TəHLÜKƏSİZLİk namiNƏ BİRLİKDƏ nato-nun təqdimatı



Yüklə 206,68 Kb.
Pdf görüntüsü
səhifə7/7
tarix14.03.2018
ölçüsü206,68 Kb.
#31421
1   2   3   4   5   6   7

S26 

Tərəfdaşlıqların genişləndirilməsi



Təhlükəsizlik təhdidlərinin təbiət, miqyas və mənşəcə daha 

gözlənilməz olduğu bir halda NATO öz tərəfdaşlıqlarının dairəsini 

genişləndirdi. O, əsrin dəyişməsindən bəri yaranmış qlobal 

təhdidlərin idarə olunmasına köməklik üçün qlobal tərəfdaşlara 

müraciət etmişdir. Bu, nə üzv, nə də Alyansın tərəfdaş ölkələri 

olmayan, belə adlanan “əlaqə ölkələri” Yaponiya, Yeni Zelandiya, 

Avstraliya və Cənubi Koreya kimi ölkələri əhatə edir.

NATO həmçinin, sülh və təhlükəsizliyin təbliğində əlavə rolu olan 

digər beynəlxalq təşkilatlarla münasibətlərin qurur. Böhranın idarə 

olunması əməliyyatları kontekstində NATO siyasi, iqtisadi və sosial 

inkişaf vasitəsilə davamlı sülhün təmin edilməsi üçün vasitələrə 

malik təşkilatlarla işləyir. Buraya BMT, Avropa İttifaqı, Avropada 

Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, həmçinin, EUROCONTROL 

və Qırmızı Xaç Beynəlxalq Komitəsi kimi təsisatlar daxildir.

Qlobal tərəfdaşlar və digər 

beynəlxalq təşkilatlar ilə iş

Yeni Zelandiya 

kimi bir sıra əlaqə 

ölkələri İSAF-a 

töhfə verirlər 




Tərəfdaşlıqların genişləndirilməsi

  



S27

“ sülh və təhlükəsizliyin təbliğində əlavə rolu ”

Bu institusional əlaqələrdən 

əlavə, NATO-nun Avropa 

üzvləri ilə Birləşmiş Ştatlar 

arasında transatlantik əlaqə 

Alyansla Avropa İttifaqı arasında 

münasibətlərə xüsusi səciyyə 

verir. Hər bir konstruktiv 

əməkdaşlıqda olduğu kimi o, 

dəyişilən xarici şərtlərə cavab 

olaraq inkişaf etmişdir. İkinci 

Dünya müharibəsindən sonrakı 

Transatlantik münasibətlərin 

tarixinə varmadan qeyd etmək 

vacibdir ki, NATO-nun Avropalı 

üzvləri müharibə dövründən 

dərhal sonra təhlükəsizlik 

və iqtisadi artım baxımından 

ABŞ-dan yüksək dərəcədə 

asılı olmuşlar. Sonrakı illər 

ərzində Avropa daha güclü 

və birləşmiş şəkildə inkişaf 

etdi. Avropa İttifaqı 1990-cı 

illərin əvvəllərindən Ümumi 

Xarici və Təhlükəsizlik 

Siyasətini inkişaf etdirməyə 

başlamış və tədricən Avropanı 

beynəlxalq münasibətlərin 

daha nüfuzlu iştirakçısı kimi 

nümayiş etdirmişdir. 1999-cu 

ilin dekabrında Avropa İttifaqı 

böhranın idarə olunması 

vəzifələrini üzərinə götürmək 

imkanlarını inkişaf etdirmək 

və tələb olunan siyasi və hərbi 

strukturların yaradılması üçün 

müvafiq addımlar atmağı qərara 

almışdır. Bu, bir neçə il sonra 

Avropa İttifaqına Balkanlardakı 

NATO-nun iki missiyasını qəbul 

etməyə yol açmışdır. 

Bu proses NATO-nun 

bütövlükdə iştirak etmədiyi 

zaman, Aİ-nin rəhbərlik etdiyi 

əməliyyatlar üçün NATO-nun 

vasitə və qabiliyyətlərinə Avropa 

İttifaqının çıxış imkanını yaradan 

“Berlin Plüs” mexanizmi ilə 

asanlaşdırılmışdır. O, hazırda 

Avropa ittifaqı və NATO  

arasında əməkdaşlığın əsasını 

təşkil edir və 2003-cü il martın 

sonunda keçmiş Yuqoslav 

Respublikası Makedoniya (*) 

və 2004-cü il dekabrında 

Bosniya-Herseqovinada NATO 

missiyalarının təhvil verilməsinə 

gətirib çıxarmışdır.



S28 

Açıq qapı siyasətinin davam etdirilməsi



Nisbətən daha ilkin mərhələdə 

Alyansın bani ölkələri olan 

Belçika, Kanada, Danimarka

Fransa, İslandiya, İtaliya, 

Lüksemburq, Niderland, 

Norveç, Portuqaliya, Böyük 

Britaniya və Amerika Birləşmiş 

Ştatları təşkilatın üzvlüyünü 

Yunanıstan və Türkiyə (1952) və 

Almaniyanı (1955) daxil etməklə 

genişləndirdilər. Bir neçə on 

illik sonra 1982-ci ildə İspaniya 

Alyansa qoşuldu.

Genişlənmənin növbəti dövrü 

Soyuq Müharibənin sonundan 

sonra, bir çox Mərkəzi 

Avropa ölkələrinin öz gələcək 

təhlükəsizlik maraqlarının 

NATO-ya qoşulmaq yolu ilə 

daha yaxşı qarşılanacağına 

qərar verdikləri və üzvlük 

axtarışları ilə bağlı niyyətlərini 

səsləndirdikləri zaman baş verdi. 

Üç keçmiş Tərəfdaş ölkə - Çex 

Respublikası, Macarıstan və 

Polşa – 1999-cu ilin martında 

üzv oldular və beləliklə də üzv 

ölkələrin sayını 19-a çatdırdılar. 

2004-cü il martın sonunda 

NATO-nun ən böyük genişlənmə 

dalğası zamanı daha yeddi ölkə, 

Bolqarıstan, Estoniya, Latviya, 

Litva, Rumıniya, Slovakiya və 

Sloveniya Alyansa qoşuldu. Bu 

yaxınlarda, 2009-ci ilin Aprel 

ayında Albaniya və Xorvatiya 

Təşkilatın üzvü oldular. 

Keçmiş Yuqoslav Respublikası 

Makedoniya (*) da həmçinin, 

ölkənin adı ilə bağlı məsələ həll 

olunduğu təqdirdə Təşkilata 

üzvlüyə dəvət alacaqdır.

NATO-nun qapısı açıq qalır. 

Gürcüstan və Ukraynanın üzvlük 

istəkləri və müvafiq islahatları 

ilə bağlı bu ölkələrlə mövcud 

olan İntensiv Dialoqlar həyata 

keçirilməkdədir. 2008-ci ildə 

Alyans rəhbərləri razılaşdılar 

ki, bu iki ölkə NATO-nun üzvü 

olacaqdır.

Davam etməkdə olan proses

Açıq qapı siyasətinin 

davam etdirilməsi




Açıq qapı siyasətinin davam etdirilməsi

  



S29

NATO-ya 2004-cü ildə qoşulmuş 

yeddi üzv ölkə və onlardan 

sonra gələnlər, 1999-cu ildə 

əsası qoyulmuş və maraqlı 

Tərəfdaş ölkələri üzvlüyə 

hazırlamaqda yardımçı 

olmaq məqsədini güdən 

Üzvlük Fəaliyyət Planından 

yararlanmışlar. Bu plan üzvlük 

istəyən ölkələrə praktiki 

məsləhət və məqsədli yardım 

təklif edir. Əvəzində, üzvlük 

istəyən ölkələr tərəfindən bazar 

iqtisadiyyatına əsaslanan işlək 

demokratik siyasi sistem, azlıq 

təşkil edən xalqlarla ədalətli 

münasibət, qonşu ölkələrlə 

münaqişələrin sülh yolu ilə 

həllinə öhdəlik, Alyansa hərbi 

töhfə vermək qabiliyyəti və istəyi 

və silahlı qüvvələr üzərində 

demokratik nəzarət öhdəliyi 

daxil olmaqla müəyyən başlıca 

tələbləri yerinə yetirilmələri 

gözlənilir. Bu planda iştirak 

gələcək üzvlüyə heç bir 

təminat vermir, lakin o, ölkələrə 

silahlı qüvvələrini Alyansa 

üzvlüyün gətirəcəyi öhdəlik və 

cavabdehliklərə uyğunlaşdırmaq 

və hazırlamağa yardım edir. 

NATO yeni üzvləri cəlb etmək 

işi ilə məşğul olmur, ancaq 

Müttəfiqlər Alyansın fundamental 

məqsədlərinə töhfə verəcək və 

Müttəfiq dəyərlərini paylaşan 

demokratik ölkələrdən gələn 

üzvlüklə bağlı müraciətlərin 

nəzərdən keçirilməsinə 

sadiqdir. NATO hökumətləri 

aydınlaşdırdılar ki, Alyansın 

genişlənməsi özü özlüyündə 

bir məqsəd deyil, o, NATO-

nun təhlükəsizliyinin daha da 

genişləndirilməsi və Avropanın 

bütövlükdə daha sabit edilməsi 

üçün bir vasitədir. Genişlənmə 

prosesi münaqişənin qarşısının 

alınmasına kömək edir, çünki 

üzvlük perspektivi üzvlük istəyən 

ölkələr üçün qonşu ölkələrlə 

münaqişələrini həll etməyə və 

islahatlar və demokratikləşməni 

irəli aparmağa stimul verir. 

Bundan əlavə, yeni üzvlər 

sadəcə üzvlüyün faydasından 

yararlanmamalı, həmçinin 

bütün üzv ölkələrin ümumilikdə 

təhlükəsizliyinə töhfə verməyə 

qadir olmalıdırlar. Baş sözlə, 

onlar təhlükəsizliyin təminatçısı 

və istehlakçısı olmalıdırlar.

Üzvlük Fəaliyyət Planı

“ təhlükəsizliyin 

təminatçısı və 

istehlakçısı ”



S30 

Yeni imkanlar üçün yeni təhdidlər



Cəmiyyətlərimizin bu gün qarşılaşdığı təhlükəsizlik təhdidləri 

terrorçuluq, kütləvi qırğın silahlarının yayılması və iflasa uğramış və 

ya uğramaqda olan dövlətlərin törətdiyi qeyri sabitliklə üzləşmək üçün 

əsaslı şəkildə təchiz olunmuş və strukturlaşmış qüvvələr tələb edir.

1990-cı illərin əvvəllərində NATO Soyuq Müharibənin durğun 

ordu birləşmələrindən uzaqlaşaraq, böhranın idarə olunması 

əməliyyatlarının tələb etdiyi daha mobil qüvvələrə sahib olmaq 

məqsədilə öz hərbi imkanlarını yenidən nəzərdən keçirməyə başladı. 

11 sentyabr hadisələri bu prosesi daha da sürətləndirdi. 2002-ci ildə 

keçirilmiş Praqa Zirvə Görüşü zamanı NATO rəhbərləri Alyansın 

hərbi vasitələrini köklü şəkildə dəyişdirəcək başlıca islahatları 

təqdim etdilər. Onlar Avro-Atlantik məkanı daxilində və ondan 

kənarda mövcud olan müxtəlif təhlükəsizlik təhdidlərini daha yaxşı 

cavablandırmağa qabil olmaq cəhdi ilə təkmilləşmə üçün xüsusi 

sahələri müəyyən etdilər, NATO Cavab Qüvvələrini yaratdılar və hərbi 

komandanlıq strukturunu müasirləşdirdilər.

“ NATO rəhbərləri Alyansın 

hərbi vasitələrini köklü şəkildə 

dəyişdirəcək başlıca islahatları 

təqdim etdilər ”

Yeni imkanlar üçün 

yeni təhdidlər




Yeni imkanlar üçün yeni təhdidlər

  



S31

Praqada çatışmazlıqların ən təcili şəkildə cavablandırılmasına ehtiyac duyulan səkkiz xüsusi sahə 

müəyyən edildi. Buraya strateji hava və dəniz daşımaları; kimyəvi, bioloji, radioloji və nüvə müdafiəsi və 

havadan yerə nəzarət kimi sahələr daxildir. Müttəfiqlər, yeni təhdidlərin cavablandırılması üçün Alyansın 

qabiliyyətinin inkişaf etdirilməsində fundamental rol oynayan bu imkanların əldə olunmasına sadiqdirlər. 

Praqa Zirvə Görüşündən bəri NATO, xüsusi ilə terrorçuluğa qarşı müdafiə sahəsində müasirləşməyə 

ehtiyacı olan digər sahələri müəyyən etmişdir.

NATO Cavab Qüvvələrinin (NRF) məqsədi daha sonrakı mərhələdə əlavə qüvvələrlə gücləndirilə biləcək, 

qabaqcıl qüvvə kimi fəaliyyət göstərən və dünyanın hər hansı bölgəsində baş vermiş müxtəlif növ böhran 

vəziyyətlərinə cəld cavab vermək qabiliyyətinə malik olmaqdan ibarətdir. Ehtiyac duyulduqda əlavə oluna 

biləcək mərkəzə əsaslanaraq o, yer, hava, dəniz və xüsusi qüvvələr komponentlərindən ibarət olan 

çoxmillətli qüvvədir və ən azı beş günlük xəbərdarlıqla yerləşdirilə bilər və əməliyyatlarda özünü 30 gün 

müddətində və ya yenidən təmin olunarsa daha uzun müddətə təmin edə bilər.

NRF elementləri artıq 2005-ci ilin sentyabrında Yeni Orlean və ətraf bölgələrdə baş vermiş Katrina 

Qasırğasından sonra ABŞ-da və 2005-ci il 8 oktyabrda baş vermiş zəlzələdən sonra Pakistanda istifadə 

olunmuşdur. 

Açılma qabiliyyəti və yüksək döyüş hazırlığından əlavə, NRF NATO-nun transformasiya cəhdlərinin 

səmərəli şəkildə başlanğıcıdır. O, heyətini çox tələbkar bir mühitdə, yaranmaqda olan texnologiyalardan 

istifadə edərək çoxmillətli kontekstdə fəaliyyət göstərməyi öyrədir. Bu təlim keyfiyyəti milli qüvvələr, 

həmçinin, çoxmillətli qüvvələr tərkibində dəyişiklik üçün katalizator rolunu oynayan hər bir iştirakçının 

əldə etdiyi təcrübədir.

Hərbi imkanların müasirləşdirilməsi 

NATO Cavab Qüvvələri

Komandanlıq strukturunun təkmilləşdirilməsi

Soyuq Müharibə dövründən sonrakı təhlükəsizlik mühitinə uyğun olaraq, NATO daha kiçik, daha 

çevik və mobil qüvvələrin dəstəklənməsi üçün öz hərbi komandanlıq strukturunu yenidən nəzərdən 

keçirdi. O, qərargahların sayını kəskin şəkildə azaltdı və ABŞ-da yerləşən strateji komandanlıq – 

Müttəfiq Transformasiya Komandanlığı (keçmiş Müttəfiq Atlantik Komandanlığı) – üzrə aparıcı NATO 

transformasiya səylərini daha qabarıq şəkildə müəyyən etmişdir. Avropada yerləşən strateji komandanlıq 

NATO-nun bütün əməliyyatları üzrə məsuliyyət daşımış və hazırda Müttəfiq Əməliyyatlar Komandanlığı 

kimi tanınır.

Hərbi komanda strukturlarının müasirləşdirilməsi NATO tərəfindən mütəmadi əsasda nəzərdən keçirilən 

və davam edən bir prosesdir.



Təşkilatın Dinamikası 

S32 


Təşkilatın Dinamikası

Alyansın davamlılığının başlıca amillərindən biri 

onun qərar qəbul etmə prosesinin konsensusa 

əsaslanmasıdır. Bu o deməkdir ki, bütün qərarlar 

yekdil qəbul olunmalıdır. Bunun nəticəsi olaraq, vacib 

qərarın qəbulundan öncə uzun sürən məşvərət və 

müzakirələrin aparılması tələb olunur. Bu 

sistemin kənar müşahidəçi üçün ləng və mürəkkəb 

görünməsinə baxmayaraq, o iki əsas üstünlüyə 

malikdir. Birinci, hər üzv ölkənin suverenliyi və 

müstəqilliyinə hörmət olunur. İkinci, qərar qəbul 

edildikdə o, bütün ölkələrin tam dəstəyi və onun 

həyata keçirilməsi üzrə öhdəliklərinə arxalanır.

Bir sıra hallarda, İraqdakı Səddam Hüseyn rejiminin 

təhdid təşkil etməsinin dəyərləndirilməsi üzrə ölkələrin 

fərqli yanaşmalar nümayiş etdirdikləri 2003-cü ilin 

yaz hadisəsində olduğu kimi fikir ayrılıqları mövcud 

olur. Baxmayaraq ki, müxtəlif milli mövqelər atıla 

biləcək addım üzrə Alyansın hər zaman razılıq əldə 

edə bilməyəcəyini nəzərdə tutur, NATO-nun məqsədi 

mümkün olan hər zaman konsensusun əldə olunması 

üçün onlar arasında məşvərət və müzakirələrin 

dəstəklənməsindən ibarətdir.

Konsensus vasitəsilə 

qərar qəbulu




Təşkilatın Dinamikası 

 



S33

Başlıca oyunçular

NATO-da ən vacib oyunçular Təşkilatı 

formalaşdıran üzv ölkələrdir. Onlar hər 

komitə səviyyəsində təmsil olunurlar. Bu 

məqsədlə NATO-nun Brüsseldəki Baş 

Qərargahında hər ölkənin komitə iclaslarında 

iştirak edən və ya milli ekspertlərin iştirakını 

təmin edən diplomatik heyət və müdafiə 

məşvərətçilərindən ibarət milli nümayəndəlik 

tərəfindən dəstəklənən səfir səviyyəsində daimi 

nümayəndəsi mövcuddur.

NATO-da başlıca siyasi qərar qəbul edən 

orqan, həftədə ən azı bir dəfə səfirlər 

səviyyəsində toplaşan Şimali Atlantika 

Şurasıdır. Şuranın həmçinin, mütəmadi 

əsasda xarici işlər nazirləri, müdafiə nazirləri 

və vaxtaşırı dövlət və hökumət başçıları 

səviyyəsində görüşləri olur. Şimali Atlantika 

Şurası, iki müdafiə ilə bağlı orqan - Müdafiə 

Planlaşdırma Komitəsi və Nüvə Planlaşdırma 

Qrupu – ilə birlikdə mürəkkəb komitə sisteminin 

başındadırlar. Bu sistem çərçivəsində Hərbi 

Komitə bu üç başlıca orqana hərbi məsləhətlər 

verməkdə məsuldur və strateji komandirlərə 

hərbi məsələlər üzrə rəhbərlik edir. Bununla 

əlaqədar olaraq, o NATO-da ali hərbi qurum 

xüsusi statusuna malikdir. 

NATO-nun təxminən dörd illik müddətə təyin 

olunan Baş Katibi olur. O, üzv ölkələrin birinin 

ali beynəlxalq dövlət xadimi olur. Baş Katib 

Şimali Atlantika Şurası və digər mühüm NATO 

orqanlarının iclaslarına sədrlik edir və üzvlər 

arasında konsensusun əldə olunmasına 

yardım edir. Alyansın gündəlik fəaliyyətinin 

idarə olunmasında o, bütün NATO ölkələrinin 

ekspertləri və rəsmilərindən ibarət beynəlxalq 

heyət tərəfindən dəstəklənir. 

NATO-nun öz silahlı qüvvələri yoxdur. NATO-

nun sərəncamında olan bir çox qüvvələr 

kollektiv müdafiədən sülhməramlılıq kimi yeni 

missiyalaradək sıralanan vəzifələri yerinə 

yetirmək üçün üzv dövlətlər tərəfindən tapşırıq 

alanadək tam milli komandanlıq altında qalırlar. 

Qısası, NATO müəyyən müddət ərzində öz 

qüvvələrini inteqrasiya etməyə və çoxmillətli 

fəaliyyətdə iştiraka öhdələndirməyə hazır olan 

dövlətləri bir araya gətirən forumdur. Onun 

siyasi və hərbi strukturları milli qüvvələrin bu 

vəzifələri həmçinin, onların birgə komandanlıq, 

nəzarət, təlim və çalışması üçün ehtiyac duyulan 

beynəlxalq tədbirləri yerinə yetirməsi üçün tələb 

olunan qabaqcıl planlaşdırmanı nəzərdə tutur.

“ NATO-da başlıca siyasi qərarları 

qəbul edən orqan Şimali Atlantika 

Şurasıdır ”





Gələcəyə doğru

İlkin olaraq Soyuq Müharibə erasının məhsulu 

olan Alyans, Avropanın parçalanması aradan 

qalxandan bəri üzərinə yeni və fundamental 

vəzifələr götürmüşdür. O, yeni üzvləri qəbul 

edərək Şərqi Avropaya açılmış və Mərkəzi 

Asiyayadək uzanan tərəfdaşlıq şəbəkəsi 

yaratmışdır. O həmçinin, Avropada və bu 

yaxınlarda Avro-Atlantik məkandan kənarda baş 

verən regional və etnik münaqişələrin səbəb 

olduğu zorakılığı yatırmaq üçün böhranın idarə 

olunması əməliyyatlarında iştirak etmişdir.

Soyuq Müharibə dövründən sonrakı dünya 

daha mürəkkəb təhlükəsizlik mühiti olduğunu 

sübut etdi və görünür bu tendensiya 21-ci əsrdə 

davam edəcək. Alyansın 1999-cu ildə qəbul 

olunmuş Strateji Konsepsiyası yeni təhlükəsizlik 

mühitinin bir çox hədə və təhdidlərini 

qabaqcadan görmüşdü. 

2001-ci ilin 11 sentyabr terrorçu hücumlarından 

etibarən Alyans öz səylərini assimmetrik 

təhdidlər reallığına uyğunlaşdırmağa 

cəmləmişdir. O, tərəfdaşlıqlarını dərinləşdirmək 

və genişləndirməklə, qüvvələrini 

müasirləşdirməklə və Təşkilat üçün yeni olan 

böhran sahələrində yardımı təmin etməklə 

təhlükəsizliyə daha geniş və ambisiyalı 

yanaşmanı qəbul edir. Beləliklə də o, üzv 

ölkələrin müdafiəsi və təhlükəsizliyinin faydası 

naminə, geniş şəkildə qloballaşmaqda olan 

və daha mürəkkəb dünyaya cavab olaraq 

yeni siyasi münasibətlərin və güclü əməliyyat 

imkanlarının inkişafı üçün transformasiyasını 

sürətləndirir.

Gələcəyə doğru 

 



S35


NATO-nun İctimai Diplomatiya Bölməsi

1110 Brüssel – Belçika

İnternet səhifəsi: www.otan.nato.int

Elektron poçtu: distribution@hq.nato.int

NATO Public Diplomacy Division

1110 Brussels - Belgium

Website: www.nato.int

Email: distribution@hq.nato.int

TƏHLÜKƏSİZLİK  

NAMİNƏ BİRLİKDƏ



06/2009 - 

AZE

Document Outline

  • TƏHLÜKƏSİZLİK NAMİNƏ BİRLİKDƏ NATO-nun təqdimatı
  • S04 | Giriş
  • S06 | Dəyişən dövrana cavab
  • S14 | Böhran vəziyyətlərində başlıca oyunçu
  • S22 | Tərəfdaşlıqların genişləndirilməsi
  • S28 | Açıq qapı siyasətinin davam etdirilməsi
  • S30 | Yeni təhdidlər üçün yeni imkanlar
  • S32 | Təşkilatın dinamikası
  • S35 | Gələcəyə doğru

Yüklə 206,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə