Tədris Terapevtik Klinikasının diaqnostik və müalicə işlərinin vəziyyəti, onların yaxşılaşdırılması yolları müzakirə edilmişdir



Yüklə 350,86 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix13.12.2017
ölçüsü350,86 Kb.
#15462
1   2   3   4   5   6   7

30 aprel  2014-ъц ил

http://www.amu.edu.az

7

İmplantasiya  itirilmiş  dişlərin  süni 

analoqlarla əvəz edilməsidir. İmplanta-

siyanın vacibliyini müəyyən etmək üçün 

pasient  stomatoloqun  müayinəsindən 

keçməlidir.  Xüsusi  metodika  tətbiq 

etməklə alt və üst çənənin rentgenoloji 

müayinəsi aparılır, implantdan istifadə 

etmək  üçün    anatomik  obyektlər  ara-

sında  məsafə  müəyyənləşdirilir,  selik-

li  qişanın  vəziyyətinə  diqqət  yetirilir, 

metodika  seçilir.  İmplantasiya  dişlərin 

təksaylı,  ardıcıl  itirilməsi  zamanı, 

həmçinin  kənar  dişlər  və  ya  ağız  boş-

luğunda ümumiyyətlə dişlər olmadıqda 

aparıla bilər.

Stomatologiyada “dişlərin implantasi-

yası”  məvhumu ancaq diş implantının 

yeridilməsi  anlamını  verir.  Sonradan 

sementin  köməyi  ilə  müxtəlif  materi-

allardan  hazırlanmış  dişin  tac  hissəsi 

implanta  birləşdirilir.    Diş  tacının  tipi 

və və materialı konkret şərait və pasien-

tin maliyyə vəziyyətinə uyğun seçilir. 

Ağır  xroniki  (şəkərli  diabet,  revma-

tizm, vərəm və b.), sümükdə mübadilə-

bərpa  prosesinin  zəifləməsi  ilə  gedən  

(osteoparoz)  xəstələrdə,  periferik  və 

mərkəzi  sinir  sisteminin  pozğunlu-

ğu  olan  xəstəliklərdə,  müalicə  alan  və 

müalicədən  sonra  bir  müddət  onkoloji 

xəstələrdə implantasiya əks göstərişdir. 

Diş  implantantlarının  prinsipcə  bir-

birindən  fərqlənən  müxtəlif  növləri 

mövcuddur:  kökümsov,  laminar,  en-

dodontik,  subperiostal,  selikliqşada-

xili,  ortodontik  və  ya  miniimplantant, 

habelə kombinəolunmuş implant. Sada-

lanan növlər funksional xüsusiyyətləri, 

konstruksiyaları,  yeridilmə  üsullarına 

görə fərqlənirlər.

Orta  hesabla,  diş  implantını  bir 

günə  qoymaq  mümkündür  (təxminən 

hər  süni  kök  üçün  20-40  dəq.)  Xüsu-

si  göstəriş  olmadıqda  prosedura  yerli 

anesteziyanın köməyi ilə aparılır, pasi-

ent diskamfort və ağrı hiss etmir. Sto-

matoloji  sverlonun  köməyi  ilə      çənə 

sümüyündə  müvafiq  deşik  açılır,  süni 

kök yeridilir, üzərinə implant bükülərək 

birləşdirilir.  Əgər  fiksasiya  kifayət 

qədər möhkəmdirsə müvəqqəti diş tacı 

da dərhal  birləşdirilə bilər. Bundan son-

ra  osteointeqrasiya  mərhələsi  başlayır. 

Stomatoloq bir sıra faktiki göstəricilərə 

görə müvəqqəti diş tacını daimi diş tacı 

ilə əvəz edir.

Zemfira nAğiYEVA,

həkim-stomatoloq

Dişlər bilavasitə həzm prosesi ilə əlaqəli olub, mübadilə prosesinin düzgün 

getməsində, nitqin formalaşmasında, mimiki əzələlərin fəaliyyətində  mühüm rol 

oynayır. İnsanin sifətinə yaraşiq vermək, sifətin formasını saxlamaq baxımından 

da dişlər vacib elementlərdir. Dişlərin itirilməsi bir sıra həyati problemlər, hətta 

psixo-nevroloji statusda dəyişiklər yarada bilir. ona görə də itirilmiş dişlərin yeniləri 

ilə  əvəz edilməsi, belə əvəzetmənin travmasız olması, estetik tələblərə cavab 

verməsi, vacib fizioloji funksiyaların saxlanılması, dişlərin ağız boşluğunda möhkəm 

fiksə olunması stomatoloqlar qarşısında duran vacib məsələlərdəndir. Göstərilən 

problemlərin həlli baxımından dişlərin implantasiyası aktual yanaşma tərzi sayıla 

bilər.

DİŞLƏRİN İMPLANTASİYASI

u  Cahangir  Məhəmməd  oğlu 



Abdullayev  –  Bu  ad  çəkiləndə 

göz  önündə  Azərbaycanda  tibb 

elminin 

inkişafında 

misilsiz 

xidmətləri  olan  dünya  şöhrətli 

bir    alimin,  qayğıkeş  və  müdrik 

bir  pedaqoqun,  özündən  sonra 

böyük  bir  məktəb-respublikada 

kardioloqlar  məktəbini  qoyub 

getmiş 

əzəmətli 

və 

bitib 

tükənməyən  bir  enerjiyə  malik 

olan işıqlı bir insanın unudulmaz 

obrazı canlanır. 

May ayının 1-də bu  böyük in-

sanın,  tanınmış    aliminin  ana-

dan olan günüdür. C.Abdullayev 

1901-ci  ilin  may  ayının  1-də 

Gəncə şəhərində usta ailəsində anadan ol-

muşdur. Hələ uşaq yaşlarından nadir qav-

rama  və  çox  çevik  düşünmə  qabiliyyətinə 

malik olan Cahangir 1920-ci ildə Gəncədə 

klassik gimnaziyanı, 1925-ci ildə isə Bakı-

da  Azərbaycan  Dövlət  Universitetinin  tibb 

fakültəsini müvəffəqiyyətlə başa çatdırmış-

dır.

Azərbaycan  Dövlət  Universitetinin  tibb 



fakültəsini  yüksək  göstəricilərlə  bitirmiş 

gənc    Cahangir  1926-cı  ildə  təhsilini  da-

vam  etdirmək  üçün  Leninqrad  şəhərinə, 

tanınmış  terapevt,  kardioloq,  akademik 

G.Lanqın  rəhbərlik  etdiyi  məhşur  klini-

kaya  göndərilir.  Leninqrad  şəhərində 

C.Abdullayev  G.Lanqın  rəhbərliyi  altında 

1932-ci ilə qədər işləmiş, elmi biliklərə, kli-

nik erudisiyaya və ən yeni əməli vərdişlərə 

yiyələnmişdir.  Leninqradda  olduğu  illərdə  

C.  Abdullayevin  ürək-damar  sistemi 

xəstəlikləri  zamanı  orqanizmdə  fizioloji  və 

patoloji  şəraitdə  baş  verən  dəyişiklikləri 

çox  ətraflı  və  dərinliklə  öyrənməsi,  onun 

gələcəkdə  qüdrətli  bir  alim  olacağından 

xəbər verirdi.

1932-ci  ildə  C.  Abdullayev  Leninqrad 

şəhərindən  Azərbaycana  qayıdır  və  Tibb 

İnstitutunun  hospital  terapiyası  kafedrası-

na dosent vəzifəsinə seçilir. A.N.Semaşko 

adına  1  saylı  klinik  xəstəxanada  yerləşən 

Azərbaycan  Tibb  İnstitutunun  1920-ci 

ildən fəaliyyət göstərən hospital terapiyası 

kafedrasında  o  vaxtın  məhşur  professor-

larından  sayılan  A.Levin,  P.Mezernitski, 

N.Afonski  ilə  birlikdə  Respublikamız  üçün 

yüksək  ixtisaslı  həkim  kadrların  hazırlan-

masında,  müvafiq  dövrün  tələblərindən 

irəli  gələn  elmi-tədqiqat  işlərinin  və  rasio-

nal  müalicə-profilaktik  tədbirlərinin  həyata 

keçirilməsində  çox  fəal  iştirak  etmişdir. 

C.Abdullayevin  kafedraya  gəlməsi  ilə  o 

zamanlar  ölkədə  geniş  yayılmış  infeksiya 

mənşəli  xəstəliklər  və  xüsusilə  də  malya-

riya  üzrə  elmi-tədqiqat  işləri,  kurortologi-

ya,  alimentar  distrofiya,  qanyaradıcı  sis-

temi  və  qan  dövranı  patologiyası,  revma-

tizm,  mədə-bağırsaq  traktına  aid  problem 

məsələləri  əhatə  edən  tədbirlərin  həyata 

keçirilməsində böyük canlanma yarandı. O, 

1936-cı  ildə  “Malyariyalı  xəstələrdə  ürək-

qan  damar  sistemi  patologiyası”  mövzu-

sunda  doktorluq  dissertasiyasını  müdafiə 

etdi.  Bundan  sonra  hospital  terapiyası 

kafedrasının  professoru,  1942-ci  ildən  isə 

həmin kafedranın müdiri vəzifəsinə seçildi.

Azərbaycanda  kardiologiyanın  təşkili  və 

inkişafı  ardıcıl  tədqiqatçı  və  novator  alim, 

tibb sahəsində dünya ədəbiyyatından aldı-

ğı geniş informasiyaya istinad edən müdrik 

insan C.Abdullayevin adı ilə bağlıdır.  

Akademik  C.Abdullayev  respublikamızda 

ilk  dəfə  elektrokardioqrafiyadan  istifadə 

etmiş  və  onu  həkimlərin  təcrübə  işlərinə 

qoşmuşdur.  O,  ürək-qan  damar  sistemi 

xəstəliklərinin etiologiyasına, patogenezinə, 

klinika və müalicəsinə, profilaktik tədbirlərin 

işlənib hazırlanmasına, hemokoaqulyasiya 

və  hemodinamika  məsələlərinə,  quruda 

və  dənizdə  neftin  çıxarılması  işinin  tibbi 

problemlərinə,  əhalinin  kardioloji  yardım-

la  təminatına  və  təxirəsalınmaz  kardioloji 

yardımın  təşkilinə  daim  xüsusi  diqqət  ye-

tirmişdir.  C.Abdullayev  elmi-tədqiqatlarını 

əsasən  üç  istiqamətdə  apar-

mışdır:  ürək-damar  sistemi-

nin  patologiyası;  yerli  pato-

logiya;  neftdə  olan  sulu  kar-

bonların  neft  emalı  sənayesi 

işçilərinin 

ürək-damar 

sisteminə  təsiri.  1928-ci  ildə 

artıq  ürək  dərmanlarının  (di-

gitalis, strofantin) koronar qan 

dövranına təsirini araşdırmaq 

məqsədilə  klinik  və  ekspe-

rimental  tədqiqatlar  aparıl-

mağa  başlanmışdır.    Dərin 

biliyə,  çox  geniş  erudisiyaya 

və  tükənməz  enerjiyə  ma-

lik  olması,  ona  Azərbaycan 

və  rus  dillərində  ondan  çox 

dərslik,  monoqrafiya  yazmağa  imkan  ver-

mişdir.  Müəllifin  “  Ürək-qan  damar  sistemi 

xəstəliklərinin diaqnostikası”, “Kardiologiya 

məsələləri”,  “Daxili  xəstəliklər”,  “Qan  döv-

ranı və qan sisteminin patoloji məsələləri”, 

“Ateroskleroz  və  hipertoniya  xəstəlikləri” 

kimi  çox  dərin  məzmunlu  kitabları  tibb 

elminə verdiyi əhəmiyyətli töhfələrdir.

İkinci 

dünya 


müharibəsi 

zamanı 


C.Abdullayev  Bakı  şəhərinin  Semaşko 

adına  klinik  xəstəxananın  rəhbəri  olmaq-

la  yanaşı,  həmin  dövrdə  bu  xəstəxanada 

yerləşmiş  3687  saylı  hərbi  evakohospitalı 

da idarə etmişdir.

Akademik 

C.Abdullayev 

Azərbaycan 

Tibb  İnstitutundakı  intensiv  elmi  və  peda-

qoji  fəaliyyətindən  başqa,  xeyli  müddət 

ərzində  Elmi-Tədqiqat  Qanköçürmə  İns-

titutunun  klinik  bölməsinə  də  yüksək 

səviyyədə  rəhbərlik  etmişdir.  Onun  tarixi 

xidmətlərindən biri də odur ki, 1960-cı ildən 

Bakıda Elmi-Tədqiqat Eksperimental Klinik  

İnstitutunun  nəzdində  klinik  kardiologiya 

bölməsinin yaradıcısı olmuşdur. Məhz  bu-

rada böyük  alimin rəhbərliyi altında yüksək 

ixtisaslı həkim-kardioloqlar hazırlanırdı.

C.Abdullayev  Azərbaycanda  respublika-

dan xaricdə tanınan kardioloqlar məktəbinin 

yaranmasında  xüsusi  xidmətlərə  malikdir. 

Onun rəhbərliyi altında 46 elmlər namizədi, 

14  elmlər  doktoru  hazırlanmışdır.    Aka-

demik  C.Abdullayevin  yetirmələri  olan 

professorlardan  H.İsazadə,  S.Tağıyeva, 

M.Abdullayev,  Z.Zeynalova,  S.Kərimov, 

P.Kats,    M.Livanov,    M.Mahmudbəyova, 

L.Hüseynova sonralar kafedra müdirləri ol-

muşlar.


1930-cu ildə Azərbaycan Tibb Cəmiyyəti 

(ATC)  yaradılmışdır.  1964-cü  ildə  isə 

müstəqil  olaraq  respublikada  Azərbaycan 

Terapevtlər  Cəmiyyəti  təşkil  olunmuş-

dur.  Cahangir  Abdullayev  əvvəl  Tibb 

Cəmiyyətinin,  sonralar  isə  Terapevtlər 

Cəmiyyətinin  ilk  sədri  seçilmişdir.  O, 

“Azərbaycan Tibb Jurnalı”nın redaksiya şu-

rasının,  SSRİ  Kardiologiya  Cəmiyyətinin, 

Beynəlxalq  Terapevtlər  və  Hematoloqlar 

Assosiasiyasının  üzvü,  Böyük  Tibb  Ensik-

lopediyasının kardiologiya bölməsi üzrə re-

daktoru  kimi  çox  məhsuldar  elmi  fəaliyyət 

göstərmişdir.

1959-cu  ildə  C.  Abdullayev  Azərbaycan 

Elmlər Akademiyasının müxbir üzvü, 1969-

cu ildə isə həqiqi üzvü seçilmişdir.

Elmdə  çox  böyük  nailiyyətlər  əldə 

edən,  dünya  miqyasında  tanınmış  aka-

demik  C.Abdullayev  Vətən  qarşısında 

xidmətlərinə görə bir çox orden və medal-

larla, habelə Fəxri Fərmanlarla təltif edilmiş 

və  Azərbaycanda  kardiologiyanın  banisi 

kimi  onun  əziz  xatirəsi  Elmi-Tədqiqat  Kar-

diologiya  İnstitutuna  adının  verilməsi  ilə 

əbədiləşdirilmişdir.

Müasirləri  C.Abdullayevi  istedadlı,  yorul-

maz  alim,  çox  səmimi,  prinsipial  və  qay-

ğıkeş  insan  kimi  tanıyırdılar.  O  mənim  də 

xatirələrimdə böyük bir şəxsiyyət kimi yaşa-

yır. Axı o, mənim də müəllimim olub. Onun 

əziz xatirəsi günəş kimi daim qəlblərə nur 

saçacaqdır.

S.AlİMEToV,

professor 

İşıqlı insan, tanınmış alim

Aprelin 17-si Dünya Hemofiliya 

Günüdür. Bu əlamətdar gün dünyanın 

100-dən çox ölkəsində əhalini 

xəstəliklə bağlı məlumatlandırmaq 

məqsədi ilə hər il qeyd olunur. İrsi qan 

xəstəliyi olan hemofiliya Asiya, Afrika 

qitəsində, Aralıq dənizi hövzəsində 

daha çox yayılmışdır.

Xəstəliyin əsas səbəbləri kimi 

mütəxəssislər yaxın qohumların nikahı-

nı, radiasiyalı ətraf mühiti, qida və tütün 

məmulatlarının təsirini göstərirlər.

Hemofiliya qanın laxtalanma prosesi-

nin anadangəlmə pozğunluğu olub, təkcə 

həmin xəstəlikdən əziyyət çəkən şəxslərin 

yox, həm də cəmiyyətin sosial-iqtisadi 

problemidir. Xəstəlik nəsildən-nəslə yalnız 

xəstənin bacıları və qızları vasitəsilə keçir. 

Qadın vasitəsilə hemofiliya, nəinki ondan 

sonrakı nəslə, hətta onun qızları və qız 

nəvələri vasitəsilə daha sonrakı nəsillərə 

də ötürülə bilər. Onu da qeyd etmək lazım-

dır ki, hemofiliya xəstələrində yeni qandan 

istifadə olunur.

Azərbaycanda isə bu xəstəlikdən 

1500-dən çox insan əziyyət çəkir. Son 

illər ölkəmizdə talassemiyalı xəstələrin 

müalicəsinin səviyyəsi yüksəldiyi üçün 

ölüm faizi azalmışdır.

Prezident İlham Əliyev tərəfindən 

2005-ci ildə “Hemofiliya və talassemiyalı 

irsi qan xəstəliyinə düçar olmuş şəxslərə 

dövlət qayğısı” haqqında Fərman imzalan-

mışdır. Bununla əlaqədar əhali arasında 

vaxtaşırı maariflənmə kampaniyası 

həyata keçirilir. Ölkəmizdə uğurla həyata 

keçirilən “Hemofiliya və talassemiya irsi 

qan xəstəlikləri üzrə Dövlət Proqramı”isə 

irsi qan xəstəliyindən əziyyət çəkənlərin 

həyat tərzinin yaxşılaşdırılmasına və 

ömürlərinin uzadılmasına xidmət edir. 

Proqram çərçivəsində xəstələr dərman 

preparatları ilə pulsuz təmin olunurlar.

Uşaqların sağlamlığını öz fəaliyyətinin 

əsas istiqamətlərindən biri kimi 

müəyyənləşdirən Heydər Əliyev Fondunun 

və onun prezidenti, Azərbaycanın birinci 

xanımı Mehriban Əliyevanın talasse-

miyalı uşaqlara diqqəti də xüsusi qeyd 

olunmalıdır. Fond 2005-ci ildən ölkəmizdə 

bu xəstəliyin yayılmasının qarşısını 

almaq məqsədi ilə “Talassemiyasız həyat 

naminə” layihəsinə başlamışdır. Bundan 

əlavə, Bakı şəhərində istifadəyə verilən 

Talassemiya Mərkəzi indi hemofiliyalı 

uşaqların və onların valideynlərinin böyük 

ümid yeridir. Demək lazımdır ki, 12 otaq-

dan ibarət klinika, xəstələrə qanköçürmə 

əməliyyatı aparılan transfuziya zalı, 

laboratoriya və digər zəruri şöbələrə malik 

Mərkəz beynəlxalq standartlara tam cavab 

verir. Burada quraşdırılan ən müasir tibbi 

avadanlıq müalicənin yüksək səviyyədə 

aparılmasına şərait yaradır.

Eyni zamanda, Səhiyyə Nazirliyi və 

digər dövlət qurumları tərəfindən vaxtaşırı 

təşkil edilən könüllü qanvermə aksiyala-

rından toplanan qan irsi qan xəstəliyindən 

əziyyət çəkənlərin müalicəsinə sərf olunur.



17 aprel - Dünya Hemofiliya Günüdür 


Yüklə 350,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə