TəHLÜKƏSİZ ƏMƏK ŞƏRAİTİ



Yüklə 0,95 Mb.
Pdf görüntüsü
səhifə51/66
tarix14.06.2023
ölçüsü0,95 Mb.
#117197
1   ...   47   48   49   50   51   52   53   54   ...   66
tehlukesiz emek seraiti

lükəsizlik tələbləri 
1. Təhlükə potensiallı obyektin tikintisinə, genişləndiril-
məsinə, yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilmə-
sinə, konservasiyasına və ləğv edilməsinə başlanması barədə 
qərarın qəbul edilməsinin məcburi şərtlərindən biri layihə 
sənədləri barədə texniki təhlükəsizlik üzrə müsbət ekspertiza 
rəyinin olmasıdır. 
2. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilmə-
si, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, kon-
servasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən 


82 
kənara çıxma hallarına yol verilmir. Layihə sənədlərinə edilən 
dəyişikliklər müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır. 
3. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilmə-
si, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, kon-
servasiyası və ləğv edilməsi prosesində layihə sənədlərini 
işləyib hazırlayan təşkilatlar qanunvericiliklə müəyyən edilmiş 
qaydada müəlliflik nəzarətini həyata keçirirlər. 
4. Təhlükə potensiallı obyektlərin istismara qəbulu Azər-
baycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş 
qaydada aparılır. 
Təhlükə potensiallı obyektlərin istismara qəbulu zamanı 
obyektin layihə sənədlərinə uyğunluğu, hüquqi və fiziki şəxslə-
rin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzaların 
lokallaşdırılmasına və nəticələrinin ləğv edilməsinə hazırlıqla-
rının vəziyyəti yoxlanılır. 
Maddə 9. Təhlükə potensiallı obyektin istismarına dair 
texniki təhlükəsizlik tələbləri 
Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki 
şəxslər; 

bu qanunun, digər qanunların və normativ hüquqi aktla-
rın, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etmə-
lidir;

təhlükə potensiallı obyektlərdə işçi heyətlərini kom-
plektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma 
tələblərinə, habelə qanunla müəyyənləşdirilmiş digər tələblərə 
uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməlidir;

təhlükə potensiallı obyektdə normativ hüquqi aktlara və 
işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texni-
ki sənədlərə malik olmalıdır;

binaların texniki təhlükəsizlik ekspertizasından keçiril-
məsini təmin etmək, eləcə də təhlükə potensiallı obyektdə 
istifadə olunan tikili, avadanlıq və texniki qurğuların diaqnosti-
kasını, sınağını və ümumi yoxlanmasını keçirməlidir;


83 

təhlükə potensiallı obyektlərin mühafizəsini təşkil et-
məli və təhlükəli maddələrin saxlanmasına dair texniki təhlükə-
sizlik tələblərinə riayət etməlidir;

texniki təhlükəsizlik bəyannaməsi hazırlamaq, təhlükə 
potensiallı obyektlərin istismarı zamanı dəymiş zərərə görə 
məsuliyyətin məcburi sığortalanması barədə müqavilə bağla-
malıdır;

təhlükə potensiallı obyektin istismarına dair xüsusi razı-
lığa malik olmalıdır;

Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə