Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 350,86 Kb.
Pdf görüntüsü
səhifə5/7
tarix13.12.2017
ölçüsü350,86 Kb.
#15462
1   2   3   4   5   6   7

http://www.amu.edu.az

30 aprel 2014-ъц ил

6

Ömürnaməsindən qısa arayış:

O,  1973-cü  ildə  ATU-nun  müalicə-

profilaktika fakültəsini bitirib. 1974-cü 

ildən  etibarən  universitetin  epidemi-

ologiya  kafedrasında  assisent  kimi 

fəaliyyətə  başlayıb.  Onun  adıçəkilən 

kafedraya  bağlanmasına  görkəmli 

alim  -  professor  Tağızadə  Tağı 

Ələkbər  oğlu  səbəbkar  olub.  Bu  gün 

də bu böyük şəxsi xoş xatirələrlə yada 

salan İ.Ağayev onun rəhbərliyi altında 

1979-cu  ildə  namizədlik  dissertasi-

yasını  müdafiə  edib.  1982-ci  ildə  isə 

dosent vəzifəsinə seçilib. Bu müddət 

ərzində fəaliyyətini büsbütün kafedra 

ilə  bağlayaraq  1991-ci  ildə  doktorluq 

dissertasiyasını  müdafiə  edib.  Bir  il 

sonra,  yəni  1992-ci  ildə  epidemiolo-

giya  kafedrasının  müdiri  vəzifəsinə 

seçilib. 



-  İbadulla  müəllim,  22  ildir  ki, 

kafedraya  rəhbərlik  edirsiniz.  Bu 

müddət  ərzində  kafedrada  hansı 

yeniliklər və dəyişikliklər baş verib?

-  Hələ  sovetlər  dönəmində  ka-

fedramızın  nəzdində  Orta  Asiya  və 

Qafqazyanı  Respublikalar  üzrə  lep-

tospiroz  xəstəlikləri  ilə  bağlı  mərkəzi 

məlumat 


laboratoriyası 

fəaliyyət 

göstərirdi.  Bu  gün  də  həmin  labora-

toriya  fəaliyyətdədir.  Bundan  baş-

qa  kafedramızın  nəzdində  bağırsaq 

infeksiyaları  və  qurd  xəstəlikləri  ilə 

məşğul  olan  ayrıca    laboratoriyamız 

da var.  Doğrudur, kafedranın əvvəlki 

yerindən  köçürülməsi  ilə  əlaqədar 

olaraq həmin laboratoriyalar bir neçə 

il  fəaliyyətini  dayandırmalı  oldu.  Yeni 

yerimizə  köçəndən  sonra  universi-

tetimizin  rektoru,  akademik  Əhliman 

Əmiraslanova  laboratoriyaların  fə-

aliy yəti ni  bərpa  etmək  məqsədilə 

müraciət  etdim.  Əhliman  müəllim 

böyük  məmnuniyyətlə  müraciətimi 

qəbul etdi. Laboratoriyaların fəaliyyəti 

üçün  yer  ayırdı  və  təmir  etdirdi.  Ha-

zırda  laboratoriyalar  tam  gücü  ilə 

fəaliyyət  göstərir.  Laboratoriyalarımız 

hazırda    respublikanın  istər  yoluxu-

cu  xəstəliklərinin  diaqnostikasında, 

istərsə  də  profilaktikasında  çox  mü-

hüm  işlər  görür,  tələbələr  burada 

təcrübə  keçirlər.  Onu  da  qeyd  edim 

ki, kafedrada çalışan 2 baş laborant-

dan  başqa,  bütün  müəllimlər  elmlər 

namizədi, dosent,  professordur. Artıq 

laborantlara da mövzu verilib. Onlar da 

elmi  işlər  üzrə  işləyirlər.  Rəhbərliyim 

altında  bu  günədək  25  elmlər 

namizədi, 2 elmlər doktoru hazırlanıb.                                                                                                             

İşlədiyim  müddətdə  nəyi  bacar-

mışamsa  kafedra  əməkdaşlarına 

kömək  etmişəm.  Hər  şeydən  öncə 

xalqımızın  mənafeyi  ilə  bağlı    han-

sı  çağırış  olubsa  ona  qoşulmuşam. 

Mənim  üçün  Vətənimin  bu  başı,  o 

başı  olmayıb.  Azərbaycan  bölünməz 

Vətən  olub  mənimçün.  Xalqımı-

zın  qüdrətli  şəxsiyyətlərinə  həmişə 

qiymət  vermişəm.  Bir  neçə  dərslik 

kitabının həmmüəlliflərindənəm. “Epi-

demiologiya”  kitabı  mənim,  X.Xələfli 

və F.Tağıyevanın həmmüəllifliyi ilə bu 

il  işıq  üzü  görüb.  Bundan  başqa  bir 

neçə monoqrafiyam da oxucuların ix-

tiyarına verilib. 

“Səhiyyəmiz 

yoluxucu 

xəstəliklərlə tam mübarizə 

aparmaq qüdrətindədir

 

-  Bəs  Səhiyyə  nazirliyinin  baş 



epidemioloqu kimi ölkədəki epidemioloji 

vəziyyəti necə xarakterizə edərdiz?

-  Ölkəmizdə  hər  sahədə  gedən 

sürətli  inkişaf,  tərəqqi  göz  qabağın-

dadır.  Aydın  məsələdir  ki,  səhiyyə 

sahəsi də bu inkişafdan kənarda qal-

mayıb. Bu sahə sözün əsl mənasında 

xeyli inkişaf edib. Səhiyyə Nazirliyinin 

Baş  epidemioloqu  kimi  əmin  edirəm 

ki, Azərbaycan digər respublikalardan 

fərqli  olaraq  yoluxucu  xəstəliklərlə 

tam mübarizə aparmaq qüdrətindədir. 

Buna həm səhiyyəmizin cənab prezi-

dentin  diqqət mərkəzində olması, həm 

də maddi cəhətdən imkanlı bir ölkə ol-

mağımız əsas verir. Düzdür, yoluxucu 

xəstəliklərin  müəyyən  qismi  fəsillərlə  

əlaqədar baş qaldırır. Buna isə nəinki 

Azərbaycanda,  dünyanın  inkişaf  et-

miş ölkələrində də rast gəlindiyindən 

narahat olmağa dəyməz. 

Bir  daha  qeyd  edirəm  ki,  Səhiyyə 

Nazirliyinin  ehtiyatı  və  bacarıqlı  mil-

li  kadrların  olması  bizim  yoluxucu 

xəstəliklərlə tam mübarizə aparmağı-

mıza imkan verir. Bundan əlavə, biz öz 

işimizdə həmişə  sayığıq və nə etmək 

lazım olduğunu yaxşı bilirik.  Heç za-

man imkan vermərik ki, ölkəmizdə hər 

hansı epidemiya təhlükəsi yaransın. 

Fərəhləndirici  haldır  ki,  Orta  Asi-

ya  respublikalarının  heç  bi rində 

Azərbaycanla  rəqabətə  girə  biləcək  

tibb müəssisələrinə rast gəlmək müm-

kün deyil. Mən bunu örnəklərlə sübut 

edə  bilərəm.  Hələ  təkcə  Azərbaycan 

Tibb  Universitetinin  nəzdində  hər 

cür  şəraitlə  təmin  olunan,  yüksək 

tələblərə  cavab  verən  onkoloji,  sto-

matoloji,  terapiya,  cərrahiyyə  klinika-

sı  fəaliyyət  göstərir.  İnşallah,  klinika-

ların  sayı  getdikcə  artacaq.  Bundan 

artıq nailiyyət ola bilərmi? Orta Asiya 

respublikalarında  bizdə  olan  şərait 

yoxdur. Bu sahədə nəinki Orta Asiya-

dan, MDB məkanının bir çox respub-

likalardan  irəlidəyik.  Ən  ucqar  dağ 

rayonunda  olan  xəstəxanalarımızda 

istənilən 

cərrahiyyə 

əməliyyatı 

aparmğa  mütəxəssis  və  avadanlığı-

mız kifayət edir. Bizim tibb sahəsində 

dünyaşöhrətli  alimlərimiz  -  Topçuba-

şovlar, Mahmudbəyovlar, Tağızadələr, 

Emin 

Əfəndiyevlər, 



 

Cahangir 

Abdullayevlərimiz  və başqaları olub. 

Bunu  mübaliğəsiz  deyirəm,  götürək 

elə  universitetimizin  rektoru  Əhliman 

Əmiraslanovu.  O,    34  yaşında  SSRİ 

Dövlət  Mükafatına  layiq  görülüb, 

azərbaycanlıdır,  türk  oğludur.  Onun 

fəaliyyəti  dövründə  də  universitetdə 

görülən  müsbət  işlər,  yeniliklər  göz 

qabağındadır. Bunu inkar eləmək olar-

mı?  Bir  sözlə,  Azərbaycan  səhiyyəsi 

günü-gündən tərəqqi edir.                         

                                                   



-  Qarşıdan  isti  havalar  gəlir. 

Epidemiyanın  baş  qaldıra  biləcəyi 

risk  zonaları  mövcuddur.  Xoşagəlməz 

halların  baş  verməməsi  üçün  indidən 

hər hansı profilaktik tədbir görülübmü 

və yaxud görüləcəkmi?

Ümumiyyətlə, 



yoluxucu 

xəstəliklər  cəmiyyət  yarandığı 

gündən  mövcuddur.    Gələndə  isə 

əvvəlcədən  heç  kimə  informasiya 

vermir.  Yoluxucu  xəstəliyə  insan 

qəflətən tutulur. Səhiyyəmiz təbiidir 

ki, müxtəlif qruplara bölünür. Onun 

da  biri  profilaktik  səhiyyəmizdir. 

Bütün  rayonlarda  gigiyena  və  epi-

demiologiya  mərkəzləri  fəaliyyət 

göstərir.  Yoluxucu  xəstəliklərin  ya-

yılmasının bir qismi fəsillə əlaqədar 

olur.  Adətən  isti  havalarda  -  yay 

aylarında  bağırsaq  infeksiyalarının 

sayı  çoxalır.  Həmin  gigiyena  və 

epidemiologiya mərkəzləri əhalinin 

xəbəri olmadan belə, öncədən yo-

luxucu xəstəliklərlə bağlı mübarizə 

tədbirləri  hazırlayırlar.  Adi  bir  mi-

sal  çəkmək  istəyirəm:  məlumdur 

ki, ölkədə təbii fəlakətlər olur. Mən 

zəlzələ,  su  daşqınlarını  nəzərdə 

tuturam.  Təbii  fəlakətlər    olan 

yerdə isə epidemiyaların yayılması 

təhlükəsi  ehtimalı  daha  güclüdür. 

Amma həmin mərkəzlərin vaxtında 

gördükləri  qabaqlayıcı  tədbirlərin 

nəticəsində  bu  baş  vermədi. 

Təhlükənin  qarşısını  kim  aldı? 

Əlbəttə, səhiyyə işçilərimiz

.

“ÜST tərəfindən səhiy-

yəmi zin  fəaliyyəti  yük-

sək qiymətləndirilib”

- Bəs yoluxucu xəstəliklərin qarşısının 

alınmasında 

nüfuzlu 

beynəlxalq 

fondlarla    əlaqə  varmı,  varsa  hansı 

səviyyədədir?

-  Bəli,  beynəlxalq  fondlarla  əlaqə 

saxlanılır.  Respublikada  yoluxucu 

xəstəliklərlə  bağlı  aparılan  mübarizə 

onları  tam  şəkildə  qane  edir.  Axırın-

cı illər Ümumdünya Səhiyyə Təşkilatı 

tərəfindən  səhiyyəmizin  fəaliyyəti 

yüksək  qiymətləndirilib.  Ölkəmizin 

zəngin olmasına və beynəlxalq fond-

lara  ehtiyac  duyulmamasına  baxma-

yaraq,  Qlobal  fondun  Azərbaycana 

dəstəyini  xüsusilə  qeyd  etmək 

istərdim.  Beynəlxalq  qurumlar  yar-

dım  göstərir  və  ərazini  nəzərdən 

keçirirlər.  Həm  də  bu  səbəbdən  yo-

luxucu  xəstəliklərin  monitorinqi  ilə 

bağlı şəffaf nəzarət də mümkün olur. 

Yəni  hansısa  şəxsin,  hansısa  ucqar 

kəndlərin  birində  yoluxucu  xəstəliyə 

yoluxmasını gizlətmək imkanları sıfıra 

enir. Əgər hansısa səbəbdən belə hal 

baş  verərsə,  buna  şərait  yaradanlar 

mütləq cəzalandırıla bilər. 

-  Sonuncu  sualı  sahənizdən  kənar 

vermək 

istəyirəm. 

Sizi 

poeziya  

həvəskarı  kimi  tanıyırlar.    Həm  də 

şairlərin  yazdığı  şeirləri  yerli-yataqlı 

təhlil  edir,  özünüz  haqqında  bacarıqlı 

ədəbiyyatşünas  rəyi  yaradırsınız.  Heç 

şeir yazmısınızmı?

-  Poeziya  mənim  həyatımdır. 

Mən  bunsuz    həyatımı  təsəvvür 

edə bilmirəm. Ara-sıra şeir də ya-

zıram. Ancaq sandıq ədəbiyyatına 

çevirmişəm.  Buna  səbəb  isə  Bö-

yük Nizami, Xəqani, Füzuli, Nəsimi, 

XX əsrdə Səməd Vurğun, Bəxtiyar 

Vahabzadə, 

hazırda 


çağdaş 

ədəbiyyatımızın  uğurlu  təmsilçisi 

olan Eldar İsmayıldan qorxmağım-

dır. Məsələn,  

  

Eldaram, varlığm Vətəndir, Vətən!                                                                   

Xalqımın oğluyam əzəlki gündən.                                                                      

Soruşma kəndimi, mahalımı sən,                                                                                   

Ayım da, ilim də Azərbaycandır! -

deyən şairin qabağında söz demək 

mənim üçün olduqca çətindir.

QABil ABDUllAYEV

HƏYATINI POEZİYASIZ TƏSƏVVÜR EDƏ 

BİLMƏYƏN HƏKİM-EPİDEMİOLOQ

Əmək fəaliyyətinə Azərbaycan Tibb Universitetinin (ATU) epidemiolgiya 

kafedrasından başlayan İbadulla Ağayev çox uzun və şərəfli bir  həyat 

yolu keçib. onu yaxından tanıyanlar yaxşı bilir ki, geniş dünyagörüşə,  

hərtərəfli biliyə malik olan bu şəxs həm də poeziyaya həddsiz bağlılığı 

və vurğunluğu ilə seçilir. Bəzən onu poeziya ilə bağlı keçirilən tədbirlərdə 

gözəl tənqidçi və təhlilçi kimi görmək olur.  Bu zaman onu kənardan 

dinləyənlər  ixtisasca ədəbiyyatşünas olması qənaətinə gəlirlər. Amma 

əslində İbadulla müəllim tanınmış səhiyyə işçisidir, həyatını tibb sahəsinə 

bağlayan sayılıb-seçilən alimlərimizdəndir.



Yüklə 350,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə