizioloji  xarakteristikası”,  “Gözün  əlaqədar 

dəyişiklikləri  və  görmə-sinir  yolları”  adlı  mo-

noqrafiyaları və digər əsərləri göz xəstəliklərinin 

yaş  xüsusiyyətlərinə,  “Göz  sulanmasının  fizio-

logiyası”,  “Göz  sulanmasının  müasir  cərrahiyə 

üsulları  ilə  müalicəsi”  və  digər  monoqrafiyala-

rı  isə  daktriologiyaya  həsr  edilmişdir.  Alimin 

qələmə aldığı fundamental “Terapevtik oftalmo-

logiya”,  “Oftalmologiyanın  aktual  məsələləri”, 

“İridodiaqnostikanın  əsasları”  və  sair  kitabla-

rı  bu    gün  də  oftalmoloqların  ən  çox  müraciət 

etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.

Zərifə xanım elm və texnologiyaların etikası, 

həkimlik deontologiyası haqqındakı zərif və saf 

düşüncələrini öz dəyərli əsərlərində təsbitləndirə 

bilmişdir. Onun qələmə aldığı “Yüksək etimad” 

kitabı və bu mövzuya həsr etdiyi digər əsərləri 

həm bu gün, həm də gələcəkdə gənc həkimlərə 

düzgün yol göstərən, istiqamət verən, onların bir 

həkim,  bir  şəxsiyyət  kimi  formalaşmalarında 

ümdə əhəmiyyət kəsb edən əvəzsiz əsərlər ola-

raq qalacaq, aktuallığnı heç vaxt itirməyəcəkdir.

Akademik  Z.Ə.Əliyeva  çoxsaylı  elmi 

əsərlərin, monoqrafiya,  səmərələşdirici təklif və 

dərs  vəsaitlərinin  müəllifi  olmuşdur.  Görkəmli 

alim  gənc  nəslin  təlim-tərbiyəsində,  yüksək 

səviyyəli  həkim-oftalmoloqların,  professio-

nal  elmi    kadrların  yetişdirilməsində  böyük 

xidmətlər  göstərmişdir.  Onlarca  elmlər  dok-

toru  və  elmlər  namizədinin  elmi  rəhbəri  və 

məsləhətçisi  olmuş,  böyük  bir  elmi  məktəb 

yaratmışdır.  Təkcə  Azərbaycanda  deyil,  onun 

hüdudlarından  kənarda  da  görkəmli  alim  kimi 

tanınan  Zərifə  xanım  oftalmologiya  elmində 

əldə  etdiyi  nailiyyətlərlə,  xalqımızın  sağ-

lamlığı  keşiyində  dayanan  çoxsaylı  həkim-

oftalmoloqların  yetişdirilməsində  göstərdiyi 

əvəzsiz xidmətlərinə görə “Əməkdar elm xadi-

mi” fəxri adına layiq görülmüşdür.

Akademik  Z.Ə.Əliyeva  həm  də  keçmiş 

SSRİ-nin  Sülhü  Müdafiə  Komitəsinin  üzvü, 

Azərbaycan  Sülhü  Müdafiə  Komitəsi  sədrinin 

müavini  kimi  yüksək  ictimai  vəzifələrdə  də 

fədakarcasına  çalışmış,bir  sıra  xarici  ölkələrdə 

səmərəli  görüşlər  keçirərək  dəyərli  çıxışlar, 

məruzələr etmiş, dünya xalqlarını sülhə, əmin-

amanlığa  səsləmişdir.  O,  respublika  “Bilik” 

Cəmiyyəti  İdarə  Heyətinin,  keçmiş  SSRİ-nin 

Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, 

Moskvada  çıxan “Oftalmologiya xəbərləri” jur-

nalının redaksiya heyətinin üzvü olmuşdur.

Zərifə  Əziz  qızı  Əliyeva  1985-ci  ilin  aprel 

aynının 15-də əbədiyyətə qovuşmuşdur. Bu ilin 

yəni 2014-cü ilin, aprel ayının 28 görkəmli alimin 

anadan  olmasının  91-ci  ildönümü  Vətənimizin 

hər  yerində  olduğu  kimi,  Azərbaycan  Tibb 

Universitetində də geniş qeyd edilir.

Akademik  Z.Ə.Əliyevanın  doğum  günü 

yubileydən-yubileyə yox, hər il qeyd edilməlidir. 

O,  həqiqətən  buna  layiq  bir  Azərbaycan  ali-

mi,  Azərbaycan  övladıdır.  İllər  bir-birini  əvəz 

etsə  də  əvəzolunmaz  alimin  əziz  xatirəsi  heç 

vaxt yaddan çıxmır, daim ehtiramla yad edilir. 

Qədirbilən xalqımızın, eləcə də ölkəmizin tibb 

işçilərinin  ona  olan  məhəbbətinin    əbədiliyi 

artıq    vaxt,  zaman  çərçivəsindən  çıxaraq  son-

suzlaşmış,  daimiləşmişdir.  Akademik  Zərifə 

xanım  Fəxri  Xiyabandakı  monumental  abidəsi  

və  məzarı  önünə  hər  gün  tər  çiçəklər  qoyu-

lur,  xatirəsi  əziz  tutularaq  yad  edilir.  Fərəhli 

haldır  ki,  akademik  Zərifə  xanımın  adını 

daşıyan  və  möhtəşəm  elm,  tədris,  müalicə-

diaqnostika,  reabilitasiya    mərkəzi  kimi  tanı-

nan  Milli  Oftalmologiya  Mərkəzi  öz  xeyirxah  

qapılarını  xəstələrin,  həkimlərin,  tələbələrin, 

tədris  və  elmi-tədqiqat  işçilərinin  üzünə  ge-

niş  açaraq,  regionlarda  xeyriyyə  müalicə-

profilaktika tədbirləri keçirilməsi ənənəsini ya-

şadan nümunəvi tibb müəssisəsinə çevrilmişdir. 

Mərkəzin əməkdaşları akademik Zərifə Əliyeva 

ideyalarını  yaşadır  və  davam  etdirirlər.  Onun 

bəşəri  duyğularının  saflığından  süzülüb  gələn 

şəfqətli ideyaları bu gün də insanlara xoşbəxtlik 

bəxş etməkdə davam edir. 

Akademik  Zərifə  Əziz  qızı  elm,  təhsil, 

səhiyyə  sahələrində,  eləcə  də  ictimai-siyasi 

sahələrdəki  misilsiz  xidmətlərinə,  həmçinin 

nadir  xeyriyyəçilik  xüsusiyyətlərinə  görə  xal-

qımızın  qəlbində,  Vətənimizin  tarixində  dün-

ya  şöhrətli  alim,  nümunəvi  qayğıkeş  pedaqoq, 

şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş 

kimi, eləcə də məğrur Azərbaycan qadını, nurlu 

Azərbaycan anası kimi daim yaşayır və yaşaya-

caqdır. 


Əhliman ƏMİRASlAnoV,

akademik, SSRİ Dövlət mükafatı 

laureatı,  Milli Məclisin deputatı

pedaqoq, şəfqətli həkim, nümunəvi ana


Yüklə 350,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə